AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                 

Zatulin kimi adamlar münasibətləri pozmağı bacara bilərlərmi? - ŞƏRH
Tarix: 3-11-2023, 08:14 | Çap et
Zatulin kimi adamlar münasibətləri pozmağı bacara bilərlərmi?
“Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində bir məsələdə həmfikirdir - Rusiyanı regionda sıxışdırmaqda”. Bunu “Danışır Moskva” radiostansiyasına müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində bir məsələdə həmfikirdir - Qarabağla bağlı bütün hadisələr, Qarabağ müharibəsi və s. nəticəsində Rusiyanı regiondan sıxışdırıb çıxarırlar”, - deyə Zatulin iddia edib.

Sədr müavininin fikrincə, Rusiyanın günahı odur ki, o, yavaş-yavaş əvvəldən bəlli olana gəlir: “2018-ci ildə hakimiyyətə gələn Paşinyan Qarabağı təslim etməyə, Rusiya ilə yollarını ayırmağa gəlirdi. Uzun müddət Rusiyada belə bir təəssürat var idi ki, o, özünəməxsus şəkildə Ermənistanın vətənpərvəridir və hansısa məqsədlərə çatmağa çalışır, müttəfiqə hörmətlə yanaşılmalıdır və s. Müttəfiqə hörmətlə yanaşmaq lazımdır, lakin bu gün bu müttəfiqin kürsüsündə oturan kəs əslində sizin müttəfiqiniz deyil”.

Zatulin Ermənistanın anti-Rusiya addımları haqda danışsa da, Azərbaycanın Moskvanı “necə sıxışdırdığı” haqda heç bir fakt sadalamayıb. Bəzi bilgili mənbələrin sözlərinə görə, Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olması, ölkə liderlərinin bir-birinə qarşılıqlı inamı olması Moskvadakı bəzi dairələri narahat edir. Zatulin onlardan yalnız biridir və aydındır ki, kimlərinsə sifarişi ilə hərəkət edirlər. O da istisna deyil ki, iki ölkə arasında inamsızlıq yaratmaq istəyənlər Qərbə bağlı erməni lobbiləri və onların Rusiyada Zatulin kimi “yemlədiyi” adamlardır.

Zatulin kimi adamlar münasibətləri pozmağı bacara bilərlərmi?

DİA.AZ-ın xəbərinə görə, politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya Dövlət Dumasının komitə sədri Zatulin qatı ermənipərəst siyasətçi olaraq ənənəsini davam etdirir. Zatulin çıxışı zamanı Ermənistanın mövcud hakimiyyətinin reallıqlara, bölgəmizin və bölgəmizlə qonşu olan dövlətlərin maraqlarına ziddiyyət təşkil eləyən davranışlarına Azərbaycanı da şərik etməyə çalışıb: “Bu, Konstantin Zatulinin Azərbaycan əleyhinə ilk və sonuncu çıxışı deyil. Davamlı olaraq əsassız şəkildə Azərbaycanı ittiham eləyən, Azərbaycana qarşı heç bir fakta söykənməyən fikirlər səsləndirən Zatulin əslində bununla kifayət qədər yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərinə, dolayısı ilə Rusiyanın da maraqlarına zərbə vurmağa çalışır. Xüsusilə son illər Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasəti nəticəsində bir sıra dövlətlərlə, eləcə də şimal qonşumuz Rusiya ilə münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. 2022-ci il fevralın 22-də imzalanan birgə qarşılıqlı fəaliyyətə dair razılaşma əslində Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji müttəfiqlik münasibətləri səviyyəsinə qaldırıb. Həmin razılaşmanın tələblərinin yerinə yetirilməsi istiqamətində Azərbaycan və Rusiyanın birgə iradə ortaya qoyması, xüsusilə də İlham Əliyev və Vladimir Putin səviyyəsində bu öhdəliklərin yerinə yetirilməsinə davamlı sadiqliyin nümayiş olunması Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirməyə çalışan həm Rusiya daxilində, həm də kənarda olan bir sıra qüvvələri çox ciddi narahat edir. Rusiyanın bölgədə nüfuzuna ciddi zərbə vurmağa, bölgə xalqlarında anti-Rusiya mövqeyinin formalaşmasına xidmət eləyən ünsürlərdən biri olan Zatulin kimiləri öz davranışları ilə Rusiyanın nüfuzuna daha ciddi zərbələr vururlar. Belə şəxslər özlərini bazara satılmağa hazır məhsul kimi təqdim etməyə çalışırlar. Belə şəxsləri əldə etmək və onlardan anti-Rusiya maraqlarına xidmət edəcək davranışlar sərgiləmək üçün hazır olan qüvvələr kifayət qədərdir. Güman ki, Zatulin Qərb dövlətlərində yerləşən erməni diaspor təşkilatlarının və Qərb güclərinin satın aldığı alətdir. Rusiyanın müvafiq qurumları Zatulin kimlərinin o cür çıxışlarının Rusiyanın milli təhlükəsizliyinə və milli maraqlarına hansı zərbələr vurduğunu araşdırmalıdırlar. Əks halda, bu, təbii ki, ciddi müttəfiqlik münasibətləri sərgiləyən dövlətlər arasında münasibətlərə zədə vura bilər".

Politoloq Azad Məsiyev isə bildirdi ki, Azərbaycanla Rusiya arasında 2022-ci il fevralında 43 maddədən ibarət müqavilə imzalanıb. Bu sənədə görə Azərbaycanla Rusiya arasında münasibətlər inkişaf etməkdədir: “Münasibətlərin inkişafı Qarabağ məsələsinin həlli prosesinə də müsbət təsirini göstərib. Qarabağda separatizmin çökdürülməsi və Azərbaycanın öz ərazisində suverenliyini bərpa etməsi Azərbaycanla Rusiya arasında münasibətləri daha da yaxşılaşdırır. Belə vəziyyət ortada olduğu bir vaxtda Zatulin kimi şəxslərin o cür iddialarının əsası yoxdur. Azərbaycanın yürütdüyü xətt Rusiyaya qarşı deyil. Bunu Rusiya rəhbərliyi yaxşı bilir. Azərbaycanla Rusiya arasında münasibətlərin xüsusilə son bir ildə daha da istiləşməsi Rusiyadakı ermənilərlə bağlı olan qrupları, siyasətçiləri narahat edir. Onlar bütün gücləri ilə Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına çalışırlar. Qəsdən dövriyyəyə əsassız, yalan, qərəzli fikirlər atırlar. Azərbaycan-Rusiya münasibətlərinin korlanmasını həm də ABŞ istəyir. Rusiyanın cənub cinahını bağlamaq üçün Azərbaycan-Rusiya münasibətlərinin korlanması Qərbə lazımdır. Belə çıxır ki, Rusiyadakı adını çəkdiyim qruplar və siyasətçilər həm də Qərbin marağına xidmət edirlər. ABŞ-ın Rusiyada böyük kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkə Rusiyanın bir çox dövlət, hökumət qurumlarına, mediasına yol tapa bilib, insanları ələ alıb özlərinə işlədə bilirlər. Ona görə Rusiya daxilində Qərbin maraqlarına xidmət eləyən insanlar var. Azərbaycan-Rusiya münasibətlərini pozmağa hesablanmış bəyanatlar səsləndirənlərin bir çoxu məhz həmin insanlardır”.

Ekspert qeyd etdi ki, münasibətlərin korlanması nə Azərbaycanın, nə də Rusiyanın dövlət maraqlarına uyğun deyil. Ona görə də Qərb və Rusiyadaxili məlum qüvvələr nə qədər çalışsa da, dövlətlər buna getməz. ABŞ bölgədə Rusiyanı tamamilə təkləmək istəyir. İrəvan artıq ABŞ-ın bu siyasətinə xidmət edir. Ancaq Azərbaycan bu cür avantüraya gedən dövlət deyil. Biz yaxın qonşuluğumuzda yerləşən nəhəng dövlətlə qarşıdurma yolunu seçmərik. Çünki bu bizim maraqlarımıza ziyan vurar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru