"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" .....                     Naxçıvanda daha bir narazılıq... .....                     Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... .....                     "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." .....                     "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                     "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" .....                     "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam" .....                     Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI .....                     Manatın taleyi necə olacaq? .....                     Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir .....                     Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır .....                     Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                 

Konstitusiyada çoxsaylı ciddi dəyişikliklər qaçılmaza çevrilir - PAYIZ TƏDARÜKÜ
Tarix: 19-07-2023, 08:57 | Çap et
Konstitusiyada çoxsaylı ciddi dəyişikliklər qaçılmaza çevrilir
2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Bu barədə son günlər informasiyalar yayılır, açıqlamalar verilir. Məlumatlara görə, konstitusiyada bir çox ciddi dəyişikliklər ediləcək. Proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin nəzərdə tutulduğu deyilir.

Məsələn, Milli Məclisin deputatı Erkin Qədirli bildirib ki, 2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. O qeyd edib ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib. “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, referendum konstitusion islahatlarla bağlı olacaq. Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq: “Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.

Erkin Qədirli sosial şəbəkə hesabında yazıb ki, seçki sistemində önəmli dəyişikliyin olacağı - proporsional seçkinin bərpası gözlənilir.

“1995-2002-ci illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır”, - o parlamentari əlavə edib.

Deputatın sözlərinə görə, parlamentin ikiotaqlı ola biləcəyi istisna olunmur: “Əslində güclü Prezident hakimiyyəti olan bir ölkədə birotaqlı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri var. İkiotaqlı parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır. Bu yazını çox uzatmamaq üçün bunun da izahını ayrıca bir yazıda vermək gərəkdir”.

Erkin Qədirli onu da qeyd edib ki, indiki konstitusiyaya görə Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur: “Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni Nazirlər Kabinetinin bütün səlahiyyətləri əslində Prezidentdədir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi)”.

Referendum ehtimalı varmı və qeyd olunan dəyişikliklərə gedilməlidirmi?

DİA.AZ-ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, referendum keçirilməsi ilə bağlı müxtəlif fikirlər var, həmçinin məlumatlar yayılır. Amma bu açıqlamalar və məlumatlar rəsmi deyil. Ona görə də bu gün referendumun nə zaman keçiriləcəyi və hansı məsələlərin referenduma çıxarılacağı barədə qəti söz söyləmək çətindir. Amma dəqiq olan odur ki, Azərbaycanda konstitusiyada müəyyən dəyişikliklərin edilməsi gec-tez həyata keçiriləcək: “Bizim bu gün üçün yalnız proqnoz vermək imkanlarımız var. Bir ildən artıqdır ki, referendumun keçiriləcəyi barədə vaxtaşırı informasiyalar yayılır, açıqlamalar verilir. Mən də hesab edirəm ki, referendum keçirilməsinə ehtiyac var. Yerli icra hakimiyyəti orqanlarının idarəçilikdə təsir imkanları çox azalıb. Bu sahədə dəyişikliklər edilməlidir. 44 günlük müharibədən sonra Azərbaycanda 14 iqtisadi rayon yaradılıb. Bu amil də idarəçilikdə yeni modelin meydana gəlməsini zərurətə çevirir. Yerli idarəçilikdə dəyişikliklər üçün konstitusiyada dəyişikliklərə ehtiyac yaranıb. Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, ölkədə seçicilərin sayı 1 milyon 200 min seçici sayı artıb. Əgər seçki dairəsində 40 min seçiciyə bir deputat nəzərdə tutulursa, onda belə çıxır ki, Milli Məclisdə deputatların sayı 30 nəfər artırılmalıdır. Deməli, deputatların sayı 125-dən 155 nəfərə yüksəldilməlidir. Bu məsələnin həlli üçün konstitusiyada dəyişiklik edilməlidir. 1995-ci ildə konstitusiyamız qəbul edilərkən əhalinin sayı təxminən 7 milyon nəfər idi. 7 milyonluq ölkə üçün o zaman 125 deputat qanunda nəzərdə tutulmuşdu. İndi əhalinin sayı 10 milyonu keçib. Bu da deputatların sayının artırılmasını şərtləndirir. O da mümkündür 50-60 min nəfərə bir deputatın seçilməsi nəzərdə tutulsun. Belə edilsə, deputatların sayı artırılmaya bilər. Bunun üçün də qanunvericilikdə dəyişiklik edilməlidir”.

Ç.Qənizadə dedi ki, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması prosesi gedir. Əsasən fəaliyyəti nəzərə çarpmayan və ya zəif fəaliyyəti olan siyasi partiyalar son aylarda özlərini buraxdıqlarını elan ediblər. Partiyaların fəaliyyəti ilə bağlı yəqin ki, bundan sonra yeni bir mənzərənin şahidi olacağıq. Belə olan halda proporsional seçki sisteminin bərpası da istisna edilmir: “Azərbaycanda qarışıq seçki sistemi tətbiq edilə bilər. Bu məsələnin də həlli üçün konstitusiyada dəyişiklik edilməlidir. Dəyişiklik isə referendum keçirilməklə reallaşdırılır.

Hökumət idarəetməsi sahəsində də qanunvericilikdə dəyişikliklər həyata keçirilməsi mümkündür. Bütün bu qeyd edilən və edilməyən bir çox məsələlər var ki, onların gerçəkləşdirilməsi referendumu labüd edir. Dəyişikliklər olacaqsa, ölkəmizin gücünün artırılmasına, ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Dünən, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Dünən, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Dünən, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Dünən, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Dünən, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Dünən, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Dünən, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Dünən, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Dünən, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru