Qarabağın erməni əhalisinin azalması bir çox amillərə görə baş verib və Ermənistan hökumətinin heç bir günahı yoxdur.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib: “Rusiyadan tutmuş bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Yenidən bununla bağlı müzakirə açmaq yersizdir”, deyə Qriqoryan bildirib.