“Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir .....                     Proses pozulur: Ermənistan bundan imtina etdi .....                     Moskvadan Bakı və İrəvana “sürpriz” təklif .....                     326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! .....                     Kazan hava limanı fəaliyyətini dayandırıb .....                     Azərbaycanın sülh şərti yerinə yetirilir .....                     Paşinyan Lukaşenkoya ictimai sillə vurdu .....                     Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir .....                     Paşinyanın “xəstə” siyasəti .....                     `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... .....                     Bura məktəbdir, `Biznes Center` deyil axı... .....                     Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? .....                     Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib .....                     Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... .....                     Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? .....                     Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... .....                     AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb .....                     Regionda fırtınaqabağı səssizlik .....                     Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” .....                     Məşhur tiktoker yenidən həbs edildi .....                     "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" .....                     Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? .....                     "Məsuliyyət Rusiyanın üzərinə düşür" .....                     “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” .....                     'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi .....                     “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı .....                     Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul .....                     Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır .....                     Rusiya nə qədər təzminat ödəməlidir? .....                     ATALARIN ƏN YAXŞISI... .....                     ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi .....                     Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? .....                     İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                 

Fermerlər subsidiya məbləğinin 100 faizini nağdlaşdıra bilməlidir - ARAŞDIRMA
Tarix: 7-12-2024, 14:58 | Çap et
Fermerlər subsidiya məbləğinin 100 faizini nağdlaşdıra bilməlidir
Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ümumi daxili məhsulda (ÜDM) payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.
Bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.
Rəydə qeyd edilib ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 milyon manat subsidiya proqnozlaşdırılıb. Bu da 2024-cü ilin proqnozundan 41,6 milyon manat və ya 9,4% çoxdur.
Sənəddə bildirilib ki, dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.

"Fermerlər karta köçürülmüş vəsaitin 100 faizini nağdlaşdıra bilməlidir"
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Sputnik Azərbaycan-a deyib ki, subsidiyaların məbləği hesablanarkən baxılmalıdır ki, məsələn, taxıl əkən fermer 1 hektar sahəyə nə qədər xərc çəkir və bu xərcin hansı hissəsini dövlət ödəmək istəyir? Yəni demək istəyirəm ki, subsidiyaların məbləği azdır:
"Amma kənd təsərrüfatına verilən subsidiyaların arzuolunan nəticə verməməsinin əsas səbəbi bu məbləğin aşağı olması deyil. Aqrar sahəyə verilən subsidiyaların arzuolunan nəticə verməməsinin əsas səbəbi fermerlərin əkin subsidiyası məbləğinin ancaq 25 faizini nağdlaşdıra bilməsidir. Yerdə qalan vəsaiti (75 faiz) isə fermer nağdlaşdırmadan konkret müəyyən təchizatçılardan gübrə, toxum və s. alır. Baqşa sözlə, fermerlər əkin subsidiyasına görə karta köçürülmüş vəsaitin yalnız 25 faizini nağdlaşdıra, 75 faizini isə müəyyən edilmiş təchizatçılardan qeyri-nağd şəkildə gübrə, pestisid, toxum və digər kənd təsərrüfatı istehsal vasitələri almaq üçün sərf edə bilər".

Ekspert hesab edir ki, subsidiyaların məbləği artırılmalıdır:
"Digər tərəfdən, fermerlər karta köçürülmüş vəsaitin 100 faizini nağdlaşdıra bilməlidir. Fermerlərin kənd təsərrüfatı istehsal vasitələri almaq üçün bazarda seçim imkanları olmalıdır. Yəni fermer müəyyən təchizatçılardan asılı olmamalı, gedib bazarda seçim edə bilməlidir".

Qeyd edək ki, ölkədə payızlıq əkinlərin bəyanı davam edir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, fermerlər əkinləri bəyan etmək üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaratdıqları şəxsi kabineti aktivləşdirməli, öz torpaq və əkin məlumatlarını müvafiq bölmələrə daxil etməlidir. Payızlıq əkinlərin bəyan müddəti 2024-cü il dekabrın 30-da başa çatır. Bu tarixədək əkin və torpaq məlumatlarını, digər tamamlayıcı sənədləri (torpaq analizinin nəticələri, aqrar sığorta müqaviləsi və s.) sistemə daxil etməyən şəxslərin subsidiya ilə bağlı elektron ərizəsi formalaşmayacaq və onlara subsidiya ödənişi həyata keçirilməyəcək.
Bildirilib ki, əkinləri bəyan edərkən hər hansı çətinliklə üzləşə biləcək fermerlər texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB (kiçik və orta biznes) evlərinə, eləcə də regional "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə payızlıq əkinləri bəyan edə bilərlər. Bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, fermerlər bəyanı daxil etdikdən sonra "Müraciət et" düyməsinə sıxmadan 30 dekabr tarixinə kimi bəyanı dəyişdirə bilərlər. Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb-aparılmadığını izləyə, problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər.
Qeyd edilib ki, bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradır. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər. Respublika üzrə payızlıq əkinlərin bəyanına 2024-cü il sentyabrın 1-dən start verilib. Fermerlərə əkinlərini bəyan etməsi üçün 4 ay vaxt verilir.
Subsidiya almaq üçün nə etməli?
Qeyd edək ki, subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən (https://www.eagro.az/) həyata keçirilir. Subsidiyalar artıq çoxsaylı kağız sənəd toplamadan, yalnız fermerin təqdim etdiyi torpaq sənədləri və əkin bəyanı əsasında verilir. Fermerlər bunun üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməlidirlər. Əkin subsidiyasının əldə edilməsi üçün 1 sentyabrdan başlayaraq 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, Xaçmaz və Yevlax KOB (kiçik və orta biznes) evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər. Subsidiyalar "Fermer kartı"larına köçürülür. Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.
Müasir suvarma sistemləri əsasdır
Aqrar Subsidiya Şurası 2025-ci il üçün bitkiçilik sahəsində subsidiyaların məbləği ilə bağlı qərar qəbul edib və qərara əsasən, baza məbləği 200 manat götürülüb. Baza məbləği deyəndə bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası veriləcək. Habelə, işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrində becərilən dənli və dənli paxlalılara görə əkin subsidiyası 400 manat məbləğində müəyyən edilib. 2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymətlərinin artımının müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə 2025-ci ildə dənli və dənli paxlalılar, kartof, tərəvəz və yonca bitkiləri, habelə təkrar əkinlər üzrə əkin subsidiyası artırılıb.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək salınan intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat, intensiv nar bağlarının hər hektarına görə 3000 manat, intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat məbləğində əkin subsidiyası veriləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 50 metrdən yuxarı olmayan ərazilərdə yerləşən və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı (nektarin) və ərik bağlarının hər hektarına görə 4000 manat əkin subsidiyası veriləcək.

Aqrar Subsidiya Şurasının qə­rarına əsasən, çəltiyin əsas və təkrar əkin­ləri üçün hər hektara görə müvafiq olaraq 380 manat və 120 manat subsidiyanın verilməsi nəzərdə tutulub. Müasir suvar­ma sistemləri ilə təmin olunmuş və bu tip suvarma sistemləri olmayan qarğıdalı sahələrinin hər hektarına görə isə müvafiq olaraq 290 manat və 230 manat əkin sub­sidiyası veriləcək. 2025-ci ilin məhsulu üçün kartof, tərəvəz, bostan bitkiləri əkil­miş və müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrin hər hektarına görə müvafiq olaraq 360 manat, 310 manat və 280 manat subsidiya veriləcək və s.
"Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası" Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilib. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. Qaydaya görə, təchizatçı – kənd təsərrüfatı istehsal vasitələrinin satışını həyata keçirən və "Subsidiya" informasiya sistemində qeydiyyata alınan fiziki və ya hüquqi şəxslərdir. Fermerlərə subsidiyaların verilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.
Əkin subsidiyası nədir?
Qaydaya əsasən, əkin subsidiyası – fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.

Qaydaya əsasən, əkin subsidiyası ilə bağlı fermer təqvim ili ərzində apardığı əkin barədə informasiyanı "Subsidiya" informasiya sisteminə (SİS) daxil edərək avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Aqrar Kredit və İnkişaf Agentliyi müraciəti 30 iş günü müddətində təsdiq etdikdən sonra fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verir.
Gübrələrin səyyar satış xidməti həyata keçirilir
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu ilin fevral ayından etibarən "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli, mövsümə uyğun azotlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb. Səyyar satış xidmətləri mövsüm bitənədək hər gün, ölkənin bütün istiqamətlərində fərqli məntəqələr üzrə əsasən fermerlərin tələbatına uyğun kənd və qəsəbələrdə təşkil edilir. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış xidməti zamanı ammonium-nitrat, karbamid, ammonium-sulfat, kalium-sulfat həmçinin tələbat olduğu təqdirdə ammofos, nitroammofoska kimi mineral gübrələrin satışı həyata keçirilir.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.
Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Mürəciətlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir.
"Səyyar satış zamanı fermerlər "Fermer kartı" və şəxsiyyət vəsiqəsini təqdim etməklə və ya nağd ödəniş etməklə mineral gübrə əldə edə bilərlər. İstər "Fermer kartı", istərsə də nağd ödəniş edildikdə gübrələrin qiyməti dəyişilməz olaraq qalır. Bu qayda həmçinin, anbardan və ya səyyar satış məntəqəsindən alış zamanı da keçərlidir. Alış üsulu və ünvanından asılı olmayaraq "Aqroservis" ASC tərəfindən satılan mineral gübrələrin qiymətləri dəyişilməz olaraq qalır", - məlumatda bildirilib.

Xatırladaq ki, aqrar subsidiyalar "Fermer kart"larına köçürülür. Əkin subsidiyasının 25%-i nağdlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan vəsaitdir. Nağdlaşdırılmayan vəsait fermerlərin təchizatçılardan təsərrüfatları üçün toxum, gübrə, pestisid və s. əldə etməsi üçün nəzərdə tutulub. Qaydalara görə subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və "Fermer kartı"ndakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52
Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48
Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46
326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45
Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41
Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40
Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37
Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35
`166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32
Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27
Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19
Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12
Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08
Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07
AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58
Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21
Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26
Məşhur tiktoker yenidən həbs edildi - Bu maddələrlə...
Bu gün, 04:21
"Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
Bu gün, 04:17
Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? - Səfirliyin açılması üçün…
Bu gün, 04:12
"Məsuliyyət Rusiyanın üzərinə düşür" - deputat
Bu gün, 04:07
“Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” - Ağ Ev
Bu gün, 03:59
'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi - Azərbaycan Putindən açıq etiraf tələb edir
Bu gün, 03:56
“City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02
Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15
Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41
ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36
ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33
Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31
"TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru