Bu ölkə İrana nüvə başlığı verəcək .....                     Paşinyan Sərkisyan və Köçəryan barədə: .....                     İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var .....                     Abşeronda da Namiq Məmmədov adlı birisi var... .....                     Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb .....                     "Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU .....                     9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? .....                     "AES təhlükəsizlik problemləri yaradır" .....                     Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub .....                     “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” .....                     “Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” .....                     Bakıya gətirilən 5 manatlıq ət: .....                     Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü .....                     Moskva Bakıdan küsüb: nə üzlə?! .....                     “Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb .....                     Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb .....                     Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı .....                     Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir .....                     İranda rejim dəyişikliyi xaos yaradacaq .....                     “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır .....                     Xalq Bank Milli Depozit Mərkəzinə .....                     Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi .....                     Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb .....                     Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: .....                     Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı .....                     Məhərrəm İncə CHP-yə qayıdıb .....                     ABŞ Prezidentindən İsrailə çağırış: .....                     Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı .....                     İran səfiri Qətər XİN-ə çağırılıb .....                     “PAŞA Bank”ın departamentinə direktor təyin edildi .....                     “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” .....                     4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT .....                     Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib .....                     İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur .....                     Tehrana zərbə endirmək göstərişi verdi .....                     Nazilə ÖZÜNDƏN ÇIXDI: .....                     Mülayim şərq küləyi əsəcək .....                     İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər .....                     Bu savaşdan KİM NƏ QAZANDI? .....                     UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... .....                 

Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə... - Özbaşınalıq, yoxsa?..
Tarix: 20-11-2019, 15:28 | Çap et
Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə...
Azərbaycanda hər il noyabrın 15-i tarixini gözləyənlər böyük xəyal qırıqlığı yaşayırlar. “Qafqazinfo” xəbər verir ki, dövlət tərəfindən istiliyin veriləcəyi, evlərinin, övladlarının, yaşlı valideynlərinin isinəcəyi ümidi ilə yaşayanların arzusu hər il demək olar ki, puç olur. Fakt olaraq, təkcə son 3 ilə nəzər salsaq, deyə bilmərik ki, 15-i tarixindən etibarən paytaxt Bakıda “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanaları normal rejimdə işə düşüb.

Baxmayaraq ki, hər il qurum qışa hazırlıq mövsümünün yaydan başladığını elan edir və əhalini tam əmin edir ki, hər şey qaydasındadır. Elə son olaraq “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev noyabrın 14-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, sistem mövsümə hazırdır və noyabrın 15-dən etibarən gücləndirilmiş iş rejiminə keçiriləcək, bütün qazanxanalar tam işə başlayacaq.

Noyabrın 15-si isə məlum oldu ki, ASC-nin “Azəriqaz” a 29 milyon manatdan çox borcu var və buna görə də “Azəriqaz” qazanxanalara qaz vermir. Deyilən gündən iki gün keçdi, Bakı istiliksiz qaldı, bundan sonra hər iki qurumun aralarında gəldiyi razılığa əsasən qazanxanalara qaz verildi.

Bu məqamda maraqlı olan addım “Azəriqaz” ın “Azəristiliktəchizat” ASC-yə etdiyi “sürpriz”oldu. Çünki onsuz da “Azəristiliktəchizat” “Azəriqaz”a borclu olduğunu etiraf etmişdi. Öz aralarında razılaşa bilmədiklərinə görə, iki gün balansda olan binalara istilik verilmədi. Sözügedən problem əhaliyə də yansıdı. Daha sonra isə dedilər ki, borc dövlət tərəfindən tənzimlənəcək.

Deyək ki, hər hansı imkanlı şəxslərin öz evini şəxsi vəsaiti hesabına istiliklə təmin etməyə gücü çatır. Bəs, imkansız şəxslər neyləsin?! Əminliklə onu demək olar ki, hər kəsin yaşayış səviyyəsi xərclərini qarşılamağa imkan versəydi, heç kim “Azəristiliktəchizat” a möhtac qalmaq istəməzdi.

Ölkə başçısı da son zamanlar bir-birinin ardınca etdiyi müxtəlif çıxışlarda əsas diqqəti əhalinin incidilməməsinin üzərinə çəkib. Amma görünən odur ki, bəzi qurumlar hələ də bundan dərs çıxarmaq istəmir.

Təkcə “Qafqazinfo”ya noyabrın 15-dən etibarən oxuculardan paytaxtın müxtəlif ərazilərindən istiliyin verilməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Bizə verilən ünvanları “Azəristiliktəchizat”a atsaq da, onlar yenidən bizimlə əlaqə yaradaraq problemlərinin həll olunmadıqlarını qeyd ediblər. Axı, bizim işimiz ünvanların siyahısını sözügedən quruma atmaq deyil. Əhalini də ona görə başa düşürük ki, onlar “Azəristiliktəchizat” ASC-nin “Qaynar Xətti”nə düşə bilmirlər. Bəs, belə olanda evləri isinməyənlər nə etməlidir?

Yenidən bu sualla qurumun Abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyevə müraciət etdik. R. Əliyev bildirib ki, noyabrın 15-dən etibarən qurum olaraq istiliklə bağlı problemlər yaşayan vətəndaşlara müraciət ediblər: “Vətəndaşlar bizə müraciət etsin ki, biz gedib ünvanlarda dəqiq araşdıraq. Dünən bir neçə televiziya kanallarında da müraciətlər etmişəm. Gün ərzində “Qaynar Xətt”ə çoxsaylı müraciətlər daxil olur. Əgər kimsə xəttə düşə bilmirsə, qurumun elektron poçtuna, feysbuk səhifəsinə mənzildəki problemlə bağlı müraciət edə bilər. İndiyə kimi vətəndaşlardan daxil olan müraciətlərin təhlili onu göstərir ki, problemlər mənzildaxilidir. Bəziləri radiatoru bağlı saxlayıb. Yuxarı mərtəbədə olanlar radiaotorun havasını çıxarmalıdırlar. Çünki cihazlara hava düşərsə, onu çıxartmaq lazımdır. 3850 mənzildir. Bizim əməkdaşlar hamısı eyni anda çatdıra bilmir. Bu məsələləri də yaydan etmək mümkün deyil. Çünki istilik veriləndən sonra bu problemlər ortaya çıxır”.

Milli Məclisin deputatı Çingiz Qənizadə “Qafqazinfo”ya bildirib ki, əslində qış fəslinə qədər bütün təchizat qurumları öz işlərini görüb bitirməlidir: “Hardasa problemlər varsa, vaxtında aradan qaldırılmalı, təmir işləri görülməlidir. Hansı qurumlara borcları yaranıbsa, o silinməlidir. Noyabrın 15-nə kimi start vəziyyətində olmalı idilər. Əgər 15-də istiliyin verilməsi prosesi zamanı artıq nələrsə üzə çıxırsa, bu kifayət qədər qışa hazırlığın olmaması ilə bağlıdır. Amma burada da obyektiv və subyektiv səbəblər var. Sovet dövründə tikilmiş binaların istilik sistemində müəyyən problemlər olur. Bəziləri istismara yararsız olur, təbii ki onu dəyişmək üçün vəsait lazımdır. Bunların hamısı üçün də “Azəristiliktəchizat”ın müəyyən vəsaiti olmalıdır. Əgər quruma ayrılmış vəsait görülməli işin xərcindən azdırsa bununla bağlı məsələ qaldırılmaldır. Büdcədən əlavə vəsaitlər ayrılmalıdır ki, problem yaşanmasın. Hər qurum istəyər ki, neqativ hallarda adı hallanmasın. Borc məsələsi ortaya çıxdı. Qazı satan qurum təbii ki, pulunu istəməlidir və haqlıdır. İşlədilən qaza görə də pul ödənilməlidir. Hər ikisi də dövlət qurumlarıdır. Əgər “Azəristiliktəchizat”ın borcu ödəməyə pulu yoxdursa, vaxtında məsələni qaldırmalıydı. Həmin borcun bağlanması ilə bağlı vəsaiti dövlətdən istəməli idi ki, insanlar əziyyət çəkməsin. Bütün hallarda iş operativ, əlaqəli qurulmalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Qafqazinfo”ya bildirib ki, yaranan çətinlik idarəetmə problemi ilə bağlıdır: “Dövlət şirkətlərinin idarə olunmasında ciddi qüsurlar var. Bu, həm şəffaflıq, həm effektiv idarəetmə, həm də ayrılan vəsaitin doğru xərclənməsi ilə bağlıdır. Belə olan halda, dövlət şirkətləri arasında olan problemli münasibətlərdən əziyyət çəkən də vətəndaş olur. “Azəriqaz”la “Azəristiliktəchizat” ASC arasında borc varsa vətəndaş bundan əziyyət çəkməməlidir. Dövlət özü qurumlarının effektiv idarə olunması ilə bağlı qərarlar qəbul etməlidir. Bütün dövlət şirkətlərinə büdcədən dotasiya da ayrılır. Həmin dotasiya hesabına ən azı borcların qarşılıqlı silinməsi məsələsi həll oluna bilər.

Ümumiyyətlə isə, istehlakçı şirkətin dövlətin nəzarətində qalması şərtiylə, paylayıcı şirkətlərin ya qismən ya da tam özəlləşdirilməsi məsələsi nəhayət ki öz həllini tapmalıdır. İllərdir bununla bağlı söhbətlər gedir. Ancaq əməli addımlar atılmır. “Azəristiliktəchizat” ASC-nin paylayıcı şirkət kimi dövlətin nəzarətində qalmasının heç bir əhəmiyyəti yoxdur. Onu uzunmüddətli icarəyə vermək ya da özəlləşdirməyə çıxartmaq olar.
Paylayıcı şirkətlər dövlətlə müqavilə bağlasalar, dövlətin də maddi yükü azalar.Vətəndaş da həmin şirkətləri öz öhdəliklərini yerinə yetirmədiyi halda məhkəmələrə verməklə öz haqlarını bərpa edə bilərlər. İndi bu yol da vətəndaşlar üçün bağlıdır. Dövlət şirkətlərini məhkəməyə verməyin mənası yoxdur. Bunlar tipik müqavilələrdir və burada məsuliyyət vətəndaşın üzərindədir. Fors-major situasiyalarda məsuliyyət vətəndaşın üzərinə düşür, qurumların isə məsuliyyəti yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu ölkə İrana nüvə başlığı verəcək – Araşdırma başladı, siyahıda kimlər var?
Bu gün, 18:06
Paşinyan Sərkisyan və Köçəryan barədə: - Bu kölələr məni devirmək istəyirlər
Bu gün, 18:03
İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var - Zelenski
Bu gün, 18:00
Abşeronda da Namiq Məmmədov adlı birisi var... - Qazdığı fundamentə sorğu-sual yoxdur...
Bu gün, 17:59
Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb - FOTO
Bu gün, 17:48
"Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 17:47
9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? - TƏFƏRRÜAT
Bu gün, 17:38
"AES təhlükəsizlik problemləri yaradır" - Qriqoryan etiraf etdi
Bu gün, 17:35
Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub
Bu gün, 17:29
“Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” - İsazadə
Bu gün, 17:26
“Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” - GƏLİŞMƏ
Bu gün, 17:24
Bakıya gətirilən 5 manatlıq ət: - TƏHLÜKƏLİDİR?
Bu gün, 17:18
Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü
Bu gün, 17:10
Moskva Bakıdan küsüb: nə üzlə?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:06
“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT
Bu gün, 17:04
Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb - CƏDVƏL
Bu gün, 17:02
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı - İsrafil Kərimovun yazısı
Bu gün, 16:58
Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir - ETİRAZ
Bu gün, 16:53
İranda rejim dəyişikliyi xaos yaradacaq - Tramp
Bu gün, 16:46
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - GƏLİŞMƏ
Bu gün, 15:48
Xalq Bank Milli Depozit Mərkəzinə - ÜZV OLDU
Bu gün, 15:42
Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Bu gün, 15:39
Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Bu gün, 15:32
Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Bu gün, 15:28
Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Bu gün, 15:22
Məhərrəm İncə CHP-yə qayıdıb
Bu gün, 15:18
ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Bu gün, 15:14
Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Bu gün, 13:06
İran səfiri Qətər XİN-ə çağırılıb
Bu gün, 13:05
“PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 13:02
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Bu gün, 12:51
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Bu gün, 12:48
İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Bu gün, 12:43
Tehrana zərbə endirmək göstərişi verdi
Bu gün, 12:27
Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Bu gün, 12:17
Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Bu gün, 12:10
UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Bu gün, 12:04
Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Bu gün, 11:48
İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Bu gün, 11:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Bu gün, 11:41
SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Bu gün, 11:32
İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Bu gün, 11:28
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Bu gün, 11:24
16 illik əri məşhur müğənni ilə eşq yaşayır: - Qadın Xoşqədəm Hidayətqızından kömək istəyir
Bu gün, 11:19
Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... - Nə başçını, nə də ki...
Bu gün, 11:15
“Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” - MALƏSƏF...
Bu gün, 11:08
Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru