Naxçıvanda daha bir narazılıq... .....                     Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... .....                     "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." .....                     "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                     "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" .....                     "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam" .....                     Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI .....                     Manatın taleyi necə olacaq? .....                     Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir .....                     Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır .....                     Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                 

“Müsavat, AXCP və REAL qeydiyyata alınacaq” - Novella Cəfəroğlu
Tarix: 21-07-2023, 08:48 | Çap et
 “Müsavat, AXCP və REAL qeydiyyata alınacaq”
“Yeni Azərbaycan Partiyası "Siyasi partiyalar haqqında" yeni qanunun tələbinə uyğun olaraq üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim etmişdi. Artıq nazirlikdən bizə müsbət cavab gəlib. 750 min üzvümüzlə yenidən dövlət qeydiyyatına alınmışıq". Bunu Gununsesi.info-ya açıqlamasında YAP sədrinin birinci müavini, partiyanın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.

Ədliyyə Nazirliyi əməkdaşlarının siyahıda üzv kimi təqdim olunan YAP-çılara telefon açıb-açmamasına gəlincə, Tahir Budaqov deyib ki, nazirlik bunu dəqiqləşdirmə üçün edib: “Bəli, bizim də adlarını təqdim etdiyimiz üzvlərimizə zənglər edilib. Burada qeyri-adi nəsə yoxdur”.

Qeyd edək ki, Ədliyyə Nazirliyi REAL və Müsavat partiyalarına, həmçinin AXCP-yə mənfi cavab verib. Müsavat başqanı Arif Hacılının iyulun 19-da yaydığı məlumata görə, nazirlikdən partiyaya göndərilən məktubda sənədlərdə qüsurlar olduğu vurğulanıb, o cümlədən qeyd edilib ki, reyestrdə adı göstərilmiş 5212 nəfərin 2766-sı barədə bilgilər dəqiq deyil, 250 nəfər telefon zənginə cavabında partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb. Çatışmazlıqları aradan qaldırmaq üçün partiyaya 30 gün vaxt verilib. 1911-ci ildə yaradılan Müsavat Partiyası sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda keçirilən qurultayda bərpa olunaraq dövlət qeydiyyatına alınıb.

AXCP-nin də təqdim etdiyi üzvlər siyahısı araşdırılıb və 5 min üzvdən az sayda partiya üzvünün dəqiq olduğu məlum olub. Ədliyyə Nazirliyi AXCP-yə də çatışmazlıqları aradan qaldırmaq üçün 1 ay vaxt verib.

İyulun 17-də isə REAL-a Ədliyyə Nazirliyindən mənfi cavab daxil olub. Bildirilib ki, siyahıdakı 986 nəfər partiyanın üzvü deyil, 1058 nəfərin telefon nömrəsi yerinə partiyanın ofisinin telefon nömrəsi göstərilib, 2527 nəfərin adı, soyadı və doğum tarixləri dövlət reyestrində təsdiqini tapmayıb, 68 nəfərin adı təkrar göstərilib, 16 nəfər isə vəfat etmiş şəxslərdir. Yalnız 463 nəfər barədə bilgilərə hər hansı irad olmayıb. REAL sədri İlqar Məmmədov isə Ədliyyə Nazirliyinə məktub göndərib. O, partiya üzvlərinin reyestrinə dair iradları konkret göstərməyi xahiş edib. REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

İyulun 20-də REAL Partiyasının rəhbərliyi məsələ ilə bağlı mətbuat konfransı keçirib. Partiyanın icraçı katibi Natiq Cəfərli deyib ki, REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək: “Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik. Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞ PA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı. REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividentlər qazandırıb. Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq”.

Bəs əgər Müsavat, AXCP kimi köklü partiyalar, həmçinin REAL Partiyası qeydiyyata alınmasa, bu, cəmiyyətdə hansı gərginliklərə səbəb olacaq? Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna hansısa mənfi təsirləri ola bilər?

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Müsavat və AXCP kimi köklü müxalifət partiyalarının, o cümlədən parlamentdə təmsilçisi olan, təmsilçisi AŞ PA-da olan REAL Partiyasının qeydə alınmaması Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən narazılıqla qarşılanar və Azərbaycanın beynəlxalq nüfuzuna mənfi təsirləri olar. Həmin partiyaları hökumət istəsə də, istəməsə də, beş mindən çox üzvü var: “Mən buna əminəm. Həmin partiyaların və digər müəyyən qədər nüfuzu olan partiyalar var ki, onların qeydə alınmaması problem yaradacaq. İndiki həssas vaxtda bu, Azərbaycana lazım deyil, Azərbaycanın maraqlarına cavab verməz. Ona görə də əminəm ki, adını çəkdiyiniz üç partiya dövlət qeydiyyatına alınacaq. O partiyalara üzümü tutaraq deyirəm ki, narahat olmalarına ehtiyac yoxdur. Sadəcə, sənədlərini daha da dəqiqliklə hazırlayıb təqdim etsinlər. Müvafiq rəsmi qurumlara isə demək istəyirəm ki, partiyaların üzvlərinin araşdırılmasının telefonla zəng etməklə həyata keçirmək yanlışdır və yaxşı effekt verməyəcək. Bəzi insanlar onlara nazirlikdən zəng gələndə və "müxalifət partiyasının üzvüsünüz" sualı ünvanlananda ehtiyatlanır, qorxurlar ki, görəsən nə üçün araşdırma aparılır, işimə-filana problem yarana bilər və s. Ona görə də bu qorxunun təsiri altında bir sıra insanların partiya üzvü olduğunu danması halları ola bilər. Bəzi insanların isə telefonu olmaya bilər. Bu və digər məsələləri nəzərə alsaq, hesab edirəm ki, partiyaların üzvlərini telefonla araşdırmaq düzgün deyil, reallığı ortaya çıxarmayacaq. Vətəndaşı qorxuya salmayan başqa araşdırma, sorğu formasını tətbiq etmək lazımdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Dünən, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Dünən, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Dünən, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Dünən, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Dünən, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Dünən, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Dünən, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Dünən, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Dünən, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Dünən, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Dünən, 14:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru