"Yeni Bakı"ya köhnə ab-hava qayıdır? - Sakinlər narahatdır...
Tarix: 2-10-2019, 13:09 | Çap et
 Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" yaşayış kompleksinin sakinləri günlərdir təşviş içindədirlər. Buna səbəb isə, yaşayış kompleksinin idarəetməsini uzun illər qeyri-qanuni şəkildə həyata keçirmiş, komendant Ehtiram Yusifovun 27 aprel, 2019-cu il tarixində törətdiyi cinayət işinə görə saxlanılmasından sonra yenidən azadlığa buraxılmasıdır.
Sakinlər bununla bağlı redaksiyamıza məktub ünvanlayıblar. Həmin məktubun mətnini olduğu kimi təqdim edirik:
"Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" yaşayış kompleksinin sakinləri olaraq biz bu günlərdə yenidən təşviş içərisindəyik. Buna səbəb yaşayış kompleksinin idarəetməsini uzun illər qeyri-qanuni şəkildə həyata keçirmiş komendant Ehtiram Yusifovun 27 aprel, 2019-cu il tarixində törətdiyi cinayət işinə görə saxlanılmasından sonra yenidən azadlığa buraxılmasıdır. Xatırlatma üçün deyək ki, Ehtiram Yusifov qeyd etdiyimiz tarixdə yaşayış kompleksinin ərazisində ev alqı-satqısı ilə məşğul olan 3 nəfərə "Vinçester" markalı odlu silahdan atəş açmış, onları öldürməyə cəhd göstərmiş, lakin iradəsindən asılı olmayaraq, bu cinayəti məqsədinə uyğun tamamlaya bilməmişdi. Nəticədə hər üç şəxs ayaq, qarın və döş nahiyyələrindən çoxsaylı qırma yaraları almışdılar. Ölkə mediasında geniş şəkildə işıqlandırılan və ictimaiyyət tərəfindən böyük rezonans doğuran bu hadisədən dərhal sonra hüquq-mühafizə orqanları Ehtiram Yusifovu saxlamış və onun barəsində CM-nin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdı. Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən "komendant" niyə azadlıqdadır?
Açığı, Ehtiram Yusifovun saxlanılması uzun illər bu şəxsin qanunsuz və qeyri-etik hərəkətlərindən əziyyət çəkən insanlar kimi biz sakinləri bir qədər rahatlatdı. Düşündük ki, nəhayət cəmiyyət üçün zərərli və təhlükəli olan Ehtiram Yusifov yaşadığımız cəmiyyətdən təcrid olunur və biz də öz evimizdə rahat şəkildə yaşamaqda davam edəcəyik. Çünki bu adam "Yeni Bakı" y/k-nə komendant təyin olunduğu gündən etibarən sakinlərə qarşı çox kobudluqlar edib, insanları nümayişkaranə şəkildə təhqir edib, alçaltmağa cəhd göstərib, hətta sakinləri gecə yarısı "razborka"ya çağırmaqdan belə çəkinməyib. Məqsədi sakinləri qorxu altında saxlamaqla şəhərcikdən kommunal xərclər adı altında qeyri-qanuni ödənişlər toplamaq idi. Bu ödənişləri ödəməkdən imtina edən sakinlər isə xüsusi "qara siyahı"ya salınır və onlara qarşı daha amansız addımlar (bıçaqla hədələmə, həftələrlə evin elektrik enerjisi ilə təminatını dayandırma və s.) atılırdı. Biz də bu barədə müvafiq dövlət qurumlarına - Abşeron RİH-ə, Abşeron Rayon Polis İdarəsinə, Abşeron Rayon Prokurorluğuna - dəfələrlə yazılı və şifahi məlumatlar vermişik. Aprel ayının 27-də baş vermiş məlum hadisədən sonra bizim nə qədər haqlı olduğumuz hər kəsə bəlli oldu.
Lakin təəssüflər olsun ki, Ehtiram Yusifov kimi təhlükəli adamın cəmiyyətdən təcrid prosesi uzun çəkmədi. Bu günlərdə o, yenidən şəhərcikdə peyda olub. Onun hansı şərtlər altında həbsdən buraxıldığı bizə aydın deyil. Bizi narahat edən yeganə məqam belə bir təhlükəli adamın yenidən şəhərcikdə at oynatmağa başlamasıdır. Hüquq-mühafizə orqanlarını bu məsələyə həssas yanaşmalarını, növbəti cinayətlərin baş verməməsi üçün müvafiq addımlar atmalarını xahiş edirik."
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Reportyor.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ - BU NƏDİ BELƏ?
Bu gün, 08:30 |
|
|
|
• Ermənistanın Çinlə bağlı planları... - Narahat olaqmı?
Bu gün, 07:17 |
|
|
|
• Adil Kərimlinin üz-üzə qaldığı XAOS - BACARACAQMI?
Bu gün, 07:14 |
|
|
|
• Zəngəzur dəhlizi başqa adla geri qayıdır - AKTUAL
Bu gün, 06:59 |
|
|
|
• “Hell”in insan sağlamlığına zərəri - VİDEOFAKT
Bu gün, 06:55 |
|
|
|
• İmişlinin başçısı ÖZBAŞINA QALIB - BU DA FAKT...
Bu gün, 06:51 |
|
|
|
• Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:48 |
|
|
|
• “Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:45 |
|
|
|
• Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır - ÇÜNKİ...
Bu gün, 06:41 |
|
|
|
• “Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” - Görünəni odur ki...
Bu gün, 06:36 |
|
|
|
• Bu gün Elçibəyin doğum günüdür - ANIM
Bu gün, 06:32 |
|
|
|
• İsrail də atəşkəsə eyni şərtlə razılaşıb - KİV
Bu gün, 06:28 |
|
|
|
• İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə
Bu gün, 06:26 |
|
|
|
• İsrail və İran tam atəşkəsə razılaşıblar - Tramp
Bu gün, 06:20 |
|
|
|
• İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18 |
|
|
|
• Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01 |
|
|
|
• Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47 |
|
|
|
• 6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42 |
|
|
|
• “Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15 |
|
|
|
• TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12 |
|
|
|
• Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00 |
|
|
|
• İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55 |
|
|
|
• İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52 |
|
|
|
• "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46 |
|
|
|
• Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37 |
|
|
|
• Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32 |
|
|
|
• İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27 |
|
|
|
• “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22 |
|
|
|
• Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20 |
|
|
|
• Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18 |
|
|
|
• Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09 |
|
|
|
• Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Dünən, 17:04 |
|
|
|
• Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Dünən, 17:01 |
|
|
|
• Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
• Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Dünən, 16:49 |
|
|
|
• Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:42 |
|
|
|
• “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Dünən, 16:37 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Dünən, 16:31 |
|
|
|
• İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Dünən, 16:23 |
|
|
|
• Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Dünən, 16:21 |
|
|
|
• Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Dünən, 16:17 |
|
|
|
• 16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 16:15 |
|
|
|
• Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Dünən, 16:10 |
|
|
|
• Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Dünən, 16:08 |
|
|
|
• Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Dünən, 16:04 |
|
|
|
• İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Dünən, 16:01 |
|
|
|
|