Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir .....                     İran Ermənistana xəbərdarlıq etdi .....                     Azərbaycanda 7 ayda inflyasiya göstəriciləri açıqlanıb .....                     Kreml və Tehran şokdan “ayıldı”: .....                     Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıq .....                     390 minlik "Danone" şirkəti ləğv olunur .....                     Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır .....                     Azərbaycana qarşı hiyləgərlik etməli olacağıq .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək .....                     Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? .....                     Üçdən az şirkət müraciət etdi, 84 min manatlıq .....                     5 milyonluq tender və bərbad yollar .....                     Naxçıvanda FHN sahibkarlara DİVAN TUTUR... .....                     "Onlardan heç nə almayın, fırıldaqçıdırlar" .....                     Bakıda ŞOK: qadına tualetdə basqın etdilər .....                     “Məşğulluğun İşğalı” və Şapka Habil"in əməlləri .....                     Erməni arxiyepiskopun işi üzrə birinci məhkəmə iclasının vaxtı bəlli olub .....                     Qusarda DƏHŞƏT .....                     907-ci düzəlişin ləğv olunması tarixi hadisədir .....                     6 ildən sonra yenidən ÜZ-ÜZƏ .....                     Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb .....                     Pezeşkiandan sensassiyalı bəyanat: .....                     ABŞ-nin Ermənistana girməsi Tehran üçün qəbuledilməzdir .....                     Putin Trampa ultimatum verəcək: .....                     Neftçilər rəsmən BLOKADA ŞƏRAİTİNDƏ... .....                     Müştərinin qəpik-quruşuna da TAMAH SALIRLAR... .....                     Ermənistanla sərhədin açılması üçün Ərdoğanın şərti məlum oldu .....                     Bu şirkət yol təmir edəcək .....                     Azərbaycan: İsrail və Suriya arasında sülh körpüsü... .....                     Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək? .....                     Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildi .....                     “Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb .....                     Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... .....                     “BakuBus” avtobuslarında XİDMƏT SIFIR... .....                     Əsgər Bəkiyevin intiharının detalları .....                     “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır .....                     İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb .....                     İRAN NƏ İSTƏYİR... .....                     9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur .....                 

Vergilər Nazirliyində Fazil Məmmədovdan da sözü kəsərli var imiş... - ŞİKAYƏT VAR
Tarix: 5-12-2016, 10:41 | Çap et
Vergilər Nazirliyində Fazil Məmmədovdan da sözü kəsərli var imiş...
Nicat Müqabil oğlu Həsənov Teref.info-ya Vergilər Nazirliyində üzləşdiyi problemlə bağlı müraciət edib.

Oxucumuz bildirir ki, 20 dekabr 2013-cü ildə vergilər naziri Fazil Məmmədovun Sumqayıt şəhərində vətəndaşlarla görüşü zamanı qəbulunda olaraq işsizlik probleminin həlli üçün müraciət edib. Vergilər nazirinin 10 fevral 2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamentinin Operativ-nəzarət şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində çalışmağa başlayıb: “Lakin Fazil Məmmədovun 26 fevral 2016-cı il tarixli əmri ilə işdən azad olundum. İşdən azad olunmağıma səbəb, Azərbaycan Respublikası Vergilər Nazirliyi Daxili Təhlükəsizlik Baş İdarəsində aparılmış araşdırma və onun gəldiyi nəticəyə əsasən həmin baş idarənin keçmiş rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab İlqar İsmayıl oğlu Əhmədovun Fazil Məmmədova ünvanladığı 22.02.2016-cı il tarixli, aparılmış araşdırma barədə qərəzli xidməti məruzəsinə əsasən qəbul edilmiş qərar olub. Aparılmış həmin qondarma araşdırma, onun gəldiyi yanlış, qərəzli nəticə və müvafiq olaraq qəbul edilmiş qərarla razı deyiləm. Mənim günahım yoxdur. Araşdırma dövründə həqiqiliyi ciddi suallar doğuran faktlar əsas götürülmüş və onlara müvafiq qərəzli “nəticə” formalaşdırılmışdır. Araşdırma zamanı mənim günahsızlığımı sübuta yetirəcək çoxsaylı məqamlar qəsdən araşdırmanın diqqətindən kənarda saxlanılıb və bununla da mənim hüquqlarım ciddi şəkildə pozulub”.

Şikayətçi teref.info-ya bildirir ki, onunla Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında imzalanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-cu, 31-ci maddələrinin, Vergilər Nazirliyinin 01.08.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi” Qaydalarının 3-cü, 4-cü, 5-ci, 6-cı bəndlərinin, 09.12.2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış” Qaydalarının 3.1.2-ci, 3.2.1.-ci, 3.11.2-ci, 3.12.1-ci, 3.12.3-cü bəndlərinin tələblərinin mənim tərəfimdən pozulması əsas gətirilərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamə”-nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsi, mənim iş tapmaq və gələcəkdə karyera qurmaq imkanlarımı sıfıra endirib. Mənimlə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas gətirilən, yuxarıda qeyd olunan maddələr və bəndlər üzrə özümü qəti olaraq günahkar hesab etmirəm. Son aylarda bütün iş tapmaq cəhdlərim, məlum səbəbdən uğursuzluqla nəticələnib. Günü-gündən kəskinləşən sosial-maddi sıxıntı və mənəvi-psixoloji gərginlik içindəyəm. İnzibati idarəetmə ixtisas istiqaməti üzrə aldığım ali təhsil və bu illər ərzində çəkdiyim misilsiz əzab və əziyyətlər yekunda puç olub. Baş vermiş sifarişli hadisə mənim tək bir gənc kadr kimi deyil, eyni zamanda içində olduğum acınacaqlı sosial-maddi durumun diktəsi ilə bir gənc elmi tədqiqatçı olaraq da fəaliyyətimin sonu deməkdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq Vergilər Nazirliyinə ünvanladığım müraciətlərin cavablandırılması ilə bir azərbaycanlı olaraq razı deyiləm”.

Şikayətçi teref.info-ya deyir ki, Fazil Məmmədovun regionlarda vətəndaşlarla keçirdiyi qəbullar zamanı onunla şəxsən görüşüb, diqqətini yaranmış olan vəziyyətə cəlb etməyə çalışıb. Lakin 2016-cı il ərzində regionlarda vətəndaşlarla keçirilən digər qəbullar zamanı qeydiyyat və məskunlaşma ünvanım uyğun gəlmədiyi üçün qəbullara düşə bilməyib: “Bildiyiniz kimi, mənim də müvəqqəti olaraq məskunlaşdığım Sumqayıt şəhəri 2 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxildir. 25 noyabr 2016-cı il tarixində 2 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan digər yaşayış məntəqəsində, yəni Siyəzən şəhərində Fazil Məmmədovun vətəndaşlarla görüşü təşkil olunub. Sizlərə yazmaqda məqsədim Fazil Məmmədovun 25 noyabr 2016-cı il tarixində Siyəzən şəhərində keçirilmiş vətəndaşlarla görüşü zamanı onun qəbuluna düşməkdə mənə süni maneələr yaradan bir sıra nazirlik əməkdaşlarının, xüsusilə də 2 saylı Ərazi Vergilər Departamentinin həmin vaxt rəis əvəzi olmuş, departamentin rəis müavini və Bəyənnamələrin Kameral Yoxlanılması şöbəsinin rəisi Nəsirov Ceyhun Müseyib oğlunun qanunazidd əməlləri və yaranmış olan vəziyyətin ictimailəşmdirilməsində yardım istəyidir. Həmin qəbula yazılmaq üçün bütün mümkün resurslardan istifadə etməyimə baxmayaraq, Vergilər Nazirliyinin bir sıra əməkdaşları qəbula düşməkdə mənə süni maneələr yaratdılar. Belə ki, teleqram, məktub, taxes.gov.az saytı vasitəsilə onlayn müraciət, 195 Çağrı Mərkəzinə zəng etməklə cənab nazirin qəbuluna yazılmışam. Qəbula yazılmaq üçün sonuncu resurs və ya imkan olaraq 21 noyabr tarixində 2 saylı Ərazi Vergilər Departamentinə müraciət etdiyim zaman, həmin departamentin rəis müavini və Bəyənnamələrin Kameral Yoxlanılması şöbəsinin rəisi Nəsirov Ceyhun Müseyib oğlu mənə maneçiliklər törədərək nazirin qəbuluna yazılmağa icazə verməyib. Halbuki, mənimlə eyni vaxtda işə götürülən və eyni əmrlə, eyni maddələr və bəndlər üzrə işdən azad olunan digər şəxsin valideyni 25 noyabr tarixində Siyəzən şəhərində Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Əsəd oğlu Məmmədovun qəbuluna asanlıqla düşə bilib. Mənim atam müharibə veteranı olub. Anam Yeni Azərbaycan Partiyasının üzvüdür. Amma görürəm ki, bu prinsiplərin heç birinə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən zərrə qədər də olsa önəm verilmir. Bu fakt Heydər Əliyev ideyalarına yüksək dəyər verən bir şəxs və bir azərbaycanlı olaraq məndə dərin təəssüf hissi doğurur. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin regionlarda vətəndaşlarla keçirdikləri qəbullar Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyevin fərmanı ilə təşkil olunur və keçirilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ciddi bir qurumdur, Azərbaycan Respublikasının vergilər nazirinin regionlarda vətəndaşlarla keçirdiyi qəbullar ciddi, rəsmi dövlət tədbirləridir. Heç kəs kimliyindən, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq bu prosesə müdaxilə edə bilməz. Şübhəsiz ki, bunu edən şəxslər Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyevin fərmanına müdaxilə etmiş və nazir Fazil Məmmədovun işini pozmuş olurlar”.

N.Həsənov onu da qeyd edir ki, Fazil Məmmədovun timsalında mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin regionlarda vətəndaşlarla keçirdikləri qəbulların təşkilində ciddi nöqsanlar yaranıb: “Mən 25 noyabr tarixində Siyəzən şəhərində bunun bilavasitə şahidi olmuşam. Faktla bağlı 25 noyabr tarixində təqribən eyni məzmunla 195 Çağrı Mərkəzinə zəng etməklə şikayətimi bildirmişəm. Hal-hazırda aparılacaq araşdırmanın nəticəsini gözləyirəm. Bu məsələ ilə bağlı mənə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən veriləcək rəsmi cavabı ictimaiyyətin diqqətinə çatdırmağınızı Sizlərdən xahiş edirəm”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir
Bu gün, 13:01
İran Ermənistana xəbərdarlıq etdi
Bu gün, 12:58
Azərbaycanda 7 ayda inflyasiya göstəriciləri açıqlanıb
Bu gün, 12:56
Kreml və Tehran şokdan “ayıldı”: - Zəhgəzura qarşı “zəhər” yağışı...
Bu gün, 12:54
Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıq - Ukrayna Ali Radası
Bu gün, 12:50
390 minlik "Danone" şirkəti ləğv olunur
Bu gün, 12:45
Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır – İsrailli ekspertdən kritik XƏBƏRDARLIQ
Bu gün, 12:30
Azərbaycana qarşı hiyləgərlik etməli olacağıq - Qoryuşina
Bu gün, 12:27
“Bakı Metropoliteni”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:23
Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək
Bu gün, 12:21
Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? -Fotofakt
Bu gün, 12:19
Üçdən az şirkət müraciət etdi, 84 min manatlıq - TENDER DAYANDIRILDI
Bu gün, 12:14
5 milyonluq tender və bərbad yollar - İLGİNC FAKTLAR...
Bu gün, 12:08
Naxçıvanda FHN sahibkarlara DİVAN TUTUR... - NARAZILIQ VAR...
Bu gün, 12:06
"Onlardan heç nə almayın, fırıldaqçıdırlar" - ÇAĞIRIŞ
Bu gün, 12:01
Bakıda ŞOK: qadına tualetdə basqın etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:57
“Məşğulluğun İşğalı” və Şapka Habil"in əməlləri - İTTİHAM VAR...
Bu gün, 11:55
Erməni arxiyepiskopun işi üzrə birinci məhkəmə iclasının vaxtı bəlli olub - KİV
Bu gün, 11:50
Qusarda DƏHŞƏT – 67 yaşlı şəxs iki nəfəri BALTALADI
Bu gün, 11:42
907-ci düzəlişin ləğv olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:38
6 ildən sonra yenidən ÜZ-ÜZƏ – Alyaska görüşündən NƏTİCƏ OLACAQ?
Bu gün, 11:36
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
Bu gün, 11:29
Pezeşkiandan sensassiyalı bəyanat: - Zəngəzur İran hakimiyyətini iki yerə BÖLDÜ
Bu gün, 11:27
ABŞ-nin Ermənistana girməsi Tehran üçün qəbuledilməzdir - İran rəsmisi
Bu gün, 11:24
Putin Trampa ultimatum verəcək: - “İsgəndər”lə zərbə...
Bu gün, 11:22
Neftçilər rəsmən BLOKADA ŞƏRAİTİNDƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:09
Müştərinin qəpik-quruşuna da TAMAH SALIRLAR... - GİLEY
Bu gün, 11:05
Ermənistanla sərhədin açılması üçün Ərdoğanın şərti məlum oldu - "...konkret müddət yoxdur"
Bu gün, 10:57
Bu şirkət yol təmir edəcək - müqabilində 674 MİN QAZANACAQ
Bu gün, 10:49
Azərbaycan: İsrail və Suriya arasında sülh körpüsü... - "The Jerusalem Post"
Bu gün, 10:43
Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək? - İNCƏLƏMƏ
Bu gün, 10:39
Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildi – Prokurorun tələbi
Bu gün, 10:33
“Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb - HESABAT
Bu gün, 10:25
Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... - GƏLİŞMƏ
Bu gün, 10:17
“BakuBus” avtobuslarında XİDMƏT SIFIR... - AXI NİYƏ?
Bu gün, 10:13
Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
Bu gün, 10:09
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - FOTO
Bu gün, 10:02
İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb - DETALLAR
Bu gün, 10:00
İRAN NƏ İSTƏYİR... - ƏSLİNDƏ...
Bu gün, 09:58
9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur - BU NƏDİ BELƏ?
Bu gün, 09:38
Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 09:34
Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir - “RİA Novosti”
Bu gün, 09:32
Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 09:25
Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi – Sürpriz qərar
Bu gün, 09:24
Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir - KİV
Bu gün, 09:18
Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı - DETALLAR
Bu gün, 09:16
SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi - “Zelenski kimi səhvə yol verdilər”
Bu gün, 09:08
"Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." - ÇAĞIRIŞ
Bu gün, 09:00
"Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." - GİLEY
Bu gün, 08:56
Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... - İDDİA
Bu gün, 08:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru