Ət indikindən 30 faiz baha ola bilərdi: - “Daha da bahalaşacaq...”
Tarix: 4-11-2024, 18:02 | Çap et
 Belarus Universal Əmtəə Birjasında (BUƏB) Azərbaycana ət məhsullarının ixracı üzrə ilk əqdlər qeydə alınıb və iki əqd üzrə ümumi alış həcmi 18 ton təşkil edib.
Bu barədə BELTA -ya BUƏB-in mətbuat xidməti məlumat verib.
Satıcı qismində Brest vilayətinin aparıcı ət emalı müəssisələrindən biri, alıcı qismində isə qida sənayesi üçün ət və ət məhsullarının idxalı üzrə ixtisaslaşmış Azərbaycan ticarət təşkilatı çıxış edib. BUƏB-in məlumatına görə, əvvəllər Azərbaycan iştirakçıları əsasən taxta-şalban və süd məhsulları alırdılar, hazırda isə ət və ət məhsulları seqmentində əmtəə nomenklaturasının genişləndirilməsi Belarus və Azərbaycan arasında birja ticarətinin inkişafı üçün yeni imkanlar açır.
Beləliklə Azərbaycan Rusiya və Çindən sonra Belarus ilə birja dövriyyəsi həcminə görə üçüncü yeri tutur. Bu ilin 10 ayı ərzində bu ölkənin şirkətləri 91 milyon ABŞ dollarından çox birja əməliyyatları həyata keçiriblər. Bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,5 dəfə çoxdur. Üstəlik, bunların hamısı Belarus mallarının ixracı olub - əsasən ağac emalı sənayesi məhsulları, hansı ki, bu, tədarüklərin 90 %-ni təşkil edib.
Maraqlıdır, ölkəmizdə ətin qiymətinin artacağı barədə məlumatların yayıldığı ərəfədə ölkəmizə ət məhsullarının ixracı qiymətə təsir edəcək?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a deyib ki, ətin qiymətin ucuzlaşması idxal hesabına baş verə bilməz:
“Azərbaycanda 2022, 2023-ci illə müqayisədə 2024-cü ildə ət idxalı artıb. Bu il təxminən xırdabuynuzlu heyvanların idxalı 3-4 dəfəyədək yüksəlib.
Belarusdan ət idxal edilməsi buna bariz nümunədir. Lakin nəzərə almaq lazımdır ki, idxal olmasa, qiymətlər daha sürətli şəkildə qalxardı. Yəni, idxal edilən məhsullar qiymətin daha tez yüksəlməsinin qarşısını alır. Ona görə də ət idxalının həcmi çoxalacaq. Lakin ölkədə ət məhsullarının bahalaşmasının qarşısını almaq üçün ət idxalını daha çox artırmağa ehtiyac var”.
Ekspert bildirib ki, ət idxalın çox olmasına baxmayaraq, qiymət yenə bahadır:
“Ölkəmizə ət idxalı olmayacağı təqdirdə qiymətlər indiki səviyyədən 20-30 faiz daha baha ola bilərdi. Saxlanılan heyvan və bazara çıxarılan ətin həcmində əhəmiyyətli artım olmasa, qiymətlərin daha da bahalaşacağını güman edirəm. Buna səbəb yerli ət istehsalının aşağı olmasıdır”.
O qeyd edib ki, ətin ucuzlaşması yalnız ölkə daxilində heyvandarlığın inkişafı nəticəsində baş verə bilər:
“Ona görə də heyvandarlığın inkişaf etdirilməsi, fermerlərin dəstəklənməsi üçün tədbirlər görülməlidir. Qarabağ və Şərqi Zəngəzurda heyvandarlıqla məşğul olmaq üçün bütün lazımı potensial var. Bundan düzgün istifadə olunarsa, ölkəmizdə heyvandarlıq yetərincə inkişaf edə bilər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54 |
|
|
|
• Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52 |
|
|
|
• "Buna ər dayanar?"
Bu gün, 10:46 |
|
|
|
• O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38 |
|
|
|
• Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28 |
|
|
|
• Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24 |
|
|
|
• Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18 |
|
|
|
• Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05 |
|
|
|
• Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04 |
|
|
|
• İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• “Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58 |
|
|
|
• Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51 |
|
|
|
• Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43 |
|
|
|
• İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36 |
|
|
|
• "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29 |
|
|
|
• `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28 |
|
|
|
• Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19 |
|
|
|
• Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01 |
|
|
|
• Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52 |
|
|
|
• Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33 |
|
|
|
• Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24 |
|
|
|
• “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19 |
|
|
|
• Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14 |
|
|
|
• Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10 |
|
|
|
• 2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07 |
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
|