“Azərbaycanda hələ də təyinatlı məmurlara üstünlük verilir” - Partiya sədri
Tarix: 3-07-2021, 08:36 | Çap et
 Bakıda mer seçkilərinin hansı səbəbdən keçirilməməsi, nə zaman keçiriləcəyi vaxtaşırı gündəmə gələn məsələlər sırasındadır. Bunun da bir sıra səbəbləri var. Belə ki, 2008-ci ildə Azərbaycan Avropa Şurasına üzv olan digər ölkələr kimi paytaxt merinin seçkilər yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb.
Götürülən bu öhdəlik 13 ildir ki, həyata keçirilmir. Bununla Bakı Avropa Şurasına üzv olan dövlətlərin paytaxtları sırasında yeganə paytaxta çevrilib.
Aydınlar Partiyasının sədri, sabiq deputat Qulamhüseyn Əlibəyli mer seçkilərinin bütün ölkə üzrə keçirilməsini vacib hesab edir: “Hesab edirəm ki, yerli idarəetmə sistemində əsaslı dəyişikliyə və islahatlara ehtiyac var. O cümlədən, Azərbaycanda paytaxtda yerli bələdiyyə sistemi formalaşdırılmalıdır. Təkcə Bakının deyil, digər iri şəhərlərimizin idarəetməsi bələdiyyə tərəfindən seçilən, yaxud bilavasitə əhali tərəfindən seçilən mer tərəfindən həyata keçirilməlidir. Təəssüf ki, Azərbaycanda bələdiyyə sistemi formalaşdırılarkən Bakı şəhəri üçün bələdiyyə nəzərdə tutulmayıb. Baxmayaraq ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, yəni yerli idarəetmə ilə məşğul olan konqres dəfələrlə bu tövsiyəni verir. Biz də dəfələrlə bu məsələni qaldırmışıq. Vaxtı ilə Milli Məclisin üzvü kimi bu məsələyə toxunmuşuq.
Təəssüf ki, hakimiyyət yerli idarəetmə sistemində əsaslı dəyişikliklər etmək istəmir. Bakı şəhərində bələdiyyə seçkiləri keçirmək fikrindən uzaqdırlar. Əgər bələdiyyə seçkiləri olarsa, Bakı şəhərində icra hakimiyyətinin fəaliyyətinə ümumiyyətlə ehtiyac qalmayacaq. Düşünürəm ki, təkcə Bakıda deyil, bütövlükdə rayon icra hakimiyyətlərinin ləğvi məsələsinə baxılmalıdır. İkin mərhələdə icra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrə və sonra da bələdiyyələr, yaxud əhali tərəfindən seçilən merlərə verilməlidir”.
AMİP-in beynəlxalq əlaqələr üzrə sədr müavini, siyasi şərhçi Elşən Mustafayev bəzi istisnalarla bütün dünyada bu seçkilərin keçirildiyini qeyd etdi: “İllərdir ki, Azərbaycanda böyük şəhərlərin, xüsusilə, Bakıya rəhbərliyin xalq səsverməsi ilə olmasına siyasi partiyalar, ictimai təşkilatlar, fəal vətəndaşlar çağırışlar edirlər. Bu təklifləri edənlər fərqli yollar göstərsələr də, seçki məsələsində eyni mövqe nümayiş etdirirlər. Əsasən böyük şəhər bələdiyyələrinin seçki yolu ilə formalaşdırılması və bələdiyyə sədrinin-merin birbaşa seçki yolu ilə müəyyənləşməsi təklif olunur. Bələdiyyə dedikdə hazırkı səlahiyyətsiz, icra strukturlarının maşasına çevrilmiş, xalq arasında nüfuzu olmayan bir qurumdan söhbət getmir. İnsanların ürəyindən keçən təxminən Türkiyənin böyük şəhər bələdiyyələri modelidir. Hazırkı qanunvericiliyimiz mərkəzi icra strukturlarına tabe olmayan geniş səlahiyyətli, şəhərin bütün təsərrüfatına şəriksiz məsuliyyət daşıyacaq böyük şəhər bələdiyyəsinin və merin seçilməsinə imkan vermir. Bunun üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır. Görünən isə odur ki, Azərbaycanda mərkəzi hakimiyyət bu cür idarəçiliyin olmasını istəmir. Rayonlarda bələdiyyələrin xırda təşəbbüslərinə belə imkan verməyən icra strukturları bütöv bir şəhərin idarəetməsini seçilmiş merə və bələdiyyə şurasına verilməsi fikrinə təbii ki, qarşı olacaqlar. Onlar üçün şəhərin təyin olunmuş məmur tərəfindən idarə olunması daha məqsədəuyğundur, nəinki xalq tərəfindən seçilmiş mer və şura üzvləri tərəfindən. Amma istər dövlətin, istərsə də, böyük şəhərlərimizin prestijini, nüfuzunu daxildə və xaricdə qaldırmaq üçün şəhərin seçkili mer və kollegial orqanlar tərəfindən idarə olunması vacibdir. Bu eyni zamanda dövlətin üzərinə düşən böyük bir yükün ortadan qalxmasına səbəb ola bilər. Qaranlıq reputasiyaya malik bir neçə kiçik Afrika və Asiya dövlətlərini nəzərə almasaq dünyanın bütün şəhərlərinin hamısında rəhbərlər-merlər seçki yolu müəyyənləşir. Keçmiş sovet respublikalarında, Cənubi Qafqazda-Ermənistanda, Gürcüstanda uzun illərdir ki, şəhər merləri seçki ilə seçilirlər. Tək Azərbaycanda hələ də təyinatlı məmurlara üstünlük verilir. Hansı ki, bu günə qədər təyin olunmuş bir şəhərin icra başçısı belə xalq arasında müsbət sözlərlə xatırlanmır”. //musavat.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Bu gün, 12:29 |
|
|
|
• İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Bu gün, 12:26 |
|
|
|
• Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Bu gün, 12:23 |
|
|
|
• Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Bu gün, 12:16 |
|
|
|
• AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Bu gün, 12:10 |
|
|
|
• Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Bu gün, 12:01 |
|
|
|
• Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Bu gün, 11:50 |
|
|
|
• Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Bu gün, 11:46 |
|
|
|
• "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Bu gün, 11:38 |
|
|
|
• Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Bu gün, 11:25 |
|
|
|
• Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 11:06 |
|
|
|
• İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:03 |
|
|
|
• Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Bu gün, 11:00 |
|
|
|
• Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Bu gün, 10:55 |
|
|
|
• Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Bu gün, 10:51 |
|
|
|
• Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Bu gün, 10:46 |
|
|
|
• “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Bu gün, 10:22 |
|
|
|
• Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Bu gün, 10:19 |
|
|
|
• “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Bu gün, 10:07 |
|
|
|
• Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Bu gün, 10:03 |
|
|
|
• Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Bu gün, 10:01 |
|
|
|
• 10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:56 |
|
|
|
• Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Bu gün, 09:52 |
|
|
|
• Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Bu gün, 09:49 |
|
|
|
• Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Bu gün, 09:44 |
|
|
|
• “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:35 |
|
|
|
• AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
• Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:20 |
|
|
|
• Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Bu gün, 07:41 |
|
|
|
• Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Bu gün, 07:38 |
|
|
|
• Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Bu gün, 07:31 |
|
|
|
• “İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00 |
|
|
|
• "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:56 |
|
|
|
• Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Bu gün, 06:51 |
|
|
|
• “Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Bu gün, 06:48 |
|
|
|
• "Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Bu gün, 06:45 |
|
|
|
• Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Bu gün, 06:41 |
|
|
|
• Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Bu gün, 06:35 |
|
|
|
• Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Bu gün, 06:30 |
|
|
|
• “Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Bu gün, 06:28 |
|
|
|
• İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Bu gün, 06:23 |
|
|
|
• "İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Bu gün, 06:18 |
|
|
|
• Quru sərhədlərin açılması ilə bağlı mühüm anons - AKTUAL
Bu gün, 06:15 |
|
|
|
• ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq - Tramp
Bu gün, 06:00 |
|
|
|
• Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb - KİV
Bu gün, 05:55 |
|
|
|
• Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13 |
|
|
|
• Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10 |
|
|
|
|