Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                 

“Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki...” - Partiya sədri
Tarix: 8-02-2021, 16:40 | Çap et
“Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki...”
Prezidentin fevralın 1-də bir sıra məmurları tənqid etməsi göstərir ki, hakimiyyətin yuxarı eşolonunda təmsil olunan oliqarx məmurlar ciddi problemə çevrilir, müasir düşüncə tərzinin dövlət aparatında oturuşmasında maraqlı tərəf kimi çıxış etmir və indi də gəlir mənbəyi kimi işğaldan azad olunan ərazilərə, xüsusilə Şuşaya göz dikirlər.

“AzPolitika.info” bu mövzu ətrafında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib:

- Sərdar bəy, Prezident İlham Əliyev fevralın 1-də bir neçə yüksək vəzifəli məmuru Şuşada rəhbərlik etdikləri qurumların idarələrini açmaq adı altında ərazi zəbt etmək, iqamətgah yaratmaq niyyətlərinə görə sərt tənqid edib. Bundan az sonra sabiq nazir Səlim Müslümov həbs edilib və mediada korrupsioner məmurlar məsələsi yenidən gündəmə gəlib. Sizcə, nə baş verir və qarşıda hansı prosesləri gözləmək olar?

- Mənim şəxsi fikrimə görə, əslində, Prezidentin bir sıra yüksək ranqlı məmurları tənqid etməsi Şuşa ilə əlaqəli deyil. Şuşa ilə bağlı deyilənlər sadəcə, həmin şəxslərin bir növ gündəmə gətirilməsidir. İndiki halda əsasən bir-birilə əlaqəsi olan şəxslərdən ibarət müəyyən bir məmur qrupunun adının çəkilməsi təsadüfi deyil. Məncə, bu şəxslərin Şuşada yerli strukturlarını yaratmaq təkliflərində qeyri-adi bir şey yoxdur. Onsuz da Prezidentin özü bir sıra qurumların Şuşada idarələrinin açılmasına dair göstəriş verib. Bu, onu göstərir ki, burada daha dərinə gedən problemlər var.

Prezident çıxışı zamanı üstüörtülü şəkildə bildirdi ki, hər şeyi açıb demir və hər şeyi açıqlasa, xalq iyrənər. Xalqı iyrəndirəcək hərəkət nə ola bilər? Məncə bu, onların ya dövlət çevrilişinə cəhd etməsi, ya da torpaqların yenidən işğal altına salınması üçün hansısa hərəkətləri bağlı ola bilər. Əks halda, xalq nəyə iyrənməlidir? Yəni bunların korrupsiya əməllərinə, özbaşınalığına xalq indiyə qədər iyrənməyibsə, daha hansı əməl ola bilər ki, bunlardan iyrənsin?...

Əlbəttə, Prezident fikirlərini açıq ifadə etmədi. Amma bu açıqlamadan qısa müddət sonra hakimiyyətdəki oliqarx nazirlərdən birinə yaxın olan sabiq nazirin həbsi göstərir ki, burada söhbət ciddi siyasi günahlardan gedir.

- Yəni məsələ siyasidir?

- Bəli, siyasidir. Zatən dövlət məmuru istər korrupsiya, istər rüşvət, istərsə də digər qanunsuz əməllə məşğul olsun, əgər tutduğu post siyasidirsə, deməli fəaliyyəti də siyasi hesab oluna bilər. Görünür, həm də siyasi qüsurları olub. Ya bağlı olduqları dövlətin tapşırıqlarını yerinə yetirmək, Azərbaycanda aranı qarışdırmaq istəyirlər, ya da başqa nəsə baş verir. Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki, bu məmurların daha ciddi günahlarını bilir, amma hələlik elan etmir.

- Milli Məclisin deputatı Vahid Əhmədov bəyan edib ki, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon” dirçəlib, sanki onlara ikinci nəfəs verilib, öz “böyüklərilə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başlayıblar. Deputat iddia edib ki, kifayət qədər pulu, gücü olanlar dövlət çevrilişi etmək niyyətinə düşüblər. Sizcə bu, nə dərəcədə inandırıcıdır?

- Əslində, Vahid müəllimin dediklərilə mənim fikirlərim üst-üstə düşür. Diqqət edirsinizsə, “5-ci kolonun” nümayəndələri sülhməramlılar bura gələndən sonra bir-birinin ardınca bəyanatlar verməyə başladılar. Biri dedi Azərbaycan elə Rusiyanın torpaqlarıdır, biri dedi nə yaxşı ki, rus sülhməramlıları gəldi, başqası bəyanat verdi ki, Türkiyənin Dağlıq Qarabağda nə işi var və sair.

Faktiki olaraq, rus sülhməramlıları gəldikdən sonra “5-ci kolon”un nümayəndələri fəallaşdılar və radikallaşdılar. Görünür bu, onların təkcə siyasi mövqeləri deyil və onlar, Vahid Əhmədovun dediyi kimi, başqa formada da aktivləşiblər.

Ola bilsin ki, Rusiyanın maraqlarına uyğun olaraq, hansısa addımlar atmaq fikrindədirlər. Və ya işğaldan azad olunan ərazilərlə bağlı hansısa təxribatlar törətmək istəyirlər və s. Hər şey ola bilər. Bunlar başqa dövlətlərə xidmət edən adamlardır. Nə qədər ki, onlar yüksək vəzifələrdədir Azərbaycanda dayanıqlı sabitlikdən, vətəndaş həmrəyliyindən, milli birlikdən söhbət gedə bilməz.

Bunların əlində təkcə maliyyə cəmləşməyib. Bunların hərbi gücü, maliyyə gücü, həm də dövlət idarəetməsində idarəçilik gücləri var.

Tutaq ki, biri əyləşib hansısa nazirlikdə. Amma eyni zamanda, Daxili İşlər Nazirliyində, prokurorluqda və digər nazirliklərdə əlinin altında olan kadrlar var. Niyə uzun müddət deyirik ki, dövlət idarəçiliyində qohumluq-klan idarəçiliyi ləğv edilməlidir? Biri oturub bu nazirlikdə, qardaşı digər nazirlikdə müavindir, o birisinin də qardaşı idarə müdiridir və s. Deməli, birinin maraqlarına bir balaca toxunsanız, hətta bütün dövlət aparatını belə hərəkətə gətirmək imkanlarına malik olurlar. Bu da çox təhlükədir. Vaxtı ilə Beynəlxalq Böhran Qrupu qeyd edirdi ki, Azərbaycanda ayrı-ayrı nazirliklərin əlində silahlı qüvvələrin olması Azərbaycanda çox təhlükəli proseslərə təkan verə bilər.

Ona yaxın nazirlik və qurumun silahlı dəstələri var. Dövlət Neft Şirkətinin özünün böyük mühafizə xidməti var, Fövqəladə Hallar Nazirliyinin qüvvələri var. Bir vaxtlar Nəqliyyat Nazirliyinin nəhəng mühafizə idarəsi var idi. Bu onu göstərir ki, onlar yalnız maliyyə və iqtisadiyyat üzərində nəzarət həyata keçirmir, həm də dövlət üzərində basqı yaradaraq öz məqsədlərinə çatırlar. Odur ki, onların əlindəki hərbi gücü, dövlət aparatına yerləşdirdikləri kadrları və idarəetmədəki təsir imkanlarını unutmaq olmaz.

- Bəs, çıxış yolu nədir və dövlət üçün üçün real təhlükə ola biləcək qüvvələri hansı formada zərərləşdirmək daha ağrısız olar?
- Burada ilk növbədə Prezidentin xalqa arxayın olması lazımdır. Bəli, ilk dəfə idi ki, Prezident xalqa bu fikirlərini deyirdi. Heydər Əliyev bir zamanlar Rövşən Cavadovu və Surət Hüseynovu zərərsizləşdirmək üçün milyonlarla vətəndaşı küçələrə çağırdı, dövləti gözləyən təhlükələrlə bağlı müraciət etdi və dəstək aldı.

İlham Əliyev də “5-ci kolon”u neytrallaşdırmaqla bağlı istənilən an xalqa müraciət etməlidir. Biz müxalifət olaraq, Azərbaycan dövlətini qorumaq, yadellilərin təsirindən çıxarmaq üçün Prezidentin atacağı istənilən addımı dəstəkləməyə hazırıq. Necə ki, Dağlıq Qarabağın azad edilməsində milli birlik nümayiş etdirdik, müharibənin ideoloji-siyasi əsaslarını hazırladıq, müharibə ilə bağlı beynəlxalq ictimaiyyətin fikirlərini formalaşdırmaq üçün addımlar atdıq, “5-ci kolon”la mübarizədə də eyni həmrəyliyi göstərməyə hazırıq.

- Müşahidələr göstərir ki, iri məmur-oliqarxların hakimiyyətdən uzaqlaşdırılması prosesi hələ 2013-cü ildən başlayıb. İndi artıq hakimiyyətdə olmayan, amma böyük pullara malik olan qruplar da var. Sizcə, belə şəxslərin öz pullarını Azərbaycan iqtisadiyyatına yatırması üçün hansı yol seçilməlidir?

- Əslində, dediyiniz adamlar hakimiyyətdən getsələr də, övladları, nəvələri, qohum-qardaşları, qudaları hakimiyyətdə qalmaqdadır. İkincisi, dövlətə vurulan ziyan qanunlarımıza uyğun şəkildə ödənilməlidir. Onlar bu maliyyəni halal yollarla qazanmayıblar, dövlət büdcəsindən oğurlamaqla əldə ediblər. Deməli, bu pulların hamısı dövlətə qaytarılmalıdır. Bu da şəffaf proses kimi getməlidir. Dövlət büdcəsində xüsusi bir maddə olmalı və korrupsiya ilə mübarizədən büdcəyə daxil olan maliyyə bilinməlidir. Dövlətdən külli miqdarda pul oğurlayanlar həbs olunur, amma biz dövlət büdcəsinə dəyən ziyanın ödənilməsinə dair məlumata rast gəlmirik. Bu halda sual yaranır: bu adamların oğurladıqları pullar hara gedib? Bu baxımdan hökumətin məqsədi təkcə cinayətkarları həbs etmək olmamalıdır, hər şeydən əvvəl dövlətə dəyən ziyanın geri qaytarılmasını təmin etmək lazımdır. Bunun nəticəsində büdcəmiz iki dəfə arta bilər. Həm də ölkədə sosial problemlər həll edilər.

Məsələn, benzinin qiymətinin qalxması dövlətə 450-500 milyon manat xeyir verir. Həımçinin, suyun qiymətinin bahalaşması milyonlarla xeyir gətirir. Amma elə korrupsioner var ki, ondan 2-3 milyard alıb, büdcəyə qoymaq olar. Bu da Azərbaycanda qiymətlərin sabit saxlanılmasına, yeni iş yerlərinin açılmasına, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına sərf edilə bilər. Bu mənada Azərbaycanda korrupsiya ilə bağlı cinayət təqibi kökündən dəyişdirilməlidir. Dövlətə dəyən ziyan ödənilməyənə qədər biz bunu korrupsiyaya qarşı mübarizə kimi dəyərləndirə bilmərik.

Üstəlik, məlumdur ki, hakimiyyətlə əlaqəsi olmayan adam böyük məbləğdə pul qazana bilməz. Hakimiyyətdə olmayanların böyük pullar qazanması hakimiyyətdə olanların vasitəsilə həyata keçirilir. Belə adamlar bir çox hallarda nazirlərin, komitə sədrlərinin, icra başçılarının maliyyəsini “fırladır”, pullarını “yuyur”, qeyri-qanuni gəlirlərinin əldə olunmasında, korrupsiyada iştirak edir və buna görə pay alırlar. Vacib deyil ki, belə şəxslər bilavasitə siyasi hakimiyyətdə təmsil olunsunlar. Siyasi hakimiyyətdəkilərlə yaxınlıq edib pul qazananların da hamısı korrupsionerdir və korrupsiyada ittiham olunmalıdırlar.

Bu dəqiqə adı çəkilən şəxslərin arasında eləsi var ki, bütün Qarabağın bərpasına tələb edilən vəsaitdən bir neçə dəfə çox pulu var. Adamın 400-500 müəssisəsi varsa, bu nə deməkdir? Hələ ofşor şirkətlərdə milyardları, Azərbaycanda yüzlərlə villaları, sarayları olmalarını demirəm. Bunlar ciddi məsələlərdir. Bu şəxslərin bir çoxu xarici dövlətlər tərəfindən müdafiə olunur. Bir qədər də buna arxayın olaraq, xalqa, konstitusiyaya, dövlət başçısına etinasız yanaşırlar.

- Etinasız deyərkən nəyi nəzərdə tutursunuz?

- Məsələn, Prezidentin məlum çıxışından sonra siyasi etika tələb edirdi ki, orada adı çəkilən şəxslər istefa versinlər. Yəni siyasi mədəniyyət bunu vacib sayır. Amma onlar bunu heç ağıllarına da gətirmirlər və heç nə olmamış kimi öz işlərini görürlər.

- Böyük pullara sahiblənən həmin şəxslərin öz kapitallarını ölkəmizə maliyyə amnistiyası vasitəsilə yatırmaları mümkündürmü?

- Bu pulların hamısı dövlət büdcəsinə qayıtmalı, dövlət özü həmin pulları investisiya kimi ehtiyac hesab olunan sahələrə qoymalıdır. Maliyyə amnistiyası verərək, onların oğurladıqları nəhəng pulların leqallaşdırılması Azərbaycanda sərvətlərin ədalətsiz şəkildə paylandığını təsdiqləyəcək və bundan doğan ağır ictimai-siyasi nəticələr yaradacaq. Başqa sözlə, bir nəfər cinayətlə, oğurluqla, adam öldürməklə milyardlarla pul qazanır və biz onu əfv edirik. O da gəlib ölkəmizdə qanuni milyarder kimi fəaliyyətə başlayır. Bu, nə dərəcədə ədalətli və əxlaqlı olardı?

Məncə, maliyyə amnistiyası “kiçik dozada” ola bilər. Məsələn, bir milyon manata qədər. Amma milyardlarla pul dövlətin əleyhinə yönələn fəaliyyətlə əldə edilibsə, bunu necə qanuniləşdirmək olar? Dünyanın heç bir ölkəsində dövlətə bu qədər ağır zərər vuran şəxslər barəsində yüngül tədbirlər görülmür. Məsələn, Çində dərhal güllələyirlər. Koreyada topa qoyub atırlar. İranda devalvasiya olanda iki qızıl mağazasının sahibi qızılın satışını dayandırmışdı. Məntiqləri belə olub ki, onsuz da pul dəyərdən düşür, devalvasiya gedir, qızıl bahalaşacaq. Onların hər ikisi edam olundu. Söhbət həm də İranın çox varlı insanlarından gedir. Dövlətin münasibəti belə olmalıdır.

Təsəvvür edin ki, bizdə zəlzələ olur, bunlar varlanır, müharibə olur, varlanır, koronavirus başlayır, yenə bunlar milyardlar qazanırlar. Dövlət yoxsul kateqoriyanın müdafiəsi üçün tədbirlər həyata keçirir, regionlarda işsizliyin qarşısını almaq üçün vəsait ayırır, amma nəticədə bunlar varlanırlar. Xalq da buna görə, haqlı olaraq dövlət və hakimiyyətdən narazı qalır. Bu narazılığın aradan qaldırılması üçün birinci növbədə xalqı dövlətdən narazı salan hərəkətlərin qarşısı alınmalıdır. Bu adamların məsuliyyət daşıması ayrı məsələdir, amma biz bu gün “nə üçün Azərbaycanda bütün məmurlar istisnasız olaraq korrupsiya ilə məşğuldur” sualını verməliyik. Eləcə də “bunlara qarşı nə üçün vaxtında cəza tədbiri görülməyib?” sualı olmalıdır. Niyə biz gözləməliyik ki, bunlar 100 milyonlar oğurlasınlar? Elə birinci manatı qanunsuz olaraq qazanan zamanı onu neytrallaşdırmaq olardı. Axı mətbuatda uzun illər belə korrupsiya əməllərinə dair məlumatlar dərc edilir. Görün indiyə kimi nə qədər jurnalist korrupsionerləri ifşa etdikləri üçün həbs edilib. Bu işlərdə müvafiq dövlət qurumları da iştirak ediblər. Ona görə, Səlim Müslümovu biz doğrudan da ədalət mühakiməsinə çxarırıqsa, mütləq keçmiş dövrün prokuroru da istintaqa dəvət edilməlidir. Baxaq görək niyə həmin dövrdə prokuror nəzaritini həyata keçirməyib.

- Uzun illər nəqliyyat naziri işləmiş Ziya Məmmədovun kənddə torpaq əkdiyini, mal-qara saxladığını və dolanmağın çətin olduğunu deməsini necə qiymətləndirirsiniz?

- Bu adam Azərbaycan dövlətinə bir neçə milyard ziyan vurub, eləcə də onun sifarişi ilə qətlə yetirilənlər olub. Yəni o həm fərdlərə qarşı, həm də dövlətə qarşı cinayət törədib.

- Ziya Məmmədov?

- Bəli, Ziya Məmmədov. Onun Bakı-Quba yolunun tikintisi zamanı nə qədər pul oğurladığını ortaya çıxarmaq lazımdır. Saldığı beton yol qısa müddətdən sonra dağıldı. İndi 100 milyonlar lazımdır ki, həmin yarıtmaz fəaliyyətin nəticələri aradan qaldırılsın.

Əgər dolanması çətindirsə, o zaman oğlu milyonları haradan tapıb Donald Trampın seçkilərinə qoymuşdu? Və ya oğlu Heydər Əliyev Mərkəzinin qarşısındakı nəhəng oteli hansı maliyyə hesabına tikib? Bunlar milyardlarla vəsaitə malikdirlər. Ağlamaqla heç kimi inandıra bilməz ki, kasıb həyat tərzi keçirir.

Milli Bankın rəhbərini götürək. Gələcəkdə bu şəxsin Azərbaycan dövlətinə külli miqdarda ziyan vurduğunu deyəcək və onu istintaqa dəvət edəcəklər. Amma bu gün heç kəs onu yoxlamır, araşdırmır.
“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Bu gün, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Bu gün, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Bu gün, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru