Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                 

"Ədliyyə Nazirliyi gəlməlidir ki, sən Allah qoy səni qeydiyyata alım" - Partiya sədri
Tarix: 3-07-2020, 08:26 | Çap et
"Ədliyyə Nazirliyi gəlməlidir ki, sən Allah qoy səni qeydiyyata alım"
İyulun 1-də son olaraq qeydə alınan üç partiya rəhbərinin, o cümlədən REAL sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşmələri gündəmdən düşmür. Bu görüşlər iqtidar-müxalifət arasındakı siyasi dialoqun tərkib hissəsi kimi qiymətləndirilir.

Eyni zamanda ötən ilin noyabrında yaradılan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyət göstərdiyi müddət ərzində müxalifətlə təmasları, gördüyü işlər yüksək dəyərləndirilir. Bu şöbəyə uğurlu bir kadrın təyinatından da söz açılır. Təsadüfi deyil ki, bu qurum koronavirusa baxmayaraq, iqtidarla müxalifətin arasındakı münasibətləri normallaşdırmaq cəhdlərini davam etdirir. Son aylarda iqtidarla müxalifət arasındakı təmaslardan, eləcə də əvvəl 4, son olaraq da üç siyasi partiyanın qeydə alınmasından çıxış etsək, görürük ki, hakim iradə düşərgələr arasında dialoq mühitinin mövcudluğunda maraqlıdır. Bu prosesin davamlı olacağına ümidlər böyükdür.

Son qeydə alınan partiyalardan biri olan AĞ Partiyanın başqanı Tural Abbaslı da ümidlidir: “Ümumən götürdükdə son dönəmlər iqtidarın müxalifət partiyaları ilə dialoq qurmaq və normal, sivil münasibətlər formalaşdırmaq cəhdləri bizim tərəfimizdən pozitiv qiymətləndirilir. Bütün çatışmazlıqlara və arada baş verən xoşagəlməzliklərə rəğmən müsbət bir prosesin getdiyini danmaq olmaz. Son aylarda partiyaların qeydiyyatı və digər bu istiqamətdəki məsələlərinin həlli də bunu deməyə əsas verir.

Həmçinin yeni şöbənin bu istiqamətdə gördüyü işlər də müsbətdir. Bütün siyasi partiyalarla ayrı-ayrılıqda görüş, onların bu və ya digər məsələlərə yanaşmalarının öyrənilməsi, həllini gözləyən problemlərin araşdırılması bizə bəzi ümidlər verir. Ancaq onu da qeyd etməliyəm ki, sadaladığım addımların pozitivlikləri ilə yanaşı, bunlar özlüyündə təbii ki, yetərli deyil. Bu proses ardıcıl və davamlı olmalıdır. Kampaniya xarakterli və protokol qaydasında olmamalıdır. Bu prosesin başlamasında və davamında təbii ki, siyasi iradə görünür, zatən hazırkı Azərbaycan reallığında bunu başqa formada da təsəvvür etmək mümkün deyil. Ümid edirəm ki, bu iradə sona qədər nümayiş etdirilər, elan olunmuş islahat və yeni kurs əvvəlkilər kimi kağız üzərində qalmaz. Nəhayət ki, Azərbaycan da demokratik və güclü dövlət quruculuğu istiqamətində ilk addımlarını atmış olar. Bütün bunları zaman göstərəcək, düşünürəm ki, bir az zamana ehtiyacımız var”.

ADP sədri Sərdar Cəlaloğlunun məsələlərə baxışı bir qədər fərqlidir: “Onu deyim ki, Avropada nəinki partiyalar, nəhəng müəssisələr belə bir günün içərisində qeydiyyatdan keçirdilir. Siyasi partiyaların qeydiyyatdan keçirilməsi Azərbaycanda o qədər ciddi bir problemə çevrilib ki, biz bir partiya qeydə alınan kimi bunu inqilabi dəyişiklik kimi başa düşürük. İndiyə qədər siyasi partiyaların, özəl sektorların qeydiyyatdan keçmə prosesi çox anormal vəziyyətə düşüb. Konstitusiyada birləşmə hüququ var. Mən səninlə birləşmişəmsə, dövlət orqanlarının qeydiyyata almama ixtiyarları yoxdur. Əksinə, mən müraciət etməməliyəm, Ədliyyə Nazirliyi gəlməlidir ki, sən Allah qoy səni qeydiyyata alım. Bütün bunlar ölkədə hüquqi şüurun aşağı olmasının göstəricisidir. İndi üç partiya qeydiyyatdan keçib. Az qala bunu inqilabi dəyişiklik kimi qələmə veririk. Bu günə qədər Azərbaycanda siyasi partiyaların sayını azaltmaq istədilər, QHT-ləri sıradan vurub çıxardılar. İndi bu sahələrdə müəyyən dəyişikliklər var. Hər halda, bunu başlanğıc hesab edirəm. Amma bu kifayət deyil. Ölkədə bu hüququ prosedurları konstitusiyaya uyğunlaşdırmaq lazımdır. İstənilən halda üç partiyanın qeydiyyata alınmasını irəliyə doğru bir addım kimi qiymətləndirirəm”.

ADP sədri partiyaların Ə.Vəliyevlə görüşlərinə də şərh verdi: “İqtidar-müxalifət dialoqu tamam fərqli bir anlayışdır. Kiminsə problemi varsa gedib görüşür, bu başqa bir məsələdir. Əgər iqtidar-müxalifət görüşü olursa, bu ictimaiyyətə mütləq açıq olmalıdır. Hər kəs görməlidir ki, orada nə müzakirə olunur. Əgər gizli görüş olursa, bu, cəmiyyətdə mənfi reaksiya doğurur. Belə görüşlərin cəmiyyətə açıq olmasını ona görə deyirəm ki, bu görüşlər xalqa xidmət etməlidir. Sənə, mənə xidmət edirsə, bu alverdir”.

REAL-ın icraçı katibi Natiq Cəfərli: “Ölkədə partiyaların qeydiyyatdan keçməsinin sadələşdirilməsi, əvvəllər olan süni əngəllərin aradan qaldırılması pozitiv bir məsələdir. Çünki konstitusiyadan irəli gələn haqlarımızdır ki, vətəndaşların sərbəst şəkildə birləşmə haqqı, hüququ var. Partiya yaratmaqla Azərbaycan vətəndaşı qanunvericilik və konstitusiya çərçivəsində məramı, proqramı ilə fəaliyyət göstərəcəksə, onların qeydiyyatının asanlaşdırılması, maneələrin aradan qaldırılması çox yaxşı haldır. Ölkəmizin gələcəkdə siyasi səhnəsinin yenidən qurulmasına səbəb olacaq. Müxtəlif siyasi partiyaların olması fikir müxtəlifliyinə, siyasi səhnənin rəngarəng olmasına dəlalət edəcək. Bu anlamda pozitiv bir məsələ kimi qiymətləndirirəm. İlqar Məmmədovun Ədalət Vəliyevlə görüşü davamlı xarakter daşıyır. Pandemiya dövründə belə bir neçə dəfə telefonla görüşləri olmuşdu, müəyyən məsələlər müzakirə edilmişdi. Son görüşdə isə bir çox məsələlər müzakirə olunub. Biz ilk günlərdən iqtidar-müxalifət görüşünə çox normal yanaşmışıq. Çünki indiki dövrdə müxtəlif fikirlərin olması, fərqli təkliflərin müzakirə olunması ölkənin düşdüyü ağır durumdan, yəni iqtisadi, epidemioloji durumdan çıxması üçün müəyyən ipucları verə bilər, həm də ölkədə yeni bir prosesin yaranması üçün təkan verə bilər. Bu müzakirələr davam edir. İlqar Məmmədovun Ədalət Vəliyevlə görüşündə müxtəlif məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Bu məsələlərdən biri kimi partiyamızın qurultayı ilə bağlı məsələ də müzakirə olunub. İndiki pandemiya şəraitində bunun nə vaxta qədər davam edəcəyi də bilinmir. Ola bilər ki, karantin rejimi avqustun birindən sonra da uzadılsın. Ona görə də yeni texnologiyalardan istifadə edə bilərik. Qanun buna birbaşa qadağa qoymur. Düzdür, bununla bağlı birbaşa nəsə yazılmayıb. Ədliyyə Nazirliyinə müraciət edəcəyik ki, onlayn platformalar üzərindən qurultayın keçirilməsi ilə bağlı müəyyən bir təşəbbüs olsun. Nazirliklə danışıqlarımız uğurla nəticələnsə yəqin ki, yaxın həftələrdə texniki məsələləri həll etdikdən sonra internet platformalarından biri üzərindən çox güman ki, qurultayı keçirəcəyik. Hər şey şəffaf şəkildə olacaq. Hətta qurultay onlayn qaydada yayımlana bilər. İstənilən şəxs evində, yaxud ofisində oturaraq onlayn şəkildə qurultayı izləyə bilər”.

N.Cəfərli Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bir neçə aylıq fəaliyyətini də dəyərləndirdi: “Kifayət qədər effektiv fəaliyyət hələ ki göstərilir. Çünki görüşlərə, müzakirələrə açıqdırlar. Belə bir şöbənin yaradılması məntiqli yanaşma idi. Çünki siyasi partiyaların işi qanunvericilik hakimiyyətində təmsil olunmaq üçün mübarizə aparmaqdır. Bu baxımdan belə bir şöbənin yaradılmasını uğurlu gediş sayıram. Şöbəyə rəhbər təyin edilən Ədalət müəllimin görüşlərə açıq olması, ən azından müzakirələrə açıq olması gələcəkdə iqtidar-müxalifət dialoqunun, təmaslarının olacağına, ölkənin taleyüklü məsələlərinin həllində mühüm rol oyana biləcəyinə dair ilkin təəssürat yaradıb. Bizim də istəyimiz budur. Ona görə də ən çətin məsələlərin belə masa arxasında müzakirə edilərək həll edilməsinə çox normal yanaşırıq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Dünən, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Dünən, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru