Bu təhsil ocağı bazarı xatırladır... - ŞİKAYƏT VAR
Tarix: 11-05-2016, 12:11 | Çap et
 Redaksiyamıza yeni daxil olan məlumatlarda bildirilir ki, Ağcabədi Pedaqoji Kollecində bu təhsil müəssisəsinin rəhbərliyi tərəfindən törədilən özbaşınalıqlar davam etməkdədir. Məlum olduğu kimi, hazırkı direktor Mirələm İbrahimovdan əvvəl bu kollecə rəhbərlik edən Sahib Hüseynov öz işində yol verdiyi qanun pozuntuları səbəbindən həbs olunmuşdu. Bu səbəbdən də çoxları belə bir qənaətə gəlmişdi ki, yeni direktor artıq köhnə səhvlərə yol verməyəcək. Lakin hadisələrin gedişi göstərdi ki, Mirələm İbrahimov öz sələfinin aqibətindən heç bir nəticə çıxarmayıb. Əksinə, bizimdovr.az-a açıqlama verən mənbələr iddia edirlər ki, son vaxtlar bu kollecdəki durum daha da gərginləşib. Bu xüsusda aldığımız məlumatda bildirilir: “Bu gün Ağcabədi Pedaqoji Kollecində özbaşınalıq, hərcmərclik, baş alıb gedir. Sessiya dövründə qiyabi şöbənin tələbələri demək olar ümumiyyətlə imtahanlara gəlmirlər. Bunun əvəzində isə, Mirələm İbrahimov tələbələrdən 1500 – 2000 AZN pul yığaraq, bütün sessiyanı onların əvəzinə başa vurur, tələbələrə qiymət yazdırır. Heç bir qiyabi şöbə tələbəsi kollecin üzünü belə görməyib...”
Həmçinin aldığımız digər bir məlumatda qış sessiya imtahanlarının gedişinə dair müxtəlif iradlar öz əksini tapıb: “Kollec direktoru Mirələm İbrahimovun imtahan sessiyasında tələbələrdən pul tələb etməsi və buna etiraz edən tələbələrin isə, imtahandan kəsilərək qovulacaqları ilə təhdid olunmaları kollecdə böyük qalmaqala səbəb olmuşdu. Tələbələrdən direktor tərəfindən müəyyən edilmiş şəxslərin əliylə hərədən 400 manat olmaqla pullar yığılmışdı. Həmçinin Mirələm İbrahimov xüsusi olaraq son kurs tələbələri üçün də qiymətlər müəyyənləşdirib. Buraxılış işi üçün tələb olunan məbləğ 600 manat, imtahanlar üçün isə 450 manatdır...” Daha sonra məlumatlarda bildirilir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qohumu olan kollec direktoru, əyani şöbə tələbələrinin də təhsilini “qiyabi əsaslara” keçirib. Başqa sözlə desək, tələbələr dərslərə gəlməyə də bilərlər. Bunun üçün isə, Mirələm İbrahimova hər ay üçün 150 manat ödəmək kifayətdir.
Biz müxtəlif vaxtlarda respublika ərazisində fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi məqalələr dərc etmişik. Həmçinin biz belə bir fikri də hər zaman xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Lakin bütün hallarda istənilən reforma konkret insanların iştirakı ilə və müvafiq kadrların nəzarəti altında həyata keçirilir. Tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında isə istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara hələ də tez-tez rast gəlmək olur. Ağcabədi Pedaqoji Kollecində yer almış neqativ hallar da məhz bu deyilənləri təsdiq edən təzahürlər kimi diqqəti cəlb edir.
Bütün bunlar əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinə çox böyük ziyan vurur. Bütün bu deyilənlər bir daha təsdiq edir ki, bu gün dövlətin təhsil sistemində nəzarətin gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirməsinə baxmayaraq bu sahədə çox ciddi problemlər hələ də qalmaqdadır.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59 |
|
|
|
• Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56 |
|
|
|
• Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52 |
|
|
|
• Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47 |
|
|
|
• "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44 |
|
|
|
• “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40 |
|
|
|
• Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34 |
|
|
|
• "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29 |
|
|
|
• “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26 |
|
|
|
• Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02 |
|
|
|
• Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46 |
|
|
|
• SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33 |
|
|
|
• MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31 |
|
|
|
• Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11 |
|
|
|
• “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05 |
|
|
|
• 9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58 |
|
|
|
• Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54 |
|
|
|
• “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50 |
|
|
|
• Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43 |
|
|
|
• Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41 |
|
|
|
• Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34 |
|
|
|
• "MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28 |
|
|
|
• AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26 |
|
|
|
• Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11 |
|
|
|
• Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07 |
|
|
|
• “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51 |
|
|
|
• “Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46 |
|
|
|
• Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43 |
|
|
|
• İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41 |
|
|
|
• "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38 |
|
|
|
• “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34 |
|
|
|
• Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28 |
|
|
|
• Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25 |
|
|
|
• "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23 |
|
|
|
• "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18 |
|
|
|
• ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14 |
|
|
|
• "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12 |
|
|
|
• Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09 |
|
|
|
• GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01 |
|
|
|
• "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58 |
|
|
|
• 3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45 |
|
|
|
|