Direktor təyinatında İKİLİ STANDART... .....                     Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                     İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə .....                     Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI .....                     Sülhü sabotaj edən səfir .....                     Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                 

Zirzəmilərdə dövr edən milyonlar - Qumarxana biznesi
Tarix: 28-08-2015, 14:40 | Çap et
Zirzəmilərdə dövr edən milyonlar
Hələ bir xeyli əvvəl Azərbaycanda qumarxana və kazinoların fəliyyətinə qadağa qoyulsa da, bir çoxları bunu şəxsi evlərə və ya gizli ofislərə daşımaqla böyük qazanc əldə etməyə davam etdi. Düzdür, yerli polis məsələdən xəbər tutaraq, əməliyyatlar keçirib bir çoxunun fəaliyyətinə xitam verməyi bacarıb. Amma ortada böyük pullar varkən bu işdən əl çəkmək istəməyənlərin də az olduğu inkar edilməzdi.

Gürcüstana uzanan həvəs

Qeyd edək ki, qumar həvəsi təkcə iş adamları deyil, ayrı-ayrı fərdləri, hətta məmurları da özünə cəlb edir. Uzun illər Azərbaycanda bu oyunların qadağan olunması səbəbindən həvəskarlar üzünü Tiflis əvə Batumiyə tuturdular. Amma son dövrlər Bakıda qumarxana və kazinoların çoxalması səbəbindən Gürcüstan marşrutu da yaddan çıxıb.

Maraqlı məqamlardan biri odur ki, hər il yerli məmur və iş adamlarının Gürcüstanda qumara qoyduğu vəsait heç də kiçik rəqəmlərlə ifadə olunmur. Bəzi iddialara görə, bu rəqəm illik 10-20 milyon dollar arasında dəyişir. Hətta müəyyən məmurlar və iş adamları var ki, onlar kiçik rəqəmli qumarlar oynamırlar. Onların startlarının 50 min dollardan başladığı deyilir.

Binəqədi, Sumqyıt və Xırdalan…

Əslində, son illər sayları xeyli artmış qumarxanaların yerləri də bəllidir. Daha doğrusu, onların hansı istiqamətdə genişləndiyi barədə bilgilər xeyli çoxdur. Məsələn, son dönəmlər Binəqədi rayonu, Sumqayıt və Xırdalan şəhərləri daha çox adı hallananlar sırasındadır.

Bu məntəqələrdə gizli şəkildə fəaliyyət göstərən qumarxanalardan şikayətçi olanlar da az deyil. Hələ bir müddət əvvəl 7-ci mikrorayonda (Binəqədi rayonu) fəaliyyət göstərən həmin lotoxana sonradan müəmmalı şəkildə fəaliyyətini dayandırdı. Daha dəqiq ifadə edərsək, Vüsal Rzayevin başçılığı altında fəaliyyət göstərən bu qumarxananın arxasından generaldan tutmuş, Binəqədinin icra başçısı Xaləddin İsgəndərova qədər hər kəsin adı ortaya çıxdı. Hətta belə bir iddia da gündəmə gəldi ki, bu lotoxananın fəaliyyət göstərməsi üçün icra başçısı Vüsal Rzayevdən 100 min manat istəyib və istədiyini də alıb. Amma sonradan durum tamamilə dəyişdi və belə bir xəbər yayıldı ki, Vüsal Rzayevin В«biznesiВ» qapadılıb.

Düzdür, bu məlumatın nə qədər dəqiq olduğu bəlli deyil. Çünki bəzi xəbərlərdə həmin qumarxananın yenə də fəaliyyət göstərdiyi vurğulanır.

Sumqayıt şəhərində isə belə yerlərin sayı məhduddur. Onların arasında populyar olanları da var, adı heç çəkilməyənlər də. Əksəriyyəti də iddia edir ki, guya, yerli polis onları himayə edir. Lakin indiyə qədər şəhərdə keçirilmiş əməliyyatlardan belə başa düşülür ki, bu iddialar müvəqqəti olaraq özlərini qorumaq üçün nəzərdə tutulub.

Məsələn, Sumqayıt şəhər, 18-ct mikrorayonda yerləşən В«SamovarВ» adlı çay evindən qumarxana kimi istifadə olunur. JAM.AZ-ın araşdırmalarına görə, həmin çay evində qumar məsələsinə görə baş verən dava-dalaşlar insanların rahatlığını pozur. Belə ki, В«SamovarВ»da udanla uduzan arasında yaşanan qalmaqallar davaya və səs-küəyə çevrilir. Sakinlər bununla bağlı müvafiq dövlət qurumlarına şikayət etsələr də tədbir görülmür.

Üçüncü əsas mərkəz olaraq isə Xırdalan şəhəri göstərilir. Burada da çay evləri adı altında yaradılan qumarxanalar tüğyan edir. İddia olunur ki, belə yerlərin əsas sahibləri yerli məmurlardır.

Nazir oğluna məxsus kafedə də qumar oynanılır?

Bildirək ki, qumar Azərbaycanda qadağandır və bu səbəbdən də gizli şəkildə təzahür edir. Və bu təzahürlər içində məmurların və ya onların övladlarının da adı hallanır. Məsələn, hələ bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovun olduğu deyilən “Narhauz” kafesiinin də adı qumar məsələsinə qarışmışdı. “Xəzər” ticarət evinin yanında yerləşən kafedə mütəmadi olaraq belə oyunların təşkil edildiyi vurğulanır.

Hətta o da vurğulanır ki, bu məntəqəni işlədən sahibkar qabaqcadan təbliğata başlayıb və şəhərin müxtəlif ərazilərində loto oyununa dəvət üçün çağırış elanları paylayır.

Şura sədrinin adı kazino biznesində

Bu əsnada daha bir iri çəkili şəxsin də adı qumarxana işlədilməsi heç də səbəbsiz görünmür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında Ekskursiya və Turizm Şurasının sədri vəzifəsini daşıyan Fikrət Nuriyevlə bağlı verilən məlumatdarda deyilir ki, o, Həmkərlar İttifqının balansında olan “Xəzər”, “Dostluq”, “Bakı-Tur” və digər turist bazalarını öz şəxsi biznes obyektinə çevirib.

Həmin iddialara görə, Fikrət Nuriyev Ekskursiya və Turizm Şurasının sədri vəzifəsindən sui-istifaldə edərək balansında olan bir çox turist bazalarını qumarxana obyekti kimi istifadə edir. Belə ki, bir çox imkanlı məmurlara satılan ekskursiya biletləri əslində qumar oynamaq üçün bir bəhanədir. Yəni gözdən uzaq könüldən iraq bir yer olan turist bazaları qumar oynamaq üçün ən etibarlı yerlərdən biri hesab olunur.

JAM.AZ-a verilən məlumatlarda deyilir ki, şura sədri bir müddət öncə bu məsələ ilə bağlı daha da qabağa gedərək turist bazalarında aşkara bir neçə kazino belə açıbmış. Dövlət başçısı İlham Əliyevin qanunsuz kazinoların ləvğ edilməsi ilə bağlı verdiyi sərəncamdan sonra və Fikrət Nuriyev açıq kazino biznesindən əl çəkib. Ancaq buna baxmayaraq mənbə bəzi turist bazalarında gizli kazinoların fəaliyyət göstərdiyini iddia edir. Bu kazinoların daha çox Bakı şəhərində, Xaçmaz və Quba rayonlarında fəaliyyət göstərdiyi qeyd olunur.

В«Qumarxana krallarıВ» kimlərdir?

İlkin araşdırmalara görə, milyonların dövr etdiyi bu biznesin başında duranlar da var. Daha doğrusu, onu vahid əldə cəmləşdirib, hərəkət edənlərdən artıq ikisinin adı məlum olub. JAM.AZ xəbər verir ki, belə obyektlərin yarısına В«Qara VəzirВ» kimi tanınan şəxs və onun ətrafındakı, əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edir.

Digər qruplaşmaya isə В«Qobulu NaibВ»in başçılıq etdiyi vurğulanır. Həmin məlumatlara görə, sözügedən şəxsin kazinoları əsasən mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində fəaliyyət göstərir.

İddia olunur ki, В«Qara VəzirВ» В«Qobulu NaibВ»dən fərqli olaraq qətiyyən qorxu bilmir. Elə bu səbəbdəndir ki, onun metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək, orada qumarxanalar açır. Hətta işi o qədər böyüdüb ki, onlayn qumar oyunları da təşkil edir. Məlumatlarda vurğulanır ki, belə obyektlərin hamısına Vəzirin oğlu Tofiq Qaranizadə nəzarət edir.

Qeyd edilir ki, qanunsuz olaraq fəaliyyət göstərən bu qumarxanalar il boyu milyonlarla vəsait qazanc gətirir. Məsələn, В«Qara VəzirВ»in təkcə Əhmədlidə, ”Bakı” kinoteatrının yaxınlığındakı kazinosu 6 aya 1,34 milyon manat gəlir əldə edib. Bu şəxsin belə kazinolarının sayı isə 20-dən çoxdur.

Parlayan yeni В«üldüzВ»: В«Yeraz MehmanВ»

JAM.AZ-ın araşdırmalarına görə, qumardan əldə olunan gəlir təbii ki, günün birində tərəflər arasında ciddi toqquşmaya səbəb olacaqdı. Elə gözlənildiyi kimi də olur və tərəflər bir birləri ilə mübarizəyə başlayırlar. Və tərəflər bir birləri barədə gizli şəkildə polisə məlumatlar ötürməyə start verirlər. Hər iki tərəf elə zənn edirmiş ki, bu məlumatları ötürəcəkləri təqdirdə polis onları qoruyacaq və qarşı tərəfi sıradan çıxaracaq. Amma polis orqanları bütün dəlil və sübutları topladıqdan sonra əməliyyat keçirərək, Vəzir Qaranizadəni və onun rəqibi Naibi həbs edir. Və proses В«EurovizionВ» yarışması ərəfəsində tamamilə başa çatdırılır və bütün kazinolar bağladılır.

Amma böyük qazanclar həvəsi bu bazara nəzarət üçün çalışanların olacağını istisna etmirdi. Və yeni variantlar üzərindən qumarxana kimi fəaliyyət göstərməyin yollarını axtarırdılar. Nəhayət, bunun üçün yeni yol tapıldı və ortaya yeni simalar çıxmağa başladı.

Qeyd edək ki, Azərbaycan son illər xeyli populyar olan futbol-mərc oyunları onlarla insanın evinin və ailəsinin dağılmasına gətirib çıxarıb. Rəsmi olaraq В«TOPAZВ» kimi fəaliyyət göstərən həmin kantorların isə böyük gəlirlər əldə etdiyi sirr deyil.

Elə yeni işbazlar da bu işi fürsət bilib В«TOPAZВ» üzərindən qumar bizneslərini genişləndirməyə başlayırlar. Nəticədə, В«TOPAZВ»ın В«qara bazarıВ» peyda olur və onun başına aparıcı fiqurlardan biri keçir. İddialara görə, bu В«qara bazarВ»ın illik dövriyyəsi В«TOPAZВ»ın büdcəsindən bir neçə dəfə çoxdur. Amma dövlətə bir qara qəpik də vergi ödəmirlər. Düzdür, bu adamlar fəaliyyətlərini elə qurublar ki, onların işlətdikləri məkanlar rəsmi olaraq В«TOPAZВ»ın kontorları kimi görsənir. Amma paralel olaraq bu kontorlarda qumar-kazino oyunları da geniş yayılıb. Əslində, məqsəd В«TOPAZВ»ın adı altında gizlənib, qumar biznesini genişləndirməkdir.

JAM.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, belə gizli məntəqə sahiblərindən biri В«YerazВ» ləqəbli Mehman adlı şəxsdir. Onun şəriki isə Rüfət adlı birisidir.

O da vurğulanır ki, futbolun В«qara bazarıВ»nın gündəlik dövriyyəsi heç də aşağı deyil və bu təqribən 200 min manat təşkil edir.

В«YerazВ»dan В«DAYIВ»ya qədər

JAM.AZ xəbər verir ki, bu şəbəkənin aylıq hesabatlarını В«ƏcəmiВ» metrosunun yaxınlığında yerləşən məntəqələrdən birində aparırlar. Arxa kabinetlərdə həyata keçirilən həmin hesabatlardan sonra əldə olunan gəlirlər bölüşdürülür.

В«Yeraz MehmanВ»ın isə digər bir ayaması da var. Özünü hüquq-mühafizə orqanlarına yaxın kimi təqdim edən bu şəxsə məhdud dairədə В«DAYIВ»da deyirlər. Buna səbəb isə onun Azərbaycanda əksər qumarxanalara himayədarlıq etməsi göstərilir.

Hərdən bu obyektlərdə dava-dalaşlar da yaşanır. Lakin qeyri-qanuni fəaliyyət göstərdiyindən kimsə onlarla bağlı şikayət də edə bilmir. Bu davaların səbəbi isə müştərilərin aldadılmasından irəli gəlir.

RUB90.RU və “Zenit-Bet” şəbəkəsi

Nəzərinizə çatdıraq ki, bu gizli şəbəkə RUB90.RU saytı vasitəsi ilə Azərbaycanın bütün rayonlarında canlı futbol mərclərinə pul qoyanların ciblərinə girməklə də məşğuldur. Mərkəzi serveri Rusiyada olan həmin saytı idarə edənlərin arasında erməni əsillilərin də olduğu deyilir.

Bundan başqa, В«Yeraz MehmanВ»ın ötən il “Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı В«parlaq qələbəВ» bu şəxsi Bakının qumar kralına çevirmiş olub.

В«LotoВ» oyunu dəbə mindirilir

Hərçənd proses bununla da yekunlaşmır. JAM.AZ-a verilən son məlumatlara görə, В«DAYIВ» bu dəfə lotoxanaların fəaliyyətini genişləndirir və onun Bakıda yayılmasına çalışır. Artıq bununla bağlı onun bəzi addımlar atdığı da deyilir. Məsələn, Bakıxanov qəsəbəsində olan lotoxanalarda açıq qumar oyununun təşkilinə başlanılıb. Və maraqlıdır ki, kimsə bu obyektlərə müdaxilə etmək istəmir.

Araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru