Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi .....                     "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" .....                     Musiqi məktəblərindən də narazılıq var .....                     “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” .....                     “Ermənistanla sülh müqaviləsi imzalanacaq” .....                     "Hər bayram, hər qələbə artıq başqa dad verəcək" .....                     Kreditlərlə bağlı mühüm məsələ .....                     Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib .....                     Musiqi ruhun qidasıydı, qatili yox... .....                     Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib .....                     Alverçilərin BAZARI ÖLDÜ .....                     "Abzas Media" işi: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir .....                     Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər .....                     “Anam yanımdadır, ondan güc alıram” .....                     Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi .....                     TƏBİB-də yoxlamalar başladı .....                     “Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır” .....                     Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər .....                     Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır .....                     Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... .....                     Nazirlik TƏBİB-də yoxlamalara başladı .....                     Polşa Belarusla sərhədi tam bağlayacaq .....                     “Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək .....                     İndi də sosial şəbəkə hesablarımız .....                     Peşə məktəbləri ilə bağlı QALMAQAL .....                     Azərbaycanda problemli kreditlər artır .....                     "Fransa Makrondan bezib" .....                     II Qaregin Paşinyanla bağlı təlimat verdi .....                     Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? .....                     Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb .....                     Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq .....                     "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." .....                     Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? .....                     Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir .....                     Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı .....                     Gürcüstan yenidən ÇALXALANIR .....                     “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” .....                     Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq .....                 

Məhkəmə ilə bağlı sənədlərə görə rüsumlar NECƏ DƏYİŞİR... - Şoka salacaq detallar
Tarix: 1-07-2021, 09:45 | Çap et
Məhkəmə ilə bağlı sənədlərə görə rüsumlar NECƏ DƏYİŞİR...
Milli Məclisdə "Dövlət rüsumu haqqında" qanunda və Mülki Prosessual Məcəllədə dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumlarının dərəcələri dəyişir

"Dövlət rüsumu haqqında" qanunda edilən dəyişikliyə əsasən, məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumunun tutulduğu hallar və dövlət rüsumlarının dərəcələri dəyişir. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun yeni dərəcələri müəyyənləşib. Qanun qəbul edildikdən sonra 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil ediləcək.

Dəyişikliklər 2021-ci il oktyabrın 1-dən qüvvəyə minəcək

Mülki Prosessual Məcəllədə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin görülməsi, icrada dönüş institutunun yaradılması ilə əlaqədardır. Bu, 2021-ci il oktyabrın 1-dən qüvvəyə minəcək. Dəyişikliklər ölkəmizdə məhkəmə-hüquq sistemində davam etdirilən islahatlarla əlaqədar olaraq hazırlanıb.

Vəkil Azər Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişikliklərə münasibət bildirib.

Vəkilin dəyişikliklərə münasibətini təqdim edirik:

"Dövlət rüsumu haqqında" qanunun "Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri" adlı 9-cu maddəyə ediləcək dəyişikliyə görə, bir sıra maddələrdə tərəflərin adları (məsələn, iddiaçı, cavabdeh, vətəndaş və s.) çıxarılaraq tərəflər sözü ilə əvəzlənib. Bu da qanunun mətnini əlavə söz yığınından azad etməyə hesablanıb.

Bundan başqa, aşağıdakı: 9.1.9 – 9.1.11-ci, 9.1.15-ci və 9.1.19-ci maddələr ləğv ediləcək. Bu da o deməkdir ki, aşağıdakı işlər üzrə tərəflər əgər əvvəllər dövlət rüsumu ödəməkdən azad idilərsə, artıq azad deyillər:

9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar;

9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları;

9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;

9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə - dövlət orqanları;

9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə - tərəflər.

Dövlət rüsumu ödəməkdən azad edilənlərin cərgəsi cüzi azalıb

Əslində, dövlət rüsumu ödəməkdən azad edilənlərin cərgəsi cüzi azalsa da, mətbuatda bu barədə əksər azad edilmələrin ləğvi barədə iddialar səslənir.

Yeni dəyişikliyə görə, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumu nəzərdə tutulur. Bu zaman ödəniləcək rüsum qaldırılan iddiaya görə ödənilmiş rüsumdan asılı olacaq. Belə ki, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği həmin qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) olacaq. Bu isə bir tərəfdən şəxslərin eyni iddia tələbi üzrə başlatdıqları işə görə iki dəfə rüsum ödəməli olması deməkdir və digər tərəfdən, bu zaman əlavə hesablamalara ehtiyac da yaranacaq.

Xüsusilə vətəndaşlar üçün bu hesablamaları müəyən etmək əlavə çətinlik olacaq

Ümumiyyətlə, yeni dəyişikliklərə görə, dövlət rüsumun hesablanması üçün müəyyən hesablamalara zərurət vardır ki, bu da vətəndaşlar və məhkəmələr üçün əlavə işdir. Xüsusilə vətəndaşlar üçün bu hesablamaları müəyən etmək əlavə çətinlik olacaq.

Böyük məbləğli iddialar üçün rüsumlar cüzi olmaqla ədalətli deyildi

Hazırda məhkəməyə müraciət üçün ən yüksən dövlət rüsumu 40 manatdırsa, dəyişikliklərdən sonra, bu məbləğ 51 min 290 manat olacaq. Əslində hazırki qanunvericiliyə görə böyük məbləğli iddialar üçün nəzərdə tutulan rüsumlar cüzi olmaqla ədalətli deyildi. Ona görə də bu baxımdan bununla bağlı yeni dəyişiklikləri müsbət qiymətləndirmək lazımdır. Lakin, yeni rüsum məbləğlərinin dəqiq deyil faizlə müəyyən olunması, müəyyən hesablamalar aparılmasını tələb edir ki, bu da çoxsaylı riyazi anlaşılmazlıqlara səbəb ola bilər.

10 manat dövlət rüsumu nəzərdə tutulan bir çox sadə iddialar üçün rüsumlar qaldırılıb

Əvvəllər 10 manat dövlət rüsumu nəzərdə tutulan bir çox sadə iddialar üçün, məsələn, fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə və qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə, artıq 100 manat dövlət rüsumu nəzərdə tutulub. Bu isə aztəminatlı (pensiya, müavinət alanlar, işsizlər və s.) şəxslərin məhkəməyə müraciət hüququna mənfi təsir göstərəcək. Bildiyimiz kimi, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Bütün bunlar isə yekunda Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququna təsir edəcək.

Mülki Prosessual Məcəlləyə dəyişikliklərin şərhi

Mülki Prosessual Məcəlləyə 174.5-ci maddə əlavə edilir:

"174.5. Məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.".

Sözügedən dəyişiklikdə "işlərə sürətli və tez baxılmasının qarşısını alan vəsatət və şikayət" ifadələrindən istifadə edilir. Halbuki, digər tərəfdən məhkəmələr tərəfindən işlərə baxılmasının müddətləri artırılır. Belə ki, əmək mübahisələrində işə bərpa, alimentlə bağlı tələbə hazırda 1 aya baxılırsa, dəyişiklikdən sonra 2 ay edilir, digər mülki işlərə 3 aya baxılırsa, bu, 4 ay edilir. Hazırda Ali Məhkəmə 2 aya işə baxırsa, dəyişiklikdən sonra 3 ay olur.

Azərbaycandakı mövcud praktika onu göstərir ki, bizdə işlərə kifayət qədər sürətlə baxılır

Dəyişiklik layihəsi hazırlayanların bu məsələ ilə bağlı beynəlxalq təcrübəni öyrənib-öyrənməməsi maraqlıdır. Çünki, Azərbaycandakı mövcud praktika onu göstərir ki, bizdə işlərə kifayət qədər sürətlə baxılır. Bir mülki mübahisəyə üç instansiyada baxılması ortalama 1 ilə yekunlaşır. Misal üçün Türkiyə və İtaliya kimi ölkələrdə bir mülki işə 5-10 ilə baxıla bilir. Düzdür uzanan işlər də var, bunun da səbəbi bəzən Ali Məhkəmə tərəfindən işin 3-4 dəfə apellyasiya instansiya məhkəməsinə qaytarılması olur. Əgər həqiqətən məsələ işlərin uzanmasıdırsa, o zaman bunun qarşısını almaq üçün tədbirlər görülə bilər.

Bundan başqa, iş üzrə tərəf hesab edilməyən şəxsin hüquqlarını müdafiə edən vəkilin qanunla müəyyən edilən prosessual addımlara (vəsatət və şikayət verməyə) görə, prosessual vasitələrdən istifadəyə görə cərimələnməsi doğru deyil.

"Əsassız" anlayışı olduqca nisbi və sürüşkən anlayışdır

Əslində əsassız vəsatət və şikayət verilməsini heç kim müdafiə etməməlidir. Amma, təcrübədən bilirik ki, bir neçə səhifəlik faktiki və hüquqi cəhətdən əsaslandırılmış vəsatət və ya şikayətin rədd edilməsinə dair hakim çıxardığı qərardadda 1 cümlə ilə yazır ki, əsassızdır. Göründüyü kimi, verilən vəsatət və ya şikayət rədd olunursa, bu o deməkdir ki, o əsassızdır. Çünki, əsaslıdırsa, təmin olunmalıdır. Yəni, bu baxımdan "əsassız" anlayışı olduqca nisbi və sürüşkən anlayışdır. Birinə görə əsaslı olan digərinə görə əsassızdır. Mütləq mənada əsassız odur ki, həmin vəsatət və şikayətdə heç bir faktiki və hüquqi əsas qeyd edilməsin.

Əgər söhbət mütləq mənada əsaslılıqdan gedirsə, o zaman bu dəyişikliyi haradasa qəbul etmək olar. Lakin, düşünürəm ki, bu müddəa məhkəməyə müraciət hüququ ilə bir araya sığmayan müddəadır.

Yeni dəyişikliklərə görə nəzərdə tutulan yazılı icraat qaydası, habelə məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə müddəalar olduqca müsbət dəyişikliklərdir.

Daha çevik məhkəmə sistemi qururlur

Ümumiyyətlə, yeni dəyişikliklərə görə, bir tərəfdən məhkəmə icraatının aparılması ilə bağlı müasir tələblər nəzərə alınır, daha çevik məhkəmə sistemi qururlur, digər tərəfdən proses iştirakçıları üçün daha intizamlı olmağı və prosessual addımları vaxtında atmağı tələb edən normalar müəyyənləşdirilir.

Xüsusilə aşağıdakı yeni dəyişikliklərə diqqət etmək lazımdır:

53-cü maddənin mətni aşağıdakı redaksiyada verilir:

"İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.";

78.1-ci maddə aşağıdakı redaksiyada verilir:

"78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.";

154-cü maddə aşağıdakı redaksiyada verilir:

"Maddə 154. İddia ərizəsinə etiraz etmə

154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir".

Tərəflərin sübutları təqdim etməsi üçün də artıq məhdudiyyətlər yaranır

Yuxarıda qeyd edilən bu yeni dəyişikliklərə görə, iddiaçının artıq işin istənilən mərhələsində iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüquqları məhdudlaşır. Eyni zamanda, tərəflərin sübutları təqdim etməsi üçün də artıq məhdudiyyətlər yaranır. Yəni, sübutları vaxtında verdinsə, verdin, əgər vermədinsə, daha məhkəmə onları qəbul etməyəcək və ya qəbul etməsi müşkülə çevriləcək. 154-cü maddəyə nəzərdə tutulan dəyişiklik isə, cavabdehləri daha intizamlı olmağa məcbur edir. Belə ki, əgər hazırda bununla bağlı müddət məhdudiyyəti yox idisə, indi artıq 20 günlük müddət olacaq. Həmin müddətdə etirazını verməyən şəxs daha bunu edə bilməyəcək.

İddia məbləği 5000 manatdan aşağı olan mülki işlər üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilə bilməyəcək

Yeni dəyişikliklərə görə, iddia məbləği 5000 manatdan aşağı olan mülki işlər üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilə bilməyəcək. Hazırda bu rəqəm 2000 manatdır. Bu isə, Ali Məhkəmənin iş yükünü azaltmağa hesablanıb. Yəni, 5000 manatdan aşağı olan mülki işlərdə vətəndaşların yalnız iki instansiyada öz hüququnu müdafiə imkanı olacaq.

Nəzərə alsaq ki, bizdə yalnız Ali Məhkəmə üçün dövlət vətəndaşı pulsuz vəkillə təmin edir. Belə olan halda, birinci iki instansiyada vəkilsiz olan vətəndaş aşağı instansiya məhkəmələrinin səhvlərini düzəltmək üçün kassasiya hüququndan məhrum olacaq. Misal, əgər 5000 manata qədər olan işdə birinci iki instansiya məhkəmələri vətəndaşın iştirakı olmadan işə baxarlarsa, artıq vətəndaş iştirak etmədiyi məhkəmələrin qərarları (qətnamələri) ilə barışmalı olacaq. Mülki işlər dedikdə, Mülki Prosessual Məcəllə ilə baxılan işlərdir.

Bura əmək, ailə və digər mülki mübahisələr üzrə işlər aiddir. Bütün bunlar pulsuz hüquqi yardım haqqında qanunun qəbul edilməsini və vətəndaşların bütün instansiyalarda vəkillə təmin edilməsini vacib edir. Əks halda, bu dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarına mənfi təsir edəcək.

Artıq mülki işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz

188-ci maddənin yeni redaksiyada verilməsi nəticəsində, artıq mülki işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Bu da o deməkdir ki, artıq üzrlü və ya üzürsüz səbəbdən prosesdə iştirak etməyən tərəfə bu imkan tanınmayacaq. Bu isə bir tərəfdən işlərin uzanmasının qarşısını almağa hesablansa da, digər tərəfdən üzrlü səbəbdən və ya məlumatsız olduğu səbəbindən işdə iştirak etməyən şəxslərin ədalətli məhkəmə araşdırılması hüquqlarını pozacaq.

İcrada dönüş institutu geri qaytarılır

Bundan başqa, yeni dəyişikliklərə əsasən, əvvəllər Mülki Prosessual Məcəllədə olmuş və çıxarılmış icrada dönüş institutu geri qaytarılır. 326-1-ci maddəyə (İcrada dönüş) əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə həmin əmlakın dəyərini tutmalıdır.

423-cü maddəyə edilən yeni dəyişikliklərə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir. Bu o deməkdir ki, kimsə sizin əmlakınızla bağlı sizdən xəbərsiz iddia qaldırıb və mübahisəni udubsa, sizin bundan xəbər tutub məhkəməyə müraciət etmək üçün maksimum 3 iliniz var.

Bundan başqa, yeni dəyişikliklərə əsasən, məcəllədə apellyasiya və kassasiya şikayətlərinin forması da müəyyən edilib.

Dəyişikliklərin həm müsbət həm də mənfi tərəfləri möcvuddur

Qeyd edilən bu dəyişikliklər bir tərəfdən tərəfləri intizamlı olmağa, yəni atılmalı addımları vaxtında atmağa sövq edəcək, lakin, digər tərəfdən bununla bağlı çətinliklər yaranacaq. Çünki, bütün vətəndaşlar bu dəyişikliklərin mahiyyətini bilmirlər. Bəzən onlar işin baxılmasının son günündə vəkilə müraciət edirlər. Yaxud bəzən məhkəmə bildirişlərini şəxslər gec alırlar. Buna görə də, onlar bu halları sübut etmək, bu məsələləri məhkəmə qarşısında qaldırmaq üzrə əlavə fəaliyyət ilə yüklənəcəklər.

Bütün bunlar isə, yekunda Azərbaycan Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququna təsir edəcək. Ümumilikdə, qeyd edilən dəyişikliklərin həm müsbət həm də mənfi tərəfləri mövcuddur və bütün bunları təcrübədə necə işlədiyini görmək üçün zamana ehtiyac var.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35
Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32
Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34
Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27
"Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12
Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07
Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğv edilir - DETALLAR
Dünən, 18:00
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda iştirak ediblər - FOTO
Dünən, 17:56
“Anam yanımdadır, ondan güc alıram” - Aysundan gözlənilməyən paylaşım
Dünən, 17:52
Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi - deputat
Dünən, 17:46
TƏBİB-də yoxlamalar başladı - NƏ BAŞ VERİR?
Dünən, 17:43
“Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır”
Dünən, 17:41
Bu ölkədə baş nazirin arvadın yandırıb öldürdülər
Dünən, 17:39
Məktəblərdə rus bölməsi QALMAQALI: müəllimlər sinif tapmır - Görünəni odur ki...
Dünən, 17:36
Bir kəndin sakitliyini pozan üç gün: iki uşaq anası 10 kişi ilə gəzdi, əri elə danışdı ki... - TƏFƏRRÜAT
Dünən, 17:32
Nazirlik TƏBİB-də yoxlamalara başladı
Dünən, 16:20
Polşa Belarusla sərhədi tam bağlayacaq
Dünən, 15:57
“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək
Dünən, 15:55
İndi də sosial şəbəkə hesablarımız HƏDƏFDƏ
Dünən, 15:49
Peşə məktəbləri ilə bağlı QALMAQAL
Dünən, 15:10
Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Dünən, 13:20
"Fransa Makrondan bezib" - Volodin
Dünən, 13:18
II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Dünən, 13:00
Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Dünən, 12:53
Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Dünən, 12:51
Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Dünən, 12:38
"Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Dünən, 12:37
Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Dünən, 12:03
Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Dünən, 11:56
Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Dünən, 11:54
Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Dünən, 11:50
“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Dünən, 11:48
Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Dünən, 11:40
Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Dünən, 11:36
Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Dünən, 11:24
Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Dünən, 11:20
Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Dünən, 11:18
Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Dünən, 11:12
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Dünən, 11:07
Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Dünən, 11:03
Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Dünən, 10:57
Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Dünən, 10:49
Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Dünən, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru