"Bu bizi qane edə bilməzdi" - deputat
Tarix: 8-05-2025, 09:06 | Çap et
 Almaniyanın xarici işlər naziri vəzifəsini tezliklə Yohan David Vadeful tutacaq. 62 yaşlı siyasətçi ölkənin yeni kansleri Fridrix Merzin yaxın silahdaşı hesab edilir. Sağ-mərkəzçi Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi olan Vadeful Yaşıllar Partiyasından olan Annalena Berboku əvəz edəcək.
“Yeni Müsavat” qeyd edir ki, Vadeful Azərbaycan üçün yad sima deyil. Vadeful Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri vəzifəsini tutub. O, bu vəzifədə bir neçə dəfə Azərbaycan rəsmiləri ilə bir araya gəlib. Deputat kimi ötən il Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə görüş keçirib.
O, Vətən müharibəsindən əvvəl dəfələrlə Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğunu bildirib. “Bir məsələ aydındır: Azərbaycan ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilib”, - o, Xocalı qırğınının 27-ci ildönümü münasibətilə simpoziumda söyləmişdi.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov bildirib ki, Yohan David Vadeful ədalətli siyasətçidir. Onun fikrincə, yeni XİN rəhbəri Almaniya-Azərbaycan münasibətlərinin inkişafına xidmət edən siyasi kursu dəstəkləyəcək.
Amma buna nə dərəcədə nail ola biləcək? Çünki 2 apreldə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri ərəfəsində qalmaqal yaşanmışdı. O, Ermənistanda olarkən sosial media hesabında keçmiş qondarma rejimin əski parçasını paylaşmış, rəsmi Bakının etirazına səbəb olmuşdu. Sonra paylaşım silindi, üzrxahlıq edildi. Lakin alman prezident Bakıdan gedər-getməz ölkəsinin dövlət televiziyasında Qarabağın “mübahisəli ərazi” olduğu barədə süjet yayımlandı.
Bu baxımdan Almaniyanın yeni baş diplomatı ziddiyyətləri aradan qaldıra biləcəkmi?
Azərbaycan-Almaniya Parlamentlərarası İşçi Qrupunun digər üzvü Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında Almaniyanın dünyada sayılıb-seçilən ölkələrdən biri olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu dövlət iqtisadi potensialı ilə Avropada liderdir: “Azərbaycan da belə bir gücə malik ölkə ilə münasibətlərin inkişafda olmasında maraqlıdır. Almaniya Prezidenti də ölkəmizə səfər etmişdi. Əvvəlki xarici işlər nazirinin Ermənistandan yana çıxışları olub. Bu da bizi qane edə bilməzdi. İndi yeni xarici işlər nazirindən gözləntilərimiz var”.
E.Musayev xatırlatdı ki, alman nazirin Prezident İlham Əliyevlə ötən il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşü də olub: “Hər halda, belə bir diplomatın xarici işlər naziri olması ümidvericidir. Güman edirik ki, əlaqələrin güclənməsinə töhfə verəcək. Bu günə qədər olan fəaliyyəti belə deməyə əsas verir”.
Onu da deyək ki, Xristian-Demokrat İttifaqının lideri Fridrix Merz Bundestaqda Almaniyanın yeni, 10-cu kansleri kimi and içib. Mərasimi “Phoenix” telekanalı yayımlayıb. “Alman xalqının rifahı naminə çalışacağıma, onun sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, əsas Qanunu və federasiya qanunlarını qoruyacağıma, vəzifə borcumu vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli olacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”, - deyə Merz bildirib.
Onilliklər ərzində ilk dəfə olaraq Almaniyanın kansler və xarici işlər naziri postları yenidən bir partiyanın - sağ mərkəzçi Xristian Birlik İttifaqının əlində olacaq. Yeni kansler Fridrix Mertsin yaxın tərəfdaşı hesab olunan Vadeful 2009-cu ildən bəri Bundestaqın üzvüdür. Xristian Birlik İttifaqının parlament qrupunun vitse-prezidenti olaraq o, xarici siyasət və təhlükəsizlik məsələlərinə cavabdeh olub.
Avropa İttifaqının doqquz ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Azərbaycan Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Almaniya ilə də fəal əməkdaşlığa malikdir. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. Bir müddət əvvəl Almaniya Prezidenti Frank Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri də əlaqələrimizin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Tramp Marşrutu" Ermənistan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirəcək - Paşinyan belə deyir...
Bu gün, 18:14 |
|
|
|
| • Trampın UKRAYNA PLANI... NƏ QƏDƏR REALDIR?
Bu gün, 17:52 |
|
|
|
| • Abonentin iştirakı olmadan sayğac dəyişdirilə bilər? - AKTUAL
Bu gün, 17:49 |
|
|
|
| • Kamran Qasımov TƏBİB-dən bu quruma getdi - ƏMR
Bu gün, 17:45 |
|
|
|
| • Ermənilərlə danışmağın MƏNASI VARMI?
Bu gün, 17:42 |
|
|
|
| • AZAL səyahətləri daha rahat edir - minik talonlarını artıq “Apple Wallet” və “Google Wallet”də saxlamaq mümkündür
Bu gün, 17:36 |
|
|
|
| • Türkiyənin məşhur otellər şəbəkəsinin Bakıda yerləşdiyi obyekt müsadirə olunub - DETALLAR
Bu gün, 17:33 |
|
|
|
| • Bakcell lotereyasında 7-ci lüks avtomobil udulub
Bu gün, 17:29 |
|
|
|
| • Tahir Kərimliyə qarşı kampaniyanı Adəm İsmayıl təşkil etdirir? - "Qol-qanadımı qırmaq istəyirlər" - SENSASİON AÇIQLAMA
Bu gün, 17:21 |
|
|
|
| • Almaniyada azərbaycanlıya görə ara qarışıdı - Polis şöbəsində qarşısında AKSİYA
Bu gün, 17:16 |
|
|
|
| • Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb
Bu gün, 17:11 |
|
|
|
| • Aytən Səfərovadan barəsində yayılan iddialara CAVAB - "Hüquq-mühafizə orqanlarına müraciət etmişəm"
Bu gün, 17:10 |
|
|
|
| • “Napoli”də “Qarabağ”la oyundan öncə gərgin iclas - Konte onları günahlandırdı
Bu gün, 17:07 |
|
|
|
| • Ləğv prosesində olan sığorta şirkətinin vergi borcu - 1,3 MİLYON MANATA YAXINLAŞIB
Bu gün, 17:00 |
|
|
|
| • Əxlaqsızlığı təbliğ edən meyxanaçı - “Dedim, bəlkə, məni anlayar”
Bu gün, 16:55 |
|
|
|
| • “Defisə görə müraciət etməyin!” - DYP-dən sürücülərə çağırış
Bu gün, 16:49 |
|
|
|
| • GÜNÜN SUALI: 5 mərtəbəli binanın zirzəmisi necə obyektə çevrildi…. - Hacıbaba Babayev icazə verib?
Bu gün, 16:22 |
|
|
|
| • Rusiya ordusu Kupyanski ələ keçirdiyini elan etdi -şəhər “tam təmizləndi”
Bu gün, 16:09 |
|
|
|
| • Elmira Axundovanın yaxın adamı ilə bağlı Ali Məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 16:02 |
|
|
|
| • Xəzərdə suyun azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ – Qorxunc xəstəliklər ARTA BİLƏR
Bu gün, 15:57 |
|
|
|
| • Cümşüd Nuriyev Vəhdət Partiyasından xaric edildi - AÇIQLAMA
Bu gün, 15:54 |
|
|
|
| • Ruslar Kiyevdəki səfirliyimizi vurmalarını ETİRAF ETMİRLƏR... amma təəssüf etdiklərini deyirlər... - səfirimiz Rusiya XİN-də olub...
Bu gün, 15:51 |
|
|
|
| • "SOCAR AQS" İŞİ: Evində işlətdiyi şəhid xanımının adına texnika alıbmış... - RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?
Bu gün, 15:46 |
|
|
|
| • Əmrullayev bu cəsarəti haradan alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:39 |
|
|
|
| • İrəvanda ikibaşlı OYUN - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
| • Bir nəfərin dolanması üçün ən azı 443 manat lazımdır – Rəsmi statistikaya istinadən hesablama
Bu gün, 15:26 |
|
|
|
| • Bəhram Bağırzadə sənətdən getdi - AÇIQLAMA
Bu gün, 15:17 |
|
|
|
| • Maşın vuran keçmiş nazirlik işçisinin barəsində cinayət işi açılıbmış... - TƏFƏRRÜAT
Bu gün, 15:12 |
|
|
|
| • “Veysəloğlu–Rossmann” əməkdaşları Almatıda keçirilən beynəlxalq təlimdə iştirak edib
Bu gün, 15:02 |
|
|
|
| • Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçib
Bu gün, 14:57 |
|
|
|
| • “Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübələri ilə tanış olub - FOTO
Bu gün, 14:10 |
|
|
|
| • Polkovnik Yaqub Əhədovu maşın vurub öldürdü
Bu gün, 14:02 |
|
|
|
| • “Coffemania” borc içində “üzür”
Bu gün, 13:07 |
|
|
|
| • Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır
Bu gün, 13:01 |
|
|
|
| • Ordubadda BİABIRÇILIQ: 17 yaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər - TƏFƏRRÜAT
Bu gün, 12:56 |
|
|
|
| • AQTA-dakı Təhməzli SAXTA ARAQ MAFİYASININ PEŞİNDƏ...
Bu gün, 12:53 |
|
|
|
| • MİDA-dakı Təhməzli də QANUN HƏRLƏMİR... - Milyonları KİMƏ HƏVALƏ EDİR?
Bu gün, 12:47 |
|
|
|
| • Cənubi Qafqazda yeni tranzit xəritəsi - Ermənistanın təklifi nə qədər realdır?
Bu gün, 12:42 |
|
|
|
| • Faiq Ələkbərli “19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycanın maarifçi qadınları” mövzusunda onlayn məruzə edib
Bu gün, 12:36 |
|
|
|
| • Cümşüd Nuriyev və Tahir Kərimli arasında qalmaqal böyüdü – Adəm İsmayılın sədrlik etdiyi partiya parçalanır?
Bu gün, 12:26 |
|
|
|
| • Deputat həmkarına irad tutdu - “Razi Nurullayev paradoksal danışır”
Bu gün, 12:23 |
|
|
|
| • AQTA-da skandal: Qoşqar Təhməzlinin ətrafında nələr baş verir? - FOTOFAKT
Bu gün, 12:18 |
|
|
|
| • Zelenski hələlik sülh planına razılıq verməyib - Kreml
Bu gün, 12:15 |
|
|
|
| • Tokayev Paşinyanla görüşdü
Bu gün, 12:14 |
|
|
|
| • Dövlət dilimizin şərəfini KİM QORUYUR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:11 |
|
|
|
| • Ziya Məmmədovu həbsə aparacaq 100 milyonluq korrupsiya skandalı – BAKINI TIXACA SALIB
Bu gün, 11:44 |
|
|
|
| • “Bunu etsəm, 3 evim, 3 villam, 3 avtomobilim olar” – Şəbnəmdən QALMAQALLI VİDEOMÜSAHİBƏ
Bu gün, 11:33 |
|
|
|
| • Qurban Qurbanov iki məşhur klubdan təklif alıb?
Bu gün, 11:24 |
|
|
|
| • "Bank of Baku"dan kredit götürməyin: Aldadıla bilərsiniz... - NARAZILIQ VAR...
Bu gün, 11:12 |
|
|
|
| • Rəqsanə əri Fazil Əmiraslanovdan AYRILIB? - DEYİLƏNƏ GÖRƏ...
Bu gün, 11:10 |
|
|
|
|