Nazirlə ASC rəhbərinin pambıq korrupsiyası - müdhiş iddialar
Tarix: 5-04-2017, 08:58 | Çap et
Prezidentin Saatlıda keçirdiyi pambıq müşavirəsi olduqca əhəmiyyətli idi. Dövlət başçısı mühüm mesajlar verdi, bu yöndə görülən işlərdən, nəticələrdən danışdı, çatışmazlıqları qeyd etdi və məmurlara tapşırıqlar verdi. “Gündəm-Xəbər”in verdiyi məlumata görə, ümumiyyətlə, illərlə bu sahənin məhv olunmasında məmurların böyük xidməti olub. Bu gün də həmin məmurlar arasında pambıqçılığın inkişafına əngəl törədənlər var. Kənd təsərüfatı naziri Heydər Əsədovun rayon icra hakimiyyətləri ilə birgə korrupsiya şəbəkəsi quraraq aqrar sektoru məhv edir. KTN şefi aqrar sektoru məhv etməklə və fermerlərə divan tutmaqla büdcədən kənd təsərrüfatına ayrılmış milyonları yağmalayır. Bu mənimsəmələrdə nazir təkbaşına deyil və korrupsiya əməliyyatlarına icra hakimləri də şərik olublar. Araşdırmalar zamanı aydın olub ki, istər pambıq yığımı, istərsə sahələrin artezianla təmin olunması, istərsə texnika təminatında ciddi yeyintilərə yol verilib. Bu da fermerlərə və kəndlilərə baha başa gəlir. Nəticədə onlar məmurlar tərəfindən soyulur. Nazirlik guya kombayn çatışmazlığı təəssürat yaradıb. Halbuki, ölkədə kifayət qədər kombayn var. Sadəcə, bu texnika fermerlərə rüşvət müqabilində verilir. Ona görə də pulu olan kombayanı əldə edə bilər. Bu işləri əslində, KTN-nin yerlərdəki idarələri həyata keçirməlidir. Lakin məlum olub ki, H.Əsədovun yerlərdəki idarələri müqəvvadır və formal xarakter daşıyır. KTN rəhbəri həmin korrupsiya fəaliyyətini yerlərdəki icra başçıları ilə reallaşdırır. İcra başçılarının göstərişi altında fermerlər kombayn əldə edə bilir. Əldə etdiyimiz bilgilərə görə, digər qanunsuzluq su artezianları ilə bağlıdır. Qanunla 12 hektar əraziyə bir artezian vurulur. Bu bölgü işi də icra başçıları tərəfindən aparılır. KTN-nin yerlərdəki idarələri artezianları pulsuz verməlidir. Bu barədə ölkə rəhbərliyinin tapşırıqları var. Ancaq icra hakimləri bir artezianı 20-25 min manata vurur. Hər fermerdən 25 min manat alınanda il ərzində milyonlar dövr edir. Nazirlə icra başçları isə bu pulları xımırxımır yeyir, sakitcə bölüşdürürlər. Habelə, bu məsələdə “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin də böyük qazancı var. Belə ki, polis bəndlər qurur, çayların axını yalnız oliqarx-məmurlara məxsus sahələr gedib çatır. Fermerlər və kəndlilər isə məmur özbaşınalığı nəticəsində ağır durumla üzləşir.
Saatlı korrupsiyası - Detallar
“Gündəm-Xəbər”in verdiyi məlumata görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadənin də pambıqçılıq və əkin sahələrinin suvarılması işində korrupsiya piramidasında yer aldığı deyilir. Suvarma biznesində odioz məmura çevrilmiş Əhmədzadə kimsəni saymır. Nə şikayətlərə, nə barəsində ittihamlara münasibət bildirir, nə qurumun mətbuat xidməti mətbuatın suallarını cavablandırır. Bu həm də prezidentə hörmətsizlikdir. Məsələn, elə pambıq müşavirəsi keçirilən Saatlıda Əhmədzadənin korrupsiya əməlləri haqda medida iddialar var. Mətbuat üzərindən apardığımız araşdırma zamanə məlum olub ki, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Tahir Rzayev həm Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, həm də Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovla əlbir olub. Belə ki, Tahir Rzayev dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayırdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir. Məlumata görə, dövlətin rayonun Suvarma Sistemləri İdarəsinə ayırdığı pulları bir neçə təsərrüfat hesablı kiçik müəssisənin hesabına köçürür. Əslində həmin kiçik müəssisələrin bank hesablarından və möhür ştamplarından savayı heç bir şeyi yoxdur. Amma sənədləşdirmə zamanı göstərilir ki, məhz bu kiçik müəssisələr rayonun suvarma sistemlərini yeniləyir, təmir və bərpa edirlər. Ortada isə heç bir yenilənmədən və təmir, bərpa işlərindən söhbət gedə bilməz. Məlumatda bildirilir ki, Tahir Rzayev sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 45 000 - 60 000 manat göstərilir. Bu pulla isə normalda bir neçə yeni su nasosu almaq mümkündür. Onu da eyək ki, Azərbaycanın iqlimi imkan verir ki, kənd təsərrüfatı sahəsindən kifayət qədər büdcəmizə xarici valyuta gətirə bilərik. Artıq bu istiqamətdə böyük layihələrə start verilib, o cümlədən, pambıqçılığın inkişafına çox diqqət yetirilir, baramaçılıq, üzümçülük sahələri artırılır. Ancaq bu işlərdə də bir çox problemlərin şahidi oluruq. Bir çox rayonlardan gələn şikayətlərə görə rayon icra başçıları büdcə təşkilatlarında çalışanları zorla pambıq yığımına cəlb edirlər və yığdıqları pambığın pulunu vermirlər. Bildirirlər ki, dövlətdən maaş alırlar. Mediada yayılan xəbərlərə görə, Heydər Əsədov rayonlara göstəriş verib və müəyyən sabotajla məşğuldur. Elə pambıq yığımına pulların verilməsinin kökü də buradan qaynaqlanır. Bir müddət əvvəl Müasir Müsavat Partiyasının sədr Hafiz Hacıyev demişdi ki, Heydər Əsədov ermənilərlə həm pambıq, həm maldarlıq sahələri üzrə müqavilə bağlayıbmış. Bu müqavilə ilə alınan dərmanların hamısı da saxta çıxıb. Sahibkarlar həmin dərmanlardan birin götürüb analizə göndərsələr görəcəklər ki, o dərmanlar, ancaq heyvanları tələf etməkdən ötrüdür. Bir müddət qabaq Sabirabadda olan hadisəni yada salaq: pambığı zərərverənlərdən təmizləmək üçün dərman verdilər, amma əksinə olaraq zərərverənlər daha da inkişaf etdilər. Göründüyü kimi, Əhmədzadə və Əsədov əlbir olaraq güclü, tamahkar komandası ilə ölkənin aqrar sektoruna zərər vurmaqdadırlar. Dövlət rəhbərliyi bu sahənin inkişafı üçün proqram hazırlayır, icrasına tapşırıqlar verir, işlər görülür, amma bəzi qüvvələr də öz maraqlarını təmin etmək məqsədi güdürlər. Yazıda adıçəkilən bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
|