NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                 

İqtidardan İlqar Məmmədova xüsusi diqqət var? - proporsional seçki sistemi gəlir
Tarix: 4-07-2020, 09:44 | Çap et
İqtidardan İlqar Məmmədova xüsusi diqqət var?
Bu ilin yanvarından başlayaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiya rəhbərləri arasında keçirilən görüşlər davam edir. Bu görüşlərdən belə bir təəssürat yaranır ki, hakimiyyət REAL-a və onun rəhbəri İlqar Məmmədova xüsusi diqqət ayırır.

İ.Məmmədovun bir dəfə deyil, indiyə qədər bir neçə dəfə, son olaraq, iyulun 1-də Ə.Vəliyevlə görüşməsi bu cür fikirlərin formalaşmasına səbəb olub. Doğrudur, digər partiya rəhbərləri ilə də görüşlər davam edir və artıq mütəmadi xarakter daşımağa başlayıb.

Bu görüşlər fonunda ölkəmizdə 2002-ci ildən ləğv olunan proporsional sistemin bərpası məsələsi yenidən gündəmə gəlib. İqtidarın müxalifətə qarşı açılım etməsi, son 15 ildə siyasi partiyaların qeydiyyatında yaranan sükutu pozaraq, bir-birinin ardınca partiyaları qeydə alması müəyyən ümidlər yaradıb.

Bu və ya digər məsələlərlə əlaqədar iqtidar və müxalifət yetkililərinin, o cümlədən, REAL-ın özünün İlqar Məmmədov ətrafında gedən söz-söhbətlərlə bağlı mövqeyini aldıq.

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə: “Bütün dünyada iqtidar və müxalifət arasında ünsiyyət var və bu da çox normal bir prosesdir. Çox təəssüflər olsun ki, keçmiş postsovet ölkələrinin bir qismində, o cümlədən, Azərbaycanda müxalifətin bir hissəsi hesab edir ki, onun iqtidarla heç bir əlaqəsi olmamalıdır. Bu, anormal bir vəziyyətdir. Əgər hər ikisi cəmiyyətin adından danışırsa, yaxud hər ikisi hakimiyyət uğrunda mübarizə aparırsa, bu da normaldır. Vaxtaşırı milli məsələlərin hər zaman müzakirəsinə ehtiyac var. Kimsə hesab edirsə ki, hakimiyyətlə münasibət müxalifətçiliyi danmaqdır, çox böyük səhv edir. İlqar Məmmədov bu gün müxalifətdə hakimiyyətə qarşı ən kəskin mövqedə duran insanlardan biridir. Onu 25 ilə yaxındır tanıyıram. Həmişə iqtidara qarşı radikal mövqedə durub. İndi də durmaqdadır. Bu onun seçimidir. Heç kəs onun mövqeyini dəyişə bilməz. O başqa məsələdir ki, İlqar Məmmədov o məsələyə Avropa düşüncəsi ilə yanaşır. Hesab edir ki, bir tərəfdən iqtidarla qarşıdurmadadır, digər tərəfdən hansısa məsələlərin müzakirəsində özünün düzgün saydığı mövqeni iqtidara çatdıra bilir. Əgər problemi çatdırırsa, hesab edirəm ki, bu, normal münasibətlər toplumudur. İqtidar bütün siyasi müxalifətə eyni münasibət sərgiləyir. Onlar parlamentdə təmsil olunsalar da, olunmasalar da, fərqi yoxdur. İqtidarın qapısı hər zaman polemikalar, müzakirələr üçün açıqdır”.

YAP-çı deputat proporsional seçki sisteminin bərpası barədə gedən müzakirələrə də mövqe bildirdi: “Hal-hazırda majoritar sistem özünü doğruldur. Proporsional sistemin bərpası gələcəyin işidir. Ola da bilər, olmaya da. Bu barədə heç kəs qəti fikir söyləyə bilməz. Bu gün majoritar qayda ilə seçilən deputat konkret olaraq seçiciləri qarşısında hesabat verir, seçicisinin problemlərini həll edir, onun problemlərini parlamentdə qaldırır. İqtidarla müxalifətin təmaslarının artmasını proporsional sistemin bərpasının müzakirəsi kimi qəbul etmirəm. Bu, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni bir səviyyəyə çıxması, hər iki tərəfin Azərbaycan üçün öz məsuliyyətini hiss etməsi deməkdir. İqtidar bu məsuliyyəti hiss edir. Müxalifətin bir hissəsi ümummilli məsələlərlə bağlı təkliflərini verir, mövqeyini ortaya qoyur. Sözün həqiqi mənasında bir hissəsi də cəbhə quraraq izolyasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bir sözlə, hər kəs öz seçimini edir”.

AĞ Partiya başqanı Tural Abbaslı ümidli danışdı: “Ümumiyyətlə, artıq hər kəs qəbul etməlidir ki, demokratik cəmiyyət quruculuğu istiqamətində atılmalı olan və çox önəmli olan məsələ çoxpartiyalı sistemin bərpasıdır. Bu həqiqətin nəhayət ki, iqtidar tərəfindən qəbul olunması xeyli müsbət haldır. Son zamanlar iqtidarın elan etdiyi islahatlar çərçivəsində partiyaların problemlərinin öyrənilməsi və inkişafı istiqamətində atdığı bəzi addımları və cəhdləri pozitiv hal kimi qiymətləndiririk. Doğrudur, bu addımların yaranmış hazırkı ağır siyasi mühitə tam adekvat olduğunu iddia etmək hələ çox tezdir, ancaq hər halda hərəkətliliyin olması göz önündədir və danılmazdır. Başda AĞ Partiya olaraq bizim və bir neçə digər partiyaların illərdir ki, əsassız yerə həllini tapmamış sənədləşmə və qeydiyyat məsələsinin qısa zamanda həll edilməsini alqışlayırıq. Bizim Adminstrasiyanın Siyasi Partiyalar və Qanunvericilik orqanı ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə istər birinci, istərsə də ikinci görüşümüzdə onun görüləcək işlərlə başlı verdiyi məlumatlar nikbin olmağa əsas verir. Səsləndirilən bu fikirlərin real siyasi səhnədə realizə olunmasına şahid olmaq qalır. Ümid etmək istərdim ki, biz bu məsələdə növbəti dəfə təəssüflənməyə məcbur olmayacağıq. Zatən deyilən sözlərin az da olsa bəzilərinin reallaşması ümidvericidir. Mən deməzdim ki, iqtidar bu ünsiyyətlər zamanı hansısa təşkilata və ya siyasi fiqura xüsusi diqqətlə, bir başqasına daha diqqətlə yanaşır. Düşünürəm ki, onlar hər kəslə maksimum bərabər məsafədə durmağa çalışırlar. Ancaq kimin Azərbaycan siyasətindəki mövqeyinin harada olacağını iqtidar deyil xalq müəyyənləşdirəcək. Güman edirəm ki, hər partiya və onun lideri göstərdiyi fəaliyyət və cəmiyyətdəki nüfuzuna görə mövqe sahibi olacaq. Bunun başqa yolu da yoxdur. Görülən işlər və verilən anonslar onu deməyə deməyə əsas verir ki, iqtidar da bizim uzun illərdir dediyimiz və bərpasını tələb etdiyimiz proporsional seçki sisteminin bərpasını istəyir. Bu sistemə keçid demokratiyanın əsası olan çoxpartiyalı sistemi və partiyaların inkişafını birbaşa, sürətlə stimullaşdıracaq. Doğrudur, proporsional seçki sisteminin mexanizm və forması ətrafında xeyli diskussiyaya və ictimai müzakirələrə ehtiyac duyulur. Ancaq əsas məsələ bu yöndə iqtidarın siyasi iradə nümayiş etdirməsidir. Düşünürəm ki, tez bir zamanda referendum keçirilməli və proporsional seçki sistemi bərpa edilməlidir. Bundan dərhal sonra da Milli Məclis buraxılmalı və yeni seçki sistem üzrə yeni parlament formalaşdırılmalıdır. Demokratiyaya keçid parlament platforması üzərindən aparılmalıdır. Hələliksə hamımız koronavirus pandemiyasının bitməsini və həyatımızın normal axarına dönməsini gözləyir və bu istiqamətdə çalışırıq”.

ALDP rəhbəri Fuad Əliyev siyasi islahatları vacib sayır: “Hesab edirəm ki, belə görüşlərin keçirilməsi çox vacibdir. Amma bu məsələdə kiməsə xüsusi diqqət ayrılmasına inanmıram. Burda söhbət ümumi problemlərdən gedir. Misal üçün, partiyamızın qeydiyyatı var. Amma buna baxmayaraq mən keçirtdiyim görüşlərdə bu və digər məsələləri qaldırmışam. Partiyaların qərargah problemləri, parlament seçkilərində iştirak edən, amma parlamentə düşməyən partiyaları dövlət tərəfdən maliyyəşmə, proporsional seçki sisteminin bərpası kimi məsələləri müzakirə etmişəm. Bu problemləri digər partiyalar da gündəmdə saxlayırlar. Sevindirici haldır ki, son vaxtlar göndərdiyimiz təkliflərin bir hissəsini hakimiyyət həyata keçirib. Misal üçün, bir neçə partiyanı qeydiyyata alıblar. Dostlarımızın rəhbərlik etdiyi Ağ Partiya və Azad Azərbaycan partiyasını misal çəkə bilərəm. Hesab edirəm ki, hər şey iqtidardan asılıdır. Demokratik Azərbaycanı görmək istəyirlərsə, siyasi islahatlara getməlidirlər”.

REAL-ın icraçı katibi Natiq Cəfərli İ.Məmmədov barəsində deyilənlərlə razılaşmır: “Xüsusi diqqət yetirilmə məsələsini deməzdim. Sadəcə, biz təmaslarda və danışıqlarda mövzular ətrafında söhbətlərin genişləndirilməsinə, fikir mübadiləsinin aparılmasına daha çox önəm veririk. Siyasi partiyaların rəhbərləri ilə yanvarın sonlarından etibarən görüşlərin başlamasından bu günə qədər bir neçə çox vacib məsələlərlə bağlı təkliflərimiz səsləndirilib. Görüşlərdə sivil toplumla, iqtisadi, sosial məsələlərlə, xarici siyasətlə bağlı təkliflər irəli sürülüb. Bu təkliflər də marağa səbəb olub. Təkliflərimiz üzərindən fikir mübadiləsinin aparılması, təmasların qurulması, danışıqların bu istiqamətdə getməsi üçün əlimizdən gələni etmişik. Çox xoşdur ki, hakimiyyət nümayəndələri, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri tərəfindən səsləndirilən fikirlər daha pozitiv olub. Bu yöndə ki, müxtəlif mövzularla bağlı təmasların olması, fikir mübadiləsinin aparılması çox qəbul ediləndir, kifayət qədər maraqlıdır. Ona görə də biz daha detallı mövzular ətrafında danışmağa üstünlük verdiyimiz üçün, çox güman ki, görüşlərin intensivliyi bununla əlaqədardır. Digər partiyalarla görüşlərdə nələr müzakirə olunur, görüşlər necə keçirilir, bununla bağlı, təəssüf ki, çox geniş məlumatımız yoxdur. Amma bizim idarə heyətində qəbul edilmiş bir qərar var idi ki, İlqar Məmmədov bütün görüşlərlə bağlı ictimaiyyətə açıq olmalı, bütün məlumatlar REAL tərəfindən verilməlidir. Biz də görüşlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veririk ki, görüşlər haqqında ümumi bir təsəvvür formalaşsın”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru