Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi .....                     İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan .....                     Mixail Qusman yeni vəzifəyə təyin olunub? .....                     Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib .....                     Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi .....                     Departament rəisləri işdən çıxarılıb? .....                     “Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” .....                     “10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi” .....                     Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? .....                     “Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” .....                     Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd .....                     “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: .....                     Tramp-Putin görüşü Pekində reallaşa bilər .....                     Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? .....                     Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq .....                     Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb .....                     35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir .....                     Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? .....                     İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə .....                     AZAL Türkmənistana çarter reysi təşkil edəcək .....                     Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı .....                     Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… .....                     Anar Abdullayev məhkəmə zalında həbs olunub .....                     Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir .....                     Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? .....                     Nikol seçkilərdə qələbə qazandıqdan sonra... .....                     İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu .....                     Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi .....                     Zelenski tezliklə ölkədən qaça bilər .....                     Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək .....                     21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu .....                     Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi .....                     Krımda Rusiyanın 5 qırıcısı vurulub .....                     Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti .....                     Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı .....                     Ermənistanda beynəlxalq investisiya dələduzluğu .....                     Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı .....                     “Mənim həyətimdən boru keçirmək istəyirlər” .....                     Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb .....                 

MTK rəhbərliyi Abutalıbovu niyə hədəfə aldı? - İLGİNC
Tarix: 12-04-2021, 11:56 | Çap et
MTK rəhbərliyi Abutalıbovu niyə hədəfə aldı?
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevlə bağlı cinayət işində adı keçən “FF 2011” MTK-nin rəhbəri Tamilla İbrahimovanın müsahibəsindən sonra diqqət yenidən bu məsələyə yönəlib.

HİT.Az xəbər verir ki, Tamilla İbrahimovanın müsahibəsi faktiki olaraq Rasim Quliyevi müdafiə xarakteri daşıyır.

Hər halda MTK rəhbəri müsahibəsində sənədlərin düz olduğunu, Rasim Quliyevə sənədi imzalamasını həmin vaxt Bakı meri postunu tutan Hacıbala Abutalıbovun tapşırdığını deyib: “Bütün sənədlərimizdə Bakı şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün müraciət etdim rəhbərliyə. Mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var. Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi. Sənəddə yazılıb ki, Rauf Pənahovun vəfatı ilə əlaqədar başçının müavini səlahiyyətlərini Rasim Quliyevə həvalə edir və sərəncamın icrasına nəzarəti özündə saxlayır”.

Rasim Quliyevin həbs olunması ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Rasim Quliyevin BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Məlumatda MTK-nın istintaqa cəlb olunub-olunmaması barədə hər hansı qeyd olmasa da, əslində Rasim Quliyevlə bağlı cinayət işində “FF 2011” MTK da əsas fiqurantdır.

“FF 2011” MTK 02 iyun 2011-ci il tarixdə qeydiyyata alınıb. MTK-nın nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 220-də yerləşən şirkətin qanuni təmsilçisi Axundzadə Toğrul Sahib oğludur. Onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Ehtimal olunur ki, Toğrul Axundzadə proksi fiqurdur. “FF 2011” MTK ilə bağlı qalmaqallarda da əsasən Tamilla İbrahimovanın önə çıxması bu qənaəti yaradır.

Bu şirkət hələ “Qış Bulvarı” layihəsində gündəmə gəlmişdi. Həmin ərazidə yaşayan sakinlər iddia edirdilər ki, “FF 2011” MTK bu ərazinin altını üstünə çevirib. Onların sözlərinə görə, şirkət hasarlanmış ərazidə göydələn tikir.

Növbəti qalmaqal isə Rasim Quliyevin həbsinə səbəb olan, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi ilə bağlıdır.

Həmin vaxt bu ərazidə yaşayan sakinlər “FF 2011”dən çoxsaylı şikayətlər edib. “”FF 2011” MTK bizim köçürülməyimizi təmin etməli idi. Kooperativ rəhbərləri bizimlə görüşdülər və məsələni “sülh yolu ilə” həll edəcəklərinə söz verdilər. Bəzilərinə layiqli təzminat vəd edildi. Digərlərinə evimizin yerində tikiləcək yeni bir binada mənzil veriləcəyi deyildi. Ancaq hamısı yalan oldu”, – deyə sakinlər bildirib.

Bu azmış kimi MTK sakinlərin binada yaşamalarına baxmayaraq söküntü işlərinə başlayıb. Nəticədə mənzillər yarasız hala düşüb. “Bütün binanın konstruskiyası deformasiyaya məruz qalıb. Su təchizatı, elektrik enerjisi və qaz təchizatı yararsız hala gətirilib”, – deyə bina sakinləri bildirib.

Sakinlər dəymiş ziyanın ödənilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə sakinlərin xeyrinə qərar çıxarsa da, şirkət hər vəchlə təzminatı ödəməməyə çalışıb. “FF 2011” MTK qərardan şikayət versə də, yuxarı instansiyalar Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıblar.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyi ekspertiza keçirərək, söküntü işlərinin təhlükəsizlik standartlarının pozulması ilə aparıldığını müəyyənləşdirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti 31 may 2019-cu il tarixli sərəncamını – “FF-2011”-ə bu ərazidə ticarət mərkəzi tikmək hüququ verən sənədi ləğv edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, tarixi binaya ziyan vuran “FF-2011” MTK-nın rəhbərlərinə qarşı cinayət işi başlanılması tələbi ilə Baş Prokurorluğa müraciət edib.

Bu baxımdan, “FF 2011” MTK nə qədər çalışsa da, məsuliyyətdən yayına bilməyəcək. Tamilla İbrahimova preventiv tədbir kimi müsahibə verərək əslində hədəf olaraq Bakı meri Hacıbala Abutalıbovu göstərsə də, özünü qoruya biləcəyi inandırıcı görünmür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi - ƏMR
Bu gün, 00:16
İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan - NƏ ETMƏLİ?
Bu gün, 00:14
Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı
Dünən, 20:40
Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib
Dünən, 20:38
Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi – “Hücum” üçün yeni bəhanə
Dünən, 19:15
Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"
Dünən, 19:12
“Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” - ÇÜNKİ...
Dünən, 18:05
“10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi”
Dünən, 18:02
Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Dünən, 17:54
“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Dünən, 17:45
Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?
Dünən, 17:40
“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: - Regionda gərginlik artacaq
Dünən, 17:38
Tramp-Putin görüşü Pekində reallaşa bilər - “Podmoskovie seqodnya”
Dünən, 17:36
Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? – İrəvandan cavab
Dünən, 17:33
Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
Dünən, 17:31
Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb - NƏ ETMƏLİ?
Dünən, 17:18
35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:16
Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? - AÇIQLAMA
Dünən, 17:12
İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Dünən, 17:08
AZAL Türkmənistana çarter reysi təşkil edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 17:06
Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı - BU NƏDİ BELƏ?
Dünən, 17:03
Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… - NƏ BAŞ VERİR?
Dünən, 16:17
Anar Abdullayev məhkəmə zalında həbs olunub - TƏFƏRRÜAT
Dünən, 16:07
Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir - GÖRÜNƏNİ BUDUR...
Dünən, 16:05
Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? - AÇIQLAMA
Dünən, 16:00
Nikol seçkilərdə qələbə qazandıqdan sonra... Konstitusiyanı dəyişdirəcək!
Dünən, 15:58
İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu - GƏLİŞMƏ
Dünən, 15:51
Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi – Erməniləri həyəcanlandıran çağırış
Dünən, 15:49
Zelenski tezliklə ölkədən qaça bilər - “Komsomolskaya Pravda”
Dünən, 15:46
Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək
Dünən, 15:44
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ
Dünən, 15:40
Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu - DETALLAR
Dünən, 15:35
Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi - QALİB ŞİRKƏT
Dünən, 15:32
Krımda Rusiyanın 5 qırıcısı vurulub
Dünən, 15:25
Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti - İNCƏLƏMƏ
Dünən, 15:13
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı - TƏFƏRRÜAT
Dünən, 15:09
Ermənistanda beynəlxalq investisiya dələduzluğu
Dünən, 15:07
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı - Foto
Dünən, 15:02
“Mənim həyətimdən boru keçirmək istəyirlər” – Naxçıvanda özbaşınalıq
Dünən, 15:00
Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb - BUNDAN SONRA...
Dünən, 14:28
Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Dünən, 13:06
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - SİYAHI
Dünən, 13:04
Neft Fondundan 317 minlik qəribə tender: - Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
Dünən, 13:02
Mədinə Bağırova təqaüdə göndərildi
Dünən, 13:01
Vaşinqtondan NƏ GÖZLƏYƏK? - GƏLİŞMƏ
Dünən, 12:58
Mixail Qusman Bakıya gəldi - FOTO
Dünən, 12:55
Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır
Dünən, 12:53
Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər
Dünən, 12:49
Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi - ƏMR
Dünən, 12:45
SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: - “İsrail Xudafərindən 17 km aralıda hava limanı tikib”
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru