Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                 

Mütəllibov hansı məşhur müxalifətçilərin qətlinə fərman veribmiş - Skandal açıqlamalar, ittihamlar...
Tarix: 30-01-2021, 10:08 | Çap et
Mütəllibov hansı məşhur müxalifətçilərin qətlinə fərman veribmiş
Azərbaycan Xalq Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuş Pənah Hüseynin 1992-ci il, 14 may hadisələri ilə bağlı yazdığı silsilə məqalələr geniş müzakirələrə yol açıb. “Yeni Müsavat” xəbər verir ki, P.Hüseynin eks-prezident Ayaz Mütəllibovun yenidən iqtidara qayıdışına cəhdləri haqda açıqladığı nüanslar skandala səbəb olub.

Sabiq baş nazir həmin dönəmlə bağlı sensasion məqamlara toxunub, Mütəllibova ittihamlar səsləndirib. Onun sözlərindən belə məlum olur ki, keçmiş prezident AXC rəhbərliyində olan bir neçə müxalifətçi məşhur simanı aradan götürməyə təlimat veribmiş. AXP sədri, eyni zamanda, AMİP-in o dövrdəki lideri Etibar Məmmədovu ölkədən qaçmaqda ittiham edib.

Bu proseslərin xronologiyasını yazaraq feysbuk hesabında yayan P.Hüseynə siyasətçilərdən reaksiyalar gəlməkdədir. Sabiq baş nazir qeyd edib ki, AXC rəhbərliyi 14 mayda çevriliş olacağını bütün detalları ilə əvvəlcədən bilirmiş.

“1992-ci ilin 12 mayı axşam saat 10 radələrində Əbülfəz Elçibəy mənə telefonla AXC rəhbərliyini fövqəladə toplantıya yığmaq göstərişini verdi. Mən o vaxt AXC-nin Sədr Aparatı olan AXC İcraiyyə Komitəsinin rəhbəri idim. Həmin gün Əbülfəz bəy mühüm görüşlərinin olacağını demişdi. Prezidentliyə namizəd olduqdan sonra, o, görüşlərini bir qayda olaraq AXC qərargahında keçirirdi. Lakin həmin mühüm görüş qərargahda olmamışdı. Toplantı gecə saat 11 radələrində baş tutdu. İclasda AXC parlament qrupunun rəhbəri İsa Qəmbər, AXC sədrinin müavini İsgəndər Həmidov, AXC Məclisinin sədri Arif Hacılı, katibi Çingiz Qəniyev və Rauf Qarayev, AXC İnformasiya Mərkəzinin direktoru Niyazi İbrahimli, Əbülfəz Elçibəyin Seçki Qərargahının rəhbəri Sabit Bağırov, AXC İcraiyyə Komitəsinin üzvlərindən bir qrupu iştirak edirdi”, - deyə P.Hüseyn bildirib.

Onun sözlərinə görə, toplantıda Əbülfəz Elçibəy məlumat verib ki, dəqiqliyi şübhə doğurmayan informasiyaya görə, mayın 14-də Ali Sovetin sessiyası çağırılacaq: “Sessiyada Xocalı Komissiyasının məlumatı məsələsi qoyulacaq, Ayaz Mütəllibovun günahsızlığı elan olunaraq, 6 mart 1992-ci il sessiyasının qərarları ləğv ediləcək; Ayaz Mütəllibovun prezidentliyi bərpa olunacaq; elə sessiyanın gedişində daha fəal şəkildə etiraz etmələri ehtimal olunan Demblok deputatlarından Arif Hacıyev, Etibar Məmmədov və ya Tofiq Qasımovdan biri sessiyanın iclasında silahlı şəxslər tərəfindən öldürüləcək, seçki dayandırılacaq, ölkədə fövqəladə vəziyyət elan ediləcək və AXC-yə qarşı terror başlanacaq, böyük qan töküləcək... Sonrakı günlərdə baş verənlər məlumatın nə qədər dəqiq olduğunu göstərdi”.

P.Hüseyn yazıb ki, AXC rəhbərliyinə ailə üzvləri ilə birlikdə Türkiyə səfirliyindən sığınacaq istəmələri təklif edilirdi: “Bildirilmişdi ki, təxminən 300 adama sığınacaq verilə bilər. Bundan əlavə, müxalifət mühacirətdə hökuməti yaratmaq barədə düşünərsə və bu istiqamətdə yardım göstərilməsi istənilərsə, mümkün variantlar nəzərdən keçirilə bilər.

AXC sədri bildirib ki, ona deyilənə görə, eyni təkliflər Etibar Məmmədova da edilib. Həmin günün səhəri Türkiyəyə gedən Etibar Məmmədov sonralar mənimlə söhbətində ona belə bir məzmunda məlumatlar verilmədiyini bildirmiş və tamamilə fərqli versiya söyləmişdi.

Onun dediyinə görə, onunla Türkiyə baş nazirinin müavini əlaqə saxlamış və baş nazirin adından Azərbaycanla bağlı fövqəladə mühüm məsələlərin müzakirə edilməsi üçün onu təcili Türkiyəyə dəvət edibmiş. Türkiyəyə çatdıqdan sonra isə onunla əlaqəyə girən şəxslərin münasibətinin dəyişdiyini, vəd edilən görüşlərin ləngidildiyini hiss edib. Bakıdakı hadisələr haqqında xəbər aldıqdan sonra dərhal Azərbaycana qayıtmaq istəyib. Lakin bu təşəbbüsü faktiki olaraq, əngəllənib. Etibar Məmmədov iddia edir ki, bu AXC-ni hakimiyyətə gətirmək xətti götürmüş Türkiyədəki dairələrin onu qəsdən Azərbaycandan uzaqlaşdırmaq planının tərkib hissəsi olub ki, onun bu plana mane olmasının qarşısı alınsın".

P.Hüseyn birmənalı şəkildə axırıncı iddianın əsassız olduğunu bildirir: “Çünki yuxarıda qeyd etdiyim kimi, 14 maydan cəmi iki gün əvvəl AXC sədrinə təklif olunmuşdu ki, yaxın ətrafı ilə Türkiyəyə getsin və orda mühacir hökuməti elan etsin. AXC rəhbərliyinə isə təklif olunurdu ki, ailələri ilə birgə siyasi sığınacaq istəyib, diplomatik toxunulmaz ərazilərdə yerləşsinlər.

Və əgər 12 mayda bu təklif qəbul edilsəydi, hadisələr tamamilə başqa, AXC-nin hakimiyyətdən əl çəkməsi istiqamətində cərəyan edəcəkdi. İrəliyə gedərək qeyd edim ki, mühacirət hökuməti layihəsi həmin gün müzakirə edilən və qərarlaşdırılan məsələlərdən biri olmuşdu. Həmin müzakirənin və alınan qərarın nəticəsi olaraq Sabit Bağırov və Nəcəf Nəcəfov artıq 14 mayda Ankarada idilər. Biz artıq 13 mayda Etibar Məmmədovun Türkiyədə olduğunu bilirdik və Sabit Bağırovla Nəcəf Nəcəfova tapşırılmışdı ki, Türkiyədə burdan xüsusi göstəriş olana qədər Etibar Məmmədovla əlaqəyə girməkdən çəkinsinlər.

Türkiyəyə çatdıqdan az sonra Nəcəf Nəcəfov məlumat verdi ki, onlara Etibar Məmmədovla görüşüb televiziyaya çıxmaları , birgə mövqe açıqlamaları təklif olunur. AXC rəhbərliyi bu məsələ barədə mövqeyini dəyişmədi və həmin görüş, efir və birgə bəyanat təkliflərinin qəbul edilmədiyini bildirdi. Yenə irəli gedib əlavə edim ki, 17 mayda İsa Qəmbərin Ali Sovetin sədri və Prezident səlahiyyətlərini icra edən şəxs seçilməsi formasında artıq AXC-nin hakimiyyət məsuliyyətini götürməsi məsələsi müzakirə ediləndə məhz Türkiyə tərəfi israrla tövsiyə edirdi ki, Etibar Məmmədov kənarda qalmasın..."

Onun bu açıqlamalarına Müsavat Partiyasının başqanı Arif Hacılıdan reaksiya gəlib. A.Hacılı sosial şəbəkədə paylaşılmış məqaləyə şərh yazaraq qeyd edib ki, P.Hüseyn bu barədə əvvəllər də yazıb.

“Yenə təkrar edirsiz ki, Ali Sovetin 14 may sessiyası günü Tofiq Qasımov, Arif Hacıyev və Etibar Məmmədovdan birinin sessiyanın gedişində güllələnəcəyi barədə məlumat verilmişdi. Xatırladığıma görə burada Etibar Məmmədovun adı yox idi. Ola da bilməzdi”, - deyə A.Hacılı vurğulayıb.

Müsavat başqanı söyləyib ki, Məmmədov Mütəllibovla yaxşı münasibətlər qurmuşdu: “Hətta Mütəllibov xaricə gedib-gələndə hava alanında onu yola salıb, qarşılayanların cərgəsində dayanırdı. Biz Mütəllibovun istefasını tələb edəndə deputatlıqdan istefa verdiyini bəyan edib Ali Sovetin yuxarı mərtəbələrindən birinə çəkilmişdi. Yaqub Məmmədovla da münasibətlər qurmuşdu. Məhz onun səyləri ilə Rəhim Qazıyev müdafiə naziri, Tahir Əliyev Daxili İşlər naziri təyin olunmuşdu. Özü də Baş nazirin xüsusi səlahiyyətli müavini olmalı idi. Sadəcə, Yaqub Məmmədov bu planı həyata keçirə bilmədi”.

A.Hacılı sual edir ki, bu halda E.Məmmədovu niyə öldürməliydilər: “Bu, həm də fiziki cəhətdən mümkün deyildi. Çünki bəhs etdiyiniz müddətdə Etibar Məmmədov bizə, həmçinin ona olunan Türkiyədə sığınacaq təklifini qəbul edib ölkəni tərk etmişdi. Mənim və Tofiq Qasımovun sessiyanın gedişində güllələnmə planı isə aydın idi. 14 may sessiyası deputat blokumuzun tərəfindən boykot olunmuş, bu sessiyada AXC-nin təmsilçisi olaraq mənim, deputat blokunun təmsilçisi olaraq Tofiq Qasımovun iştirakı barədə qərar qəbul olunmuşdu. 14 may sessiyasına yalnız ikimizin gedəcəyi əvvəlcədən bilinirdi. 14 may günü biz Tofiq Qasımovla bu məlumatı bilsək də silahlı quldur dəstələri ilə əhatə olunmuş Ali Sovetin binasına getdik. Əvvəlcədən getmişdik ki, bizim oraya gəlişimizin qarşısını almaq mümkün olmasın. Tofiq Qasımovun Ali Sovet binası yaxınlığında olan evində sessiyanın başlanmasını gözləyirdik. Sonra AXC-nin qərarı, Elçibəyin və İsa Qəmbərin xüsusi təkidlərindən sonra sessiyanın toplantısına qatılmadıq”.

Həm P.Hüseynin, həm A.Hacılının ittihamlarına cavab verən Etibar Məmmədovun köməkçisi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Pənah Hüseyn həmişə olduğu kimi yenə də həqiqətləri və faktları təhrif etməyə səy göstərməkdədir. Onun sözlərinə görə, eləcə də Arif Hacılı uzun illərdir ki, cəmiyyəti çaşdırmağa çalışır: “Anlamırlar ki, bu metodla daşıdıqları məsuliyyətin və fərsizliklərin altından çıxa bilməyəcəklər. Onların uğursuz cəhdlərinə baxmayaraq əsl həqiqətlər, o dövrdə baş verən hadisələr, onların idarəçiliyinin yarıtmazlığı barədə reallıqlar üzə çıxır, cəmiyyət onları daha yaxından tanıyır”.

AMİP funksioneri hesab edir ki, P.Hüseynin 1992-ci il 14 mayla bağlı yazdıqları yalandır: “Dəfələrlə vurğulanıb ki, Etibar Məmmədovu Türkiyəyə səfəri rəsmi xarakter daşıyıb. Çox keçmədən məlum olub ki, Etibar bəyi Türkiyəyə rəsmi dəvət etməkdə məqsəd onu Azərbaycandan kənarlaşdırmaq və çevriliş yolu ilə hakimiyyətin AXC-yə verilməsinə nail olmaqdır. Etibar bəyə Türkiyəyə köçmək və orada mühacir Azərbaycan hökuməti qurmaq təklifi olub. Amma qəti şəkildə imtina edib. Ona dəvət Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilib və Süleyman Dəmirəlin adı ilə dəvət olunub.

Təsadüfi deyil ki, onun Türkiyədən vətənə dönməsinə də 3 gün orada maneçilik törədilib. Təəssüf ki, bu plan baş tutub və silah gücünə AXC hakimiyyəti ələ keçirir. Qanlı və vahiməli sovet imperiyasından qorxmayaraq gizli yollarla imperiyanın mərkəzi Moskvada Azərbaycan həqiqətlərini mətbuat konfransı ilə dünyaya çatdıran və 9 ay Lefertovo həbsxanasında saxlanılan Etibar Məmmədovu dolayısı ilə də olsa ölkədən qaçmaqda suçlamaq vicdansızlıqdır".

Ə.Orucovun sözlərinə görə, A.Mütəllibovla sıx münasibətdə olanlar özləri idi və onun kadrlarını da yüksək postlara çəkdilər, yaxud da toxunmadılar: “Mütəllibovu yenidən prezidentliyə qaytaran Ali Sovet eyni gündə baş nazirlik vəzifəsini təsdiq etmiş olduğu Rəhim Hüseynovu nədənsə istefaya göndərmədilər və postunda saxladılar. Pənah Hüseyn və Arif Hacılı hesab edirlər ki, 1992-1993-cü illərin üzərindən 30 il vaxt keçib, yeni nəsil formalaşıb, bu cür yalanlarla yeni nəsli çaşdıra bilər və yanlış informasiyaları beyinlərə yeridə bilərlər. Mərhum prezident Elçibəyin kölgəsində gizlənərək çıxardıqları oyunbazlığın nəticəsi idi ki, bunların əlindən xilas yolunu heç kəsə demədən başını götürüb gecə ikən Kələkiyə qaçmaqda gördü. Bunlar təkcə qorxaq, yarıtmaz, fərsiz idarəçilər deyildilər, həm də Prezident İlham Əliyevin dediyi kimi fərarilərdir. Fərarilərin də aqibəti faciəli və biabırçı olmalı idi, elə də oldu. Hər dəfə təkrar-təkrar yalanlar üfüləməklə deyil, onlara layiq olduqları qiyməti xalq verib və məsuliyyəti də başqalarının üzərinə ata bilməzlər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Bu gün, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Bu gün, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Bu gün, 17:02
“Trampın növbəti şousu” - Sky News
Bu gün, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Bu gün, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Bu gün, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Bu gün, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Bu gün, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Bu gün, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Bu gün, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Bu gün, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru