“1993-cü ilin iyununda dediklərimi İsa Qəmbər və Pənah Hüseyn 25 il sonra etiraf etdi...” - Etibar Məmmədov
Tarix: 24-06-2020, 08:07 | Çap et
Srağagün – iyunun 22-də tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından təqdim etdiyimiz növbəti epizodda(bax:https://www.moderator.az/news/331157.html ) o vaxt AXC hakimiyyətinə müxalifətdə olan AMİP lideri, deputat Etibar Məmmədov 1993-cü ilin iyununun “ən acınacaqlı fiquru” adlandırılıb. Aydınlıq üçün həmin parçanı bir daha nəzərinizə çatdırırıq:
“...Obrazlar qalareyası geniş idi. Lakin ən acınacaqlı fiqur Etibar Məmmədov idi – Azərbaycanın 1980-ci illərin axırı üçün bəlkə də ən məşhur dissidenti... 1992-ci ilin mayında Elçibəyin Xalq Cəbhəsi ilə arası dəyəndən sonra o, “müxalifət lideri” rolunu elə məmnuniyyətlə oynamağa başladı ki, onu məsuliyyətsiz adlandırmaq olardı. Qiyamdan qabaq buna saysız-hesabsız misallar vardı, lakin “qiyam + işin gətirməsi” hər şeyi kəskinliklə diqqət mərkəzinə gətirdi. Və 1993-cü il iyunun 9-da Etibar yenidən baş tutmayan demokratiyanın təbilini döyməyə başlayaraq hər şeyə səbəbkar kimi İsa Qəmbəri günahlandırdı...
Etibar özünə xas diksiyası ilə səsləri burnu ilə tələffüz edərək dedi ki, “İsa cinayətkardır” və bu səbəbdən də səlahiyyəti çatmadığına görə onun özü ilə sıx bağlı olan Gəncə hadisələrinin gedişini “idarə edə bilməz”. Sonra isə əsassız olaraq belə bir ideyanı ortalığa atdı ki, “Gəncə məsələsi bütünlüklə hökumətin düzüb qoşduğu qiyam “planı” imiş(özünə qarşı mən belə güman edirəm). İsa isə çalışdı ki, zaldakılara bunun səbəbləri ilə bağlı izahat versin...”
Moderator.az-a açıqlamasında AMİP lideri, sabiq parlament üzvü Etibar Məmmədov amerikalı jurnalistin barəsində söylədiklərinə belə münasibət bildirib:
“Əvvəla, hiss olunur ki, Tomas Qoltsun kitabının tərcüməsində qüsurlar var. Bu, özünü bəzi ifadələrdə də göstərir. İkincisi isə o, bir Amerika jurnalisti kimi hadisələrə öz düşüncə tərzi ilə yanaşaraq münasibətini bildirib. Bu da onun jurnalist olaraq haqqıdır...
Üçüncüsü də, hələ səhv etmirəmsə, ötən il saytınıza verdiyim açıqlamada da dediyim kimi, mənim o iclasda söylədiyim fikirlər 25 il sonra olsa da, öz təsdiqini tapdı. Yəni mən həmin iclasda deyirdim ki, Gəncə əməliyyatının hazırlanmasında İsa Qəmbər və Pənah Hüseynov bilavasitə iştirak ediblər. Onlar isə bunu boyunlarından atırdılar və etiraf etmək istəmirdilər. Və o iclasda mənim tələbim də çox qanuni bir tələb idi. Bu, bütün dünyada etik bir məsələdir. Bir adamın özünə aid ittihamlar olanda həmin adam o iclası apara bilməz. Burada təəccüblü bir şey yox idi. İsa Qəmbərdən tələb edilən yalnız o idi ki, iclası onun müavinlərindən biri aparsın. Çünki o, bəhs edilən əməliyyata görə tərəfimdən ittiham olunurdu... Ancaq onlar imtina edirdilər ki, biz DİN-də olmamışıq, əməliyyatın hazırlanmasından xəbərimiz olmayıb. Və ümumiyyətlə, guya heç belə bir əməliyyat keçirilməyib. Nəhayət, üzərindən 25 il ötəndən sonra onlar hər şeyi etiraf etdilər. Həmin Pənah Hüseyn o vaxtkı təhlükəsizlik şurasının iclasının stenoqramını ortalığa çıxarıb dərc elətdirdi. Və orada aydın şəkildə göstərilir ki, 1993-cü il mayın 25-də təhlükəsizlik şurasının iclası olub. Və o iclasda Gəncədə keçiriləcək əməliyyat hazırlanıb, Prezident Elçibəy konkret tapşırıqlar verib. Ondan sonrakı dövrdə digər hadisə iştirakçıları və AXC komandasının keçmiş üzvləri də etiraf etdilər ki, həqiqətən əməliyyat günü – iyunun 4-də İsa Qəmbər, Pənah Hüseyn və digərləri Daxili İşlər nazirinin kabinetində olublar və bilavasitə oradan göstərişlər veriblər...”
Etibar Məmmədov 1993-cü il Gəncə olaylarını tədqiq etmiş deputat-istintaq komissiyasının materiallarını da xatırladıb.
“Hətta bu etiraflar olmasa belə, 1993-cü ilin iyulunda Mətləb Mütəllimlinin sədrlik etdiyi deputat-istintaq komissiyasının yekun rəyində də konkret olaraq göstərilib ki, Gəncə əməliyyatına Daxili İşlər nazirinin kabinetindən rəhbərlik olunub. Və hətta orada Pənah Hüseynə qarşı belə bir ittiham da var: həmin vaxt Baş qərargah rəisi olan Nurəddin Sadıqov izahatında bildirir ki, Pənah Hüseyn təkidlə Gəncədəki hərbi hissənin aviasiya ilə vurulmasını tələb edib...
Yəni Tomas Qolts 1993-cü ilin iyununda – hadisələrin hələ isti vaxtında bütün bu baş verənlərdən, Bakıda Gəncə ilə bağlı verilən əmrlərdən xəbərsiz olaraq olaylar və mənim çıxışlarım barədə öz mühakimələrini yürüdüb. Eləcə də onun təsvir etdiyi 9 iyun iclasında iştirak edənlərin çoxu da deyilənlərdən xəbərsiz olub. Ancaq dediyim kimi, 25 il sonra İsa Qəmbər də, Pənah Hüseyn də, digərləri də deyilənlərin hamısını etiraf edir. Bu da bir daha təsdiqləyir ki, mənim bəhs edilən iclasdakı çıxışlarım tamamilə əsaslandırılmış olub. Və AXC hakimiyyətindəkilər öz uğursuz əməliyyatları sayəsində yıxılıblarsa, kimi iittiham etməlidirlər. İlk növbədə özlərini...”- deyə AMİP lideri fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|