![Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1738924587_0001.jpg)
Dünyada siyasi hakimiyyət getdikcə daha çox yaşlı kişilərin nəzarətinə keçir.
Musavat.com-un "Bild" nəşrinə istinadən məlumatına görə, xüsusilə ABŞ, İran, Hindistan və Çində bu tendensiya açıq şəkildə müşahidə olunur.
Hazırda planetin təxminən 8 milyardlıq əhalisindən 5,4 milyardı (yəni 67,5%-i) 70 yaşdan yuxarı kişilər tərəfindən idarə olunur.
Ən yaşlı lider isə 91 yaşlı Kamerun prezidenti hesab edilir. O, 42 ildir hakimiyyətdədir, halbuki ölkədə orta yaş həddi 18-dən aşağıdır.
"Bild" yazır ki, hazırda dünyada cəmi 380 milyon insan qadınlar tərəfindən idarə olunur ki, bu da ümumi əhalinin cəmi 5%-dən azını təşkil edir.
Qadınların rəhbərlik etdiyi 28 ölkə arasında Meksika və İtaliya ən böyükləridir.