“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
“Atamı sonuncu dəfə 2016-cı ildə Amerikaya gedəndə görmüşəm. Sonra anam gəlib mənə baş çəkdi, amma atam gəlmədi. Atam telefonla danışmağı sevən adam da deyil. Orada olduğum müddətdə bir neçə dəfə telefonda danışmışdıq. Əsasən də son bir ildə onun səhhətində problem yarananda çalışırdım ki, daha çox kontaktda olum. Amma elə oldu ki, mən sənəd gözləyirdim. 2022-ci ilin aprel ayında Bakıya gəlməli idim. Apreldə gəlsəydim, atamla görüşə biləcəkdim. Amma sənəddə bir gecikmə oldu. Vəkil sənədlə bağlı müraciət edəndə rəqəmlərdə səhvə yol vermişdi. Deyəsən, bu rəqəm doğum tarixi ilə bağlı idi. Dəqiq xatırlamıram. Belə olan halda problem çıxdı”.
KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş “HOST” qrupunun üzvü, AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı qonaq olduğu junalist Pərviz Hüseynin aparıcısı olduğu “Pərvizə görə” verilişində deyib.
Sənətçi atası tanınmış jurnalist Araz Zeynalovla münasibətlərindən eləcə də onun xəstəliyindən söz açıb:
“Atamın səhhətinin pisləşdiyi bir vaxtda deyildi ki, sizin sənədlər hazır olmaq üzrədir. Bir il “bu gün, sabah” fikri ilə keçdi. Elə oldu ki, atam rəhmətə gedən gününün səhəri mənim sənədim gəldi. Tam olaraq sənədim ertəsi gün gəldi. Bu mənim üçün çox qəribədir. Beş gün, bir həftə sonra da o sənəd gələ bilərdi. Anladım ki, gəlməyimin artıq bir anlamı yoxdur. Çünki Amerikadan Bakıya gəlmək xüsusi hazırlıq tələb edir. Ailəmlə də məsləhətləşdim. Atamın ölümünün 40-cı günü gəlməyimin daha məqsədəuyğun olduğunu qərarlaşdırdım. Həm də uzun müddət qala biləcəkdim. Məni daha çox üzən və peşman olduğum atam xəstə ikən yanında olmamağım idi. Amerikada yaşadıqlarım, qazandıqlarım, yaradıcılığıma bu möhtəşəm təsiri doğma olan 3-4 insandan birinin xəstələndiyi dönəmdə yanında olmamağıma dəyərdi mi? Bu fikirlər məni rahat buraxmır. Bir çox mahnılarımda bu mövzuya toxunmuşam. Toxunanda da sonradan o hissləri çıxarıram. Anlayıram ki, bu insanları yora bilər. Amma yazıram, içimdən çıxarıram… Bu mahnıları paylaşmıram. “İllər sonra” səhnədə oxuyanda, məşqin özündə belə görürəm ki, çox təsirlənirəm və mənim üçün çox çətin olur. Düşünürəm ki, bu möhtəşəm mahnıdır, mənə uğur gətirir amma kaş ki, yazmazdım, yəni bu mahnını yazmağa bir səbəb olmazdı”.
Orxan “Əgər bu sənəd tez hazır olsaydı, atanıza gəlib nə demək istəyərdiniz?” sualına belə münasibət bildirib:
“Mən çox danışan insan deyiləm. İstərdim ki, ona çətin vaxtında kömək olum. Hansı ki, ona o köməyi başqa insanlar edirdi. Sadəcə həmin köməyi istərdim ki, mən edim. Xüsusi deyəcəyəm sözlərim yoxdur. Atamla ümumiyyətlə çox danışmamışıq. Azərbaycanda yaşayanda da çox danışmamışıq. Problemimiz yox idi. O da, mən də soyuq idik. Bizdə bu elə əvvəldən belə olub”.
“Atanız Araz Zeynalov tanınmış jurnalist idi. Amma biz bu həqiqəti çox gec öyrəndik. Bu məlumat niyə gec üzə çıxdı? Siz yoxsa atanız bu haqda danışmaq istəmirdi?” sualına reperin cavabı belə olub:
“Atam bizim yaşıdlarımızın tanıyacağı insan deyil. O 1990-ci illərin jurnalisti olub. O zamanlar atam sosial, iqtisadi sahələr üzrə önəmli bir qəzetdə redaktor vəzifəsində çalışırdı. Onun 40 yaşı tamam olmamış hansısa bir nüfuza çatmışdı. Onun səhhətində problemlər yarandı, mediada bu haqda yazıldı, insanlar onun haqqında yaxşı şeylər yazırdılar. Çox insanlara dəstək olub. Bəlli təbəqədən nə qədər çox hörmətə sahib olduğunu gördü və ondan sonra dünyasını dəyişdi. Atamın bəlli 90-lar kimi məhəllə psixologiyası var idi. Onun üçün o hörmət faktoru, bütün maşın və qazanclardan çox önəmli idi”.
“Atanızın sizin səhnə fəaliyyətinizə fikirləri necə idi?” sualına isə belə cavab verib:
“Bu haqda heç zaman bilə bilməyəcəyik. Çünki atam heç zaman bu haqda mənə heç nə deməyib. Arada o biri otaqdan eşidirdim ki, atam “Mavi qızılgüllər” trekimi çox xoşlayır. Amma şəxsən özümə bununla bağlı heç zaman heç nə deməmişdi. Telefonda son yazışmalarımızda bir səs atmışdı mənə. O məndən bir mahnımı soruşmuşdu. Başa düşmüşdüm ki, o “Məni xatırla” mahnısını deyir. Bu mahnı haqda onun dostu deyib ki, oğlunun bir mahnısı var. O da mənə bunu bildirmədən qürurlanırdı. Mən də artıq başa düşməli idim ki, bu mahnı yaxşı mahnıdır, onu bəyənir. Bu isə çox limitli emosiya bölüşməsi idi”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra Hakimiyyəti 23 min manata yolka alır
Bu gün, 20:29 |
|
|
|
• Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Bu gün, 20:25 |
|
|
|
• Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Bu gün, 20:21 |
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39 |
|
|
|
• Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34 |
|
|
|
• Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28 |
|
|
|
• Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25 |
|
|
|
• Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21 |
|
|
|
• "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19 |
|
|
|
• Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14 |
|
|
|
• Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00 |
|
|
|
• Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57 |
|
|
|
• Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55 |
|
|
|
• Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39 |
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
• İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36 |
|
|
|
• Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30 |
|
|
|
• Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21 |
|
|
|
• Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18 |
|
|
|
• AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16 |
|
|
|
• “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10 |
|
|
|
|