“Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                 

Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 09:24 | Çap et
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur
Qeyd etmək lazımdı ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təqribən 50 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatıdır. Qurumun məramnaməsində onun xarici ölkələrdə “mülki-humanitar yardımların çatdırılmasını, həmçinin demokratik inkişafı hədəfləyən proqramların icrasını” reallaşdıran təsisat olduğu qeyd edilib. ABŞ Konqresi tərəfindən “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən layihələr USAID vasitəsilə icra edilir.
USAID fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalardan, demokratik inkişafı ehtiva edən proqramlardan daha çox, bu ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, çaxnaşmalar yaratması ilə məşhurdur. O, ABŞ-ın hədəfində olan ölkələrdə ictimai rəyi idarə etmək, “humanitar yardımlar” adı altında cəmiyyətlərin rəğbətini qazanmaq üçün yaradılmış bir mexanizmidir. ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin kənar cəmiyyətlərdə tapşırıqlarının icraçısı rolunda çıxış edən bir alətdir. Zərurət yarananda “humanitar yardım” proqramlarından kənara çıxır, ayrı-ayrı ölkələrdə siyasi kataklizmlər törədir, hakimiyyət çevrilişlərinə dəstək verir, xaos və dağıntılar törədir. Təşkilatın saytında da qeyd edilir ki, o, “Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiya edilmiş formada fəaliyyət göstərir”.
USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub. Bəzi Qərb dövlətləri və onlara məxsus qurumlar, institutlar müstəqil dövlətləri hədəfə alaraq heç bir əsasa söykənməyən, məqsədli təbliğatlar aparırlar. Əsas məqsədlərdən biri hədəfə aldıqları dövlətlərdə qarşıdurma yaratmaqdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) belələri arasında ən öndə gedənlərdən biridir. İndiyədək ABŞ hökumətinin öz məqsədlərini həyata keçirməkdə USAID-dən istifadə etməsi beynəlxalq səviyyədə təsdiqlənən məqamlardandır.
USAID-in ölkəmizə qarşı qərəzinin mühüm səbəblərindən biri Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirmək gücündə olmamasıdır. Təbii ki, Azərbaycan müstəqil dövlətdir. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir.
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi bəzi dünya gücləri tərəfindən böyük qısqanclıqla qarşılandı. USAID-in İkinci Qarabağ müharibəsinin gedişində məkrli fəaliyyətində Zəfərimizin qazanılmasına, lokal antiterror tədbirləri zamanı suverenliyimizin bərpasına mane olmaq cəhdləri bəllidir. 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpasına səylər göstərməyən Bayden hakimiyyəti bu kimi təşkilatlar vasitəsilə Qarabağı könüllü tərk etmiş bir-iki erməninin guya etnik təmizləməyə məruz qaldığını iddia etməklə onlara külli miqdarda maliyyə yardımı göstərdi.
Ümumilikdə bu təşkilatın yönəltdiyi maliyyə yardımlarının arxasında çirkin məqsədlər dayanır. USAID-in rəhbəri Samanta Pouer erməni əsilli milyarder, yaxın dostu Ruben Vardanyanı müdafiə etmək naminə Azərbaycanı incik saldı, münasibətləri soyutdu. USAID-in maliyyələşdirdiyi KİV və QHT-lər 2023-cü ilin sentyabr tədbirlərindən sonra “Azərbaycanı etnik təmizləmədə”, “Ermənistan ərazisini işğal etməyə hazırlaşmaqda” ittiham edən məlumatlar yaydılar.
Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları”, Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi, Misir və Ukrayna inqilablarında rolu, Gürcüstanda destruktiv fəaliyyəti hər kəsə məlumdur. Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda fəaliyyətə başlayan, USAID qeyri-şəffaflıq, qapaılılıq nümayiş etdirərək uzun illərdən bəri ölkəmizdə siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə 2,4 milyon dollar məbləğində qrant ayırıb və onları özlərinin təsir agentlərinə ötürüb. Aparılan araşdırmalar sübut edir ki, “Abzas media”nın, “Meydan TV”nin, “Toplum TV”nin Qərbin şəbəkəsinə daxil olan əməkdaşları və digərləri təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yanaşı, USAID-lə də yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb.
Dövlətimizin başçısı İlham Əliyev ötən ilin dekabrında Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, “ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.
Prezident İlham Əliyev həmin müsahibədə qeyd edib: “Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin?” Təbii ki, bu kimi faktlar Qərbin və onun tabeliyində olan təşkilatların, institutların fəaliyyətinin, həmçinin yardımlarının şəffaf olmadığını, məqsədli planlara xidmət etdiyini açıqlayır.
Bir neçə gün əvvəl isə Tramp administrasiyası USAID-in layihələrini dayandırıb. USAID-in “X” hesabı bağlanıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbər heyətində təmsil olunan 60 nəfərə yaxın şəxs işdən kənarlaşdırılıb. Yüzlərlə mütəxəssis sərəncama göndərilib. Agentliyin ofisində audit yoxlamaları başlanıb. Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edilən İlon Mask ilk açıqlamalarında bunu maliyyə yoxlamaları ilə əlaqələndirib. Bunu, həmçinin DOGE-nin dövlət büdcəsini izafi xərclərdən qorumaq üçün verdiyi çoxsaylı təkliflərdən biri kimi təqdim edib.
Bütün dünyada QHT-lərə ən böyük donor olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 60 ildən artıqdır davam edən fəaliyyətinə son qoyulur. USAID-in əsl çirkin siması bəlli olduqca bu təşkilat ölkələrdən qovulur. Beləliklə, USAID-ın tarixə qovuşması reallaşır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru