Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır, regional şərait məsələni qısa müddətdə həllinə şərait yaradır. ABŞ-ın yeni Prezidenti Donald Tramp son açqılamasında türkiyə həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləsə də, amerikalı hərbçilərin Suriyanı tərk etməsi məsələsində birmənalı fikir bildirməyib, hərbçilərlə məsləhətləşəcəyinə işarə edib. Bu o deməkdir ki, Tramp Ağ Evə yerləşdikdən sonra amerikalı hərbçilərin Suriyanı tərk edib-etməməsi məsələsində Pentaqonun rəyinə əsaslanacaq. Pentaqon generalları isə İŞİD-lə mübarizə adı altında Suriyadakı PKK\YPG terrorçularına dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar. Yəni Suriya məsələsində Trampa etibar etmək olmaz. Ona görə də, Ankara Trampın andiçmə mərasiminə qədər PKK-nı Suriya ərazisindən sıxışdırmağa və bununla terrorçuların manevr imkanlarını məhdudlaşdırmağa çalışacaq.
Elxan Şahinoğlu - "DİA-AZ"