"Doğuş Teknoloji" Azərbaycanda rəqəmsal transformasiyaya flaqmanlıq edir
Tarix: 20-12-2023, 16:46 | Çap et
 Şirkət iqtisadiyyatı sürətlə inkişaf edən və hər bir sektoru rəqəmsal transformasiya tələb edən Azərbaycanda “Future Forward: Automate & Secure” adlı tədbir keçirib. Tədbirdə ölkənin informasiya texnologiyaları ekosisteminin aparıcı simaları iştirak edib. "Doğuş Teknoloji"nin texnologiya əməliyyatları və kibertəhlükəsizlik üzrə Baş direktor müavini Eray Gözener Türkiyədə olduğu kimi, Azərbaycanın texnoloji transformasiyasında da aparıcı və həlledici rol oynamaq istədiklərini vurğulayıb.
Texnologiya dünyasının transformasiyasına liderlik edən "Doğuş Teknoloji" Azərbaycan informasiya texnologiyaları dünyasının ən önəmli simalarını bir araya gətirən tədbir təşkil edib. Dekabrın 19-da “Hilton Baku” hotelində keçirilən “Future Forward: Automate & Secure” adlı tərəfdaşlıq tədbirində texnoloji dəyişikliklərə səbəb olan ən aktual məsələlər müzakirə olunub və Doğuş Teknoloji tərəfindən təklif olunan həllər təqdim edilib.
"Doğuş Teknoloji"nin texnologiya əməliyyatları və kibertəhlükəsizlik üzrə Baş direktor müavini Eray Gözener çıxışında bildirib: "Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. Biz rəqəmsal transformasiya, süni intellekt, məlumatların idarə edilməsi və kibertəhlükəsizlik sahələrində aparıcı tətbiqlərimiz və həllərimizlə tanınan bir şirkətik. Belə sürətlə inkişaf edən ölkədə qabaqcıl texnologiyalarımızı və tətbiqlərimizi tanıtmaq istədik və iştirakçılara ruhlandırıcı təcrübələr təqdim etməyi qarşımıza məqsəd qoyduq. Biz Türkiyədə olduğu kimi, Azərbaycanın da texnoloji transformasiyasında aparıcı və həlledici rol oynamaq istəyirik. Bu ölkədə dəyişiklik və innovasiyanın qapılarını açmağa çalışırıq".
Rəqəmsal transformasiya sahəsindəki vacib məsələlər müzakirə edildi
Brandefense, Monofor, Caspisec, HPE Aruba və Netex kimi biznes tərəfdaşları tərəfindən dəstəklənən Doğuş Teknolojinin tərəfdaşlıq tədbirində robot proseslərinin avtomatlaşdırılması (RPA) texnologiyasının üstünlükləri vurğulanaraq, yeni məzun olan işçinin gördüyü işləri yerinə yetirən "virtual işçi" konsepsiyası təqdim edildi. Virtual işçilərin üstünlükləri arasında 7/24 işləmə xüsusiyyəti ilə fasiləsiz xidmət, artan məhsuldarlıq, işçilərin daha dəyərli işlərə yönəldilməsi və korporativ yaddaşın qorunması ön planda idi.
Kibertəhlükəsizliyə gəlincə isə, identifikasiya və girişin idarə edilməsindən tutmuş təhlükəsiz giriş xidmətinə (SASE) qədər bir çox məsələlərə diqqət yetirildi. Bu texnologiyaların təşkilatları gücləndirməsinə imkan verən bir neçə strategiya sadalandı. Xüsusilə identifikasiya və girişin təhlükəsiz idarəedilməsində çoxfaktorlu autentifikasiya, imtiyazlı giriş idarəetməsi və uzaqdan işləyən işçi qrupları üçün təhlükəsiz birdəfəlik giriş kimi məsələlər vurğulanmışdır.
"Doğuş Teknoloji" haqqında
"Doğuş Teknoloji" şirkəti 2012-ci ildə informasiya texnologiyaları sahəsində dəyər yaratmaq məqsədi ilə yaradılıb. Hazırda 10-dan çox sektorda bir çox şirkətə xidmət göstərən, müştəriyə fokuslanan, xüsusi hazırlanmış texnoloji həllər təklif edən, eyni zamanda araşdırma mərkəzi olan bir texnologiya şirkətidir. Şirkət orta yaş həddi 33 olan 400-dən çox işçisi ilə yeni texnologiyaları yaxından izləyir, çevik və etibara əsaslanan iş mədəniyyəti ilə İT sektorunun qabaqcıl şirkətləri arasındadır. Türkiyədə və qlobal bazarda texnologiyanı inkişaf etdirən bir marka olaraq avtomobil, maliyyə, faktorinq, operativ lizinq, nəqliyyat vasitələrinin yoxlanılması, sığorta proqramları, loyallıq proqramları və e-ticarət sistemləri kimi bir çox sahədə texnologiya xidmətləri dəstəyi verir. Şirkət 24 müxtəlif qlobal biznes tərəfdaşının gücü və dəstəyi ilə RPA, məlumat analitikası və proqnozlaşdırma, süni intellekt və maşın öyrənməsi, Generativ AI, mobil və veb-proqramlar, ERP və CRM kimi müəssisə həllərində qabaqcıl təcrübəyə malikdir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Bu gün, 15:59 |
|
|
|
• Nifrət mərkəzi – Revanşizm generatoru
Bu gün, 15:54 |
|
|
|
• Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 15:42 |
|
|
|
• 260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Bu gün, 15:25 |
|
|
|
• Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Bu gün, 15:18 |
|
|
|
• Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Bu gün, 15:07 |
|
|
|
• Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Bu gün, 15:03 |
|
|
|
• Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Bu gün, 13:05 |
|
|
|
• Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Bu gün, 13:01 |
|
|
|
• Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:59 |
|
|
|
• Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Bu gün, 12:55 |
|
|
|
• Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Bu gün, 12:52 |
|
|
|
• "Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Bu gün, 12:50 |
|
|
|
• Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Bu gün, 12:47 |
|
|
|
• Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ - ÇAĞIRIŞ
Bu gün, 12:41 |
|
|
|
• 28 günlük paketi necə "aylıq" adlandırmaq olar? - Ekspert Azercell barədə sərt DANIŞDI
Bu gün, 12:32 |
|
|
|
• Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
Bu gün, 12:28 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
• “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Paşinyandan II Qaregini növbəti ifşa
Bu gün, 12:03 |
|
|
|
• Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB - AXI NİYƏ?
Bu gün, 11:55 |
|
|
|
• Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar
Bu gün, 11:50 |
|
|
|
• Məhkəmə binasında insident - Uşaqlarını görmək istəyən anaya bıçaq atılıb
Bu gün, 11:46 |
|
|
|
• "Hədlərini aşırlar, yerlərini bilsinlər"
Bu gün, 11:37 |
|
|
|
• Məlahət İbrahimqızı: “QHT biznesi lideri” - SENSASİON MƏLUMAT
Bu gün, 11:33 |
|
|
|
• Bakı sözünü dedi: - indi növbə Avropa İttifaqında
Bu gün, 11:29 |
|
|
|
• BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib
Bu gün, 11:07 |
|
|
|
• Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... - İLGİNC
Bu gün, 11:05 |
|
|
|
• Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir - Abramyan
Bu gün, 10:59 |
|
|
|
• Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 10:54 |
|
|
|
• "Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" - BÜTÜN NAXÇIVANIN İZLƏDİYİ İŞ...
Bu gün, 10:51 |
|
|
|
• Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
Bu gün, 10:46 |
|
|
|
• "Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" - FAKT BUDUR!
Bu gün, 10:43 |
|
|
|
• Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı – Sabiqlər toqquşdu, gerçək isə…
Bu gün, 10:40 |
|
|
|
• Rusiya üzərindəki “Hörümçək toru” – Moskva mövqeyindən geri çəkiləcək?
Bu gün, 10:35 |
|
|
|
• Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik - Səfir
Bu gün, 10:34 |
|
|
|
• "The British Council" Rusiyada arzuolunmaz elan edilib
Bu gün, 10:01 |
|
|
|
• Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... - "Hadisə ilə heç bir bağlılığım yoxdur..."
Bu gün, 09:59 |
|
|
|
• BOKT sistemi İFLAS HƏDDİNDƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:53 |
|
|
|
• “AZSIĞORTA” ASC-də yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi - VİDEO
Bu gün, 09:48 |
|
|
|
• Gəncə niyə kriminal şəhər kimi TANINIR? - ARAŞDIRMA
Bu gün, 09:41 |
|
|
|
• Küləyin törətdiyinə niyə cavabdeh oluram? - GİLEY
Bu gün, 09:38 |
|
|
|
• Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
• Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ
Bu gün, 09:29 |
|
|
|
• "Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:19 |
|
|
|
• Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 09:18 |
|
|
|
• Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…
Bu gün, 09:15 |
|
|
|
• “Şüvəlan” ASC-də yığıncaq keçiriləcək
Bu gün, 09:12 |
|
|
|
|