"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM
Tarix: 22-08-2019, 15:40 | Çap et
 В«SemaşkoВ» ictimaiyyətin diqqət mərkəzində olan xəstələrin belə göz yaşlarına inanmır. Respublikanın səhiyyəsini həmişə avanqard kimi təmsil etmək ənənəsini qoruyan 1 saylı Kliniki Tibbi Mərkəz modernləşmə proseslərini sürətləndirmiş, yüksək texnologiyalarla, ultra-müasir müayinə cihazları ilə, innovativ dərman preparatları ilə təminat məsələləri önə çəkilmişdir. Bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə təqribən 2000 nəfərə yaxın tibbi personaldan ibarət kollektiv tərəfindən 30 min nəfərə stasionar və 50-60 min nəfərə ambulator tibbi xidmətlər göstərilir. 1 saylı Kliniki Tibbi Mərkəz daim təkcə paytaxtın deyil, eləcə də, ölkənin bütün rayonlarından olan pasientlərin üz tutduğu güvənilən səhiyyə müəssisəsi olmuşdur. Lakin, sözügedən qabaqcıl tibb müəssisəsinin 1 nömrəli problemi burada tüğyan edən və nə vaxtsa səngiyəcəyinin heç üfüqləri belə görünməyən korrupsiya olub. Sadiq oxucularımız xatırlayarlar, Zeynalova Gülnarə Əlihüseyn qızının oğlunun redaksiyamıza müraciəti əsasında В«DəryazВ» qəzeti və onun internet səhifəsi olan В«Deryaz.azВ» saytı tənqidi məqalə hazırlamışdı. Vətəndaş bildirmişdi ki, qara ciyər serrozundan əziyyət çəkən anası aprel ayından bu yana artıq üçüncü dəfədir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə yatır. Dövlət tərəfindən pulsuz verilən dərmanları onlara satırlar. Həmin şikayəti araşdırarkən, şöbə müdiri Ziyafət Tağıyeva əməkdaşımıza özündənrazı halda arxasında adamı olduğunu, ictimai qınaqdan qorxmadığını desə də, xəstəxana rəhbərliyi xəstə yiyəsinin ittihamını təkzib etmişdi. Bir neçə gün əvvəl isə bu sətirlərin müəllifi sözügedən səhiyyə müəssisəsində öz qohumlarının başına gələn xoşagəlməz hadisənin şahidi olub. Bakıdan Goranboya gedən В«SprinterВ»lə В«OpelВ» markalı maşın Bakı — Qazax yolunun Kürdəmir nahiyəsində ötmə əməliyyatı yerinə yetirərkən toqquşmuşdu. Ümumilikdə 19 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı həmin yol-nəqliyyat hadisəsindən KİV yazdı, bütün ölkə xəbər tutdu. Bütün ictimaiyyətin diqqət mərkəzində olan həmin qəzada xəsarət alanlardan 2-si 1 saylı Kliniki Tibbi Mərkəzə, 6 nəfəri Travmatologiya xəstəxanasına, digərləri isə Neyrocərrahiyyə xəstəxanasına və başqa tibb müəssisələrinə yerləşdirilmişdilər. 1 saylı KTM-ə üz tutanlardan biri — В«OpelВ» markalı avtomobildə qəzaya düşmüş qohumum Səxavət Qasımovun burnu sınmış, yanaq sümüyü zədələnmişdi. Onu üz-çənə cərrahı Rəşad həkim əməliyyata götürmüşdü. Mən, o qənaətdəydim ki, xəstəxana rəhbərliyi artıq məni bu müəssisə ilə bağlı bir neçə şikayəti araşdırmış jurnalist kimi tanıdığından, müraciətimə həssas yanaşar. Odur ki, qohumum üçün baş həkim Adil doktora və direktor Ədalət müəllimə zəng vurub xahiş etdim. Bildirdim ki, qohumum kasıb adamdır, başına iş gəlib, ona diqqət ayırsınlar. Bir növ işarə elədim ki, gücü nəyə çatır onu alsınlar. Mənə söz verildi ki, narahat olmağıma əsas yoxdur, hər şey qaydasında olacaq, xəstəyə keyfiyyətli tibbi xidmət göstəriləcək. Bir neçə gün sonra qohumumdan hal-əhval soruşanda nə eşitsəm yaxşıdır: Ondan əməliyyat üçün 1800 (bir min səkkiz yüz) manat pul tələb ediblər. O isə, Baş həkim Adil müəllimin yaxın qohumu olan Rəşad həkimə 1500 (bir min beş yüz) manat nağd, xəstəxana xərcləri, dərman və digər peraparatları üçün 300 manat pul ödəyib. İndi isə həkim В«ayağını dirəyibВ» ki, bəs xaricə getməlidir, təcili borclu qaldığı 300 (üç yüz) manat pulu çatdırsın. Qohumum həmçinin bildirdi ki, həmin gün onunla bir yerdə KTM-ə yerləşdirilmiş qadın qılçasından əməliyyat edilməli olduğu halda, pulu yoxdu deyə müxtəlif bəhanələrlə əməliyyatdan boyun qaçırırlar. Sual olunur: Dövlət öz tibb müəssisələrində çalışan tibb işçilərinin maaşını verirsə, xəstəxanaları pulsuz verilməli olan vacib dərman preparatları ilə təmin edirsə, bəs niyə həkimlər xəstədən rüşvət alır, dərmanları onlara satırlar? Bu sual deyəsən В«əzəli və əbədiВ» qalmaq statusu qazanıb və hələ deyəsən uzun müddət cavabsız qalacaq. İndi başa düşüləndir ki , bir il əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzin (В«SemaşkoВ») baş həkimi Ədalət Dadaşov KİV-ə verdiyi müsahibədə rəhbərlik etdiyi tibb müəssisəsində rüşvətin olmadığını deyəndə sosial şəbəkə istifadəçiləri onu nəyə görə kəskin tənqid etmişdilər. P.S. Bu günlərdə eşitdim ki, əməliyyatı həyata keçirən Fuad həkimin qəssab dəstəsi, pul dərdindən 10 gündür əməliyyat etmədikləri xəstə, Məleykə Eyvazovanın qohumlarindan 2500 (iki min beş yüz ) manat pul aldıqdan sonra onu əməliyyat ediblər. Görəsən ölkənin başında duran məsul şəxslərdən biri cənab Oqtay Şirəliyevin qolundan tutub onu ayıldacaqlar ki, ay baba ayıl, ölkədə sağlam adam qalmadı! //xalqxeber.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Bu gün, 12:29 |
|
|
|
• İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Bu gün, 12:26 |
|
|
|
• Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Bu gün, 12:23 |
|
|
|
• Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Bu gün, 12:16 |
|
|
|
• AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Bu gün, 12:10 |
|
|
|
• Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Bu gün, 12:01 |
|
|
|
• Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Bu gün, 11:50 |
|
|
|
• Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Bu gün, 11:46 |
|
|
|
• "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Bu gün, 11:38 |
|
|
|
• Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Bu gün, 11:25 |
|
|
|
• Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 11:06 |
|
|
|
• İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:03 |
|
|
|
• Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Bu gün, 11:00 |
|
|
|
• Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Bu gün, 10:55 |
|
|
|
• Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Bu gün, 10:51 |
|
|
|
• Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Bu gün, 10:46 |
|
|
|
• “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Bu gün, 10:22 |
|
|
|
• Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Bu gün, 10:19 |
|
|
|
• “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Bu gün, 10:07 |
|
|
|
• Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Bu gün, 10:03 |
|
|
|
• Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Bu gün, 10:01 |
|
|
|
• 10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:56 |
|
|
|
• Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Bu gün, 09:52 |
|
|
|
• Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Bu gün, 09:49 |
|
|
|
• Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Bu gün, 09:44 |
|
|
|
• “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:35 |
|
|
|
• AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
• Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:20 |
|
|
|
• Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Bu gün, 07:41 |
|
|
|
• Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Bu gün, 07:38 |
|
|
|
• Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Bu gün, 07:31 |
|
|
|
• “İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00 |
|
|
|
• "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:56 |
|
|
|
• Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Bu gün, 06:51 |
|
|
|
• “Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Bu gün, 06:48 |
|
|
|
• "Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Bu gün, 06:45 |
|
|
|
• Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Bu gün, 06:41 |
|
|
|
• Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Bu gün, 06:35 |
|
|
|
• Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Bu gün, 06:30 |
|
|
|
• “Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Bu gün, 06:28 |
|
|
|
• İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Bu gün, 06:23 |
|
|
|
• "İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Bu gün, 06:18 |
|
|
|
• Quru sərhədlərin açılması ilə bağlı mühüm anons - AKTUAL
Bu gün, 06:15 |
|
|
|
• ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq - Tramp
Bu gün, 06:00 |
|
|
|
• Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb - KİV
Bu gün, 05:55 |
|
|
|
• Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13 |
|
|
|
• Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10 |
|
|
|
|