NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                 

Ayaz Mütəllibov milləti hərəkətə keçməyə çağırdı - "Sözlə, şüarlarla kifayətlənməyək..."
Tarix: 17-07-2020, 08:13 | Çap et
Ayaz Mütəllibov milləti hərəkətə keçməyə çağırdı
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov son günlər Ermənistan hərbi birləşmələrinin dövlət sərhəddimizdə növbəti genişmiqyaslı hücum cəhdindən sonra yaranmış gərgin situasiya ilə bağlı xalqa, siyasi qüvvələrə müraciət edib.

Müraciətdə deyilir:

“Vətənimiz, xalqımız növbəti dəfə ağır bir sınaq, imtahan qarşısındadır. Bir tərəfdən pandemiya - xəstəlik elan olunmamış “müharibə”ni davam etdırir və bunun törətdiyi fəsadlar olduqca ağırdır: istər insan təlafatı, istərsə də iqtisadi zərərləri göz qabagındadır. Digər tərəfdən isə ermənilərin son xain hucumları əsgər balalarımızın, hətta general, polkovnik və mayorlarımızın şəhid olmasına, gərginliyin daha da artmasına gətirib çıxardıb.

Şəhidlik zirvəsinə ucalmış qəhrəman general, zabit və əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlıği verir, “Allah rəhmət eləsin!”, “Vətən sağ olsun!” deyirəm.

Xalqın səbr kasası haqlı olaraq daşıb... Axı nə qədər gözləmək olar? Nə qədər bu təcavüzkar Ermənistanın nazı ilə oynamaq olar?..

Axıdılan qanlara, nahaq qurbanlara görə bütün məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür. Erməni siyasətbazları bu vəziyyətdə belə, yenə də öz riyakarlıqlarından əl çəkmirlər. Bütün dünya Azərbaycanın haqq tərəf olduğunu çox gözəl bilir və beynəlxalq hüquq, qanunlar bizim tərəfimizdədir. Amma 30 ilə yaxındı, biz zülm altındayıq, ərazilərimiz işğal olunub. Belə bir vəziyyətdə isə bir sıra təşkilat və dövlətlər bizdən güzəşt tələb edirlər - böyük haqqsızlıqdır. Təcavüzkar tərəf Ermənistandı və onlar dərhal torpaqlarını azad edib öz ərazilərinə çəkilməli və soydaşlarımız öz dədə-baba yurdlarına sahib çıxmalıdır. Çünki xalqımız bu işğalla heç zaman barışmayıb və barışmayacaq da...

Söylədiyim bu fikirləri ölkə rəhbəri olduğum zaman bütün beynəlxalq görüşlərdə vurğulamışdım. Bütün ölkə rəhbərlərini, super dövlətləri Azərbaycan xalqının öz torpaqlarını heç zaman heç kimə güzəşt etməyəcəyi barədə xəbərdar etmişdim. Bu qün qeyrətli gənclərimiz öz əməlləri ilə xalqımızın bu əzmini sübut edirlər...

Son hadisələrə gəldikdə isə onu deyə bilərəm ki, bir nəfər kimi hamı siyasi baxışından, əqidəsindən asılı olmayaraq dövlətin ətrafında sıx birləşməlidir. Düşmən tərəf ilk növbədə bizim milli birliyimizi pozmağa çalışaraq aramıza təxribat, düşmənçilik toxumu səpməyə cəhd edir...

1991-1992-ci illərin hadisələrini yada salsaq, kifayət edər... O zaman da Prezident kimi mən nə qədər çalışsam da, müxalif qüvvələri dəfələrlə müstəqilliyimiz, ərazi bütövlüyümüz naminə dialoqa dəvət etsəm də və bu istiqamətdə konkret addımlar atsam da, faydası olmadı. Hakimiyyətə müxalifyönlü bəzi şəxslər və qruplar xarici mərkəzlərin sifarişi ilə bütün nifrəti erməni təcavüzkarlarının üzərinə yox, Prezidentin hakimiyyətinə doğru yönəltdilər. Halbuki, dövlətin, xalqın, ərazimizin müdafiəsində birbaşa məsuliyyət mənim üzərimdə idi . Qəsbkar qonşularımıza qarşı birgə mübarizə əvəzinə, hakimiyyətlə, Prezidentlə mübarizəni üstün tutub dövləti iflic vəziyyətinə saldılar. Nəticədə xalqla rəhbərlik arasında dərin uçurum yarandı, düşmənə qarşı müqavimətimiz zəiflədi ki, bu da torpaqlarımızın işğalına yol açdı. Bu faktı yanız indi o vaxtkı siyasətçilərin böyük əksəriyyəti qəbul edir. Uzun illər biz o illərin “demokrat” adlanan müxalif qüvvələrinin xain əməllərinin əziyyətini çəkdik və hələ çəkməkdə davam edirik...

Amma bu gün vəziyyət tamam fərqlidir. Məndə olan məlumata qörə, əksər siyasi qüvvələr bu çətin, həssas qünlərdə dövlətin və Prezidentin yanında olduqlarını dilə gətiriblər. Alqışlanmağa layiq bir haldı. Həqiqətən də övladlarımızı itirdiyimiz, şəhid verdiyimiz bir vaxtda öz ambisiyalarını güdmək, bu çətin şəraitdən istifadə etmək Xalqa, Dövlətə qarşı xəyanətdən başqa bir şey deyildir. Öncə dediyim kimi, zamanında mən bu xəyanətlə ağır bir formada üzləşdim. İmkan vermək lazımdı ki, dövlət bütün fikrini, gücünü və potensialını düşmənlə, təcavüzkarla mübarizəyə yönəltsin. Təxribatlar törətməklə, xalqın içində çaxnaşma, panika yaratmaqla düşmənin dəyirmanına su tökmək Vətənə xəyanət kimi qiymətləndirilməlidir!..

Bu qün bizim şox güclü, professional, hazırlıqlı ordumumuz var. Bütün lazımi texnika və silahlarla təhciz olunmuşuq, bir vaxlar biz yalnız bunu arzu edə bilərdik. Tam əminliklə demək olar ki, ordumuz torpaqlarımızı qeri qaytarmağa, bütün ərazimizdə suverenliyimizi bərpa etməyə qadirdir. Üstəgəl dövlət başçısı Prezident İlham Əliyev də bu istiqamətdə qətiyyət nümayiş etdirir. Onun son çıxışlarını izlədikdə bunun şahidi oluruq. Gəlin hamımız bir xalq olaraq dövlətimizin, ordumuzun yanında olaq . Və yalnız sözlə, şüarlarla kifayətlənməyək. Faktiki əməllərimizlə bunun belə olduğunu sübut edək.

Mən də bir eks-prezident, keçmiş dövlət başçısı kimi bir daha bütün xalqı həyati vacib məsələdə dövlətimizə, ordumuza dəstək verməyə, arxa olmağa çağırır, təxribatlara uymamağa, nizam-intizamlı olmağa, ən əsası, olduqca ayıq-sayıq olmağa çağırıram. Sevinirəm ki, bu qünlərdə minlərlə Azərbaycan gənci öz vətənini qorumaq əzmini nümayiş etdirərək könüllü olaraq vahid düşmənimizə qarşı döyüşlərə atılmaq üçün müraciətlər edirlər. Bu artıq bizim qələbəmizdir. Allah bu müqəddəs, haqq mübarizədə Vətənimizi, Dövlətimizi, ordumuzu qorusun və bizi tezliklə Qarabağda qələbəyə nail etsin!..” /Moderator.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru