Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                     İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib .....                     Tiktoker "Xan" ilə bağlı .....                     Əməliyyat zamanı doğum gününü qeyd edən həkim .....                     Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib .....                     DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... .....                     Ayxan Hacızadə Paşinyana .....                     Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." .....                     Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı .....                     ADNSU-nun rektorundan daha bir alim şikayət etdi .....                     Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm .....                     Deputat qalmaqallı görüntülərdən danışdı: .....                     "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi .....                     "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" .....                     Türkiyə Trampa bel bağlamalı deyil... .....                     Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır .....                     ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... .....                     Yeni qaydalar kredit faizlərini aşağı sala bilər .....                     Paşinyan Kremli şantaj edir, .....                     "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" .....                     Bakıdan verilən mesaj İranı çalxaladı .....                 

Avropa İttifaqının Bakı səhvləri: - Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Tarix: Bu gün, 11:32 | Çap et
Avropa İttifaqının Bakı səhvləri:
Diplomatiyanın təzyiq vasitəsinə çevrildiyi, bəyan edilən neytrallığın isə açıq-aşkar tərəfgirliyə çevrildiyi vəziyyətdə etimadın dağılması qaçılmazdır. Məhz bu, hazırda Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin əsas problemidir. Rəsmi Brüssel əvvəllər Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması üçün qərəzsiz vasitəçi kimi çıxış edəcəyini bəyan etsə də, əməlləri ilə bu iddialarını alt-üst edib. Məsələnin həlledici dönüş nöqtəsi yalnız Avropa İttifaqı müşahidəçilərinin Azərbaycan-Ermənistan sərhədindəki missiyasının uzadılması deyil, həm də həmin missiyanın Azərbaycanın milli maraqlarına açıq təhqir kimi qəbul edilən davranışıdır.

Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (European Union Mission in Armenia, EUMA) ilkin olaraq 2022-ci ilin oktyabrında cəmi iki ay müddətinə nəzərdə tutulmuşdu. Rəsmi açıqlanan məqsədi də sərhəddə vəziyyətin monitorinqini həyata keçirmək idi. Amma bu missiya öz ilkin məqsədlərindən uzaqlaşaraq uzunmüddətli layihəyə çevrildi. Missiyanın iki il müddətinə uzadılması Azərbaycanla hər hansı məsləhətləşmə aparılmadan baş verdi və bu, yalnız etimadı sarsıtmadı, həm də diplomatik prinsiplərin kobud şəkildə pozulması oldu. Bundan da pisi, missiyanın tərkibinə Avropa İttifaqına üzv olmayan ölkələrin nümayəndələri daxil edildi ki, bu da Azərbaycana qarşı açıq-aşkar təxribat xarakteri daşıyırdı. Azərbaycanın maraqlarına birbaşa təsir edən qərarların onun iştirakı olmadan verilməsi, üstəlik müşahidəçilərin fəaliyyəti siyasi tamaşa təsiri bağışlayanda, Brüsselə etimad necə saxlanıla bilər?

"Binokl şousu" adı ilə Azərbaycanın ictimai-siyasi gündəminə daxil olan hadisələr Avropa İttifaqı müşahidəçilərinin sərhəddəki təxribatlarının simvolu sayıla bilər.

"Müşahidəçi"lər hərbi uniformaya bənzər geyimlərdə Azərbaycana binokllarla baxarkən nümayiş etdirdikləri görüntülər təkcə Ermənistana dəstəklə yanaşı, Azərbaycana aşkar meydan oxumağı əks etdirirdi. Xüsusilə də Polşa prezidenti Andjey Dudanın Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinə gələrək ərazilərimizi binoklla müşahidə etməsi hadisəsi siyasi teatrın ən yüksək nöqtəsinə çevrildi. Bu hərəkət, Azərbaycanın ərazisinə düşmən gözü ilə baxıldığını göstərən açıq bir simvol idi və Bakıda bu, yalnız yüksək tonlu siyasi mesaj kimi deyil, birbaşa meydanoxuma kimi qəbul edildi.

Avropa İttifaqının Ermənistanı dəstəkləməyə yönəlmiş siyasəti təkcə Azərbaycanla münasibətlərə deyil, həm də onun regiondakı maraqlarına zərbə vurur. Brüssel artıq Bakıdan enerji və nəqliyyat layihələri üçün tələb etdiyi strateji əməkdaşlığı itirmək təhlükəsi ilə üz-üzədir. Azərbaycan Avropa İttifaqını artıq tərəfdaş deyil, regional sabitliyi öz maraqları naminə qurban verməyə hazır olan siyasi manipulyator kimi görür. Nəticədə, Bakı Ankara və Moskva kimi ölkələrlə münasibətlərini gücləndirir, çünki bu ölkələr Azərbaycanın suverenliyinə və maraqlarına hörmətlə yanaşır.

Avropa İttifaqı çətin seçim qarşısındadır. Brüssel yalnız səhvlərini qəbul etməklə kifayətlənməməli, həm də öz siyasətində radikal dəyişikliklər etməlidir. İlk növbədə etimadın bərpası istiqamətində addımlar atılmalıdır. Bunun üçün isə aşağıdakı zəruri addımlar vacibdir:

Birincisi, birtərəfli qərarlardan imtina edilməlidir. Avropa İttifaqının müşahidə missiyasının mandatı ilə bağlı hər hansı dəyişikliklər Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanın maraqlarını nəzərə almadan verilən qərarlar yalnız etimadı sarsıdır və gərginliyi artırır.

İkincisi, təxribat xarakterli simvolik hərəkətlərdən çəkinmək lazımdır. Avropa İttifaqının müşahidəçiləri sərhəddə hər hansı tərəfgir mövqe nümayiş etdirmədən, qərəzsiz fəaliyyət göstərməlidirlər. Durbinlə Azərbaycana baxmaq kimi təxribatçı davranışlardan imtina olunmalıdır.

Üçüncüsü, real dialoqa fokuslanmaq vacibdir. Təzyiq göstərmək əvəzinə, Avropa İttifaqı tərəflər arasında bərabərhüquqlu və konstruktiv dialoq üçün şərait yaratmalıdır.

Avropa Parlamentinə gəldikdə, bu struktur dəfələrlə Azərbaycanla bağlı qərəzli və birtərəfli qətnamələr qəbul etmişdir. 2020 və 2022-ci illərdə qəbul edilən qərarlarda Azərbaycan "insan haqlarını pozmaqda və əsassız təcavüz"də ittiham olunmuşdu. Həmin sənədlər Ermənistanın 30 il ərzində Azərbaycanın ərazilərini işğal etməsini, Qarabağın mədəni və ekoloji irsinin məhvini, bir milyondan çox məcburi köçkünün taleyini gözardı etmişdi. Əksinə, Avropa Parlamenti yalnız Ermənistanın "humanitar problemləri" ilə məşğul olmuş, Azərbaycanın təqdim etdiyi faktlara, o cümlədən qanunsuz silah-sursat daşımalarını sübut edən peyk şəkillərinə məhəl qoymamışdı. Bu, Avropa Parlamentinin azərbaycanofobiya siyasətinin açıq sübutudur.

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) uzun müddət ərzində Azərbaycanın maraqlarını nəzərə almaqda çətinlik çəkib. Müstəqilliyinin ilk illərindən etibarən Azərbaycan dəfələrlə bu qurumun qərəzli mövqeyi ilə üzləşmişdir. 1993-cü ildə AŞPA Ermənistanın Qarabağ iddialarını dəstəkləyən qərar qəbul etdi ki, bu da Azərbaycanın beynəlxalq hüquq çərçivəsində bərpa etməyə çalışdığı suverenliyinə zidd idi. 2005-ci ildə belə, AŞPA Azərbaycanın ərazilərinin işğalını tanısa da, erməni qoşunlarının çıxarılmasına dair konkret tələb irəli sürmədi.

Son illərdə isə AŞPA Azərbaycanda insan hüquqları və demokratiya mövzusunu gündəmdə saxlayarkən, Ermənistanda müxalifətin təqibi və söz azadlığının boğulmasını tamamilə görməzdən gəlmişdir. Bu, ikili standartların açıq nümunəsidir və Avropa institutlarına etimadsızlığı daha da artırır.

Azərbaycan və Avropa İttifaqı arasında gərginləşən münasibətlər, bir çox cəhətdən, Aİ-nin regional siyasətindəki qərəzli yanaşmanın nəticəsidir. Brüsselin Ermənistanı açıq şəkildə dəstəkləməsi, müşahidə missiyaları vasitəsilə tərəf tutması və "Avropa Sülh Fondu" kimi mexanizmlərdən istifadə edərək bölgədə hərbi balansı dəyişməyə çalışması Azərbaycan üçün sadəcə qəbulolunmaz deyil, həm də milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

Avropa İttifaqının Ermənistanı dəstəkləmək üçün "Avropa Sülh Fondu"ndan istifadə etməsi regiondakı balansı ciddi şəkildə pozub. Bu fond adının əksinə olaraq, Ermənistanın hərbi infrastrukturunu gücləndirmək və silah təchizatını genişləndirmək üçün maliyyə mənbəyi kimi istifadə edilir. Azərbaycan beynəlxalq platformalarda dəfələrlə vurğulamışdır ki, belə addımlar nəinki sülh prosesinə zərbə vurur, həm də regionda yenidən gərginlik yaradaraq müharibə riskini artırır.

Bu siyasət, Azərbaycanın Avropa İttifaqına olan etimadını tamamilə məhv edib. Əgər Brüssel Ermənistanın maraqlarını açıq şəkildə dəstəkləyərək özünü tərəf kimi təqdim edirsə, Azərbaycan da buna adekvat reaksiya verməli idi və verdi.

Avropa İttifaqının maliyyələşdirdiyi qrant proqramları Azərbaycanda xüsusi narazılıq doğuran məqamlardan biridir. "National Endowment for Democracy" (NED) və "European Endowment for Democracy" (EED) kimi təşkilatlar vasitəsilə həyata keçirilən layihələr, əslində, demokratik dəyərlərin təbliği adı altında Azərbaycanın daxili işlərinə müdaxilə məqsədi güdür.

Sözügedən proqramlar Azərbaycanda dövlətçiliyə qarşı yönəlmiş mövqeləri gücləndirməyə, gənclər arasında anti-dövlət ideyalarını yaymağa və daxili sabitliyi pozmağa yönəlmişdi. Azərbaycan hökuməti isə bu cəhdlərə qarşı sərt tədbirlər görüb. Belə ki, təhsil və mədəniyyət sahəsində Avropa ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "tvinninq" proqramlarından imtina edilib, qanunsuz maliyyə kanalları bağlanmış, xaricdən gələn təsirlərin qarşısı alınıb və bu, Brüsselə Azərbaycanın milli maraqlarını qorumağa hazır olduğunu göstərən güclü siqnala çevrilib.

Brüsselin qərəzli yanaşması fonunda Azərbaycan alternativ tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Ankara və Moskva ilə strateji əlaqələr daha da möhkəmləndirilir, Pekinlə enerji və ticarət sahəsində əlaqələr gücləndirilir. Bu yanaşma Azərbaycanın regionda mühim enerji və nəqliyyat mərkəzi kimi mövqeyini daha da səbatlı edir.

Bakı öz maraqlarını təmin etmək üçün çoxvektorlu siyasət yürüdərək, Avropanın regional təsirinə alternativ yaradır.

Avropa İttifaqı Azərbaycanın suverenliyinə hörmət etmədən və neytrallığını bərpa etmədən regionda təsirini bərpa edə bilməyəcək. Azərbaycan isə açıq şəkildə bəyan edir ki, öz maraqlarını prioritet hesab edir və yalnız bərabərhüquqlu münasibətlərə əsaslanan əməkdaşlığı qəbul edəcək.

Bu gün Brüssel seçim qarşısındadır: ya tərəf tutmaq siyasətindən əl çəkərək ədalətli vasitəçi olmağı seçməli, ya da Azərbaycanın etimadını tamamilə itirib, regionda təsir imkanlarını digər güclərə buraxmalıdır. Vaxt isə getdikcə azalır. Azərbaycanın tərəfdaşları dəyişməyə hazırdır və bu tərəfdaşlar Azərbaycanın suverenliyinə hörmətlə yanaşan oyunçulardır. Brüssel isə bu dəyişikliklərə gecikmiş reaksiya verəcəyi halda, öz geosiyasi mövqeyini geri dönülməz şəkildə itirəcəkdir.

... Cənubi Qafqaz hər zaman strateji əhəmiyyətə malik olub. Xüsusən də, enerji və nəqliyyat sahəsindəki potensialı bu regionu qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsinə çevirib. Avropa İttifaqının Azərbaycanla münasibətlərindəki gərginlik, Brüsselin regiondakı maraqlarını ciddi təhlükə altına qoyub. Bu vəziyyətin kökündə, Aİ-nin öz siyasi səhvləri və Azərbaycan qarşısında etimadı itirməsi dayanır.

Azərbaycan artıq illərdir ki, Avropanın ən etibarlı enerji tərəfdaşı kimi tanınır. 2022-ci ildə imzalanmış enerji razılaşması əsasında 2023-cü ildə Avropaya 12,5 milyard kubmetr təbii qaz ixrac olunub. Bu həcmin 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması planlaşdırılsa da, əməkdaşlığın genişlənməsi üçün Avropa İttifaqının yaratdığı siyasi baryerləri aradan qaldırmaq lazımdır. Bakı Brüsselin yalnız iqtisadi maraqlarla deyil, suverenliyə və milli maraqlara hörmət əsasında əməkdaşlıq quracağını gözləyir.

Eyni dərəcədə vacib olan "Orta Dəhliz" layihəsidir. Bu dəhliz Avropanı Asiya ilə Azərbaycan üzərindən birləşdirən mühüm nəqliyyat marşrutudur. Onun həyata keçirilməsi Azərbaycanın coğrafi və strateji əhəmiyyətini artırır. Fəqət Brüsselin Ermənistanı dəstəkləməsi və Azərbaycanla münasibətlərdə etibarı sarsıtması bu layihənin gələcəyini də təhlükə altına almışdır.

Brüssel diplomatik neytrallığını itirərək açıq-aşkar Ermənistanı dəstəkləməklə regional balansı pozur. Avropa Sülh Fondu vasitəsilə Ermənistanın hərbi ehtiyaclarının maliyyələşdirilməsi, pro-erməni ritorikası və Azərbaycanın milli maraqlarını gözardı edən yanaşma, Aİ-ni Bakının gözündə etibarsız tərəfdaşa çevirib.

Azərbaycanın enerji və tranzit potensialından faydalanmaq istəyən Avropa İttifaqı, ilk növbədə, öz siyasətini yenidən nəzərdən keçirməlidir. Bunun üçün birtərəfli qərarlardan imtina edilməli və Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq qurulmalı, Azərbaycanın strateji roluna hörmət göstərilməli, enerji və nəqliyyat sahəsində Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq genişləndirilməli, ortaq layihələrə sərmayə qoyulmalı və regionun təhlükəsizliyinə töhfə verən layihələr həyata keçirilməlidir.

Avropa İttifaqı Cənubi Qafqazda təsirini saxlamaq istəyirsə, siyasətindəki ikili standartlardan imtina etməlidir. Əks halda, Bakı öz geosiyasi prioritetlərini Avropadan uzaq alternativ tərəfdaşlar üzərində qurmağa davam edəcək.

Azərbaycan artıq suverenliyinə və milli maraqlarına hörmət edən oyunçularla əməkdaşlıq edir. Brüssel isə vaxtında düzgün qərar qəbul etməsə, Cənubi Qafqazda həm təsir gücünü, həm də strateji layihələrdə iştirak imkanını itirə bilər. Avropa özünü ədalətli və etibarlı tərəfdaş kimi sübut etmək məcburiyyətindədir, çünki yalnız bu halda regionda qalıcı mövqeyini qoruyub saxlaya bilər.

Cənubi Qafqaz kimi mürəkkəb və strateji bir bölgədə uğurlu siyasət yalnız neytrallıq, bərabərhüquqlu münasibətlər və tərəflərin maraqlarına hörmət əsasında mümkündür. Lakin Avropa İttifaqının Azərbaycanla münasibətlərindəki qərəzli yanaşma bu prinsipləri pozmuş və regional təsir imkanlarını təhlükə altına alıb. Brüsselin açıq şəkildə Ermənistanı dəstəkləyən siyasəti, birtərəfli qərarlar və müşahidə missiyalarının uzadılması kimi addımlar Azərbaycanın milli maraqlarını və suverenliyini gözardı edib.

Azərbaycan üçün neytrallıq yalnız diplomatik tələb deyil, istənilən dialoq üçün əsas şərtdir. Brüsselin birtərəfli qərarları, xüsusən də müşahidə missiyalarının Azərbaycanın iştirakı olmadan uzadılması, Bakı üçün diplomatik hörmətsizlik nümunəsi idi. Bu, Avropa İttifaqının daha çox Ermənistanın maraqlarını müdafiə etdiyini göstərir və regiondakı sabitliyi təmin etmək əvəzinə gərginliyi artırır.

Brüssel diplomatik tərəfdaşlıqdan çox, regional güclərə təsir göstərmək niyyətində olduğunu nümayiş etdirir. Lakin belə bir yanaşma yalnız Avropa İttifaqının Cənubi Qafqazdakı rolunu zəiflədir və Bakını daha etibarlı tərəfdaşlarla əməkdaşlıq etməyə məcbur edir.

Avropa İttifaqı Mərkəzi Asiya ilə iqtisadi əlaqələri genişləndirmək və "Transxəzər Dəhlizi" kimi strateji marşrutları inkişaf etdirmək istəyir. Halbuki Azərbaycanın iştirakı olmadan bu planlar qeyri-mümkündür. Bakı artıq Avropa üçün vacib enerji tərəfdaşına çevrilib. 2023-cü ildə Avropaya 12,5 milyard kubmetr qaz ixrac edən Azərbaycan, 2027-ci ilə qədər bu həcmi 20 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Bu əməkdaşlıq, yalnız Avropa İttifaqının siyasi baryerləri aradan qaldırdığı və Azərbaycanla bərabərhüquqlu münasibət qurduğu halda mümkün olacaq.

Avropa İttifaqı Cənubi Qafqazda təsir imkanlarını itirmək təhlükəsi ilə üz-üzədir. Bakı dəfələrlə bəyan etmişdir ki, əməkdaşlıq yalnız bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında mümkündür. Brüssel, bölgədəki mövqeyini qorumaq istəyirsə, provokativ siyasətini dəyişməli və real addımlarla etimadı bərpa etməlidir.

Əks halda, Avropa İttifaqı geosiyasi proseslərin kənarında qalacaq, regiondakı boşluqları isə daha uzaqgörən və etibarlı tərəfdaşlar dolduracaqdır. Azərbaycanın prinsipial mövqeyi bəllidir: suverenliyə hörmət, bərabərhüquqlu dialoq və qarşılıqlı fayda əsasında əməkdaşlıq. Brüssel bunu başa düşmədikcə, onun regiondakı təsir gücü yalnız azalmağa davam edəcəkdir.

Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərin gələcəyi birbaşa Brüsselin atacağı addımlardan asılıdır. Bakı açıq şəkildə bildirir ki, əməkdaşlığın inkişafı üçün bütün məsuliyyət Avropa İttifaqının üzərindədir. Əgər Avropa liderləri keçmiş səhvlərdən dərs çıxararaq pro-erməni siyasətindən imtina etsə və bərabərhüquqlu dialoqa başlasa, tərəflər arasında münasibətlər konstruktiv səviyyəyə yüksələ bilər.

Əks halda, Azərbaycan Avropa İttifaqına olan etimadını tamamilə itirəcək və regionda təsir dairəsini genişləndirmək istəyən digər güclərə üz tutacaq.

Avropa İttifaqı üçün Azərbaycanla mövcud böhran təkcə keçmiş səhvlərin nəticəsi deyil, həm də onları düzəltmək üçün bir fürsətdir. Bakı suverenliyə və milli maraqlara hörmət əsasında aydın və realist yanaşma təklif edir. Bu yanaşma, yalnız qarşılıqlı faydalı əməkdaşlıq deyil, həm də itirilmiş etimadın bərpası üçün əsasdır.

Brüssel bu dəyişikliklərə və bərabərhüquqlu dialoqa hazırdırmı? Yoxsa ikili standartlarla siyasət aparmağa davam edərək Cənubi Qafqazdakı təsirini tamamilə itirəcək?

Azərbaycan dəfələrlə nümayiş etdirib ki, milli maraqlarına hörmət edən tərəfdaşlara açıqdır və bu, Avropa İttifaqına birbaşa mesajdır. Əgər Brüssel Azərbaycanla münasibətləri bərpa etmək istəyirsə, konkret addımlar atmalı və etimadı hərəkətləri ilə sübut etməlidir. Əks halda, Avropa İttifaqı üçün Cənubi Qafqazdakı imkanlar tükənəcək, Bakı isə öz geosiyasi kursunu daha etibarlı və uzaqgörən oyunçulara yönəldəcək.

Brüssel üçün vaxt daralır, seçim isə aydındır: ya bərabərhüquqlu tərəfdaşlıq, ya da regiondakı təsirini tamamilə itirmək. Azərbaycanın gələcəyi Avropa ilə dialoqdan asılı deyil, lakin Avropanın Cənubi Qafqazdakı gələcəyi Bakının etimadını qazanmaqdan birbaşa asılıdır.

Avropa İttifaqının Azərbaycanla münasibətlər tarixçəsi etimadın necə asanlıqla məhv edilə biləcəyinə dair dərsdir. Brüssel öz siyasətini dəyişməzsə, nəinki Azərbaycanla münasibətlərini itirəcək, həm də Cənubi Qafqazda təsir imkanlarından məhrum olacaq. Bu, təkcə nüfuz məsələsi deyil, həm də Avropa İttifaqının qlobal oyunçu kimi etibarlılığını təsdiqləmək qabiliyyətidir. Bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət aparmadan Avropa İttifaqının bu regionda davamlı nüfuz qazanması mümkün deyil.

Bu gün Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində yaşanan böhrandan nəticə çıxararaq müstəqil siyasət yürüdür. Bu siyasət yalnız regional maraqlara xidmət etmir, həm də beynəlxalq arenada Azərbaycanın artan gücünü və öz maraqlarını qətiyyətlə müdafiə etmək bacarığını nümayiş etdirir. Avropa isə, əgər öz səhvlərindən dərs almazsa, regionda həm etimadını, həm də təsirini birdəfəlik itirə bilər.

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Bu gün, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12
Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48
“Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46
Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37
"Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24
Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17
“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10
Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru