Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfər edib. Baş nazir ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla təkbətək görüşlər keçirib. Həmçinin, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilib. Komissiyanın iclasında Gürcüstan və Azərbaycan hökumətinin üzvləri iştirak ediblər. İki ölkə arasında münasibətlərdə mövcud olan bütün məsələlər, müxtəlif sektorlardakı strateji tərəfdaşlıq müzakirə olunub. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib ki, Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyası çox mühüm formatdır. Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlığın inkişafının müsbət dinamikası qeyd edilib. Regionda sülhün və sabitliyin vacibliyi də vurğulanıb. İ.Kobaxidze Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına kömək etməyə hazır olduğunu təsdiqləyib. Baş nazir Əli Əsədov Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının açılışında deyib ki, Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Baş nazirin sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib: “Hörmətli baş nazir, Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən müddət ərzində strateji tərəfdaşlığımız keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu əməkdaşlıq bütün mühüm sahələri əhatə edir və 140-a yaxın sənəd daxil olmaqla geniş hüquqi bazaya malikdir. Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik. Çətin anlarda hər zaman bir-birimizin yanındayıq. Bu ənənə bu gün də davam edir. Mən xüsusilə ərazi bütövlüyü mövzusunda qarşılıqlı dəstəyi qeyd etmək istərdim. İqtisadi-ticari əməkdaşlığımız həmişə çox vacibdir. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Düzdür, ötən il ticarət dövriyyəmiz bir qədər azalıb, amma əminəm ki, bu, müvəqqəti xarakter daşıyır. Biz iqtisadi potensialı tam reallaşdırmaq üçün lazımi addımları atmalıyıq. Bu məsələ şübhəsiz ki, diqqət mərkəzində olacaq”. İrakli Kobaxidze bildirib ki, Gürcüstan Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir: "Biz regionda konkret praktiki addımların atılmasında və əməkdaşlığın təşviqində maraqlıyıq, Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsünü təklif edir". İ.Kobaxidze qeyd edib ki, komissiyanın iclası iki ölkə arasında dinamik əməkdaşlığa təkan verəcək: "Hər dəfə səfərimiz zamanı öz gözəlliyi və inkişaf tempi ilə bizi heyran edən bir şəhərdə - Bakıda olmaq mənim üçün böyük şərəfdir. Mən şadam ki, ilk dəfə olaraq 10-cu Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasına həmsədrlik etmək imkanı əldə edirəm. Mən dərindən əminəm ki, bugünkü görüş ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da dinamik və səmərəli olması üçün, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq. Fürsətdən istifadə edərək, Azərbaycanı BMT-nin COP-29 konfransının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim. Şadam ki, COP-29-un işində iştirak etmək imkanım oldu. Mən bir daha təsdiq etmək istəyirəm ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə sizə təşəkkür etmək istəyirəm”. Onun sözlərinə görə, regionda və dünyada sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə regional inkişafın və davamlı rifahın əsas şərti kimi sülh və sabitliyə daha da böyük önəm verilir: “Əminəm ki, birgə səylərlə biz nəinki bütün çətinliklərin öhdəsindən gələcəyik, hətta daha səmərəli əməkdaşlıq üçün mövcud imkanlardan istifadə edəcəyik. Biz regionda konkret əməli addımların atılmasında və əməkdaşlığın təşviqində maraqlıyıq. Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrdə iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir". İclasda qarşılıqlı investisiyaların həcminin artırılması ilə bağlı gündəlikdə duran məsələlər nəzərdən keçirilib. Neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. SOCAR tərəfindən Gürcüstanda həyata keçirilən layihələr barədə söhbət açıldı, gündəlikdə duran yeni perspektivli layihələrə toxunulub. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqa layihələr uğurlu regional əməkdaşlıq nümunəsi kimi dəyərləndirilib. Bu layihələrin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdiyi diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında iki ölkənin önəmli rolu qeyd olunub. Eyni zamanda Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınmağa başlanılmasından məmnunluq ifadə olunub. Nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi dəyərləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri təqdir edilib. İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.
AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu "Sherg.az"a bildirib ki, Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra formalaşan parlamentə, hökumətə və prezidentə münasibət birmənalı olmayıb. Ekspertin sözlərinə görə, Qərb və gürcü müxalifəti həmin seçkilərin legitimliyini tanımadığını elan etdi. Lakin Gürcüstandakı müxalifətin təşkil etdiyi hökumət əleyhinə kütləvi etirazlar demək olar ki, səngiyib:
"Müxalifət və onun qərbli dəstəkçiləri Gürcüstan iqtidarına qarşı davamlı basqılarına baxmayaraq, istəklərinə çata bilmədilər. Nəticədə hökumət öz siyasi kursunu davam etdirməkdədir. Gürcüstanda daxili ictimai-siyasi durumun sabitləşməsi Azərbaycanın da marağındadır. Gürcüstan Azərbaycanın ən yaxın tərəfdaşıdır. İki ölkə arasında əlaqələrin dinamikasında hər iki tərəf bəhrələnir. Azərbaycanın dünya bazarına çıxış əldə etməsində Gürcüstan vacib faktordur. Xüsusən də enerji və nəqliyyat kommunikasiya xətləri məhz Gürcüstan üzərindən keçir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi layihələri uğurla fəaliyyət göstərir. İstifadədə olan Bakı-Tbilisi-Qars dəmir yolu, eyni zamanda Orta Dəhliz transmilli layihələri də Bakı ilə Tbilisini bir-birlərinə sıx bağlayır".
Analitikin fikrincə, digər əsas faktorlardan biri də Gürcüstanda yaşayan 700 minə yaxın soydaşımız və milli-etnik, tarixi mədəni bağların olmasıdır: "O səbəbdən Tbilisi ilə Bakı arasında həm dostluq, mehriban qonşuluq, həm də strateji müttəfiqlik var. Bu gün Gürcüstanla Azərbaycanı daha da yaxınlaşmasında artan xarici basqılar və təhlükəsizliklə bağlı problemlər də öz təsirini göstərir. Hər iki Cənubi Qafqaz ölkəsi müstəqil siyasət yürütdüyünə görə, Qərbin haqsızlığı ilə üzləşib. Bu təzyiqləri birgə önləmək yaxşı effekt verə bilər. Gürcüstan baş nazirinin Azərbaycana gerçəkləşdirdiyi ilk rəsmi səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər qarşılıqlı əlaqələrin daha da inkişafına yeni üfüqlər açır. Bunun ardınca Bakıda Türkiyə və Azərbaycan arasında baş tutacaq görüş regional əməkdaşlıq üçün yeni töhfələr verəcək. Heç şübhəsiz ki, Ermənistan üzərindən Qərbin Cənubi Qafqaza nüfuz etməyə can atmasının hansı fəsadlar törədəcəyi Tbilisini də qayğılandırır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
|