Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                 

"ATƏT-in Minsk qrupunun həmsədrlərindən də belə aydın mövqe gözləyirik"
Tarix: 13-06-2020, 09:04 | Çap et
"ATƏT-in Minsk qrupunun həmsədrlərindən də belə aydın mövqe gözləyirik"
Xəbər verdiyimiz kimi, iyunun 10-da Avropa Parlamentində (AP) Dağlıq Qarabağ münaqişəsinə dair yüksək siyasi əhəmiyyətə malik olan Birgə Bəyannamə qəbul edilib. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanmış sənəddə Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomagistralın tikilməsinə etiraz bildirilərək bu cür qanunsuz fəaliyyətlərin beynəlxalq hüquq prinsipləri ilə tam ziddiyyət təşkil etməsi müddəası əksini tapır.

Adı çəkilən Bəyannamənin ciddi əhəmiyyətinin olduğu bildirilir.

YAP deputatı Hikmət Babaoğlu bildirdi ki, Avropa Parlamentinin hər üç Cənubi Qafqaz Respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin birlikdə Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı, hər şeydən öncə, bu təşkilatın beynəlxalq hüquqa və bu hüquqda təsbit edilmiş dövlətlərin ərazi bütövlüyü prinsipinə obyektiv və ədalətli yanaşması kimi başa düşülməlidir: “Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər, həm də mövcud nəqliyyat kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçünsə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir. Bu cür davranış əsla qəbul edilə bilməz. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bəyanatında da bu məsələ önə çəkilərək Azərbaycanın ərazi bütövlüyünə vurğu edilir.

Eyni zamanda, bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məsələdir. Azərbaycan öz torpaqlarının bundan sonra da uzun müddət işğal altında qalmasına əsla dözməyəcək və mütləq qətiyyətli addımlar atacaq. Nəticəni proqnozlaşdırmaq o qədər də çətin deyil çünki hamıya yaxşı məlum olan aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var. Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır. Əgər yeni nəqliyyat kommunikasıyası yaratmaqla işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirərək beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq istəyirsə kökündən səhv edir. Çünki Azərbaycan buna heç vaxt yol verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun mütləq bərpa edəcək” .

Deputat Azay Quliyev isə bildirib ki, Avropa Parlamenti səviyyəsində Ermənistandan başlanan və Azərbaycanın işğal olunmuş ərazilərinədək davam edən qanunsuz infrastruktur layihəsi bu qədər açıq və birmənalı mətnlə pislənilir: “Həmçinin bu bəyanat ilk dəfədir ki, Avropa Parlamentinin yalnız Azərbaycan üzrə məruzəçisi tərəfindən deyil, həm də Ermənistan üzrə məruzəçisi Trayan Basesku və bundan başqa, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən qəbul edilir. Hələ indiyə kimi Ermənistan üzrə məruzəçi belə bir ədalətli, doğru və cəsarətli addım atmamışdı. Bəyannamə münaqişə kontekstində verilir və Avropa Parlamenti Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətini bir daha ifadə edir. Sənəddə qeyd edilir ki, magistral yolun tikintisi Azərbaycanın səlahiyyətli qurumlarının razılığı olmadan qərarlaşdırıldığına görə bu proses beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozuntusudur.

Bununla bərabər, sənəddə həm də magistral yol tikintisinin münaqişə prosesinə yaratdığı maneə və təhlükələr də öz əksini tapıb. Bəyannamədə göstərilib ki, magistralın tikintisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı nəticələrinin möhkəmləndirilməsinə yol açaraq etimad və sülhün yaradılmasına əlavə təhlükələr yaradır. Yuxarıda sadalanan faktları nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, adı çəkilən Birgə Bəyannamənin müddəaları gələcəkdə Azərbaycan üçün yaxşı presedent rolunu oynaya bilər. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin, maddi resurslardan qanunsuz istifadə faktlarının pislənilməsi istiqamətində Avropa Parlamenti və digər qurumlar tərəfindən yeni sənədlər qəbul edilə bilər. Birgə Bəyannamənin qəbul olunması erməni işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların ərazisində Ermənistan tərəfindən həyata keçirilən mədəni irsimizin təhrifi siyasəti, tarixi-mədəni abidələrimizin dağıdılması, dəyişdirilməsi və qanunsuz yollarla satışa çıxarılması faktlarının ifşası istiqamətində tədbirlərin görülməsi üçün də baza rolunu oynaya bilər. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul edilmiş ilk bu cür sənəd olan Avropa Parlamentinin birgə bəyannaməsi Ermənistanın uzun illərdir ki həyata keçirdiyi qanunsuz fəaliyyətlərinə AP-nin qətiyyətli və obyektiv münasibətinin ifadəsidir. Bu sənəd işğalçı ölkənin növbəti məğlubiyyəti, Azərbaycanın isə növbəti diplomatik uğurudur".

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycan Respublikası ikinci müstəqilliyini əldə etdikdən sonra BMT, Avropa Şurası və digər beynəlxalq qurumlara bəlli sərhədlər çərçivəsində daxil olub və tanınıb: “Beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə görə də həmin beynəlxalq təşkilatlar istənilən məsələdə bilavasitə Azərbaycanın ərazi bütövlüyündən çıxış etməyə borcludurlar: ”Təəssüflər olsun ki, bu illər ərzində bir çox hallarda Azərbaycana yanaşmada ikili standartların şahidi oluruq və bəzən bu qurumlar faktiki olaraq işğalçı ilə işğala məruz qalan tərəfə eyni yanaşma sərgiləyirlər.

Bu baxımdan Ermənistanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirməyi nəzərdə tutan yeni magistral yolun tikintisi ilə bağlı Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisinin, Ermənistan üzrə məruzəçisinin, eləcə də Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədrinin birgə etiraz Bəyanatı istisna təşkil edir və əlbəttə ki, biz də bu mövqeyi təqdir edir və alqışlayırıq. Eyni zamanda, problemin həllinə bilavasitə sorumlu olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən də belə aydın mövqe gözləyirik".

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, Avropa Parlamentindən verilən sözügedən bəyanat müsbət dəyərləndirilməlidir və bunu Azərbaycan diplomatiyasının uğuru kimi qəbul etmək olar: “Lakin biz Azərbaycanın işğal altında olan torpaqlarında baş verən hadisələrə açıq gözlə baxmalıyıq. 26 illik atəşkəs dövründə Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yeni-yeni infrastruktur layihələri həyata keçirir və bölgənin resurslarından istifadə edir. Bildiyiniz kimi, yeni yol infrastrukturu Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolu olacaq. Baş verənlər faktiki olaraq, Azərbaycanın işğal altında olan torpaqlarında ilhaq siyasətinin həyata keçirilməsidir ki, bu hal BMT-nin işğal haqqında konvensiyasının, beynəlxalq hüquq normalarının və atəşkəs haqqında imzalanmış Bişkek protokolunun tələblərinin kobud şəkildə pozulmasıdır. Siyasi baxımdan isə bu işğalçı Ermənistanın məkrli niyyətlərindən xəbər verir. Açıq aydın görünən budur ki, Ermənistan bu hərəkətləri ilə Dağlıq Qarabağın işğalının passiv legitimləşdirilməsinə çalışır. Ona görə də hesab edirəm ki, Azərbaycan bu tipli bəyanatlarla kifayətlənməməlidir. Bəyanatdan da göründüyü kimi, Avropa Parlamenti Ermənistanın yeni yol infrastruktutunun həyata keçirmə təşəbbüsündən çox təəssüfləndiyini bildirir. Bu tipli ”təəssüflənmə" bəyanatları ilə biz işğal altında olan torpaqlarımızı işğaldan azad edə bilmərik. Hesab edirəm ki, Azərbaycan tərəfi diplomatik müstəvidə səylərini davam etdirməli və ən azı işğalçı Ermənistanın işğal altında olan torpaqlarımızdakı ilhaq siyasətinin və işğalı passiv legitimləşdirmə siyasətinin qarşısının alınmasına nail olmalıdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Dünən, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Dünən, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru