Bakıda taksilər kəskin bahalaşdı .....                     Rusiyanı iflic etmə planı .....                     Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib .....                     "Biz aldandıq, siz aldanmayın" .....                     Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb .....                     Üçüncü Dünya müharibəsi təhlükəsi? .....                     Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi .....                     NAXTEL LƏĞV OLUNUR .....                     Susuz qalan Türkiyə: böhran dərinləşir .....                     "İsrail dronları Azərbaycan sərhədindən keçib" .....                     Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı .....                     "Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" .....                     Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə .....                     KTMT Belarusda təlimlərə başladı .....                     "Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" .....                     ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... .....                     "İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" .....                     Rus ordusu bu şəhərə daxil oldu .....                     "Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." .....                     Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? .....                     Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... .....                     İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... .....                     "Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" .....                     Pekin Moskva və Tehrandan fərqli olaraq … .....                     Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… .....                     O, Əliyeva ilə yaxındır, olmaz... .....                     Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? .....                     İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI .....                     Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir .....                     İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu .....                     Daha bir ölkə NATO yolunu tutur .....                     Gerasimov Putini belə aldadır: .....                     Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş .....                     SOCAR-da SIĞORTA MÜƏMMASI .....                     Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... .....                     Problem yaratmaqda elə BİR BANKDIR... .....                     “İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” .....                     Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır .....                     Tramp İllinoys qubernatorunu hədələyib .....                     İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... .....                 

Neftçalada bazar qalmaqalı səngimir - Başçıdan narazılıq var - PROBLEM
Tarix: 16-01-2015, 14:59 | Çap et
Neftçalada bazar qalmaqalı səngimir - Başçıdan narazılıq var
Məlum olduğu kimi, ölkə rəhbərliyi regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir. Sirr deyil ki, son illər bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılıb və əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Düzdür, iş olan yerdə qüsur da olmalıdır. Amma bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri bilərəkdən qanunsuz işlərə əl atırlar. Ki, nəticədə əhali arasında narazılıq hallarının sayı artır. Ölkəmizin inkişafdan qalan rayonlarından biri də Neftçaladır. Rayonun əksər idarə və müəssisə rəhbərlərinin, o cümlədən icra başçısı İsmayıl Vəliyevin səbəb olduğu qanunsuzluqlar haqqında bu günədək mətbuatda dəfələrlə silsilə tənqidlər gedib. Buna baxmayaraq, nə icra başçısı, nə də digər məmurlar özbaşına əməllərindən əl çəkirlər.

Bu isə rayonda sosial problemlərin gündən-günə artmasına gətirib çıxarır. Xatırladaq ki, hələ bir neçə ay öncə Neftçalada avtovağzal ola-ola icra başçısı İsmayıl Vəliyevin yeni bazarın yaxınlığında ikinci avtovağzal tikdirməsi barədə yazı dərc etmişdik. Təəssüf ki, aidiyyəti dövlət qurumları səviyyəsində məsələyə münasibət bildirilmədi. Elə buna görə də hazırda rayonda vəziyyət qənaətbəxş deyil. Adının çəkilməməsini xahiş edən Neftçala sakininin redaksiyamıza ötürdüyü məlumatlara görə, İsmayıl Vəliyev və onun ətrafında cəmləşən bir qrup məmur rayonu əməlli-başlı bərbad vəziyyətə salıb: "Başçının ən yaxın adamlarından biri Neftçala İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinin baş məsləhətçisi, aqronom Babayev Əlikömək Dadaşbala oğludur. O vaxtilə əhalinin istifadəsində olan əkin sahələrini qanunsuz şəkildə satıb. İsmayıl müəllimin bir çox işlərini baş məsləhətçi həyata keçirir. Məlumat üçün deyim ki, rayonda iki bazar fəaliyyət göstərir- təzə və köhnə bazar. Əlikömək Babayev köhnə bazarın ərazisini sökdürüb yerini satmaq istəyir. Təbii ki, başçının tapşırığı ilə. Çünki rayonda icra hakimindən xəbərsiz heç bir iş görmək mümkün deyil. Bazarın ərazisi 30 hektar, qiyməti isə təxminən 3 milyon manat civarındadır. Baş məsləhətçi bazarı dağıtmaq üçün müxtəlif vasitələrə əl atır. Belə ki, Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti hüqüq-mühafizə orqanlarının əməkdaşları hər gün köhnə bazara göndərilir. Burda sahibkarlıq fəaliyyəti ilə məşğul olub ailəsinə 5 manat çörək pulu aparan şəxsləri incidirlər. Bazarda işləyən insanlar şikayətlərini bildirmək üçün başçının qəbuluna düşə bilmirlər. Daha doğrusu, İsmayıl Vəliyevi yerində tapmaq olmur. Onu ancaq restoranlarda tapmaq mümkündür". Mənbənin sözlərinə görə, rayon rəhbəri vətəndaşların problemləri ilə maraqlanmır: "İsmayıl müəllim ancaq özü üçün çalışır. Onun göstərişi ilə avtovağzal yeni bazarın ərazisinə köçürülüb. Köhnə avtovağzalda hər cür şərait olsa da, başçı özünə məxsus olan yeni bazarın ərazisində avtovağzal yaratmaqla gəlirlərini artırmaq barədə fikirləşir. Rayondan Bakıya və digər bölgələrə işləyən taksi və sərnişin avtobusları məhz yeni bazarın ərazisində dayanırlar. Əks halda, rayon rəhbəri həmin sürücülərin cəzalandırılması üçün aidiyyəti şəxslərə göstəriş verir. Yeni avtovağzal isə Aydın Aslanovun nəzarətindədir. Bu şəxs əvvəllər Neftçala Rayon Polis Şöbəsində işləyib. Lakin işdə yol verdiyi ciddi nöqsanlara görə polis sıralarından qovulub. Polisdən çıxandan sonra bir müddət köhnə bazarda yer pullarını yığıb. İsmayıl Vəliyevlə münasibətlərini yüksək səviyyəyə çatdırdıqdan sonra isə yeni avtovağzala rəhbərlik etməyə başlayıb. Hazırda rayonda vəziyyət olduqca ağırdır. Köhnə bazarda ticarətlə məşğul olan insanlar sıxışdırılır. Bazarın yerinə göz dikən başçı nəyin bahasına olursa-olsun, buranı sökdürüb yerini hansısa iş adamına vermək istəyir. Təsəvvür edin köhnə bazar sökülsə, onlarla ailə ac qalacaq. Neftçala Rayon Polis Şöbəsinin "serjantları" Xəqani Səfərov və Sabir Muradov hər gün köhnə bazara gələrək sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanları incidir, onlara qarşı kobudluq edirlər. Bəzi ticarətçilər yeni bazardan balıq alıb köhnə bazarda satmaq istəyir, amma adları çəkilən polis işçiləri buna imkan vermir. Aydın Aslanov və digərləri balıqçıları incitmək üçün Mələk adlı baytar həkimi onların üstünə göndərir. Bu günlərdə 300 nəfər balıqçı heç bir səbəb olmadan cərimələnib. Bütün bu fəsadları törədən İsmayıl Vəliyev və ətrafındakı insanlardır. Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm. Rayonda bələdiyyə seçkiləri o qədər də ürəkaçan olmadı. İcra başçısının Neftçala şəhər bələdiyyəsinin sədri postuna namizədi Aydın Aslanovdur. Artıq rayonda dolaşan məlumatlara görə, Aydın Aslanov Neftçala şəhər bələdiyyəsinin sədridir. Halbuki, Mərkəzi Seçki Komissiyası yekun nəticələri açıqlamayıb. Aydın Aslanov bələdiyyə sədri seçiləcəyi təqdirdə işlər daha da pisləşəcək. Bir sözlə, İsmayıl Vəliyev, Əlikömək Babayev və Aydın Aslanov üçlüyü rayonda ürəkləri istəyən hərəkətləri edir. Amma onlara güldən ağır söz deyən yoxdur". Deyilənə görə, köhnə bazarda söküntü işləri aparılan zaman Neftçala İcra Hakimiyyəti başçısının birinci müavini Dilavər Əliyev İsmayıl Vəliyevin arxasınca bəzi xoşagəlməz fikirlər səsləndirib. Bu haqda növbəti saylarımızda müfəssəl məlumat verməyə çalışacağıq. Bizi izləyin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda taksilər kəskin bahalaşdı – Yeni qiymətlər
Bu gün, 07:04
Rusiyanı iflic etmə planı - Zelenski anonsunu verdi
Bu gün, 07:01
Si Cinpin ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib
Bu gün, 06:58
"Biz aldandıq, siz aldanmayın" - NARAZILIQ VAR...
Bu gün, 06:54
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Bu gün, 06:44
Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Bu gün, 06:40
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə qarşı dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 06:23
NAXTEL LƏĞV OLUNUR - DİQQƏT
Bu gün, 02:00
Susuz qalan Türkiyə: böhran dərinləşir - AKTUAL
Bu gün, 00:46
"İsrail dronları Azərbaycan sərhədindən keçib" - YALANÇI TEHRAN
Bu gün, 00:43
Şanxay sammitində diqqətçəkən detal: bir ilk yaşandı – 2019-da nə deyilmişdi?
Dünən, 23:15
"Putinin növbəti hədəfi Baltikyanı ölkələr yox, məhz Azərbaycandır" - Ölkəmiz yenə təhdid olundu
Dünən, 23:12
Çində gizli diplomatiya: Əliyev, Paşinyan və Ərdoğan ayaqüstü “üçlü” görüşdə – yeni format doğulurmu?
Dünən, 23:10
KTMT Belarusda təlimlərə başladı
Dünən, 15:04
"Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Dünən, 14:29
ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Dünən, 14:17
"İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" - AKTUAL
Dünən, 14:05
Rus ordusu bu şəhərə daxil oldu - Puşilin
Dünən, 14:03
"Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." - GİLEY
Dünən, 14:00
Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:40
Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... - deməli, MƏCBUR OLUB...
Dünən, 13:27
İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... - ÖZBAŞINA QALIBLAR...
Dünən, 13:24
"Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" - QALMAQAL
Dünən, 13:20
Pekin Moskva və Tehrandan fərqli olaraq … - FAKT
Dünən, 13:07
Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… – Rusiya üçün yeni kabus
Dünən, 13:05
O, Əliyeva ilə yaxındır, olmaz... - Ermənilər panikaya düşdü
Dünən, 12:58
Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? - İLGİNC GƏLİŞMƏ
Dünən, 12:56
İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI - “Svobodnaya pressa
Dünən, 11:39
Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir - Dugin
Dünən, 11:35
İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu - danırlar, amma...
Dünən, 11:16
Daha bir ölkə NATO yolunu tutur – Stepaşindən sərt reaksiya
Dünən, 11:13
Gerasimov Putini belə aldadır: - Ağır itkilər...
Dünən, 11:00
Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş - UNİAN
Dünən, 10:59
SOCAR-da SIĞORTA MÜƏMMASI - AXI NİYƏ?..
Dünən, 10:57
Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... - DÖVLƏT NƏDƏNSƏ SEYR EDİR...
Dünən, 10:43
Problem yaratmaqda elə BİR BANKDIR... - NARAZILIQ VAR...
Dünən, 10:40
“İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” - deputat
Dünən, 10:30
Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır - GƏLİŞMƏ
Dünən, 10:26
Tramp İllinoys qubernatorunu hədələyib - "Truth"
Dünən, 06:12
İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... - AKTUAL
Dünən, 06:09
Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi - FOTO
Dünən, 06:06
Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI - “TikTok profilim olmayıb, saxta hesab açıblar”
Dünən, 05:53
“Əbədi qardaşlıq” mifinin sonu – Uçurum üzərində müttəfiqlik
Dünən, 05:49
Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə - Aftafa, pəncərə, qapı dəstəyi, led və.s
Dünən, 05:45
"Bir aydan çoxdur səsim gedib"
Dünən, 05:39
İran Silahlı Qüvvələrinin rəisi Paşinyanın adamının üzünə bunları dedi! - TƏFƏRRÜAT
Dünən, 05:35
Ankara Bakıya ABŞ-la bağlı nə deyib? – Fidan təkzib etdi, Ərdoğan da bilirmiş
Dünən, 05:32
Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb - NƏ ETMƏLİ?
30-08-2025, 18:00
İranda MOSSAD əməliyyatı: saxlanılanlar var - KİV
30-08-2025, 17:58
5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar - UCUZ QİYMƏTƏ DRON VURAN HAZIRLANIB
30-08-2025, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru