Səlim Müslümovun kadrı NECƏ HƏDƏFDƏN YAYINDI? - İDDİA
Tarix: 29-10-2021, 11:09 | Çap et
 Ötən yazılarımızın birində qeyd etdiyimiz fikrə yenidən qayıtmaq məcburiyyətindəyik. Bizim dövlət idarəçiliyində və məhkəmə-hüquq sistemində 2 ziyanlı tendensiya var. Birincisi odur ki, nazir müavinləri, idarə rəisləri həbs edilir, nazirə isə söz deyən olmur. Məsələn, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev kefindədir, amma müavinləri həbsxanada. Necə ola bilər ki, uzun illər tabeçiliyindəkilər milyonları talasın, amma sənin bundan xəbərin olmasın. Bu heç bir məntiqə sığan məsələ deyil. İkinci tendensiya isə odur ki, bu dəfə əksinə olur, 1-ci şəxs, məsələn Əmək və Əhalinin Sosial Müdafiəsi naziri həbsxanadadır, amma onun yaxın ətrafı, müavinləri iş başında. Hətta… Bəli, Səlim Müslümovun “qara kassası” sayılan, bacısının kürəkəni, nazirlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olan Fuad Əlizadə öz “şefi”nin həbsindən sonra vəzifəsindən uzaqlaşdırıldı. Və 15 gün sonra Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə rəis təyin olundu. Bu, axı, necə ola bilər ee..? Bu adam uzun illər Səlim Müslümovun qara kassası olub, bir çox cinayət əməlləri onun əli ilə törədilib, milyonlar qazanıb. Bu gün Bakıda villaları, mülkləri, obyektləri... Əslində nazirlə bərabər o da cinayət məsuliyyətinə cəlb edilməli idi. Amma əvəzində ölkənin ən mühüm qurumlarından biri olan DGK-ya vəzifəyə aparılır. Özü də nə vəzifə..? Maliyyə və Təchizat İdarəsinə rəis vəzifəsinə, yəni komitənin “ürəyi, canı, pulu”. Bax, buna görə də yuxarıda qeyd etdik ki, istintaq, məhkəmə-hüquq sistemi bizdə fəlakətli vəziyyətdədir. Cənab Prezident İlham Əliyev bir müddət əvvəl əbəs yerə demədi ki, məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var. Görəsən, Səlim Müslümovun cinayət əməllərini araşdıran istintaqçılar görmür ki, cinayətin ucu haralara gedib çıxır, burada cinayətkar şəbəkə var ? İki nəfər bir quzu oğurlayanda cinayətkar şəbəkə deyirsiniz, dövlətin milyonlarını talananda cinayətkar şəbəkə sözü yadınıza heç düşmür... Cənablar, Ulu Öndər deyirdi ki, cinayətkar cəzasız qalanda dövlət sarsılır. Sizin məqsədiniz dövlətin dayaqlarını sarsıtmaqdır ? Axı, bu Fuad Əlizadə filologiya fakültəsini bitirib, peşəsi ədəbiyyat müəllimidir. Bu adam necə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, indi isə Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi ola bilər? Ədəbiyyat müəllimi və maliyyə, təchizat, yox bir kosmonavt... Söhbət ədəbiyyatdan düşmüşkən, Səlim Müslümovun bir böyük kadrı da ədəbiyyat adamı, şair-qəzəlxandır. Yəqin ki, söhbətin kimdən getdiyi bəlli oldu. Söhbət uzun illər Səlim Müslümovun “baş vəziri, məsləhətçisi” olan, nazirliyin Aparat rəhbəri Əjdər Ol-dan ( Cəbiyev) gedir. Yenə ortaya sual çıxır: şair hara, nazirliyin Aparat rəhbəri hara ? Rəhmətlik şair Şəhriyar ona görə deyirdi ki, Bizdən öndə gedir avropalılar, İşi iş bilənə tapşırır onlar... Şair getsin şeirini, qəzəlini yazsın. Amma Əjdər Ol, kaş olmayaydı. Bəli, şeirlərində guya yetim-yesir üçün göz yaşı axıdan dövrümüzün şairi Əjdər Ol Səlim Müslümovun nazirliyində şəhid ailələrinin, əlillərin, ahılların, yoxsulların, yetim-yesirin pullarını basıb yeyirmiş. Təsəvvür edirsiniz, bu şair Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru olub. İndi özünüz düşünün, şair hara, Hüquq Departamentinin direktoru hara ? Bu şair Əjdər Ol illər uzunu şəhid ailələri, əlillər üçün evlərin tikintisindən, avtomobillərin paylanmasından yüz minlər qazanıb. Bu adam nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirdi. 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, birini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etdirirdi. Hamısı da Səlim Müslümovun əli ilə Səlim Müslümov nazir vəzifəsini tərk edən kimi yeni nazir Sahil Babayev Aparat Rəhbəri Əjdər Olu vəzifəsindən uzaqlaşdırdı. Amma ... Amması odur ki, bu dəfə Yazıçılar Birliyinin sədri Anar müəllim şairə “krışalıq” elədi və onu ən “yağlı vəzifəyə”, Azərbaycan Ədəbiyyat Fonduna direktor təyin etdi. Bəli, bu cinayətkar şəbəkə hər yerdə hətta ədəbiyyatda da kök salıb. Amma bu dəfə yazının girişində qeyd etdiyimiz tendensiya pozuldu və DTX sabiq nazirin “vəzir”i Əjdər Olu həbs etdi. Və ona qarşı CM-nin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb. Deyəsən, yavaş-yavaş Səlim Müslümovun cinayətkar şəbəkəsi üzə çıxır. Yəqin ki, növbə Fuad Əlizadənindir. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Bu gün, 18:34 |
|
|
|
• Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Bu gün, 18:27 |
|
|
|
• "Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Bu gün, 18:12 |
|
|
|
• Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Bu gün, 18:07 |
|
|
|
• Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Bu gün, 18:00 |
|
|
|
• Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Bu gün, 17:56 |
|
|
|
• “Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Bu gün, 17:46 |
|
|
|
• TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Bu gün, 17:43 |
|
|
|
• “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Bu gün, 17:41 |
|
|
|
• Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Bu gün, 17:39 |
|
|
|
• Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Bu gün, 17:36 |
|
|
|
• Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Nazirlik TƏBİB-də yoxlamalara başladı
Bu gün, 16:20 |
|
|
|
• Polşa Belarusla sərhədi tam bağlayacaq
Bu gün, 15:57 |
|
|
|
• “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Bu gün, 15:55 |
|
|
|
• İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Bu gün, 15:49 |
|
|
|
• Peşə məktəbləri ilə bağlı QALMAQAL
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20 |
|
|
|
• "Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18 |
|
|
|
• II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00 |
|
|
|
• Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53 |
|
|
|
• Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51 |
|
|
|
• Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38 |
|
|
|
• "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03 |
|
|
|
• Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56 |
|
|
|
• Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54 |
|
|
|
• Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50 |
|
|
|
• “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48 |
|
|
|
• Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40 |
|
|
|
• Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36 |
|
|
|
• Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24 |
|
|
|
• Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20 |
|
|
|
• Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12 |
|
|
|
• “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07 |
|
|
|
• Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03 |
|
|
|
• Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57 |
|
|
|
• Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49 |
|
|
|
• Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43 |
|
|
|
• Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38 |
|
|
|
• Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36 |
|
|
|
• Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32 |
|
|
|
• Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51 |
|
|
|
• Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45 |
|
|
|
• Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
• Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21 |
|
|
|
• Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
|