"Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                     “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ .....                     Günün fotosu: MALƏSƏF... .....                     Paşinyan Zənğəzur dəhlizini açır .....                     “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin .....                     Erməni cəmiyyəti aşınıb .....                     "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" .....                     Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru .....                     Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik .....                     Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib .....                     Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib .....                     Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? .....                     “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək .....                     Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək .....                     Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... .....                     Pezeşkianı Bakıya niyə buraxmırlar? .....                     Rusiyadan Sərkisyan açıqlaması: .....                     Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... .....                     Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib .....                     Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? .....                     Tanınmış alim Qüdrət İsaqov vəfat edib .....                     Türkiyədə fitrənin məbləği açıqlandı: .....                     “Səni sevdiyimi sən bil, bəsimdir” .....                     “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                 

"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Tarix: Bu gün, 13:05 | Çap et
"Demokratikləşmə" korrupsionerləri...
USAİD Azərbaycanda da çoxlarına çoxdan tanışdır. Həm də çox böyük məbləğlərdə. Söhbət Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyindən gedir.
Bu təşkilat çox faydalı bir missiya üzərində qurulub; ehtiyacı olana kömək əli uzatmaq. Bu, Amerika dövlətinin dünyanın hər nöqtəsinə uzanan səxavətli əlidir. Nəhəng təşkilatdır; 22,6 milyard dollar həcmində büdcəsi var. Ancaq ABŞ-ın yeni prezidenti Donald Tramp və onun "sağ əli" İlon Mask hesab edir ki, USAİD düz işləmir. Daha doğrusu, onu düz işlətmirlər. Ona görə də USAİD komandasının 60 nəfər üzvünü maaşları ödənilməklə məzuniyyətə göndəriblər.

Düz işləmək deyəndə, Donald Tramp və İlon Mask nəyi nəzərdə tutur?

Bu təşkilatın, dediyimiz kimi, nəcib missiyası var: fövqəladə hallarda kömək etmək, qaçqınlara yardım göstərmək, yoxsulluqla mübarizə və sair. Ancaq ABŞ-ın yeni rəhbərliyində şübhə var ki, USAİD bu məqsədlərindən kənara çıxıb. Hətta İlon Mask bunların sadə "kənaraçıxmalar" deyil, ağır, çox ağır cinayətlər olduğunu da iddia edir.

Maskın fikrincə, “USAID Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvasıdır”. Mask Amerika vergi ödəyicilərinə bur sual verir: "Bilirdinizmi ki, USAID sizin vergiləriniz hesabına milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?"

Bu, artıq sadə ittiham deyil. Yəqin ki, çox ciddi nəticələri olacaq.

Tramp Administrasiyası mümkün olan hər yerdə artıq xərcləri azaltmaq, federal büdcənin yükünü yüngülləşdirmək istəyir. Məqsəd USAİD kimi bir mühüm qurumu bağlamaq deyil. Bu, Amerika xarici siyasətində mühüm instrumentdir. Ancaq, görünür, doğrudan da, USAİD içərisində, yumşaq desək, şübhəli əməllər törədilib; büdcədən ayrılan pullar bəzi hallarda öz təyinatı üzrə xərclənməyib, yaxud öz məqsədləri üzrə effektsiz xərclənib. Dövlətin bununla bağlı haqq-hesab çəkmək səlahiyyəti də, haqqı da var.

Görünür, bu, həm də USAİD kimi nəhəng bir Amerika dövlət qurumunun Azərbaycana qarşı ədalətsiz qərarlarının və davranışlarının haqq-hesab anıdır. Necə deyərlər, dövlət ağlının aydınlanma, həqiqət məqamıdır. Həqiqət isə budur ki, USAİD əvvəla, Azərbaycanın içində, ikincisi, kənardan Azərbaycana qarşı açıq, yarımgizli, gizli işlər görüb. Azərbaycanda da təbii fəlakət baş verirdi, qaçqınlar da vardı (yenə var), yoxsulluq da var. Amma, USAİD daha çox siyasi layihələri maliyyələşdirirdi. Ümumiyyətlə, tək USAİD deyil, başqa fondlar, donor təşkilatlar da "demokratikləşməyə dəstək" adı altında çox böyük məbləğlərdə vəsaiti havaya sovurublar. Bu donorların onillərlə bəslədiyi qruplar heç bir effektivlik göstərə bilmədilər. Mən "qüvvələr" sözünü işlətmədim: qüvvə olsaydı, çoxdan ortaya nəticə qoymuşdu. Xarici maliyyə mənbələri hesabına "yaşayıb-yaradan" hər kəs göz önündədir. Zaman-zaman bu vəsaitlər üstündə toqquşmalar, vuruşmalar da olur. Xaricdən gələn havayı pullar nəinki siyasi "silahdaş"ları, hətta zaman-zaman doğmaca qardaşları belə ayırıb üz-üzə qoydu. Xarici qrant siyasi demokratikləşmə üçün deyil, daha çox siyasi demonokratikləşmə üçün qarant oldu. USAİD olsun, başqaları olsun, maliyyələşdirdikləri siyasi proqramlar siyasi nəticələr vermədi. Xaricdən maliyyələşən müxalifət dövlətdəki hakimiyyət uğrunda deyil, müxalifətdəki "hakimiyyət" uğrunda mübarizə aparıblar. Otuz ildən çoxdur ya heç bir seçkidə qalib gələ bilmirlər, ya da, ümumiyyətlə, seçkiyə qatılmırlar. Sadəcə, oturublar və Anadolu türklərinin təbirincə desək, "əkmək əldən, su göldən" prinsipi ilə yaşayırlar. Amerika, Avropa vergiödəyicisinin hesabına. Belə yaşayanlar üçün çox rahat və mühüm qaynaqlardan biri də məhz USAİD olub. Bu təşkilat Azərbaycanda nəyə nail olub? Onun maliyyələşdirdikləri hansı nəticələri əldə edib? Hamısı göz qabağındadır. Yekə və bədheybət bir HEÇ NƏ!

Azərbaycan dövləti bu təşkilata öz yerini - çıxış qapısını göstərəndən sonra gedib Nikol Paşinyanla saziş imzaladılar və antiAzərbaycan kampaniyasını genişləndirdilər. Ermənistanda Azərbaycana qarşı haqsız və əsassız iddiaları, revanşizmi dəstəklədilər. Bu yarısiyasi-yarıticari sövdələşmənin - siyasi korrupsiya layihəsinin əsas "qəhrəmanı" isə tanıdığınız-bildiyiniz Samanta Pauer idi.

Azərbaycan bu cür bədxah adamları, bədxassəli təşkilatları günahlandıranda hər tərəfdən tənqid olunurdu. Ancaq indi Amerika dövləti özü öz təşkilatını korrupsiyada ittiham edir. Nəinki korrupsiyada, hətta insanlıq əleyhinə cinayətlərdə suçlayır. Təsəvvür edin: əgər Tramp administrasiyasının, konkret olaraq, İlon Maskın dediyi kimidirsə, COVİD-19 çərçivəsində bioloji silahları maliyyələşdiribsə, USAİD-dəki məmurların o "səxavətli" əli milyonlarla insanın, Amerikalılarln qanına batıb. Görün, belə bir təşkilat Azərbaycan üçün necə bir təhlükə mənbəyi imiş! Amerika dövləti onsuz da Baydenin simasında Azərbaycana qarşı əlindən gələn hər cür pisliyi edirdi. Üstəlik bu dövlətin içindəki bir dövlət - USAİD özü Azərbaycanın büdcəsi qədər imkanı ilə durmadan işləyib, Azərbaycanı daxildən laxlatmağa çalışıb . Buna görə də onun haqqında irəli sürülın iddialara inanmamaq olmur.

Belə görünür ki, Donald Tramp administrasiyası dövründə Azərbaycanla ABŞ arasında münasibətlər düzələcək. Bu münasibətlər ABŞ-Ermənistan əlaqələrinin asılılığından çıxarılacaq. Bəlkə həmin USAİD də Azərbaycana geriyə qayıdacaq. Ancaq bu cür - bugünkü USAİD yox, antiAmerika və antiAzərbaycan əməllərindən arınmış bir USAİD kimi. Azərbaycana dəstək, bəli, lazımdır. İşğaldan azad olunmuş ərazilərin bərpası, müharibənin nəticələrinin aradan qaldırılması kimi nəhəng işlər, qayğılar var. Ermınistandan zorla deportasiya olunmuş yüzminlərlə Azərbaycanlının oraya qayıtması məsələsi var. Çox iş var. Ona görə USAİD kimi bir nəhəng qurumun xırda işlərlə məşğul olması onun özünə zərbədir. Üç-beş söyüşcül blogeri maliyyələşdirmək iş deyil. Azərbaycana kömək etmək istəyən üçün, iş görmək istəyən üçün Qarabağda, Şərqi Zəngəzurda çox iş var. USAİD kimi təşkilatlar nədənsə Ermənistanın Azərbaycan ərazisində yaratdığı "mina tarlaları"nı görmür, mina terroru qurbanlarının səsini eşitmir. Azərbaycan Qarabağda çox iş görür. Həm də öz gücü ilə. Dünyanın böyük gücləri işğala qarşı Azərbaycanı necə meydanda tək qoymuşdusa, indi də Azərbaycan postmüharibə dövründə təkbaşına qalıb. Əlbəttə, qardaş Türkiyəni və başqa dost ölkələri çıxsaq.

Azərbaycanın daxili işlərinə qarışmağa çox həvəsli olanlar varsa, gəlsin, Qarabağda tikintidə, yol çəkilişində, minatəmizləmədə işlərə qarışsın (təbii ki, sözün yaxşı mənasında). Ölkənin siyasətini qarışdırmaq əvəzinə, gedib Ağdamda, Kəlbəcərdə beton qarışdırmaq pis olmaz, elə deyilmi?!

Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17
Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13
Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru