Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                 

Ordubadın polis rəisi ÖZBAŞINA QALIB... - NARAZILIQ VAR!
Tarix: 11-11-2022, 11:28 | Çap et
Ordubadın polis rəisi ÖZBAŞINA QALIB...
Naxçıvan MR DİN-in Ordubad rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Tural Əliyev ailəsini də götürüb Ermənistana sığınmaq istəyir.

Ovqat.com-a bu barədə “Qara Pişik” (özəl mənbə -red.) məlumat verib.

“Qara Pişiyin” bildirdiyinə görə, polis serjantını bu barədə fikirləşməyə vadar edən öz rəisi polis polkovniki Əli Nəbiyev və MR Daxili İşlər naziri Rəşad İsmayılov tərəfindən üzləşdiyi haqsızlıqdır.

“Təsəvvür edin, polisin əsas vəzifəsi vətəndaşın hüquqlarını qorumaq, xüsusilə də dələduzluq hallarına qarşı amansız mübarizə aparmaqdır. Çünki bu kimi cinayətlərin sayı artarsa, haqsızlığa uğrayan insanlar fırıldaqçılığa qarşı qanuni mübarizə yollarını bir kənara atar və öz qisasını almağa çalışar. Və yaxud kriminal qüvvələrin yardımına ehtiyac hiss edər. Beləcə, cəmiyyətin kriminogen vəziyyəti pisləşər, dövlətin, qanunların çəkindiricilik gücü azalar və ölkə hərc-mərclik yuvasına çevrilər. Polis orqanları da məhz bu duruma yol verməmək üçün mütləq dələduzluğa qarşı mübarizələrini gücləndirməlidirlər. Ən azı ona görə ki, asayişin müqəddiməsi dövlətin çəkindirmə gücüdür”, - deyən “Qara Pişik” uzun fəlsəfi söhbətindən sonra keçdi əsas mətləbə:

“Ordubad rayon polis şöbəsinin serjantı Tural Əliyev dələduzluğun qurbanı olub. Öz haqqını müdafiə etməyə çalışanda isə Ordubad rayonunun polis rəisi Əli Nəbiyev və MR Daxili İşlər naziri Rəşad İsmayılov onu yox, dələduzu müdafiə edib, öz əməkdaşını cəzalandırıb. Tural Əliyev də məhz belə bir dövlətdə yaşamağın əzablarından cana doyub hətta düşmən ölkəyə sığınmaq fikrinə düşüb”.

Bəs polis serjantının başına gələn bu haqsızlıq necə vaqe olub?

Mənbəmizin dediyinə görə, Tural Əliyevin banka 40 min borcu var. O borcunun yükünü azaltmaq üçün yollar axtarırmış. Bu ilin ilk ayında sosial şəbəkədə maraqlı bir elanla rastlaşır. İnstagram səhifəsində görür ki, Xanım Qurbanova adlı bir istifadəçi lotereya təşkil etdiyini yazıb. Polis serjantı da bu qruplardan birinə qoşlmaq istəyib. Xanım Qurbanovaya mesaj yazıb öz istəyini ona çatdırıb. Xanım xanım da ona öz “yardım əlini” uzadıb və Tural Əliyevin adını 20 nəfərdən ibarət 10 min manatlıq qrupa yazıb. Tərəflər razılaşıblar ki, Tural Əliyev fevral ayında 10 min manatı götürəcək. Qısası, bir aylıq öhdəliyini yerinə yetirən Tural Əliyev fevral ayında öz haqqını istəyib. Xanım Qurbanova isə qrupun dağıldığını bildirib. Polis serjantı da o zaman ödədiyi 500 manatı istəyib. Fırıldaqçı xanım tezliklə onun pulunu qaytaracağına söz verib. Beləcə, quru vədlər aylarla davam edib. Bu müddət ərzində məlum olub olub ki, aldadılan təkcə Tural Əliyev deyil. Onun kimi 100-dən artıq vətəndaş lotereya qurbanına çevrilib.

Tural Əliyev çarəsiz qalıb digər qurbanların da təklifi ilə DİN-nə onlayn şikayət ərizəsi yazıb. Şikayət ərizəsi araşdırılmaq üçün Bakıdan Naxçıvana göndərilib. Bununla da dananın quyruğu qopub. Naxçıvan MR DİN-də polis serjantı barədə araşdırma başlanılıb. Ordubad rayon polis rəisi Əli Nəbiyev öz işçisini yanına çağırıb şikayətdən vaz keçməsini və bunu rəsmi ərizə ilə təsdiqləməsini istəyib. Əks halda onu işdən qovacağı ilə təhdid edib. Polis serjantı yazılı ərizə yazsa da, şifahi olaraq mübarizəsini davam etdirməyə qərar verib. Fikirləşib ki, Xanım adlı dələduzla mədəni söhbət edib öz pulunu geri ala bilər. Bu xəyalla da sentyabrın 1-də Xanım xanıma mesaj yazaraq, pulunu geri qaytarmasını xahiş edib. Əks halda onun sosial şəbəkələrdə paylaşdığı şəkillərin altında öz başına gələnləri yazacağını, hər kəsi baş verən fırıldaqlar barədə məlumatlandıracağını bildirib.

Maraqlıdır ki, onun xanımın özəlinə yazdığı bu sözlər Naxçıvan MR DİN-nə gəlib çıxıb. Sən demə, Xanım Qurbanova 102-yə zəng edərək polis serjantından şikayət edib. Bildirib ki, bu adam guya onun şəkillərini sosial şəbəkədə paylaşmaqla şantaj edib. 102-dən həmin şikayət Naxçıvan MR DİN-nə göndərilib.

Rəis bu hadisədən sonra yenə serjantı yanına çağırıb və hədə-qorxu gəlməyə başlayıb. Ona deyib ki, problemin vardısa, bunu qanuni yolla həll edərdin. Serjant isə xatırladıb ki, problemin qanuni yolla həllini rəisin özü əngəlləyib. Beləcə, mübahisə nazir Rəşad İsmayılovun kabinetinə qədər uzanıb. Nazir işi araşdırmaq üçün xüsusi bir müstəntiq ayırıb. İstintaq araşdırması nəticəsində müəyyənləşdirilib ki, polis serjantı dələduzu şəkillərini paylaşmaqla şantaj etməyib. Sadəcə onun şəkilləri altında başına gələnləri yazacağını bildirib. Xanım xanım da istintaq zamanı bunu etiraf edib və bildirib ki, şikayət edəndə əsəbi olub, nə dediyimi bilməyib. O, həmçinin müstəntiqə verdiyi izahatında mesajı yanlış anladığı və polisdən şikayətçi olmadığı barədə izahat yaza biləcəyini deyib. Rəşad İsmayılovun müstəntiqi isə buna hələ ki ehtiyac olmadığını, lazım gələrsə ondan izahat ala biləcəklərini deyib qızı yola salıb.

Sentyabr ayının 3-də polis rəisi Əli Nəbiyev məsələ ilə əlaqədar nazir Rəşad İsmayılovun qəbulunda olub və istintaqın nəticəsi barədə onu məlumatlandırıb. Nazir də öz növbəsində serjant barədə hər hansı ölçü götürməməyi tapşırıb. Di gəl ki, üzərindən 10 gün keçəndən sonra Əli Nəbiyev öz işçisini cəzalandırmağa qərar verib. Cəza isə onun iş yerini dəyişdirmək olub.

“Tural Əliyev 10 il idi ki, polis şöbəsində növbətçi köməkçisi işləyirdi. Xidmətində heç bir qüsuru yoxdur. Naxçıvan polisində növbətçi köməkçisi olmaq elit iş sayılır. Bu vəzifə uğrunda polis serjantları arasında əməlli-başlı rəqabət gedir. Yaxşı pul verib bu vəzifəyə təyin olunmaq istəyənlərin sayı çoxdur. Hadisədən 10 gün sonra, sentyabrın 13-də Tural Əliyev öz “elit” işindən uzaqlaşdırılıb yerinə bir başqasını götürülür. Polis serjantı isə hansısa sahəyə daha ağır işə göndərilir”, - mənbəmiz belə deyir.

İddiaya görə, bu məlumatı eşidəndə haqsız yerə cəzalandırıldığını düşünən Tural Əliyev işdən çıxmaq barədə ərizə yazır. Ərizə qanunsuz şəkildə qəbul olunmur. Çünki, Naxçıvanda hələ də də quldarlıq quruluşu hökm sürür. Öz işçilərinə kölə kimi baxan polis rəislərinin fikrincə, serjantın ağzı nədir, könüllü olaraq işdən çıxa.

Qısası, istefa ərizəsinin qəbul olunmadığını görən polis serjantı xidməti vəzifəsini yerinə yetirməkdən imtina edir. 2 gün işə çıxmır. Rəis onu və sabiq polis polis əməkdaşı olan atasını yanına çağırır. Serjantdan dərhal işə çıxmasını tələb edir. Tural Əliyev bu tələblə razılaşmayaraq rəisin kabinetini nümayişkaranə şəkildə tərk edərək evinə gedir. Onun atası ilə sövdələşən rəis söz verir ki, 1 aya qədər serjantı köhnə vəzifəsinə bərpa edəcək. Beləcə yalan vədlərlə aldadılan polis serjantı yenidən polis orqanlarında xidmətə qayıdır.

1 ay keçəndən sonra Ordubad polis rəsinin onu yalan vədlərlə aldatdığı ortaya çıxır. Tural Əliyev rəisinə verdiyi vədi xatırladanda isə Əli Nəbiyev ondan daha 3 ay möhlət istəyir. Polis serjantı isə haqlı olaraq rəisinə inanmır. Məsələ burasındadır ki, 3 aydan sonra rəis Əli Nəbiyevin özü həmin vəzifəsində olmayacaq. Onun gələn ilin ilk ayında pensiya yaşı tamamlanır və onsuz da bacarmadığı bu vəzifədən tədaüdə ayrılmağı düşünür.

“Qara Pişiy”in dediklərinə görə, polis rəisi vəzifədə qalacağı bir neçə ay müddətində maksimum qazanmaq planı qurub və Tural Əliyevin “elit yerini” hərraca çıxarmaq üçün onu işdən uzaqlaşdırıb. Hərracın yeni müştərisini də tapıb və onu növbətçi köməkçisi işinə təyin edib. Bir neçə ayı da Tural Əliyevin başını aldatmaqla yola versə, heç bir problemi qalmayacaq.

Di gəl ki, Tural Əliyevin ailəsini də götürüb Ermənstana keçmək istəməsi Əli Nəbiyevin bütün planlarını alt-üst edə bilər. Məsələ burasındadır ki, Naxçıvan “Gestapo”sunun, xüsusilə Ordubad rayon polis şöbəsinin yarıtmaz fəaliyyəti nəticəsində Ermənistana sığınmaq arzusu təkcə Tural Əliyevə xas deyil. Bundan əvvəl rayonun Gilançay kəndinin sakini İmran Nağıyev də polis zülmündən qaçıb Ermənistan dağlarına pənah aparmışdı. Baxmayaraq ki, İmran Nağıyevi bu addımı atmağa vadar edən Naxçıvan şəhər 1 saylı polis şöbəsinin rəisi Şəmsi Mirzəliyev olmuşdu. İndi hətta polis əməkdaşının belə polis zülmündən qaçıb Ermənistana sığınması ehtimalı Naxçıvan MR DİN-nin də başını ağrıda bilər. Belə təsəvvür yaranar ki, nazir Rəşad İsmayılovun rəisləri sayəsində Ordubad əhalisi Ermənistan dağlarında Azərbaycan yaşayış məntəqəsi sala bilərlər. Bunun isə, öz növbəsində ermənilərin əlində “Azərbaycan yaşanası ölkə deyil” bəhanəsinə çevrilmək ehtimalı var və ideoloji savaşda rəsmi Bakını çətin vəziyyətə salar. Yəqin ki, rəsmi Bakının “xan” rejiminə reaksiyası da kimlərinsə başını tumarlamaq olmaz.

Bir sözlə, Əli Nəbiyevin son bir neçə ayda yaxşı qazanmaq sevdası onsuz da Bakı qarşısında nüfuzunu itirən “xan” həzrətlərinin başına çatlaya bilər.
//Ovqat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru