Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Yanvarın 14-də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Ermənistan XİN-in məlumatında deyilir ki, diplomat “Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı XİN-ə dəvət olunub. Rusiya səfirinə müvafiq nota təqdim edilib.
“Yeni Müsavat” xatırladır ki, Dmitri Kiselyovun verilişində Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışılır. Etiraz da əsasən bu ifadə ilə bağlıdır. Diqqətçəkicidir, Rusiyaya qarşı bu demarş Vaşinqtonda ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasından dərhal sonraya təsadüf edir. Yəni İrəvan artıq ayaqlanmış, ruhlanmış kimi görünür və şübhə yox ki, Bakı ilə danışıqlarda da bundan sonra daha destruktiv mövqe sərgiləyəcək.
“ABŞ-ın Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərməsi qonşu ölkələr olan İran, Azərbaycan və Türkiyəyə ciddi təsir göstərə bilər. Ümumilikdə bu sazişin imzalanması Qafqaz regionunda gərginliyi artıracaq potensiala malikdir. Həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə ciddi bir əngəl kimi görünür”.
Bunu axar.az-a türkiyəli siyasi ekspert Engin Özər deyib. Onun sözlərinə görə, sazişin imzalanmasında ABŞ üçün əzəli rəqiblər olan İran və Çin faktoru dayanır: “Çinin ”Bir kəmər, bir yol" layihəsi Avropa ilə əlaqəni üç əsas istiqamətdə təmin edir. Birincisi, şimal marşrutu Rusiya və Belarus üzərindən keçirdi, lakin müharibə səbəbindən bu yol bağlanıb. Dəniz marşrutu Qırmızı dəniz üzərindən Aralıq dənizinə bağlanırdı, lakin husilərin hücumları bu istiqamətdə ciddi problemlərə səbəb olub və gəmilər Ümid burnunu dolanmaq məcburiyyətində qalır. Real olan layihə isə Orta Dəhliz adlandırılan və Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana bağlanmasını nəzərdə tutan marşrutdur. ABŞ bu dəhlizi əngəlləyərək Avropa və Çin arasında ticarəti zəiflətməyə çalışır".
Politoloqun fikrincə, bu sazişin imzalanması Qafqaz regionunda vəziyyəti gərginləşdirə bilər: “Yaxın gələcəkdə İsrailin İrana qarşı əməliyyat başlatması gözlənilir. Bu vəziyyətdə Ermənistanla İran arasında mümkün ittifaqları əngəlləmək məqsədilə bu addımlar atılır. Paşinyan dövründə bu ittifaqlar nisbətən zəiflədilib. Yaxın zamanda baş verə biləcək İran müharibəsi bölgədə əhalinin hərəkətliliyinin dəyişməsinə səbəb olacaq. Belə bir münaqişə sonrası böyük bir qaçqın dalğası gözlənilir”. Özərin sözlərinə görə, ABŞ-ın İrəvana sərhəd mühafizə qrupu göndərməsi də Ermənistanla sərhədyanı ölkələr üçün arzuolunan deyil: “Zəngəzurun açılmaması isə Türkiyənin Orta Asiya və Çinlə əlaqələrinin zəifləməsinə gətirib çıxaracaq. Bu, nə Türkiyə, nə də Azərbaycan üçün müsbət inkişafdır. Ancaq fiziki baxımdan Ankaranın bu məsələdə edə biləcəyi çox şey yoxdur. Türkiyənin bu məsələyə ciddi reaksiya göstərməsi mümkün deyil, çünki Ermənistan müstəqil dövlətdir və necə ki, KTMT ilə əməkdaşlıq edir, ABŞ-la da razılaşma əldə edə bilər”.
Yada salaq ki, yanvarın 7-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” demişdi. Dövlət başçısı eyni zamanda, Bakının yeni administrasiya dönəmində ABŞ-Azərbaycan əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduğunu söyləmişdi. Bəs imzalanan Blinken-Mirzoyan sənədi buna nə dərəcədə əngəl ola bilər? Tramp dönəmində Zəngəzur dəhlizi açılacaqmı? Nəhayət, Ermənistan regionda öz pozucu planlarına Amerikanın diqqətini qazanmaqda davam edə biləcəkmi?
Politoloq Qədir Aslan “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, imzalanan xartiyadan sonra Zəngəzur dəhlizinin açılması prosesi sürətlənəcək. Onun sözlərinə görə, bölgəyə qüdrətli dövlət gəlməliydi ki, onun vasitəsi ilə koridor işə düşsün:" Ancaq Rusiya və İran bu prosesdə istisnadır. Biz yaxın aylarda yeni təmasların şahidi ola bilərik. Eyni zamanda, Bakı və İrəvan arasında danışıqlar da intensivləşəcək və Ermənistan blokadadan çıxmaq üçün səylərini artırmalı olacaq. Regionda yeni bir canlanma və müsbət dinamika gözləyirəm".
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev isə açıqladı ki, Paşinyanı hakimiyyətə Birləşmiş Ştatlar gətirib və onun himayəsi altında fəaliyyətdədir. Ekspert vurğuladı ki, Birləşmiş Ştatlar Paşinyan iqtidarını getdikcə möhkəmləndirir: “Bunun üçün onun əlini gücləndirir ki, hakimiyyətdə uzun müddət qala bilsin. O da ABŞ qarşısında öhdəlik götürüb ki, Rusiyanın Ermənistanda təsirini azaltsın, nüfuzunu aşağı endirsin. Paşinyan da Rusiyaya qarşı boykot taktikasından istifadə edir. Hazırda KTMT-də fəaliyyətini dondurub və Avrasiya İqtisadi Birliyində aktiv iştirak etmir. Paşinyanın siyasəti Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək və xəyanət yolu tutmaqdır. Onun Birləşmiş Ştatlardan aldığı dəstəklə bir qədər də cəsarətləndiyi görünməkdədir. İmzalanan xartiya da buna bariz nümunədir”.
A.Məsiyev dedi ki, bu saziş həm də Azərbaycan əleyhinə yönəlib: “Birləşmiş Ştatlar həmin sənəddə sərhədlərin dəqiqləşməsi üçün Alma-Ata razılaşmasını dəstəkləyir. Bu da Ermənistanın mənafeyindən çıxış etməkdir. Çünki Azərbaycan əraziləri işğal altında saxlanan 30 il ərzində 1991-ci ilin Alma-Ata razılaşması gündəmə gəlməmişdi. Bundan əlavə, nəqliyyat xətlərinin açılmasında Ermənistanın suverenliyi xüsusi qeyd edilir. Bu sənədə əsasən, Ermənistan 10 noyabr üçtərəfli razılaşmasından imtina edir. Halbuki İrəvan həmin anlaşmada öhdəlik götürmüşdü ki, dəhlizə nəzarət Rusiyaya verilir. Xartiya isə üçtərəfli sənədin 9-cu bəndindən imtinanı nəzərdə tutur. Beləliklə, Paşinyan Qərbin dəstəyinə arxalanaraq Azərbaycana hücuma keçib: həm silahlanma, həm yardımlar almaq, həm müxtəlif platformalardan istifadə etmək... Avropa Birliyi və ABŞ isə Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmağa çalışır. Bu da bizim bölgəni xaosa çevirə bilər. Ümumilikdə ABŞ-Ermənistan arasında bu yaxınlaşma regionda münaqişəni alovlandırmağa hesablanıb”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
|