“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                 

“Erotik başlıq görəndə əlləri tərləyən "ÇƏPİŞLƏR"" - PROBLEM
Tarix: 20-02-2018, 10:08 | Çap et
“Erotik başlıq görəndə əlləri tərləyən "ÇƏPİŞLƏR""
Saytlarla bağlı cəmiyyətdə ən çox tənqid edilən məsələlərdən biri də gündəlik yayımlanan “18+” məlumatlardır.

Daha çox oxucu cəlb etmək, reklam əldə etmək üçün bu gün bəzi saytlar “18+” informasiyalara yer ayırır. Hətta onlardan bir neçəsi bu cür informasiyaların gərəksiz olduğunu bilsələr belə, məhz işçilərini qorumaq məqsədilə buna əl atmalı olurlar. Nəticə isə məqsədi əks etdirmir.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Metbuat.az-a açıqlamasında bildirib ki,bu sahəni müxtəlif məqsədlər üçün istifadə edən insanlar bu qaydaları gözləmirlər:

“Bu gün Azərbaycanda çoxlu sayda internet resursları fəaliyyət göstərir. Bunların sayı günü-gündən artmaqdadır. Hətta müxtəlif peşə sahibləri belə saytlar yaradırlar. Bu saytların bəzilərinin hətta ölkədə oxucu auditoriyası belə formalaşıb. Bir çoxları bu istiqamətdə öz fəaliyyətini qurmaq üçün müxtəlif vasitələrdən istifadə edilər. Müxtəlif reklamlar, videoroliklər, 18 yaşdan yuxarı olan mövzuları əhatə edən materiallar paylaşırlar. Əslinə qalanda, burada nəyisə qadağan etmək qeyri-mümkündür. Çünki Azərbaycanda mətbuat azadlığı var. Cəmiyyətimizdə bu informasiyaların tənzimlənməsi ilə bağlı mövcud qanunvericilikdə çərçivələr müəyyən edilmir. Amma etik qaydalar var. Jurnalistikadan kənar, bu sahəni müxtəlif məqsədlər üçün istifadə edən insanlar bu qaydaları gözləmirlər. Təəssüflər olsun ki, cəmiyyətimizə, xüsusən Azərbaycan mühitinə uyun olmayan informasiyalar yayılır. Saytlar bu yolla inkişaf etmək, auditoriya toplamaq, böyük reklam bazarını əldə etmək istəyirlər. Lakin ciddi informasiya ilə də bunu əldə etmək mümkündür. Müasir dövr insanı daha çox ciddi informasiyalar axtarır”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə qeyd edib ki, bu gün saytlar arasında sağ qalmaq, ümumiyyətlə məhv olmamaq üçün mübarizə gedir:

“Sayt sahibləri oxucu auditoriyasının geniş olması, öz işçilərinin saxlanılması üçün əllərindən gələni edirlər. Onun üçün də mümkün olan-olmayan bütün əməllərə əl atırlar. Nəticədə, cəmiyyətdə çox ciddi şəkildə aşınma gedir. İnsanların, xüsusən də yetişməkdə olan nəslin əxlaqı pozulur. Bu da bir müddət sonra ciddi şəkildə cəmiyyətimizdə fəsadlara səbəb olacaq. Təəssüflər olsun ki, gündəlik qazanc haqqında daha çox düşünən sayt sahibləri bu cür məsələlərə diqqət yetirmirlər və “18+” məlumatlar yerləşdirməklə pul qazanmağa çalışırlar. Bu cür məsələlərin olması dünyada normal qəbul edilir. Amma ciddiyyəti, konkret ictimai-siyasi mövqeyi ilə seçilən saytların bu cür əməllərə əl atması doğru deyil. Bu saytların ciddiyyəti, onların yaydığı materiallar oradakı ədəb-əxlaq qaydaları ilə ölçülür. Amma Azərbaycanda hərdən görürük ki, çox ciddi ictimai-siyasi yönlü saytlar “18+” məlumatlar yaymaqla auditoriya toplamağa çalışır. Əlbəttə, “18+” xəbər oxuyan auditoriya ilə ictimai-siyasi xəbərlər oxuyan auditoriya fərqlidir. Bu cür məsələlərin tənzimlənməsi üçün qaydalar qəbul olunmalıdır. Eyni zamanda, jurnalistlərin peşə-davranış qaydaları ciddi şəkildə nəzərə alınmalıdır. Təəssüf ki, əksər onlayn media qurumları jurnalistlərin peşə-davranış qaydalarını diqqətə almır, öz istədikləri kimi davranırlar. Bütün bunlar dediyim kimi, cəmiyyətin aşınmasına səbəb olur”.

Saytlara dövlət tərfindən maliyyə ayrılmasını çıxış yolu kimi göstərmək olarmı?

Azər Həsrət suala cavab olaraq bildirib ki, bu məsələ dəfələrlə Mətbuat Şurası və ayrı-ayrı qurumlarda müzakirə olunub:

“Təklif edilib ki, gələcəkdə saytlara maliyyə ayrılarkən ictimai-siyasi yükü olan, ciddiyyəti ilə fərqlənən saytlar üstünlük təşkil etsin. İctimai rəyi çaşdırmağa hesablanan, aldadaraq özünə izləyici cəlb etmək istəyən saytlara isə ümumiyyətlə maliyyə ayrılmasın. Gələcəkdə maliyyə ayrılması məsələsində bu məsələlər diqqətə alınacaq. Düşünürəm ki, bütün saytlar ciddi oxucu aiditoriyası toplamaq haqqında düşünməlidirlər”.

Məsələyə ökədəki aparıcı media qurumlarının nümayəndələri də münasibət bildirib.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov Metbuat.az saytına açıqlamasında bildirib ki, intim xəbərlər axtaran kütlədən heç bir biznesə xeyir gəlməyəcək:

“Məsələnin həlli budur: Reklam verənlərə başa salmaq lazımdır ki, sayta giriş sayı əsas göstərici sayıla bilməz. Siz reklamınızı kimlərin görməsini istəyirsiniz? Hansısa aldadıcı erotik başlıq görəndə əlləri tərləyən çəpişlər doğrudanmı, sizin biznesiniz üçün lazımlı auditoriyadır? Yoxsa, hər halda, siz ciddi, düşünən, cəmiyyətdə qərarlar qəbul edən təbəqənin təmsilçiləri olan insanlara yetişmək istəyirsiniz? Reklam verənlərə intim xəbərlər axtaran kütlə lazımdırsa, işləri avand olsun, amma unutmasınlar ki, o kütlə potensial alıcı deyil. Onlardan heç bir biznesə xeyir gəlməyəcək”.

Publika.az saytının redaktoru Bəxtiyar Əlirzayev isə qeyd edib ki, oxucular yaş həddinə görə xəbərdarlıqlara diqqət etmirlər:

“Açığı, bu məsələdə çox vaxt "18+" anlayışını qarışdırırlar. Çox adam "18+" dedikdə, intim, erotik mövzulu mətnləri nəzərdə tutur. Halbuki, təkcə Azərbaycanda deyil, bütün dünyada xəbər saytlarının, portalların hamısı “18+” materiallar yayırlar. Müharibələr, cinayətlər, qəzalar, terror hadisələri... Əksəri “18+” görüntülərdən ibarət olur. Di gəl, bizimkilər təkcə modellərdən və seksdən yapışıblar. Problem budur ki, bizdə oxucu və tamaşaçı yaş həddinə görə xəbərdarlıqlara diqqət etmir, bu işarələr yeni tətbiq edilməyə başladığına görə, onların mahiyyətinə varmırlar. Əksinə, bu xəbərdarlığı görəndə həmin materiala mütləq baxmaq istəyirlər. “18+” qoyursan, əsəb xəbərdarlığı qoyursan, "ürəyi zəif olanlar baxmasın" yazırsan, girib baxır, sonra sənə qarğış edir. Söyür ki, “Bu nədir? Özümə gələ bilmirəm”. Zalım balası, baxma də! Mən marketəm. İndi siqaret, araq satmayım ki “18+” du? Ət satmayım ki, vegeteryanlar günah sayır? Sənin qarşında abır simvolu olacağımla, işçilərə maaş əvəzinə qəpik-quruş vermək hesabına da olsa, gözünə xoş görünməklə bağlı öhtəlik götürməmişəm axı?!

Azərbaycanda 1-2 "bu gün var, sabah yox" saytları çıxmaqla, peşəkar kadrların çalışdığı xəbər portallarının fəaliyyətində bu məsələ ilə bağlı bir qüsur görmürəm. Hələ bizim portallar abır-ismət nümunəsi də sayıla bilərlər. Məsələn, aylıq büdcəsi milyonlarla dollar olan "The Sun", "Mynet" kimi nüfuzlu xarici media qurumları var ki, onun top slayderində gedən xəbəri yaymağa utanırsan. Halbuki, bu peşəkarlıq deyil. Hadisə varsa, sən onu oxucusuna çatdırmalısan. Kommersiya qurmusansa, büdcən təkcə reklam hesabına formalaşırsa, illah çatdırmalısan. Yoxsa, uduzan tərəf sən olacan. Amma bir detalı xüsusi vurğulayıram:

18+ material hadisədən bəhs edirsə, yaxud öyrədici motiv daşıyırsa. Məsələn, "filan model yandırıb-yaxdı" xəbərini bütün dünya mediası qoyur, şou xəbəridi. Qoyulmalıdı da. Ancaq Sovetin şinelinin yaxasından boylananlar deyirlər ki, bu xəbəri vermə, camaat pozulur. Qardaşım, internet porno saytlarla doludur. Hamısı da əlçatan. Modelin soyunmağımı pozdu camaatı? Sən ümumiyyətlə, o xəbərin içində nə gəzirsən, gir filan rayonda bu qədər taxıl əkilib xəbərini oxu də. Ya da səni maraqlandıran bölmələrə gir, o xəbərlər bax. "Dekameron"u, "Min bir gecə nağılları"nı, "Lolita"ni döşəyin altında gizlədənlərdi hamısı. Xəbər portalları çeşidli xəbərləri verməlidirlər. Çalışmalıdırlar ki, bütün sahələr üzrə maraqları nəzərə alsınlar. Saytın giriş sayı günbəgün artmalıdır ki, gəlir azalmasın. Gəlir dayanıqlı olmalıdır ki, rəqabətə dözə biləsən. Bu yaşadığımız dövrün iqtisadi sisteminin tələbidir. Bu arada mail.ru, rambler.ru və s. kimi onlarla onlayn poçt xidmətləri də “18+”-dur.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru