Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                     Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti .....                     2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… .....                     Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                 

Növbədənkənar parlament seçkiləri keçiriləcək? - ARAŞDIRMA
Tarix: 26-10-2023, 10:32 | Çap et
Növbədənkənar parlament seçkiləri keçiriləcək?
Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib ki, gələn il Azərbaycanda Konstitusiyaya düzəlişlər üzrə referendum və növbədənkənar parlament seçkiləri keçiriləcək. Onun sözlərinə görə, gələn il hökumət proporsional qaydada və səsləri nisbətən düzgün sayaraq seçki keçirmək istəyir: “Niyəsini qoyaq kənara. Yaxşı, onda bu partiyaların hamısı kimin səsindən “dişləyib aparacaq”? Əlbəttə, Yeni Azərbaycan Partiyasının (YAP). Yəni, tutalım Prezidentin daxili və xarici siyasətini illərdir dəstəkləyən X adlı partiya seçkiyə qatılır. Bu partiyanın yoxluğunda onun seçicisi kimə səs verərdi? Əlbəttə, YAP-a. Amma yarışa həm o X, həm də onun kimi olan W, Y, Z və s. partiyalar qatılırsa, onların hərəsi 0,5 faizdən tutmuş 5 faizə qədər xırda dişləmlərlə YAP-ın nəticəsini zəiflədəcək”.

Məmmədov bildirib ki, bunu anlayan hökumət partiyaların ümumi sayını son bir ildə 60-dan 26-ya endirib: “Amma YAP seçkidə həqiqi səs itirmək istəmirsə, bu proses davam edəcək. Onsuz da dediyim kimi, belə partiyaların mövcudluğunda heç bir dürüst ideoloji məntiq yoxdur. İndi isə həm də seçki məntiqi yoxdur”.

Qeyd edək ki, vaxtından əvvəl parlament seçkilərinin və Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsi uzun müddətdir gündəmdədir. Azərbaycan hökuməti bununla bağlı informasiyaları rəsmi təsdiq etməsə də, qarşıdakı aylarda belə bir qərarın veriləcəyi gözlənilir.

Bəs, Konstitusiyaya düzəlişlər üzrə referendum və vaxtından əvvəl parlament seçkiləri ölkəmizin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq? AYNA mövzunu siyasi partiya sədrləri ilə müzakirə edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı söyləyib ki, növbədənkənar parlament seçkilərinin və Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsi uzun müddətdir müzakirə olunur: “Bununla bağlı müxtəlif şayiələr gəzir. Düzdür, rəsmi olaraq Azərbaycan hökuməti bunu təsdiq etmir. Çox təəssüf ki, Azərbaycanda indiyə qədər keçirilən Konstitusiya referendumları islahat adı altında imitasiya xarakterli olub və siyasi hakimiyyətin mənafeyinə cavab verib. Ehtimal var ki, növbəti dəyişikliklər zamanı da belə olacaq”.

“Lakin 44 günlük vətən müharibəsi zamanı əldə olunan tarixi zəfərdən və lokal antiterror əməliyyatları zamanı ölkəmizin suverenliyinin tam bərpa olunmasından sonra iqtidarın imkanı və şansı var ki, real demokratik islahatlar aparsın. Həm referendumda nəzərdə tutulan düzəlişlər ölkəmizin rifahına xidmət etsin, həm də demokratik parlament seçkiləri keçirilsin. Cəmiyyətdə bununla bağlı ciddi gözləntilər mövcuddur. Yaxşı olardı ki, Azərbaycan hakimiyyəti də buna adekvat reaksiya nümayiş etdirsin”, - deyə siyasətçi bildirib.

Başqan parlamentin hansı formada təşkil olunacağı barədə məlumatsız olduğunu deyib: “Müxtəlif mülahizələr irəli sürülür. Bunlardan biri də prosporsional seçki sisteminin bərpası ilə bağlıdır. Hesab edirəm ki, belə bir addımın atılması labüddür. Əslində, o zaman proporsional seçki sisteminin ləğvi qərarı əsassız idi. Siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdi. Hansı ki, dünya təcrübəsinə istinad etsək, görərik ki, əksər ölkələrdə parlament siyasi partiyalardan formalaşır. Bəzi ölkələrdə isə tam şəkildə proporsional qayadada müəyyənləşir. Azərbaycanda siyasi partiyaların parlamentdəki rolunu artırmaq lazımdır”.

Hacılı əlavə edib ki, parlament seçkilərində iştirakla bağlı qərarı seçkilər elan olunandan sonra verəcəklər: “Hazırda bu məsələ müzakirə mərhələsindədir və indidən bu barədə hər hansı fikir bildirmək doğru olmazdı”.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, qeyri-ciddi bəyanatlara əhəmiyyət vermək lazım deyil: “Hesab edirəm ki, bu cür məzmunsuz açıqlamalara lüzum yoxdur. Uzun müddətdir bu barədə ehtimallar səslənsə də, Azərbaycan hakimiyyəti buna əsas yaradacaq heç bir açıqlama vermir. Düşünürəm ki, bu tip fikirlər sifarişlidir və siyasi qüvvələrdə ruh yüksəkliyi, gözləntilər yaratmağa xidmət edir. Həm də bununla ictimaiyyətin nəbzini yoxlayırlar”.

“Lakin o da mümkündür ki, həm referendum, həm də növbədənkənar seçkilər keçirilsin. Yalnız rəsmi qərardan sonra bu barədə mülahizələr yürütmək mümkün olacaq. İndiki halda isə bu barədə danışmaz mənasızdır”, - deyə partiya lideri vurğulayıb.

ADP sədri proporsional seçki sisteminin bərpasını labüd sayır: “Dünyanın heç yerində qanunverici orqan yalnız mojaritar qaydada formalaşmır. Bizim parlament isə bitərəflərlə doludur. Konstitusiya referendumu və parlamentin tərkibinin dəyişməsi vacibdir. Buna zərurət var. Lakin görünən odur ki, hakimiyyəti bunu etməkdə maraqlı deyil. Dövri olaraq ictimaiyyətə müəyyən mesajlar verilsə də, nəinki təsdiqlənmir, əksinə, qəti olaraq təkzib edilir. Ölkəmizin siyasi həyatına yeniliklər gəlməlidir. Siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradılmalıdır. Bunun üçün əsas addım demokratik islahatlar aparmaq və porsporsional seçki sistemini bərpa etməkdir”.

Azərbaycan Xalq Partiyasının (AXP) Pənah Hüseyn də Konstitusiya referendumunun və növbədənkənar parlament seçkilərinin keçirilməsinin gözlənildiyini qeyd edib: “Əslində bu barədə müzakirələr uzun müddətdir davam edir. Lakin rəsmi səviyyədə təsdiq olunmur. Belə bir siyasi qərar olarsa, təbii ki, biz də seçkilərdə fəal iştirak edəcəyik. Hesab edirəm ki, ölkədə dərin siyasi islahatlar aparılmalıdır. Bu baxımdan Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsinə ciddi ehtiyac var. Eyni zamanda siyasi partiyalarla bağlı müddəa da Konstitusiyaya salınmalıdır”.

“Parlamentə gəldikdə isə, proporsional sistemin bərpası vacibdir. Hansı ki, bunun baş verəcəyi ehtimalları da yüksəkdir. Siyasi partiyaların rolunun artırılması baxımından bu qərarın verilməsi əvəzsizdir”, - deyə müsahibimiz bildirib.

AXP sədrinin qənaətincə, bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidir: “Bunun üçün münbit şərait yaradılmalıdır. Açıq şəkildə qeyd etmək lazımdır ki, son illər atılan addımlar, verilən qərarlar dinamikdir və partiyaların cəmiyyətdəki rolunun artırılmasına xidmət edir. Bu siyasət bundan sonra da davam etməli və genişləndirilməlidir. Azərbaycan son illərdə mühüm tarixi hadisələr yaşayıb. 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib. Ölkəmizin suverenliyi tam şəkildə bərpa olunub. Hesab edirəm ki, Azərbaycan iqtidarının növbəti addımı siyasi islahatları dərinləşdirmək və demokratik mühiti təmin etmək olmalıdır”.
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru