Halal adı altında HARAMÇILIQ... - Bizə nə yedirirlər...
Tarix: 7-04-2022, 16:42 | Çap et
 Hamımıza məlumdur ki, Azərbaycan kolbasa, sosiskaya olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir. Yəni ölkəmizdə kolbasa, sosiska istehsal edən şirkətlərlə yanaşı, biz Rusiyadan, Polşadan, Ukraynadan və digər ölkələrdən kolbasa məhsulları idxal edirik. Neçə ildir insanlarımızı düşündürən bir sual var: Əgər yediyimiz kolbasa və sosiska ətdən hazırlanırsa, niyə ətdən çox ucuz qiymətə satılır..? Əslində haqlı sualdır. İnsanlarda ciddi şübhə var ki, kolbasa və sosiskaların tərkibində ətdən başqa nə desən var. Ya da 10-15 faiz ət qataraq keyfiyyətsiz kolbasa və sosiska istehsal edərək istehlakçılara satırlar. Başqa ciddi şübhələr də var. Neçə illərdir ki, Leş Tofiq kimi tanınan şəxslər rayonlarda ölmüş at, eşşək, heyvan leşlərini gətirib Bakıda təzə ət adı ilə ucuz qiymətə dönərxanalara, kolbasa sexlərinə verirlər. Bunu bütün ölkə bilir. Dəfələrlə Leş Tofiq kimilər həbs olunsa da qısa müddət sonra azadlığa çıxıb yenə əməllərini davam etdirirlər. Yəni ölkəmizdə satılan kolbasa və sosiskalara ya cüzi ət qatılır, ya da mənşəyi bəlli olmayan ətdən istifadə olunur. Bəli, daxili istehsalda ciddi problemlər var. Bəs görəsən xaricdən aldığımız kolbasa və sosiska məhsulları necədir..? Ekspertlərin dediyinə görə, Azərbaycana gətirilmiş kolbasa məmulatlarının içərisində demək olar ki, ətdən başqa hər şey var. Bu kolbasalarda süni ət, soya unu, sümük unu (Azərbaycanda heyvanların sümüyü atılır, Rusiyada sümüklər una çevrilib, kolbasalara qatılır) donuz və müxtəlif heyvanların dərisi, heyvanların tullantısı hesab edilən bütün elementlər kolbasa və sosiskalara vurulur. Xaricdən gətirilən bu kolbasaların etiketlənməsi çox yaxşı olur, rəngi-dadı öz yerində olur. Onlara çox sayda dadlandırıcı, rəngləndirici və qoxu verən maddələr vurulur. İndi gördünüzmü, yediyimiz kolbasa və sosiskalar nə gündədir..? Amma bir məsələni də xüsusi olaraq qeyd edək. Xarici ölkədən aldığımız keyfiyyətsiz kolbasa və sosiskanı həmin ölkədə vətəndaşa sata bilməzsən. Yəni bizim ölkəyə kolbasa gətirən şirkətlərimiz gedib həmin ölkədə kolbasa və sosiskanın tərkibi ilə bağlı “zakaz” verirlər. İndi bildinizmi problem nədir..? Oxucu üçün maraqlı olar deyə, onu da qeyd edək ki, bəzi ölkələrdə, ümumiyyətlə, kolbasa və sosiska istehsalı qadağan olunub. Yeri gəlmişkən, Azərbaycanda kolbasa istehsalında Hindistandan gətirilmiş keyfiyyətsiz ətlərdən də geniş istifadə edilir. Əslində kolbasa və sosiskanın tərkibində 50 fazi ət olmalıdır. Amma Aydın Talıbovun sahibi olduğu “Veysəloğlu” şirkətlər qrupuna məxsus olan “Araz” və “Oba” marketlərində satılan kolbasa və sosiskaların tərkibində heç 10 faiz ət yoxdur. Hələ bunlar azmış kimi, Veysəloğlu “Halal” kolbasa və sosiska reklamı adı altında az qala millətimizin genefondunu məhv edir. Bəli, “Halal” etiketi ilə istehsal edilən kolbasa və sosiska məhsulları da var. Görəsən, bu məhsullara halallıq sertifikatını kim və necə verib..? Bəli, "Veysəloğlu” Şirkətlər Qrupunun əsas partnyor şirkətlərindən olan "Halal Dad” MMC-nin məhsullarının halallığı alıcılar tərəfindən ciddi şübhə ilə qarşılanır. Görəsən, Veysəl müəllimin oğlu bilmir ki, Bismillah deməklə kolbasa istehsal etmək halallıq demək deyil. Peyğəmbər əfəndimiz əbəs yerə demirdi ki, biz yediklərimizin cəmiyik. Yəni yediklərimiz bizim həyatımızı, sağlamlığımızı müəyyən edir. Adı halal olub, ancaq mənşəyi bəlli olmayan məhsullarla millətin gələcyini məhv etmək ən böyük cinayətdir. Həm də Aydın Talıbovun nəzərinə bir məsələni də çatdırmaq istəyirik ki, halallıq çox geniş anlayışdır. Bu anlayışı təkcə kolbasa və sosiska ilə bağlamaq gülüncdür. Məsələn, vergidən yayınmaq, yaxud işçilərin haqqını yemək ən böyük haramçılıqdır. P.S. Yeri gəlmişkən, son günlər Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəmizin kolbasa, sosiska və servelat bazarında ciddi problemlər ortaya çıxdığı bəlli olub. Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından da istifadə olunmuşdur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Bu gün, 16:43 |
|
|
|
• Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Bu gün, 16:41 |
|
|
|
• Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Bu gün, 16:37 |
|
|
|
• Elçin Əfəndiyev vəfat edib
Bu gün, 13:12 |
|
|
|
• “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Bu gün, 09:17 |
|
|
|
• Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Bu gün, 09:15 |
|
|
|
• Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Bu gün, 09:10 |
|
|
|
• "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Bu gün, 09:05 |
|
|
|
• "Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Bu gün, 07:30 |
|
|
|
• Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Bu gün, 07:12 |
|
|
|
• Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Bu gün, 07:05 |
|
|
|
• "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Bu gün, 07:03 |
|
|
|
• UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Bu gün, 06:00 |
|
|
|
• “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:57 |
|
|
|
• Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Bu gün, 05:55 |
|
|
|
• Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Bu gün, 05:48 |
|
|
|
• Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Bu gün, 05:36 |
|
|
|
• FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 05:20 |
|
|
|
• Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:18 |
|
|
|
• Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Bu gün, 05:05 |
|
|
|
• "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Bu gün, 05:03 |
|
|
|
• Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Bu gün, 04:58 |
|
|
|
• Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19 |
|
|
|
• Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17 |
|
|
|
• "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02 |
|
|
|
• Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51 |
|
|
|
• Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45 |
|
|
|
• CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14 |
|
|
|
• Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00 |
|
|
|
• Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57 |
|
|
|
• Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40 |
|
|
|
• Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36 |
|
|
|
• Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29 |
|
|
|
• Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25 |
|
|
|
• Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21 |
|
|
|
• Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18 |
|
|
|
• Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54 |
|
|
|
• Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51 |
|
|
|
• Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48 |
|
|
|
• “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32 |
|
|
|
• ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28 |
|
|
|
• Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19 |
|
|
|
• Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16 |
|
|
|
• "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Dünən, 12:12 |
|
|
|
• “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Dünən, 11:47 |
|
|
|
• İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Dünən, 11:41 |
|
|
|
• Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Dünən, 11:37 |
|
|
|
|