Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış .....                     Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır .....                     Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? .....                     "Əməliyyat olundum, hər şey yaxşıdır" .....                     Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... .....                     Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır .....                     "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" .....                     ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” .....                     12 günlük savaşda məqsədə çatıldımı? .....                     Ekologiya sistemli şəkildə məhv edilir, amma... .....                     Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir... .....                     Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb .....                     Rusiyadan NATO və Ermənistana növbəti mesaj .....                     Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? .....                 

"Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi" - deputat
Tarix: 7-03-2025, 08:38 | Çap et
"Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi"
Mülki təyyarəmizin vurulmasından sonrakı bir aydan artıq müddətdə Rusiya-Azərbaycan münasibətlərində soyuqluq qismən yerini müsbət tendensiyaya verməkdədir. Son günlər bu istiqamətdə baş vermiş müsbət hadisələrdən biri Rusiyanın “Alfa Sığorta” şirkətinin təyyarə qəzası ilə bağlı sığorta ödənişlərini tam şəkildə həyata keçirməsini xatırlamaq olar. Bildirilib ki, şirkət həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb.

Bu arada Moskvada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacağı ilə bağlı Moskva hökumətinin hərəkətə keçməsi də diqqət çəkməyə bilməz. Abidə Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək. “Yeni Müsavat” qeyd edir ki, təntənəli mərasimdə Rusiya yüksək səviyyədə təmsil olunub: Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev tədbirdə iştirak və çıxış ediblər. O da faktdır ki, Rusiyanın mərkəzi telekanalları və rəsmi agentlikləri bu mövzuya xüsusi diqqət ayırıblar. “Rusiya Azərbaycanla mədəni əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir”, - Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova belə deyib. “Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq möhkəm ənənələrə və çoxillik qarşılıqlı fəaliyyətə əsaslanır. Biz mədəniyyət müəssisələrimiz və yaradıcı kollektivlərimiz arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirərək, onu daha da inkişaf etdirməyə çalışırıq”, - Lyubimova bildirib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Novruz bayramı ərəfəsi Azərbaycana səfər edəcəyi xəbəri də bu qəbildəndir. Çünki məlum qəzadan sonra Matviyenko Azərbaycana səfər edəcək ən yüksək vəzifəli şəxs olacaq. Məlumata görə, Rusiya parlamentinin yuxarı palatasının sədri, ölkənin siyasi iyerarxiyasında təmsil olunan Matviyenko Bakıda Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparacaq. Matviyenko Rusiyanın təcrübəli dövlət xadimlərindən biridir, 2011-ci ildən də Rusiya Federasiya Şurasının sədridir. Matviyenkonun Azərbaycanla münasibətləri hər zaman normal olub və güman ki, onun gözlənilən səfəri də münasibətlərdəki soyuqluğu aradan qaldırmağa köməyi olacaq.

Doğrudur, onun İrəvana da səfəri nəzərdə tutulub. Hətta bu gediş “Rusiya-Ermənistan münasibətlərinin inkişafına təkan vermək məqsədi daşıyır”, - deyə xarakterizə olunub. Habelə, Federasiya Şurasının sədrinin Türkiyə səfərini qeyd etmək olar. Lakin bu siyasi marşruta baxmayaraq, Matviyenkonun Azərbaycana gəlişi xüsusi əhəmiyyətə malikdir. Yuxarıda da deyildiyi kimi, mülki təyyarənin vurulmasından sonra Rusiyadan ölkəmizə gələn ən yüksək ranqlı rəsmi şəxs olacaq. Buna qədər də bəzi addımların atılması müşahidə edilirdi. Misal üçün, Çeçenistan liderinin təyyarədə rəşadət göstərənləri təltif etməsindən, rəsmi Moskva adından danışan Mariya Zaxarovanın və Kreml sözçüsü Dmitri Peskovun yumşaq diplomatiya ritorikasından hiss olunurdu ki, Rusiya Azərbaycanla yaranmış gərginliyi daha da dərinləşdirməyə həvəsli görünmür. Sözsüz ki, Bakının tələbləri qalır - Rusiyanın özünün təzminat ödəməsi və atəş açanların, əmri verənlərin məsuliyyətə cəlb edilməsi. Lakin bu tələblərdən ziyadə sadalanan addımların atılması göstərir ki, Moskva Bakı ilə “buzları əridir”. Matviyenkonun səfərinin isə münasibətlərdə nə kimi təsir oyadacağı növbəti addımlarda bilinəcək.

Münasibətlərdə gərginliyin əlamətlərindən biri də Rusiyaya məxsus informasiya-mədəniyyət mərkəzi - Azərbaycandakı “Rossotrudniçestvo” nümayəndəliyi olan “Rus evi”nin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi və Azərbaycanın qanunvericiliyini pozduğu barədə Rusiya tərəfi məlumatlandırıldıqdan sonra, 3 fevral 2025-ci ildə Rusiya tərəfinə “Rus evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı nota göndərilməsi idi. Daha sonra “Rossiya Seqodnya” (Sputnik) agentliyinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər. Bundan əlavə, Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, daha sonra rusiyalı deputatlar və ekspertlər də “xor”a qoşulmuşdular. Son bir aydan artıq müddətdə isə Rusiya rəsmiləri loyal bəyanatlar verməklə diqqət çəkirdilər.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Musayev “Yeni Müsavat”a dedi ki, Azərbaycan təyyarəsinin vurulmasından dövlət rəhbərliyinin və ictimaiyyətin mövqeyi qətiyyətli, haqlı idi. Deputatın sözlərinə görə, Azərbaycan kompensasiya ödənilməsini, günahkarların cəzalandırılmasını tələb edib: “Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi. Ancaq geri çəkilmədik və haqlı mövqeyimizi müdafiə etdik. Bizim Rusiya ilə gərginlikdə heç zaman marağımız olmayıb. Sadəcə, problemin üzərinə getdik. İndi isə Matviyenkonun səfəri və digər addımların atılması ondan irəli gəlir ki, Rusiya Azərbaycanla gərginliyin dərinləşməsində maraqlı deyil. Bunun da bir sıra siyasi-iqtisadi səbəbləri var. Bunun davamını gözləyirik və təyyarəni vuranların məsuliyyətə cəlb edilməsi mütləqdir”. E.Musayev bildirdi ki, Azərbaycan-Rusiya əlaqələrində təyyarənin vurulmasına qədər dinamik inkişaf müşahidə edilirdi, indi bu əlaqələrin qaldığı yerdən davam etməsi üçün rəsmi Moskva tələbləri tam icra etməlidir.

Deputat Arzuxan Əlizadə də “Yeni Müsavat”a bildirdi ki, iki ölkə arasında gərginliyin ən pik dövründə belə Rusiyanın Azərbaycana yönəlik bəzi jestlər edəcəyini proqnozlaşdırmışdı: “Çünki Rusiya Qərblə müharibə vəziyyətindədir. Hazırkı şəraitin nə zaman normallaşacağı qeyri-müəyyəndir. Ukraynada gedən müharibə Avropa ilə Rusiyanın əlaqələrini pozub. Bu kontekstdə Türkiyə və Azərbaycan Rusiya üçün nəfəslik rolu oynayır. Rusiya da heç zaman bu nəfəsliyi bağlamaq istəməz. Ona görə də münasibətlərdə yumşalmaya gedəcəyi gözlənilən idi”. Deputat əlavə etdi ki, Azərbaycanın haqlı tələbləri gec-tez yerinə yetirilməlidir: “Ona görə həm Matviyenkonun səfəri, həm sığorta ödənişi, həm mərhum Heydər Əliyevə Moskvada abidə qoyulması Rusiyanın əlaqələri yumşaltmaq istiqamətində atdığı addımların bir hissəsidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Bu gün, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Bu gün, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Bu gün, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Bu gün, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Bu gün, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Bu gün, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Bu gün, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Bu gün, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Bu gün, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Bu gün, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Bu gün, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Bu gün, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Bu gün, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Bu gün, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Bu gün, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Bu gün, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Bu gün, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Bu gün, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Bu gün, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30
Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20
Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18
Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57
Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48
"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45
İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31
Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27
Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16
İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12
"Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:02
Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - AÇIQLAMA
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru