Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                 

“Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur” - deputat
Tarix: 16-07-2020, 09:03 | Çap et
“Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur”
Azərbaycanın sanki alnına yazılıb ki, nə zaman öz müqəddəs haqları uğrunda mübarizəyə qalxsa, biriləri ona hərtərəfli pislik eləmək istəsinlər.

Biz dostumuzu və düşmənimizi yaxşı tanıyırıq, zərbənin haradan, necə gəldiyini də bilirik, arxamıza bıçaq saplayan xainləri, içimizdəki satqınları da görürük.

Onu da görürük ki, hakimiyyətə olan münasibətini, hikkəsini, zəhərini Azərbaycanın ən kritik dövrlərində millətin, ölkənin üstünə tökənlər var.

Biz nə zaman düşmənlə səngərdə savaşırıqsa, nə vaxt xalq doğal hüquqlarını tələb etmək üçün ayağa qalxırsa, ermənidən geri qalmayan bəzi pisliklər, nanəciblər ortaya çıxırlar.

Baxın, Tovuz istiqamətində neçə gündür döyüşlər gedir, Ermənistan cəmiyyəti və rəsmiləri mütəşəkkil hazırlıq görüb, çoxsaylı itkiləri etiraf etmək istəmirlər, amma içi qurd salmış, bizimlə eyni pasportu daşıyan adamlar var ki, qeyri-dəqiq məlumatlar yayırlar, yersiz çağırışlar edirlər, dezinformasiya fontan vurur, erməni mediasına “yem” ötürürlər.

Bu da azmış kimi, insanlar orduya dəstək və şəhidlərin ruhuna ehtiram üçün küçələrə axışır, yürüş edir, Qarabağ hayqırır, di gəl hansısa marginal qruplar provokasiyaya əl atırlar, gah Milli Məclisin qapılarını qırırlar, gah polisə daş atırlar və kütlənin, əsasən gənclərdən təşəkkül tapmış yürüşün fəlsəfəsini, mahiyyətini dəyişməyə çalışırlar.

Sonra Avropada yerləşən erməni xislətli bir azərbaycanlı sosial mediada canlı yayıma çıxır, “göz yaşlarına qərq olur”, xalqa bəyan edir ki, guya bizim diviziyamız vurulub, səfərbərlik elan olunmalıdır. Və məlum olur ki, nə diviziyamız vurulub, nə də yalandan ağlaşmağa ehtiyac var.

Məsələ bu qədər bəsitdir - niyə belə edirlər, nə üçün hər dəfə Azərbaycana ziyan vurmaq istəyirlər?

Ordumuz və Qarabağ üçün yürüş olur, proses ziyanımıza çevrilir, düşmənə sarsıdıcı zərbələr endirilir, təxribatçılar dezinformasiyalar yayırlar. Axı niyə?

“Azərbaycanda qonşu ölkələrin kəşfiyyatının işlədiyini etiraf etməliyik, nəcib bir aksiya təxribatçı prosesə çevrildi”
Deputat Fazil Mustafanın fikrincə, Azərbaycanda qonşu ölkələrin kəşfiyyatının işlədiyini etiraf etməliyik. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, bir neçə yerdə təzahürlərinə şahidlik etmişik.

“Sonuncu belə hadisə Bakıda keçirilən nəcib bir aksiyanın, xalqın şəhid generalına vəfa borcu yürüşünün təxribatçı bir prosesə çevrilməsi oldu.

Bu təxribatçı dəstələr sosial şəbəkələrdə də fəal işləyirlər, söyüş kampaniyası aparırlar, müxtəlif yutub kanallar üzərindən Azərbaycan dövlətinə, hökumətinə və xalqa yönəlik çıxışlar edirlər.

Onların məqsədi cəmiyyəti çaşbaş salmaqdır. Əfsus ki, Azərbaycanın belə vəziyyətdə ziyalı potensialının aşağı olmasını da qeyd etməliyik", - F.Mustafa bu qənaətdədir.

Deputatın sözlərinə görə, Azadlıq meydanına, sonra Şəhidlər Xiyabanına doğru olan orduya dəstək yürüşü xoş bir niyyət idi:

“Bu yürüşün yekunu necə olmalıydı? İştirakçılar şəhidlərin ruhuna dualar oxumalıydı, erməni qəsbkarlarına etiraz bildirilməliydi, sonra hamı intizamlı şəkildə, ordumuza və şəhidlərimizin ruhuna hörmətlə çıxıb getməliydi. Sən hansı əsasla orada üç saat qalırsan və fikirləşmirsən ki, Azərbaycanı gözü götürməyən qüvvələr həmin müddətdə insanları hansısa təxribatlara çəkə bilər, provokasiyalar olar.

Bu, orduya dəstək yürüşüdür, hansısa məsələ həll olunmur, qisas Bakıda yox, cəbhədə alınır, amma saatlarla orada dayanırlar.

Üstəlik, yeni təxribat növü ilə çıxış edirlər ki, niyə deputatlar kütlənin qarşısına gəlmədi. Əvvəla, bu mitinq deyil, vətəndaşların hansısa probleminin həlli ilə bağlı aksiya keçirilmir ki, deputat camaatın qabağına çıxsın. İnsanlar ordumuza dəstək yürüşü keçirirdilər".

F.Mustafanın fikrincə, polis yürüş iştirakçılarına qarşı heç bir zor tətbiq etmədiyi halda təxribatçı qruplar polis maşınlarını aşırdılar, şüşələrinə daş atdılar: “Ölkədə bir fəlakətli zehniyyət var. Onların içində özünü ziyalı sayanlar da var. Qardaş Türkiyənin prezidenti Ərdoğan açıq şəkildə bəyan etdi ki, Tovuz istiqamətində baş verənləri erməni həyata keçirmir. Cənab Ərdoğan bir mesaj verdi ki, bu işin arxasında güclər var və bizim özünü ziyalı adlandıranlar hələ də nəticə çıxarmırlar”.

Deputat həmin axşam kütlənin qarşısına ziyalıların, tanınmışların çıxmalı olduğu fikrini bölüşmədi:

“30 il qabaq ölkənin vətənpərvərlik dalğasında ziyalılar çox idi. İndi sosial media var və mən hesab edirəm ki, həmin yürüşdə iştirak edən xeyli sağlam düşüncəli adam var idi.

Onlar təxribatçı addımlar atmağa çalışanları hərəkətlərindən çəkinməyə çağırırdılar. Paralel olaraq sosial şəbəkədə təxribatçı zəmin hazırlanır.

Məsələn, əsgərimizlə polisimizin fotoları yanaşı qoyulur, müqayisə aparılır. Bunlar bir zəmin hazırlanmasıdır və insanlarımız anlayırlar ki, bizim layihə deyil. Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Bu gün, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Bu gün, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Bu gün, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Bu gün, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Bu gün, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Bu gün, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Bu gün, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Bu gün, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Bu gün, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Bu gün, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Bu gün, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Bu gün, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Bu gün, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Bu gün, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Bu gün, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru