Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... .....                     “Ege Hospital”a cərimə .....                     Mürsəlovun işçisi ÖZBAŞINA QALIB .....                     "City Net" daha bir abunəçini aldadıb .....                     Bu şirkətin külli miqdarda vergi borcu var imiş .....                     "Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" .....                     "Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" .....                     “Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                 

Məzunlara elektron diplomlar veriləcək - Ekspertlər danışır
Tarix: 11-05-2023, 12:39 | Çap et
Məzunlara elektron diplomlar veriləcək
Azərbaycanda məzunlara elektron diplomlar veriləcək. Hazırda elektron diplomlara keçid prosesi üzrə işlər davam edir. Qeyd edək ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin bütün məlumat sistemləri toplanılıb: "Burada tələbə qəbulu prosesi, təhsil alan tələbələr və tələbə-məzun məlumatları yer alır. Vətəndaşlar məlumat bazası ilə diplomların həqiqiliyini onlayn qaydada yoxlaya bilərlər".

Nazir bildirib ki, elektron diplomlara keçid prosesi üçün bəzi məlumatların digər qurumlardan inteqrasiya olunmasına ehtiyac var: "Eyni zamanda, elektron diplomlara keçid ilə bağlı qanunvericilikdə dəyişikliklər olunmalıdır. Nazirlik olaraq buna hazırıq”.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilməlidir. Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayışla təmin olunmalıdır.

Qeyd edək ki, Azərbaycan üçün yenilik sayılan bu addım hazırda bir sıra ölkələrdə tətbiq olunmaqdadır. Məsələn, qonşu Rusiyada bu təcrübə pilot layihə olaraq 2019-cu ildən tətbiq edilir. Həmin il yeni model ölkənin 5 ali məktəbində sınaqdan keçirilib. 2020-ci ildə isə belə məktəblərin sayı 15-ə çatdırılıb. Rəqəmsal diplomlar artıq 2021-ci ildən "Müasir rəqəmsal təhsil mühiti" saytı əsasında tətbiq edilir. Rusiyanın Təhsil və Elm Nazirliyinin açıqlamasına görə, elektron diplomlara keçid saxta diplomlarla mübarizə aparmağa imkan verir. Belə ki, elektron formada diplomda məzunun təhsil aldığı müddətlə yanaşı, təcrübə keçməsinə, idman nailiyyətləri, elmi tədqiqatlarda və ixtisasartırma kurslarında iştirakına kimi məlumatlar əks olunur. Bu informasiyalara giriş isə təkcə ali məktəb rəhbərləri, məzunlar üçün deyil, həm də işəgötürənlərə üçün də əlçatandır. Bu məlumatlar işəgötürənlər üçün məzunların real vərdiş və bacarıqları baxımından çox əhəmiyyətlidir. Rusiyalı mütəxəssislərin fikrincə, diplom və sertifikatların elektron formada verilməsi yaxşı təcrübədir, bir çox xarici ali məktəblərdə istifadə olunur və təhsil sənədlərinin əslliyinin yoxlanması prosedurunu sadələşdirir. Bu addım ali məktəblərə işəgötürənlərin, işə qəbul agentliklərinin və məlumatların yoxlanması üzrə ixtisaslaşdırılmış şirkətlərin daim müraciət etməsinə imkan yaradır. Qeyd edilir ki, Rusiyada diplomun yoxlanması işəgötürənlərə orta hesabla 30 günə başa gəlir, yoxlanan sənədlərin üçdə birinin saxta olduğu müəyyən olunur. Bu mənada rəqamsal diploma keçidin həm işəgötürənlərin, həm də işaxtaranların işini asanlaşdırdığı güman edilir.

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində deyib ki, bu prosesə keçid zamanın tələbidir: “Biz hazırda informasiya əsrində yaşayırıq, demək olar ki, əksər xidmətlər tamamilə elektronlaşıb. Dövlət qurumları, o cümlədən Elm və Təhsil Nazirliyi “Elektron Hökumət” portalına inteqrasiya edib. Hazırda təhsil sahəsində bir sıra xidmətlər elektron qaydada həyata keçirilir. Məsələn, şagirdlərin I sinifə qəbulu, bağçalara qəbul, şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu, direktorların işə qəbulu, müəllimlərin iş yerini dəyişdirməsi və.s elektronlaşdırılıb. Eyni zamanda, təhsil müəssisələrində elektron jurnallar tətbiq olunur. Artıq bununla bağlı baza formalaşdırılıb. Yəni, bu prosesə keçid də zamanın tələbidir. Belə bir təcrübə müxtəlif ölkələrdə də mövcuddur. Elektron sistemə keçidin bir sıra üstünlükləri var. Əsas üstünlüklərdən biri vaxta qənaət edilməsi, vaxt itkisinin olmaması, məlumatların əlçatanlığıdır. Nazir də bildirib ki, prosesə hazırıq. Amma təbii ki, elektron diploma keçid və bunun hansı nəticələr verəcəyini zaman göstərəcək”.

Ekspert vurğulayıb ki, bununla bağlı qanunvericiliyə hansısa dəyişikliklər nəzərdə tutularsa, ilk növbədə ictimai müzakirəyə çıxarılmalıdır: “Biz bu gün təhsil sahəsinə çox yeniliklər gətiririk. Hesab edirəm ki, hər bir yenilik ilk növbədə ictimai müzakirəyə çıxarılmalıdır. Məsələn, sovet dövründə məktəb islahatları layihəsi hazırlanmışdı. Yadımdadır ki, həmin layihənin 15 ölkədə düz 1 il ictimai müzakirəsi aparılmışdı. Yəni, ictimai müzakirə olduqca vacibdir. Çünki bu müzakirədə ictimaiyyətin bütün nümayəndələri fikir bildirə bilirlər.Belə məsələlər mətbuat vasitəsilə ümumxalq müzakirəsinə çıxarılmalıdır. O zaman aparılan islahatlar daha effekli nəticələr verə bilər”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, əslində bununla bağlı iş çoxdan başlanılmışdı və elektron bazanın formalaşdırlması istiqamətində proses davam etdirilirdi: “Ümid edirəm ki, məzunlarımız üçün bu sistem əlçatan olacaq. İstənilən yerdə, məkan və zaman heç kəsə əngəl olmadan hər kəs təhsil sənədlərini əldə edə biləcək. Bu addım insanların müvafiq sənədlərə əlçatanlığının təmin olunması baxımından xeyli əhəmiyyətlidir. Həmçinin bu, əmək bazarında saxta diplomlu şəxslərin üzə çıxmasına da kömək olacaq. Çünki sistemə təkcə məzunlar deyil, işəgötürənlər də daxil olub həmin şəxsin müvafiq təhsil sənədini görə biləcəklər”.

Ekspert əlavə edib ki, gələcəkdə təkcə ali məktəb diplomları deyil, orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomları, attestatlar və təhsil arayışları da elektronlaşdırılacaq: “Bu, həm bütövlükdə Azərbaycanda son illərdə müxtəlif sahələrdə elektron xidmətlərin tətbiq olunmasından irəli gələn məsələdir, həm də insanlar üçün daha rahat bir şərait yaradılmasına yönəlib”.

Mütəxəssis həmçinin qeyd edib ki, bu təcrübə dünyanın müxtəlif ölkələrində də mövcuddur: “Məsələn, region ölkələrindən Rusiyada və müxtəlif Avropa ölkələrində analoji təcrübə var. Bütün bunlar insanların bu xidmətlərdən daha rahat formada yararlana bilmələrinə və əlçatanlığa yönəlib. Bu addım sənədlərə əlçatanlıq səviyyəsini yüksəldəcək”.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hələ 2019-cu ildə “Təhsil haqqında” qanuna bununla bağlı dəyişiklik edilib: “Belə bir dəyişikliyin edilməsinə ciddi zərurət var idi. Son illər ərzində kifayət qədər insan sənədinin itməsi və korlanması ilə bağlı müraciət edirdi. Eləcə də dövlət nümunəsi olmayan saxta diplomların əldə edilməsi halları var idi. Saxta diplomlu həmin şəxslər əmək bazarındadırlar. Heç kim saxta diplom, sənəd ala bilməyəcək. Bunun üçün elektron portalda müvafiq məlumatın olması zəruridir. İkincisi, diplomların notarial qaydada təsdiqinə də ehtiyac olmayacaq. Portal həm ingilis, həm Azərbaycan dilində təhsil sənədlərini özündə əks etdirəcək ki, həmin şəxslər istənilən xarici ölkəyə gedəndə təhsil sənədlərini bu portal vasitəsilə təqdim edə biləcək. Əvvəllər təhsil sənədləri itirdi, korlanırdı, yararsız hala düşürdü. Bu da onun dublikatının alınmasına gətirib çıxarırdı. Bəzən isə qanunvericiliyə görə, bir dəfə dublikat verildikdən sonra ikinci dəfə almaq mümkün olmurdu. İnsanlar məcbur olub, növbəti dəfə sənədi əldə edirdilər. Əgər bir dəfə də itirsələr, belə bir şansları olmurdu. İndiki situasiyada isə onun dublikatına və yaxud da hər hansı bir itməyə görə narahatlığa əsas olmayacaq. Həmin şəxs istənilən an bu portaldan istifadə edə biləcək və öz təhsili haqqında məlumatlarını əldə edə biləcək. Hər kəs rahatlıqla, istənilən yerdə bu sənəddən istifadə edə biləcək, bu da mobillik və əlçatanlılıq baxımından çox müsbət haldır”.
//hafta.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi... - AKTUAL
Bu gün, 07:07
“Ege Hospital”a cərimə - yarım milyon manata yaxın vergi borcu
Bu gün, 07:06
Mürsəlovun işçisi ÖZBAŞINA QALIB - Qarabağ qazisini DÖYDÜLƏR
Bu gün, 07:02
"City Net" daha bir abunəçini aldadıb - NARAZILIQ VAR...
Bu gün, 06:57
Bu şirkətin külli miqdarda vergi borcu var imiş - VİDEO
Bu gün, 06:52
"Sülhə gedən yol Zəngəzur dəhlizindən keçir" - deputat
Bu gün, 06:49
"Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür" - AMMA...
Bu gün, 06:47
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru