Milli Şuranın “ucuz neft” sevincinə müxalifətdən sərt sözlər - “Bu, sadəcə, şüursuzluq əlamətidir”
Tarix: 17-06-2020, 10:19 | Çap et
Milli Şuranın “zoom konfransı”ndan yayılan son video cəmiyyət tərəfindən hiddətlə qarşılanıb. Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli bir müddət öncə Azərbaycan neftinin 14 dollara düşdüyü barədə yayılan dezo xarakterli məlumatlara sevinir.
Hətta o, bu xəbəri verdiyinə görə təbrik almaq istəyir: “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”.
Ardınca Amerikada yaşayan MŞ sədri Cəmil Həsənli rişxəndlə bunları deyir: “Bu, son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm”.
Göründüyü kimi, bu qüvvələr neftin kəskin ucuzlaşması nəticəsində xalqın aclıq, səfalət içərisinə düşməsini istəyir və bu yolla iqtidar dəyişikliyi edəcəklərinə ümid edirlər. Onların bu mövqelərinə demokratik düşərgədə təmsil olunan digər qüvvələr də sərt təpki verirlər.
AĞ Partiya başqanı Tural Abbaslı sərt danışdı: “Milli Şuranın məlum zoom iclasının görüntülərinə mən də baxdım. Sözün düzü, xeyli təəssüf hissi keçirdim. Çünki müxalifət olsan belə neftin dünya bazarında kəskin ucuzlaşmasına sevinmək və buna görə təbrik tələb etmək nəinki düzgün deyil, həm etik deyil. Çünki bu gün kimsəyə sirr deyil ki, iqtidarın yürütdüyü yanlış siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı tam olaraq neft gəlirlərindən asılı vəziyyətə düşüb. Və yenə də kimsəyə sirr deyil ki, neftin qiymətinin kəskin ucuzlaşması iqtisadiyyatımızın tamamən çökməsinə, insanlarımızın iş yerlərini itirməsinə, çörəksiz qalmasına səbəb olacaq.
Belə iqtisadi fəlakətə rəğmən hakimiyyətə gəlməyi düşünmək üçün ya ağılsız, ya da kürsü hərisi olmalısan. Nə olursa-olsun, təki mən hakimiyyətə gəlim düşüncəsi qətiyyən yetişkin və vətənpərvər siyasətçi yanaşması deyil. Həm də insan nə qədər dayaz siyasətçi olmalıdır ki, düşünməsin ki, iqtisadi fəlakət dönəmində iqtidara gəlmək olar, ancaq o iqtidarı saxlamaq olmaz. Hələ mən bu qafalı insanların iqtisadiyyatı yenidən dirçəldib, dövləti normal düzənə qaytarmasından danışmıram. Çünki belə düşüncəli fürsətcillərin nəsə bacaracağına inanmıram. Biz, AĞ Partiya olaraq nəyin bahasına olursa-olsun iqtidara gələk düşüncəsinin tam əleyhinəyik və yanaşmanı dövlətə və dövlətçiliyə ziyanlı hesab edirik. Hər hansı bir müxalif qurumun iclaslarının qanunsuz olaraq izlənilməsini və yayılmasını cinayət hesab edirik. Ancaq əgər kiminsə gizli fikir və düşüncələri bu və ya digər formada ictimailəşirsə, onlar da bunun hesabını verməyə hazır olmalıdır. Bu videogörüntülər həmin qurumun və o qurumda təmsil olunan ayrı-ayrı siyasilərin imicinə ciddi şəkildə zərbə vurdu. Bu zədənin bərpasının isə xeyli ağır olacağını, bəlkə də ümumiyyətlə bərpa olunmayacağını düşünürəm”.
ADP sədri Sərdar Cəlaloğlu: “Dünyanın bir çox yerlərində bəzi müxalif qüvvələr ölkədə sosial-iqtisadi vəziyyətin gərginləşməsində maraqlı olurlar. Düşünürlər ki, bu vəziyyət nə qədər gərgin olarsa, insanlar aktivləşər. Halbuki müasir hüquq nəzəriyyələri birmənalı şəkildə sübut edir ki, insanlar sosial-iqtisadi hüquqlarını müdafiə edərkən siyasi hüquqlarından imtina edirlər. Məsələn, mitinqə gəlsəm işdən çıxarılaram, yaxud bu qohumumun başına gələ bilər. Onların düşündüyü kimi, neftin ucuzlaşması nəticəsində sosial-iqtisadi durum lap ağırlaşsa belə istədikləri olmayacaq. Onlar bütün bunları bilmirlər. Çünki nəzəriyyədən xəbərsizdirlər. Ona görə boş-boş şeylərə ümid edirlər. Bu, sadəcə, şüursuzluq əlamətidir. Çox təəssüflər olsun ki, Azərbaycanda bu düşüncəyə sahib qüvvələr var”.
ALDP rəhbəri Fuad Əliyev cavabı daha kəskin oldu: “Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir. Bunlar iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşğuldurlar. Başqalarını təhqir edirlər. Həyatda heç nəyə nail olmayan biri professoru təhqir edir. Başqası isə universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı, indi isə xalqa mənəviyyatdan və əxlaqdan dərs deməyə çalışır. Neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar iclasda bir qadın hamını böyük ruh yüksəkliyi ilə Şura rəhbərliyini təbrik etməyə çağırır. ”Rüstəm Şou-Maski Şou"nu davam etdirən professor “yox, qiymət hələ axıra qədər aşağı düşməyib, düşüb başa çatsın sonra təbrik edərəm”- deyir. Bu nə yanaşmadı, bu nə düşüncədir? Böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət etdiyini göstərdi".
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu: “Bu gün neft o qədər də ucuz deyil. Amma bu qiymətlərin necə olmasının sadə insanlara bir dəxli yoxdur. Ölkəmiz hazırda təhlükəli pandemiya ilə üz-üzədir. Xalq olaraq, gələcəyi düşünmək zorundayıq. Hakimiyyətə gəlməyin yolu demokratik mübarizə aparan qüvvələrin birləşib, ölkədə azad seçkini təmin etmələrindən gedir. Əks halda, neftin qiymətinin aşağı düşməsi ilə nəyəsə nail olmaq çətindir”.
AMİP katibi Əli Orucov bunu abtallıq hesab edir: “Dünya bazarında neftin qiymətlərinin dəyişməsi siyasi amillərlə bağlıdır. Dünya ağalığı uğrunda gedən mübarizənin nəticəsində dəyişir. Azərbaycanın da neft qiymətlərinin dəyişməsində heç bir rolu yoxdur. Bunlar məlumdur. Lakin dünya bazarında neftin ucuzlaşması Azərbaycanın ziyanınadır və buna sevinənləri anlamaq olmur. Dövlət büdcəsinin çox hissəsi neft-qaz satışından əldə olunan gəlirlərdən formalaşdırılır. Neft ucuzlaşırsa, büdcədə problemlər yaranır və bu da büdcədən maliyyələşən on minlərlə insanımızın ya işsiz, ya da aylarla maaşsız qalması, iqtisadiyyatın və digər bütün sahələrin ciddi çətinliklərlə üzləşməsi deməkdir. Nəzərə almaq lazımdır ki, bu pullardan Azərbaycan vətəndaşı da bəhrələnir. Mən inana bilmirəm ki, neftin ucuzlaşmasına Azərbaycan vətəndaşı sevinsin. Milli Şura mənsublarının bu ucuzlaşmaya gözaydınlığı verməsini abtallıq adlandırardım. Guya neft ucuzlaşanda hakimiyyəti dəyişərək özləri gələ biləcəklər ki? Əksinə, bahalaşmanı arzulamaq lazımdır ki, ölkə əhalisinin maddi rifah halı yaxşılaşsın. Ən pis şərtlərlə hakimiyyətə gəlməyi arzulayanlar böhranda ölkəni necə idarə edə biləcəklər? Müxalifət olaraq məqsəd Azərbaycanın milli və dövləti maraqlarının müdafiəsidir, yoxsa əksinə, öz çıxarları naminə xalqa çətinlikləri arzulamaq. Mən bu cür yanaşmanı qınayıram. Məncə, Milli Şuranın bəzi yetkililərinin neftin ucuzlaşmasından duyduğu şadyanalıq xoş məramdan xəbər vermir və onların özünüifşasından başqa bir şey deyil. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|