Direktor təyinatında İKİLİ STANDART... .....                     Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                     İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə .....                     Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                     Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                 

Fərhad Qəribovu qərib günlər gözləyir... - Əgər mandat almasa...
Tarix: 10-09-2015, 12:42 | Çap et
Fərhad Qəribovu qərib günlər gözləyir...
Cənab Qəribovun yenidən seçilmək şansı şox azdır. Buna görə də onun hazırkı narahatlığı haqqında məlumatlar başa düşüləndir.

Kürdəmirin deputat “Qelios” MMC-nin mərhum mühasibi Nadir Kərimovun ölümündən tutmuş “Siqma Layn” MMC-nin kredit fırıldağı və Debutbankla bağlı bir çox sualların cavabını verməlidir.

57 saylı Kürdəmir seçki dairəsindən 2010-cu ildə mandat qazanmış Fərhad Qəribovun yenidən deputat seçilməsi sual altındadır. Məlumata görə, Fərhad Qəribovun yenidən mandat qazanmasına həm seçicilərindən, həm də müəyyən dövlət strukturlarından narazılıq var. Bu isə o deməkdir ki, hörmətli millət vəkilinin yenidən mandat almaq şansı minimumdur. Doğrudur, deputat hələ də nüfuzlu generallardan birinin dəstəyinə malikdir. Ancaq bu dəstək ona mandat qazandıracaq qədər güclü deyil...

Cənab Qəribovun deputat toxunulmazlığı aradan qalxandan sonra isə onun problemləri başlayacaq. Bu istiqamətdə “xeberinfo.com”a səhih məlumatlar daxil olub. Məlumatlarda daha çox deputatın biznesindən, keçmiş Debutbankdakı korrupsiya əməllərindən bəhs olunur.

Məlum olduğu kimi, Fərhad Qəribov Milli Məclisin biznesmen deputatlar sırasında yer alır. Debutbank müflis olsa da deputatın hələ də Bakıda (“Çıraq Plaza”, “Şəki” restoranı və s.) və Kürdəmirdə, eləcə də ərəblərlə ortaq biznes obyektləri haqqında məlumatlar var.

Xatırladaq ki, Fərhad Qəribovun adı ilk dəfə Kürdəmirdəki Şirə zavodu – “Qelios” Məhdud Məsuliyyətli Cəmiyyəti ətrafındakı qalmaqalda hallanmışdı. Həmin qalmaqallı günlərdə deputat Qəribov mətbuata açıqlamasında bu zavodun onun qohumlarına məxsus olduğunu söyləsə də, konkret ad hallandırmamışdı. Ancaq rəsmi məlumatlarda Nizamnamə kapitalı 11 655 010 AZN olan “Qelios”un direktorunun depuatın ortancıl oğlu Zöhrab Qəribov olduğu göstərilir. Bu şirkət ətrafında qalmaqalın böyüməsinə səbəb isə deputatın oğlundan sonra ikinci maddi məsul şəxs hesab olunan baş mühasib Nadir Kərimovun müəmmalı ölümü olmuşdu. Qeyd edək ki, Nadir Kərimov aprelin 7-də itkin düşmüş, 21 günlük axtarışdan sonra isə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun cəsədini Kür çayından tapmışdılar. O zaman mərhumun ailəsi şikayət ərizəsində yazmışdı ki, onu öldürüb Kürə atıblar...

Deputat oğlunun rəhbərlik etdiyi şirkətin adı son olaraq "Beynəlxalq Bank işi"ndə hallanıb. Mətbuatda yayılan məlumata görə Zöhrab Qəribov Azərbaycan Beynəlxalq Bankından 185 milyon manat kredit götürəərək ölkədən qaçan Xaqani Bəşirovla ortaq fəaliyyəti olub. Belə ki, Xaqani Bəşirova məxsus olduğu iddia edilən “Siqma Layn” MMC Azərbaycan Beynəlxalq Bankından “Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb və əsas kredit və faizlər üzrə borclarını qaytarmayıb. Məsələn, “Siqma Layn” MMC-i Azərbaycan Beynəlxalq Bankından 14 mart 2008-ci ildə 2 milyon 120 min manat, 16 aprel 2008-ci ildə 500 min manat, cəmi altı gün sonra, 22 aprel 2008-ci ildə 400 min manat, 15 iyul 2008-ci ildə 1 milyon 644 min manat, 15 avqust 2008-ci ildə 1 milyon 662 min manat, bütövlükdə isə cəmi 6 milyon 346 min manat götürsə də, nə faizlərini, nə kreditin özünü banka qaytarmayıb.

Məlumata görə, bu pullar “Qelios” MMC-nin razılıq məktubu əsasında verilib ki, bu da deputat oğlunun məsuliyyət daşıdığı deməkdir. Yeri gəlmişkən qeyd edək ki, Samir İbrahim oğlu Hacıyevin rəhbərlik etdiyi “Siqma Layn” MMC ilə yanaşı Xaqani Bəşirova aid olan, Sadıx Nəbi oğlu Murtuzayevin rəhbərlik etdiyi “Alfa Layn” MMC-nin də adı kredit qalmaqalında hallanır. Yayılan məlumatlara görə, “Alfa Layn” MMC-nin direktoru Sadıx Murtuzayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xaqani Bəçirova aid olduğu iddia edilən “General Construction” MMC-i, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC, “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lərin adlarının hansı maliyyə fırıldaqlarında keçməsi ilə bağlı araşdırma aparırıq.

O ki, qaldı Fərhad Qəribovun deputat mandatının taleyinə... Qeyd etdiyimiz kimi, cənab deputatın yenidən seçilmək şansı şox azdır. Belədə onun hazırkı narahatlığı haqqında məlumatlar başa düşüləndir. Mandatın itirilməsi imtiyazların, məlum imkanların, nəhayət toxunulmazlığın əldən getməsi deməkdir. Demək seçkidən sonra Fərhad müəllim “Qelios” MMC-nin mərhum mühasibi Nadir Kərimovun ölümündən tutmuş “Siqma Layn” MMC-nin kredit fırıldağı və Debutbankla bağlı çox-çox suallara cavab verməli olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru