İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: .....                     Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur .....                     Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." .....                     Ağalı kənd məktəbinə yeni direktor təyin olunub .....                     BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar .....                     Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: .....                     Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı .....                     Nikolun söz oyunu arxasındakı .....                     Müharibə tezliklə bitməyəcək .....                     Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb .....                     Siyasətçilər Yeni ili harada qarşılayacaq? .....                     “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” .....                     Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti .....                     “Sosial şəbəkədə hamı məni söyür" .....                     “Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                     “Expressbank”da yeni təyinat olub .....                     Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... .....                     İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI .....                     Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib .....                     Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu .....                     Xaricdə təhsil, yoxsa "beyin axını"? .....                     Paşinyanın müavini Moskvaya gedib .....                     Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri .....                     “Sülh üçün konstitusiyamızı dəyişməliyik” .....                     Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR .....                     Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ .....                     Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib .....                     Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi .....                     Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq .....                     Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq .....                     Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb .....                     Rəsmi Bakının Ermənistandan iki tələbi var .....                     Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... .....                     AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü .....                     İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı .....                 

Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Tarix: Bu gün, 09:11 | Çap et
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir
Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.
Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili
siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə
sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 21 ilin mənzərəsi
göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən
proseslər baxımından sentyabra qədər getdiyimiz yol düzgün yoldur.
Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və bu il 7 fevral
seçkilərinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi. Bir sıra analitiklərin
fikrincə, bu seçkilər həm də xalqın dövlət başçısına hörmət və
minnətdarlığını ifadə etməsi üçün bir imkan oldu.
Son 21 ilin tarixi göz qabağındadır. Biz hamımız bu dövrdə baş vermiş
misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib
çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik
inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə
köklü islahatlarla yadda qalıb.
İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 21 il ölkəmizin tarixinə
yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 21 ildə verdiyi
hər bir vədi yüksək səviyyədə yerinə yetirib.
Əsrə bərabər 21 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın
azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən
müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə
əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün
ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində
qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib
ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni
reallıqlar yarandı.
Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik
keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən
mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya
müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı
xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla
bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol
oynadı.
2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda
başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq
səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə
nail olundu. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi
iradəsinin müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında
“dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş
etdirdi.
Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş
ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və
əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan
vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək
məqsədi daşıyır.
İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır: infrastruktur
obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib
istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın
geniş perspektivindən xəbər verir.
Düşmənin darmadağın etdiyi şəhər və kəndlərin bərpası sürətlə davam
etdirilir, Böyük Qayıdış yolunda böyük addımlar atılır. Azad olunmuş şəhər
və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır.
Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir
manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi
gücünün göstəricisidir.
Azərbaycan ötən 21 ildə bir çox nəhəng transmilli layihələrə imza atıb.
Onlardan bəzilərini xatırlamaq yerinə düşər.
2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı
oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara
verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə
Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu.
Prezident İlham Əliyevin gərgin və uğurlu fəaliyyəti, ardıcıl səyləri ilə
Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP,
TAP kimi transmilli qaz arteriyaları yarandı. Bununla da dünya enerji
xəritəsində yeni mənzərə formalaşdı.
2017-ci ildə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər
dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqları
blokunun işlənilməsində yeni dövr başlandı, yəni “Əsrin müqaviləsi” 2050-ci
ilədək uzadıldı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son
seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə
Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına başlanıldı.
Bütün bu irimiqyaslı neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars
dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və
Bakı regionun ən böyük ticarət və logistika habına, Şimal-Cənub, Şərq-
Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Bu və digər
layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər
qazandırmaqdadır.
Prezident İlham Əliyevin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini
dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata
keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət
etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin
qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət
kursunu bu prinsiplər əsasında qurub.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik,
ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə
qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu
praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər
fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət
yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir,
Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək
verir.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu
ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud
münasibətlərini daha da möhkəmləndirir.
Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq
əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna
əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin
təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya
miqyasındakı nüfuzunun göstəricisidir.
Bu ilin noyabr ayında Bakıda dünya ölkələrinin ən böyük beynəlxalq
konfransı olan COP29-un böyük uğurla keçirilməsi Azərbaycana və onun
liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin
daha da artdığını göstərdi.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48
Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45
Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02
Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00
Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58
“Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10
Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08
“Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36
Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30
Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24
Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23
Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20
Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18
AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06
Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00
Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55
AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32
Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27
“TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24
Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru