“Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək” - Müsahibə
Tarix: 15-07-2020, 08:40 | Çap et
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlatdığı qanlı döyüşlərə ara verilmir.
Bəzi siyasi ekspertlər isə iddia edirlər ki, Ermənistanın hərbi əməliyyatlara işğal etdiyi Qarabağdakı təmas xəttində deyil, dövlət sərhədində başlamasında məqsəd həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, əsasən də Rusiyanı Azərbaycana qarşı qaldırmaq, həm də Baş nazir Nikol Paşinyanın itirilən mövqeyinin bərpasına cəhddir.
Politoloq Zərdüşt Əlizadə Reyting.az-a müsahibəsində Tovuz rayonu istiqamətində gedən qanlı döyüşlər və bunun nəticələrinə dair suallara cavab verib:
- Mən ehtimal edirəm ki, bu qanlı qarşıdurma Nikol Paşinyanın öz təşəbbüsüdür. O, istəyir ki, hadisələri qabaqlasın. Bununla Paşinyan sanki Azərbaycanın Dağlıq Qarabağ cəbhəsində hücuma keçməsinin qarşısını almağa çalışır.
Ehtimal var ki, Azərbaycan Dağlıq Qarabağ cəbhəsində hücuma keçəcək, bəzi əraziləri işğaldan azad edəcək və bu zaman Rusiya Paşinyan iqtidarına kömək etməyəcək. Məhz bu ehtimalı nəzərə alan Paşinyan hadisələri qabaqlayır. Və eyni zamanda bu addımı ilə çalışır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini qazansın.
Amma Azərbaycan ağıllı davranacaqsa, Qərb istiqamətində Ermənistan ərazisinə bir addım belə girməyəcək. Daha çox müdafiə döyüşləri aparıb mövqelərini qoruyaraq dövlət sərhədini mühafizə edəcək. Beləcə, sülh əldə ediləcək. Əks təqdirdə, əgər indiki döyüşlər davam edəcəksə, Ermənistan tərəfi çalışacaq ki, təxribat edərək Azərbaycanı Ermənistan ərazilərinə çəksin. Amma bu zaman Azərbaycan ermənilərə Qarabağ cəbhəsində zərbə endirəcək.
- Siz, Azərbaycanın Qarabağ cəbhəsində aktiv hərbi fəaliyyətə keçəcəyini düşünürsünüz?
- Mən bilən qədər Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək. Bunlardan biri İran sərhədi boyunca Cəbrayıl-Zəngilan, digəri isə Kəlbəcər istiqamətində olacaq. Bu zaman mümkündür ki, Azərbaycan bir neçə rayonu işğaldan azad etsin. Amma bu anda Rusiya prosesə qoşularaq hərbi əməliyyatların davam etməsinin qarşısını alacaq. Beləcə, yenidən sülh danışıqları məsələsi gündəmə gələcək.
Mən, bu fikirlərimi təhlil və analizlərimin nəticəsi olaraq deyirəm.
- Azərbaycan Qarabağda Emənistan ordusuna sarsıdıcı zərbə endirsə, Yerevanda nələrin baş verəcəyini təsəvvür edirsinizmi?
- Bəli, edirəm. Yerevanda məğlubiyyətin günahını yıxacaqlar Nikol Paşinyanın üstünə. Generallar Paşinyana anladacaq ki, daha bəsdir, istefa vermək lazımdır. Nikol da çıxıb elan edəcək ki, istefa verirəm. Və məsələ bitəcək.
Açığı, mən hadisələrin inkişafını belə görürəm. Bunu Putinin mövqeyi, Paşinyana münasibəti, proseslərin gedişi də göstərir. Məncə, Putinin səbri tükənir və Nikolun devrilməsinə qərar verib. Nikol Paşinyan da bunu bildiyindən əks oyun aparır.
- Paşinyanın Putinə qarşı əks oyunlar aparmaq imkanı varmı?
- Sözsüz ki, əks oyun üçün gərək əlində imkan və resurs olsun.
Qərbin Paşinyana dəstəyi yoxdur. Çünki Qərb görür ki, Emənistan Rusiyanın forpostu, ön istehkamıdır. Rusiyanın istehkamını müdafiə etmək Qərbin nəyinə lazımdır? Çox da sözdə deyir ki, mən demokratam, korrupsiyaya qarşı mübarizə aparıram. Bəyəm hansısa ölkədə korrupsiyanın olması və ya olmaması Qərbin vecinədir ki... Qərbin özündə kifayət qədər korrupsiya var.
- Demək istəyirsiniz ki, Paşinyan Rusiyanın dəstəyi olmadan Azərbaycana hücum etmək cəsarətində bulunur?
- Bəli. Əgər Paşinyan öz oyununu aparırsa, buna görə icazə istəmək lazım deyil. Mən də ehtimal edirəm ki, öz oyununu aparır.
- Bu oyun hələ davam edəcək?
- Hadislərin məntiqi göstərir ki, Paşinyanı oturduğu kreslodan mərhum etmək üçün Azərbaycan Qarabağda əməliyyatlara başlamalıdır.
- Rusiya və Türkiyə Xarici işlər nazirlərinin Tovuz cəbhəsində baş verən döyüşlərə reaksiyasını necə şərh edirsiniz?
- Rusiya prosesə qarışmayacaq - Nikol Paşinyan devrilənə qədər. Rusiya nə üçün qarışsın?
Türkiyəyə gəldikdə, siyasi bəyanat verərək bizi dəstəkləyib. Çox gözəl, qardaş ölkədir. Və bu, çox əhəmiyyətli məsələdir, mesaj verilir ki, Azərbaycan tək deyil.
Rusiya Xarici işlər naziri Sergey Lavrovun bəyanatı isə riyakar bəyanatdır. Deyir, döyüşləri dayandırın, danışıqlar aparın. Bəyəm, görmür ki, danışıqlar prosesi yoxdur?
Lavrov deməlidir ki, dayanın, amma bir var, möhkəm demək, bir də var, xala xətrin qalmasın mənasında demək. İndi Rusiyadan gələn bəyanatlar daha çox “xala xətrin qalmasın” prinsipi ilə verilir.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini necə izah etmək olar?
- KTMT-nin prosesə müdaxilə etməsi nəyinə lazımdır? Üstəlik, KTMT-də Rusiyadan başqa Ermənistanı dəstəkləyən dövlət yoxdur. Nə Qırğızıstan, nə Tacikistan, nə Qazaxıstan, nə də Belarus. Əksinə, bu ölkələr Azərbaycanı dəstəkləyirlər.
- Siz, münaqişənin həllini necə görürsünüz?
- Mən bu barədə fikrimi açıq deyib, Alland adaları modelini təklif etmişəm. Bununla bağlı fikirlərimi yazmışam. Amma hakimiyyətlər, eləcə də Rusiyanın fikri tam fərqlidir.
İndiki halda mənim məntiqim deyir ki, Azərbaycan Qarabağda erməni ordusunu vuracaq. İndiki qanlı atışmalar davam etsə, görəcəksiniz ki, Qarbağda ermənilərə zərbələr endirildi.
Azərbaycan əhalisi Ermənistan əhalisindən 5 dəfə çoxdur, Azərbaycan iqtisadiyyatı erməni iqtisadiyyatından 3 dəfə böyükdür. Ordu isə ancaq parad üçün deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|