"Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış .....                     Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır .....                     Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? .....                     "Əməliyyat olundum, hər şey yaxşıdır" .....                     Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... .....                     Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır .....                     "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" .....                     ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” .....                     12 günlük savaşda məqsədə çatıldımı? .....                     Ekologiya sistemli şəkildə məhv edilir, amma... .....                     Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir... .....                     Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb .....                     Rusiyadan NATO və Ermənistana növbəti mesaj .....                     Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? .....                     Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır .....                     Qənirə Ataşova ABŞ vətəndaşı oldu .....                     "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır .....                     İrəvandakı həbslər sülhü yaxınlaşdırır? .....                     Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib .....                     Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı .....                     İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib .....                     "Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" .....                     Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi .....                     Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi .....                     Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb .....                     Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... .....                 

"Dövlətimiz İşxan Verdyana istənilən şəraiti yarada bilər..." - Bakıdan REAKSİYA
Tarix: 8-03-2025, 09:14 | Çap et
"Dövlətimiz İşxan Verdyana istənilən şəraiti yarada bilər..."
Erməni bloger İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, siyasi sığınacaq istəyib. Bu barədə o, Teleqram kanalında məlumat yayıb. “Hörmətli cənab Prezident, nəzərinizə çatdırım ki, Qarabağı Azərbaycan ərazisi olaraq açıq şəkildə tanıdığım üçün Ermənistanda mənə qarşı cinayət işi açılıb.

İrəvan Azərbaycan və Ermənistanın suverenliyinin qarşılıqlı tanınması lehinə çıxış etdiyimə, həmçinin ”artsax" kvazi-dövlət qurumu və onunla bağlı hər şey haqqında tənqidi bəyanatlarıma görə mənə ömürlük həbs cəzası vermək istəyir. Onu da nəzərinizə çatdırım ki, Ermənistana qayıtmağım istər-istəməz həbsimə gətirib çıxaracaq və barəmdə elan olunmuş beynəlxalq axtarış Ermənistanda həbsxanadan başqa istənilən yerdə mənə qapıları bağlayır. Hörmətli cənab Prezident, mövcud reallıqları nəzərə alaraq və qaçılmaz repressiyalarla bağlı səbəblərə görə vətəndaşlığım olduğu ölkəmə qayıtmağımın mümkünsüzlüyünü nəzərə alaraq, Azərbaycanda siyasi sığınacaq vermənizi xahiş edirəm. Hörmətlə, İşxan Verdyan", - o qeyd edib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a şərhində bildirdi ki, qanunsuz təqib olunan hər bir şəxsə dövlətlər, o cümlədən Azərbaycan sığınacaq verə bilər. O qeyd etdi ki, vətəndaşa qarşı irəli sürülən ittiham heç bir hüquqi faktlara və qanuna söykənmirsə, siyasi motivlidirsə və ona qarşı qaldırılmış cinayət işinin motivi də siyasidirsə, nəzərə alsaq ki, başqa ölkələrin ərazilərinin işğalı ilə barışmayan şəxsə qarşı bu cür cinayət işi qaldırılıb, Azərbaycan bu şəxsə öz ölkəsində sığınacaq verə bilər: “Bu təkcə, Ermənistan vətəndaşlarına aid deyil, digər ölkələrə də aid ola bilər. Beynəlxalq hüquq normalarına zidd olan, işğala rəvac verən, işğalçılıq siyasəti yürüdən dövlətin hərəkətlərinə qarşı çıxan həmin ölkənin və digər ölkənin vətəndaşlarına istənilən ölkə sığınacaq verə bilər. Buna görə də İşxan Verdyanın Azərbaycana gəlməsi, burada yaşaması üçün dövlətimiz istənilən şəraiti yarada bilər”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov isə vurğuladı ki, siyasi sığınacaq hüquqi prosedurdur. O, Azərbaycanın beynəlxalq konvensiyalara tərəfdar çıxdığına diqqət çəkdi: “Ümumdünya İnsan Hüquqları haqqında" Bəyannamənin 14-cü bəndinə görə, hər bir şəxs yaşadığı ölkədə siyasi təqibə məruz qalırsa, onun sığınacaq almaq hüququ var. Amma BMT-nin 1951-ci il “Qaçqınların statusu haqqında” Konvensiyanın, o cümlədən 1967-ci il “Qaçqınların statusuna dair” Protokoluna görə bu məsələdə milli qanunvericilik əsas götürülür. Azərbaycan Konstitusiyasının “Siyasi sığınacaq hüququ” haqqında maddəsinə görə şəxslər siyasi mövqelərinə görə təqibə məruz qalırlarsa, onların Azərbaycan Respublikasında siyasi sığınacaq qalmaq hüquqları var. Amma bir şərtlə ki, onların törətdiyi əməl Azərbaycanda cinayət hesab olunmamalıdır. Bu prizmadan yanaşdıqda İşxan Verdyan digər cinayət törətməyibsə, yəni Azərbaycan Respublikasında cinayət hesab olunan əmələ yol verməyibsə, onun siyasi sığınacaq qalmaq hüququ var. Amma əgər İşxan Verdyan Azərbaycanın ərazi bütövlüyü məsələsi, suverenliyimizi tanıdığına, “artsax”ı qəbul etmədiyinə görə təqib olunursa, bu əməllər Azərbaycanda cinayət hesab olunmur. Əksinə, onları qəbul etmək suverenliyə ziddir. Bu halda İşxan Verdyanın əməllərində cinayət halı yoxdur. Digər tərəfdən Azərbaycan Respublikasının Konstitusiyasında sığınacaq hüququ nəzərdə tutulsa da, proses “Qaçqınlar və məcburi köçkünlər haqqında” Qanunla tənzimlənir. Azərbaycan bütün dövlətlərin vətəndaşlarına bərabər şəkildə baxır. Əgər Ermənistan Respublikası vətəndaşı öz ölkəsində təqibə məruz qalırsa və o hüquqi dövlət olan Azərbaycana siyasi sığınacaq almaq xahişi ilə müraciət edirsə, bu halda ölkəmiz bu proseduru müvafiq konvensiyalara, o cümlədən Konstitusiyamıza uyğun şəkildə həll edəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ailələrin dağılma səbəbi budur"
Bu gün, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Bu gün, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Bu gün, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Bu gün, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Bu gün, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Bu gün, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Bu gün, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30
Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20
Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18
Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57
Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48
"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45
İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31
Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27
Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16
İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12
"Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:02
Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - AÇIQLAMA
Bu gün, 10:00
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb - “Sputnik Ermənistan”
Bu gün, 09:57
Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... - "1828-ci ildə buradan qopmasaydıq..."
Bu gün, 09:47
`Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 09:39
NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ - Bank da yaxasını kənara çəkir...
Bu gün, 09:31
Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! - FAKT BUDUR...
Bu gün, 09:24
Zelenski Putinin arzusunu açıqladı - "Dağılmış Avropanı görmək..."
Bu gün, 09:14
“Onlara oxumağı qadağan edirəm” - Səsi batan xanəndələr: günah kimdədir?
Bu gün, 09:11
"Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" - ÖNA GÖRƏ DƏ...
Bu gün, 09:10
Paşinyan "B" planına keçdi - İndi nə edəcək?..
Bu gün, 09:08
Qərb Universitetində ŞƏRQ ÜSULU - ÖZBAŞINALIQ...
Bu gün, 08:54
ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... - TƏFƏRRÜAT
Bu gün, 08:50
Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... - GƏLİŞMƏ
Bu gün, 08:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru