Kazan aeroportu uçuşları dayandırıb .....                     Guya Bakıya hücum üçün... .....                     Fransa XİN-dən "qəribə" başsağlığı .....                     İcra başçısına ağır itki üz verib .....                     Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? .....                     "İşçiyə maddi ziyan vurulduğu halda..." .....                     GRANDMART da gözünü qəpik-quruşa dikib .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... .....                     2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? .....                     Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! .....                     Bu, bağışlanası hadisə deyil... .....                     Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır .....                     “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” .....                     4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… .....                     Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb .....                     Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə .....                     Cəlilabadda qanunsuzluğu başçı himayə edir? .....                     Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb .....                     Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? .....                     "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" .....                     Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi .....                     Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır .....                     Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək .....                     "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: .....                     Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu .....                     Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən .....                     İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ .....                     AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək .....                     "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb" .....                     ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır .....                     Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? .....                     Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? .....                     Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? .....                     Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib .....                     "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" .....                     Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi .....                     AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi .....                     Bu dövlət qurumu ləğv edilir .....                     Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                 

Paşinyan bu ağılla hara qədər GEDƏ BİLƏR... - GƏLİŞMƏ
Tarix: 20-07-2024, 10:59 | Çap et
Paşinyan bu ağılla hara qədər GEDƏ BİLƏR...
Ermənistanın baş naziri Nikol Paşinyanın Dumanlı Albionda - Londonda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi ilə bağlı reaksiyalar davam edir. Yada salaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa Siyasi İcmasının Londonda keçirilən tədbiri çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün baş tutmamasının səbəbini açıqlayıb.

“Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk. Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başa düşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirmək, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk” deyə, H.Hacıyev bildirib.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qırx dörd günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib. İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

Paşinyanın imtinasının Böyük Britaniyanın müharibə zamanı tutduğu ədalətli mövqeli ilə əlaqəsi varmı? Ermənistan rəhbərinin Prezident İlham Əliyevlə görüşməyə üzü yoxdur, yoxsa son aylar xüsusilə ABŞ rəsmilərinin İrəvana müntəzəm səfərləri Ermənistan rəhbərini ürəkləndirib?

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Ermənistan rəhbərliyinin, xüsusən, işğalçı ölkənin baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi onun yox, Qərbdəki havadarlarının beyninin məhsuludur: “Nikol Paşinyan sadəcə olaraq, Sorosun əmrini yerinə yetirir. Bu da o deməkdir ki, Ermənistan müstəqil siyasət yürütmək və sülhə töhfə vermək iqtidarında deyil. Bu da gələcək həftələrdə və ya aylarda Qərbin diktəsi ilə yenidən gərginliyin yaranmasına səbəb ola bilər. Görünür, Ermənistan yenidən silahlanma yolunu tutub və Azərbaycana qarşı işğalçı zehniyyətindən hələ də əl çəkməyib. Nikol Paşinyan heç şübhəsiz ki, Böyük Britaniyanın 44 günlük müharibə və ondan sonrakı proseslərdə Azərbaycanın yanında olmasını həzm edə bilmir. Əgər bu görüş ABŞ və ya Fransada baş tutsaydı, o zaman Ermənistan tərəfi qaçaraq bu görüşə gələrdi. Görünür, Hindistan, Fransa və Yunanıstandan aldığı dəstək İrəvana yeni qol-qanad verib. Amma bütün bunlar yeni reallıqları dəyişməyəcək. Azərbaycan azad etdiyi torpaqlara əbədi qayıdıb. Görünən odur ki, payız-qış kampaniyasında Ermənistan Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşır. Bu görüşdən imtina da həmin təxribatlara hazırlığın bir ismarışıdır. Bu baş verərsə, Ermənistan adlı müstəqil dövlətin mövcudluğu da sual altına düşə bilər. Qərbin bundan sonrakı proseslərdə hansı mövqe sərgiləyəcəyi çox maraqlı olacaq. Çünki Qərb regionda sülh olmasını dilə gətirir. Ermənistanın son addımı isə sülhdən yayınmadır”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu görüşün baş tutmamasında bir sıra səbəblər görür: “Erməni baş nazir Nikol Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı ikili oyun oynayır. Bir tərəfdən sülh razılaşmasının tezliklə imzalanmasına hazır olduğunu bəyan edir, digər tərəfdən isə bundan qaçır. Ölkəsini NATO silahları ilə silahlandırır, militarizasiya siyasəti yürüdür. Ermənistan həqiqi sülhə nail olmaq istəyirsə, bütün formatlardan və danışıqlar üçün əlverişli olan fürsətlərdən imtina etməməlidir. Avropa Siyasi Birliyinin tədbirində hər iki dövlət başçılarının görüşməsi və danışıqlar aparması sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı imkan idi. Lakin məlum olduğu kimi, Paşinyan həmin görüşə maraq göstərmədi. Bunu mən bir sıra amillərlə izah edərdim. Bildiyiniz kimi, Birləşmiş Krallıq dünyada, o cümlədən, Avropada sülhün və təhlükəsizliyin qorunmasında xüsusi rol oynayır. Qərbdə böyük nüfuza və təsirə malikdir. London keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe sərgiləməyə çalışırdı və beynəlxalq hüquq normalarını əsas tutaraq Bakının halı sayırdı. 44 günlük ikinci Qarabağ müharibəsində də haqqı nahaqqa vermədi. Londonla Bakı arasında çox sıx iqtisadi-ticari və siyasi əlaqələr mövcuddur. Böyük Britaniya ilə Fransa arasında həmişə rəqabət olub. Hətta eyni birlik və bloklarda təmsil olunsalar da, Paris və London nüfuz uğrunda barışmaz mövqe sərgiləyiblər. Fikrimcə, Paşinyanın Böyük Britaniyada və onun vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsinin səbəblərindən biri Fransanın Paşinyana təzyiqidir. Paris istəməz ki, London təşəbbüsü ələ alsın. Digər səbəblərdən biri də, Azərbaycan Prezidenti İlham Əliyevin həmişə bütün formatlarda və görüşlərdə Paşinyanın üzərində siyasi və psixoloji üstün mövqeyinin onu indiki daxili böhran dövründə bir qədər də çətin vəziyyətə salacağından ehtiyat olunmasıdır. Çünki belə görüşlərdən sonra Ermənistanda rəqibləri tərəfindən Paşinyana qınaq və hücumlar artır. Erməni baş nazir müzakirə olunacaq məsələlərin detallarını da, Azərbaycanın prinsipial mövqeyini də bilir. Bəhanə və manevretmə imkanları demək olar ki qalmadığından o, açıq müzakirələrdən qaçır. Son dövrlər Birləşmiş Ştatların Ermənistana diqqətini artırması, yüksək rütbəli rəsmilərin İrəvana intensiv səfərləri və verdiyi bəyanatların da Paşinyanın görüşdən imtinasına təsiri ola bilər. Səbəb hər nə olursa-olsun Paşinyanın görüşdən imtina etməsini Azərbaycan tərəfi haqlı olaraq onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndirib. Beynəlxalq ictimaiyyət gördü ki, Cənubi Qafqaz regionunda davamlı sülh və təhlükəsizliyin əldə olunmasına Ermənistan maneədir və onun bu hərəkətlərinin arxasında Paris dayanır. Rəsmi İrəvanın sülh sazişinin tezliklə bağlanmasına hazır olduğu barədə səsləndirdiyi bəyanatlar da dünyada özünü sülhpərvər göstərməklə aldadıcı mahiyyətdən başqa bir şey deyil. Azərbaycan bütün platforma və tribunalarda dialoqa hazır olduğunu və sülhə maraq göstərdiyini ifadə edib. Ermənistanın yanlış mövqeyi tutduğu xətt təkcə region üçün deyil, ümumi Avropa təhlükəsizlik arxitekturasına zərərlidir”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09
Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08
Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07
İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03
"İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59
GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53
KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48
Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43
2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40
Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37
Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34
Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08
4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04
Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54
Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44
Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35
Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32
Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29
Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27
"Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24
Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05
Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02
İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29
ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23
Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20
Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15
AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13
AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09
TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06
Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02
Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru