Sahil Babayevin işçiləri narazılıq yaradır... - GİLEY
Tarix: 30-05-2019, 18:25 | Çap et
 “Müqaviləyə görə hökumət 2 inək verməli idi, hər ikisi yanıbalalı. Əvəzində 2 xəstə inək və 1 bala gətirdilər. Aylardır əlimdə-ovcumda olanı heyvanların müalicəsinə xərcləmişəm. Tövlə tikməliydim, tikə bilmədim. Bütün pul iynə-dərmana xərcləndi. İndi bilmirəm bu heyvanları harda saxlayım”.
Ucarın Qazıqumlaq kəndinin sakini 56 yaşlı Aybəniz Paşayeva belə deyir. Bildirir ki, bir neçə il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Özünəməşğulluq Proqramına qatılıb. Təklif etdiyi konsepsiya bəyənilib. İmtahandan da uğurla keçib deyə, “sosial yardımdan imtina et, sənə Özünüməşğulluq Proqramı vasitəsilə heyvan verək, saxla, vəziyyətin düzəlsin”, – deyiblər.
“Mən də razılaşdım, hətta çox sevindim. Amma sevincim uzun sürmədi, sonrası peşmançılıq oldu. Gələnlər, bizə verilənlər müqavilədə göstərildiyi kimi olmadı. Hamısı xəstə mallardı. Gələndən müalicə etdirirəm. Nə qədər pul tökmüşəm, heç xeyri də yoxdur. Ağızlarından köpük gəlir. Halbuki müqavilədə deyilirdi ki, hər iki malın yanında balası olmalıdır. Yox idi…”
A.Paşayeva deyir ki, inəklərdən birinin balası olub. Digəri isə ona veriləndən sonra balalayıb:
“Biri bizə gələndən sonra doğdu. Digərinin isə həm özünə, həm də yanındakı balasına qulluq etməkdən yorulmuşuq. Əmələ gəlmirlər. Mən tövlə tikməliyəm ki, bu heyvanı artıram. Ancaq gələn xəstə malları müalicə etdirməkdən sıra tövləyə çatmayıb. İnanın, əlimdə-ovcumda pul da qalmayıb”.
Aybəniz Paşayeva həyat yoldaşını itirib, oğlu ilə yaşayır. Deyir, arada dərzilik edir. Ancaq çox qazanmır. Oğlu isə kənd yerində iş tapa bilmir, işsizdir. Ailə uzun illər ünvanlı sosial yardım alıb. Özünüməşğulluq Proqramına görə onu da kəsiblər. İndi isə vəziyyətlərı bir az da ağırlaşıb:
“Öz ayaqlarım üstündə durmağa çalışıram, amma imkan vermirlər. Heç kimə möhtac olmaq istəmirəm. Pensiyaya yaşım çatmır. Sosial yardım alırdım, ondan da bu mal-heyvana görə imtina etmişəm. İndi evə bir qəpik girmir. Nə edim, bilmirəm. Mənə kömək etsinlər. Necə ki, tövlə üçün yığdığım pulu verdikləri xəstə mal-heyvana xərclədim, indi mənə tövlə tiksinlər. Mənə deyilməmişdi ki, bizə verilən heyvanlar xəstə olacaq. Mən nə bilim ki, bütün pulumu bunlara xərcləyəcəm?”
Aybəniz Paşayeva düşünür ki, bəlkə də sosialdan imtina etməsəydi, daha yaxşı dolanardı:
“Hamısı xəstə mal-heyvandır, sırıyıblar camaata. Dinəndə də, deyirlər, “demaqoq”san. Dəfələrlə müraciət etmişəm ki, gəlin, baxın, görün bizə nə vermisiniz. Arıq, ayaq üstə dura bilməyən heyvanlar idi. Bu, hələ bunların müalicə alıb özlərinə gəlmiş formasıdır. Ondan da gecə ilə gəlirlər, bilmirik, kimdirlər, nədirlər. Baxıb, ancaq camaatı qınayırlar ki, yaxşı baxmırsız. Siz ölümcül heyvan vermisiz bu camaata, ha baxaq, özünə gələ bilirmi? Nə bilim e, dərd bir deyil, iki deyil”.
A.Paşayevanın Prezident İlham Əliyevdən bir şikayəti yoxdur. Deyir, o, insanların işsizliyini nəzərə alıb, belə bir layihə həyata keçirib, ancaq məmurlar onun bu layihəsini bərbad hala salıblar:
“Dərd burasındadır. İnanın, mənim həmin layihədə tanış olduğum nə qədər insan var, hamısının problemi eynidir. Hələ bir ailəyə normal heyvan verildiyini eşitməmişəm”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25 |
|
|
|
• Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21 |
|
|
|
• Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12 |
|
|
|
• “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01 |
|
|
|
• Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00 |
|
|
|
• İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55 |
|
|
|
• “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45 |
|
|
|
• QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41 |
|
|
|
• Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33 |
|
|
|
• Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29 |
|
|
|
• 2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25 |
|
|
|
• Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23 |
|
|
|
• Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20 |
|
|
|
• Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18 |
|
|
|
• Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15 |
|
|
|
• Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13 |
|
|
|
• Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10 |
|
|
|
• AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04 |
|
|
|
• İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59 |
|
|
|
• Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58 |
|
|
|
• İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34 |
|
|
|
• Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31 |
|
|
|
• ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20 |
|
|
|
• Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16 |
|
|
|
• İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03 |
|
|
|
• SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57 |
|
|
|
• Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44 |
|
|
|
• Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40 |
|
|
|
• ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20 |
|
|
|
• Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23 |
|
|
|
• ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16 |
|
|
|
• Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13 |
|
|
|
• "Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
Bu gün, 07:00 |
|
|
|
• 1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... - İTTİHAM VAR...
Bu gün, 06:49 |
|
|
|
• “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... - BU NƏDİ BELƏ?
Bu gün, 06:44 |
|
|
|
• Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi - "Pul yığmaq barədə şikayət etsəniz..."
Bu gün, 06:36 |
|
|
|
• Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… - AKTUAL
Bu gün, 06:23 |
|
|
|
• Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub - ABŞ-nin İrana hücumunun təfərrüatı
Bu gün, 06:19 |
|
|
|
• "İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57 |
|
|
|
• "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52 |
|
|
|
• NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44 |
|
|
|
• Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41 |
|
|
|
• "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37 |
|
|
|
• İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32 |
|
|
|
• İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29 |
|
|
|
• İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01 |
|
|
|
• Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57 |
|
|
|
• "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45 |
|
|
|
|