“İndi biz nə edək, Allahdan kağız alaq ki, Qarabağ ermənilərə aid deyil?” - deputat
Tarix: 8-02-2021, 08:38 | Çap et
DİA.AZ Milli Məclisin deputatı Eldar Quliyevin Pravda.az-a müsahibəsini təqdim edir:
-Fevralın 2-də Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub. Sizcə, ermənilər atəşkəsə niyə əməl etmirlər?
- Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub etdi. Biz öz gücümüzü göstərmişik. Bilirsiniz ki, müharibə bir qədər tez yekunlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev müharibə dövründə çıxışlarında dəfələrlə qeyd etdi ki, Ermənistan işğal etdikləri rayonlardan çıxacaqları ilə bağlı vaxt açıqlasalar, müharibə dayanacaq. Elə də oldu, 2020-ci ilin noyabrın 10-da bəyanat imzalandı, işğalda olan rayonlar mərhələli şəkildə boşaldıldı. Erməni KİV nümayəndələri, vəzifəli şəxsləri, diaspor nümayəndələri məğlubiyyəti qəbul edə bilmirlər. Guya ermənilər həmişə qəhrəman olublar, qalib gəliblər, indi uduzublar. Onlar tarix boyu – 1915-ci, 1918-ci illərdə satqınlıq ediblər. Rus-fars, rus-türk müharibəsində də belə olublar. Erməni siyasətçilərdən biri etiraf edir ki, ilk dəfə idi ki, 1990-cı illərdə qələbə çalmışdıq, onu da 2020-ci ildə uduzduq. Ermənilər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəndə, özlərini qəhrəman xalq kimi göstərirdilər. Təbii ki, biz də sözümüzü deyirdik. Paşinyan Qarabağda yallı gedirdi, deyirdi, “Qarabağ Ermənistandır”. Ermənistanın sabiq müdafiə naziri David Tonoyan qeyd edirdi ki, yeni müharibə yeni torpaqların alınması deməkdir. Bütün dünyaya car çəkirdilər ki, Ermənistan qüdrətli dövlətdir, müasir ordusu var. Amma 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz böyük şücaət göstərdi, torpaqlar işğaldan azad edildi. Artıq, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Azərbaycan xalqı Vətən müharibəsindəki qazandığı qələbəni qeyd edir. Bu ilin yanvarın 20-də Şəhidlər xiyabanına sevinclə getdim. Dedim ki, biz Sizi ziyarətə qələbə xəbəri ilə gəlmişik, torpaqlarımız işğaldan azad edilib. Prezident İlham Əliyev də ümumilli liderin məzarını ziyarət edəndə dedi ki, ata vəsiyətini yerinə yetirdim. Ali Baş Komandan bildirmişdi ki, nəyi, nə vaxt, necə etməyi yaxşı bilir. Bu, doğrudan da, belədir. Bütün bunlara baxmayaraq, ermənilər təxribatlar törədirlər. Düşünürəm, bu davam edəcək...
-Ermənistan müharibədən sonra saxlanılan 62 nəfərin təhvil verilməsinə çalışır. Hətta bu cür də fikirlər səsləndirirlər ki, əgər həmin şəxslər qaytarılmazsa, Naxçıvana yol açılmayacaq...
- Həmin şəxslər əsir deyillər, terrorçudurlar. Bəyanat imzalandıqdan sonra müharibə başa çatıb. Əsir müharibə zamanı olur, saxlanılan 62 nəfər isə müharibədən sonra hücuma keçməyə cəhd göstəriblər. Naxçıvana yolun açılması məsələsinə gəldikdə isə, deyə bilərəm ki, biz bunu da bacarağıq, lazım gələrsə, silah gücünə edəcəyik. Qorxsunlar ki, Zəngəzuru da onlardan alaq. İndiki Ermənistan, tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur ermənilərə son illərdə - XX əsrin əvvələrində verilib. İddiaları “Dənizdən dənizə” Ermənistan yaratmaqdır. Mən də deyirəm ki, “hamamdan hamama”. Əvvəlcə çirkablarını yusunlar, sonra ərazi iddialarına düşsünlər. Ermənistanın hansı dənizə çıxışı olub ki? Qara dənizi deyirlərsə, onlara aidiyyatı yoxdur. Xəzər dənizi də həmçinin. Bunlar hansı xəyallarla yaşayırlar. Erməni əsgəri tankını, topunu atıb qaçır. Hər kəs Azərbaycan əsgərinin qəhrəmanlığından danışır. Ermənilər başa düşmür ki, Azərbaycan insanı üçün torpaqla ana eyni dəyərə malikdir. Baxın, xaricdə yaşayan hansısa iş adamı vəsiyət edir ki, öləndə Azərbaycanda dəfn edilsin. Biz torpağa, vətənə bağlı insanlarıq. Ermənilər papualıların da yanına getsələr, oranı vətən hesab edəcəklər. Onlar vətənlərinin hara olduğunu bilmirlər, hər yerə yayılıblar. Hamı bilir ki, ermənilər Azərbaycan torpaqlarında XIX əsrin əvvəllərində yerləşdiriliblər. İddia edirlər ki, Urartu dövləti ermənilərə məxsus olub, Nuh peyğəmbər bu ərazilərə gəlib və s. Nuh peyğəmbər heç azərbaycanlı-türk olmayıb, erməni haradan oldu? Özləri yalanlarına inanırlar. Onların alimlərdən biri dedi ki, erməni xalqı olmayıb, etnik qrup olub. Politoloq Karen Şahnazaryan bildirir ki, Qarabağ heç vaxt Ermənistanın olmayıb, orada, sadəcə, yaşa bilərlər. Prezident İlham Əliyev də dedi ki, bizim Azərbaycan vətəndaşı olan ermənilərlə heç bir problemimiz yoxdur. Ermənistanın keçmiş Müdafiə nazirinin bacısı Kürdəmirdə yaşamır?! Kababdan yeyir, yatır... İndi biz nə edək, Allahdan kağız alaq ki, Qarabağ sizə aid deyil?
- Erməni silahlıları Xankəndini hələ də tərk etməyiblər...
- Biz erməni deyilik, dediyimiz sözün arxasında dayanırıq. İmzalanan bəyanatda da göstərilib ki, erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər. Mərhələli şəkildə hər şey həll ediləcək, Xankəndi də Azərbaycana qaytarılacaq. Biz istəmirik ki, müharibə yenidən başlasın, amma ermənilər təxribat törətməkdə davam edirlər. Hər kəs şahidi oldu ki, 44 günlük müharibədə dinc əhaliyə neçə dəfə hücum etdilər, Gəncəni, Bərdəni, Tərtəri bombaladılar, Siyəzənə raket atdılar... Bu vəhşiliklərə kim dözər? Biz erməni yalanlarını ifşa etməklə məşğuluq. Görün Ermənistanda vəziyyət hansı səviyyədədir, ağıllı insanlar ölkəni tərk edirlər, qalanlar yetim-yesirlərdir. Beynəlxalq tədbirlə əlaqədar 2018-ci ildə Yerevana getmişdik. Mən 1980-ci illərinə əvvəllərində də orada olmuşam. Əvvəldən necə idisə, elə də qalıb, heç bir inkişaf yoxdur. Hətta vəziyyət daha da pisləşib. Yaşayış şəraitləri, geyimləri bizdən xeyli geridir. Ermənilər deyir ki, biz Bakıdan qovulandan sonra ora xeyli inkişaf edib. Azərbaycanda sabitlikdir, Qarabağı dirçəltmək qarşıya məqsəd qoyulub. Əminəm ki, Qarabağ cənnətə çevriləcək, turizm zonası olacaq.
- Qarabağda baş verənlərlə bağlı sülhməramlılar niyə tədbir görmür?
- Sülhməramlılar tədbir görməlidir, bu, birmənalıdır. Haqlı iradları mən də bölüşürəm.
- Hətta bir neçə gün öncə, Azərbaycana məxsus yük maşınlarını Kəlbəcərə buraxmırdılar...
- Bu, çox böyük narazılıq yaratdı. O ərazilər bizimdir, bizi oraya necə buraxmaya bilərsiniz? Top, tüfəng, raket aparmırıq ki... Açığı bunun səbəbini mən də bilmirəm. Düşünürəm, erməni təxribatıdır. Ruslara çaxırdan, araqdan verirlər, təsir altına salırlar. Azərbaycanı vətəndaşı olan erməniləri biz də qoruya bilərik. Bəzi müxalif qüvvələr iddia edirdilər ki, Türkiyə silahlı qüvvələri Qarabağa gəlməyəcək. Amma gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kişi kimi dediyini etdi. Artıq Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Ermənistanın adı heç “it dəftəri”ndə də yoxdur, bundan sonra da olmayacaq. Hazırda əsas məsələ ərazilərin minalardan təmizlənməsidir. Müharibə başa çatdıqdan sonra itkilərimiz olub. Hər kəs ehtiyatlı olmalıdır, tövsiyələrə əməl etməlidirlər.
- Ermənistan minalanmış ərazilərin xəritəsini niyə vermir?
- Erməni xəritəni verməz. Onlardan yaxşı nəsə gözləmək olmaz. Biz bu əməllərinə görə erməniləri beynəlxalq arenada gözdən salmalıyıq.
- Bütün bunları nəzərə alaraq, sizcə, Qarabağda birgəyaşayış mümkün olacaqmı?
- Qarabağda yenidənqurma üçün plan hazırdır. Ermənilər ərazilərimizi tamamilə dağıdıblar, tarixi abidələrimizi məhv ediblər. Biz Kəlbəcərdən, Ağdamdan, Laçından çıxanda, evləri yandırmadıq, çünki vətəndir, amma ermənilər əksini etdilər. Unitaza qədər aparmaq nə deməkdir? Bu, onların səviyyəsini göstərir. Açığı, bilmirəm, necə yaşayacağıq... Dövlət siyasəti bundan ibarətdir ki, Azərbaycan vətəndaşı olan ermənilər yaşayacaqlar. İstəmirlərsə, getsinlər, özləri bilərlər.
- Bəzən iddialar səslənir ki, deputatlar şəhid ailələri, qazilərlə maraqlanmırlar. Siz bununla bağlı hansı işləri görmüsünüz?
- Azərbaycanda şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Bunu həm dövlət, həm də digər vətənpərvər şəxslər edir. Qurani-Kərimdə yazılıb ki, bir əlin etdiyini, o biri əl bilməməlidir. İmkanı olan şəxslər də o ailələri diqqət mərkəzində saxlayırlar. Kimsə deyirsə, şəhid ailələrinə diqqət göstərilmir, deməli, o, təxribatçıdır. Amma hər şeyi də dövlətin, Ali Baş Komandanın üzərinə qoymaq olmaz, məmurlar da dəstək verməlidirlər. Xalqda vətənpərvərlik hissi yüksəkdir. Cəmiyyət olaraq 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdik, qalib gəldik. “Dəmir yumruq” ermənilərin başını əzdi. Deputatı olduğum seçki dairəsi üzrə şəhid ailələrinin və qazilərin siyahısını hazırlamışıq, mütəmadi yardımlar edirik, onları narahat edən problemlərin həllinə çalışırıq. Dostum mənə son model “iPhone” hədiyyə etmişdi. Evdə idi, işlətmirdim. Oğlum dedi ki, qazilərdən birinə baş çəkib, istəyi “iPhone”dur. Dedim, aparın verin, təki onlar sevinsinlər. Adını da deyə bilərəm maraqlanasınız. Digər qaziyə “Samsung” markalı telefon hədiyyə edilib. Bundan əlavə, Vətən müharibəsi iştirakçılarından 3 nəfərini işlə təmin etmişik. Mütəmadi o ailələrə baş çəkirik, yardımlar edirik. İnanmayan ərazidə sorğu apara bilər, məni hər kəs tanıyır. Qarşıdan Novruz bayramı gəlir, o ailələrə yardımlar ediləcək. Biləsiniz ki, biz o insanlara xüsusi diqqət göstəririk. Kömək üçün müraciəti heç vaxt cavabsız qoymuram. Bir neçə gün öncə, Tofiq Bəhrəmov adına stadiondan çıxırdım, bir gənc yaxınlaşdı, kollecdən kənarlaşdırıldığını bildirdi. Dərhal Təhsil Nazirliyi ilə əlaqə saxladım, sağ olsunlar, problemi həll etdilər. Bəzi hallarda deyirlər ki, deputatlar insanlara kömək etmirlər. Bunu hamının adına yazmaq olmaz axı. Görülən işləri ictimailəşdirməyi, reklam etməyi doğru hesab etmirəm.
- Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir qrup məmuru tənqid etdi. Məmurların bu davranışı sizdə təəccüb doğurdumu?
- İşğaldan azad edilən ərazilərdə “Azərittifaq”ın pivə zavodu, mağazalar, anbarlar, ictimai iaşə, emal, tikinti müəssisələri var idi. Ermənilərin işğal zamanı heç bir şey çıxara bilmədik. Dəyəri milyardlarla ölçülən itkilərimiz oldu. Torpaqları azad etmişik, dövlət o əraziləri tam bərpa edəcək. Proqramda nə nəzərdə tutulubsa, o cür də hərəkət edəcəyik. Mənə dedilər ki, bəlkə müraciət edəsən, etiraz etdim. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bir qrup məmur haqqında iradlarını bildirdi. Hər kəs o çıxışı izlədi, “Halal olsun, cənab Prezident” dedilər. Hərdən bəzi məmurları yada salmaq lazımdır. Dövlət başçısı son zamanlar korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərini gücləndirib. Bu məsələ ilə bağlı siyasi iradə var. Prezidentin adını çəkdiyi məmurları yaxşı tanıyıram. Düşünürəm, hər bir məmur vəzifəyə təyin ediləndə dövləti və xalqı düşünməlidir. Bəzi şəxslər vəzifəyə təyin olunan kimi bahalı avtomobil, həyat yoldaşına şuba alır. Sizi vəzifəyə ailənizə görə təyin etməyiblər ki... Prezidentin iradı hamımıza aiddir. Dövlət başçısı deyir ki, özünüzə deyil, vətəndaşlara şərait yaradın. Qarabağı elə bir səviyyəyə çatdırmalıyıq ki, görənlər heyran olsun.
- Benzinin, suyun qiymətinin artırılması narazılıq yaradıb. Siz qiymət artımını gözləyirdinizmi?
- Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında da bu məsələ müzakirə olundu. Deputatlar Tarif Şurasının qərarından narazılıqlarını ifadə etdilər. Heç olmazsa, deputatlarla məsləhətləşməli idilər. Amma qiymət artımı təkcə Azərbaycan deyil, Türkiyədə də baş verir. Suyun qiymətinin artırılması bütün məhsulların qiymətinə təsir edəcək. Doğrusu, qiymətin birdən-birə iki dəfə artırılmasını gözləmirdim. Deyirdilər, 10 qəpik artacaq, amma... İnsanlardan xahiş etmək lazımdır ki, suyu qənaətlə işlətsinlər. Özümdə də dəfələrlə rastlaşmışam ki, insanlar su kranını açıq saxlayırlar. Söhbət burada sayğacın artıq yazmasından getmir. Hər kəs bilir ki, Azərbaycanda su qıtlığı var. Qlobal istiləşmə ilə bağlı həyəcan təbili çalınır. Təklif etmişəm ki, çirkab suları təmizlənsin, əkin sahələrinin suvarılmasına istifadə edilsin. Araşdırın görün, ABŞ-da taxılın suvarılmasına nə qədər su gedir, Azərbaycanda nə qədər. Biz suyu daha çox işlədirik, məhsuldarlıq da aşağı olur. Əkin sahələri xüsusi sistemlərlə suvarılmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|